Məhkəmə qərarları › İş №2(102)-5862/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5862/2019

14.08.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5862/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Quliyev Samir Rahib oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli 2(103)2344/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Ə.Qurbanov, iş № 2(002)-1437/2018) iddiaçı “SOCAR”ın İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək Birliyin balansında olan Lökbatan qəsəbəsi, Bünyadzadə küç əsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi, ərazinin boşaldılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Ə.Sarıyev, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin fevral ayında “SOCAR”ın İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadələrinə ayrılmış torpaq sahəsində özbaşına tikinti işlərini aparmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinin tələblərinə müvafiq olaraq Lökbatan qəsəbəsinin Bünyadzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülərək ərazinin boşaldılması və torpaq sahəsinin Birliyin istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək mübahisəli torpaq sahəsini 30.000 manata alıb orada ev tikməsini, həmin evin onun uşaqlarının yeganə yaşayış yeri olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təm in edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən tikinti işləri aparılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsi olmaqla neft və qaz istehsalı əməliyyatlarının aparılması üçün Birliyin daimi istifadəsinə verilmişdir. Müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi qanunla müəyyən olunmuş qaydada cavabdehə ayrılmamış və orada tikinti işlərinin aparılmasına müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.(180.1.) Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlar ının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (180.4.) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. (111.1.) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. (111.2.) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (111.3.) Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən yuxarıda göstərilən maddi hüquq normalarına əsaslanmış və e yni zamanda “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli qərarına əsaslanaraq hesab etmişdir ki, mübahisə predmeti olan ərazidə məskunlaşmaq cavabdehin və onun ailə üzvlərinin həyatı üçün təhlükəlidir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas vermədiyindən kollegiya hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbə r tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar