Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5864/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Qürbət Ağa oğlu Əsgərovdan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili Cəfərov Cəfər Məhəmmədəli oğlunun iştirakı ilə, Cavabdeh İcbari Sığorta Bürosunun nümayəndəsi X5 və vəkili X9 oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9337/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin (hak im S.B.Mehrəliyev) 2(004)-3359/2018 nömrəli, 22 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, cavabdeh İcbari Sığorta Bürosundan zəlzələ nəticəsində İmişli rayonu, Xiyabani küçəsində yerləşən istehsal sahəsinə dəymiş zərərə görə 83550 (səksən üç min beş yüz əlli) manat sığorta ödənişi və dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi tutularaq iddiaçı X3 ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-9337/2018 nömrəli, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “İcbari Sığorta Bürosu” tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 2(004)-3359/2018 nömrəli, 22 may 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı X6 cavabdeh İcbari Sığorta Bürosuna və üçüncü şəxs “xxxx”ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən özünün xeyrinə 85300 manat sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 51180 manat dəbbə pulunun, 2000 manat qiymətləndirmə xərcinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh İcbari Sığorta B ürosunun nümayəndəsi X5 və vəkili X9 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9337/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Cəfərov Cəfər Məhəmmədəli oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-9337/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına t əsir göstərə bilər. İş materillarında olan: MA seriyalı ******* saylı 26.11.2011-ci il tarixli çıxarışa əsasən İmişli şəhəri, Xiyabani küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. 14.11.2014-cü il tarixli BA seriyalı 470302 saylı daşınmaz əmlakm icbari sığortasına dair şəhadətnamənin surətindən görünür ki, sığortaçı “xxxx” ASC, sığortalı X1 mülkiyyətində olan İmişli rayonu, Xiyabani küçəsində yerləşən istehsal sahəsi 175000 manat məbləğində sığorta olunmuşdur. Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfındən “X10” MMC-yə ünvanlanmış 12.10.2015-ci il tarixli, İ 147 saylı məktubun surətindən görünür ki, 04.09.2015-ci il tarixdə, yerli vaxtla saat 09:49:36-da, Şəki şəhərindən 29 km cənub-şərqdə, Rixter cədvəli üzrə maqnitudası ml=5.9 olan zəlz ələ baş vermişdir. Bu zəlzələnin episentral zonada intensivliyi 12 ballıq seysmik cədvəd üzrə 7 bal, İmişli rayonu ərazisində isə 4 bal olmuşdur. İmişli Rayon İcra Hakimiyyəti tərəfmdən “X10” MMC-nin direktoru Orxan İbrahimova göndərilmiş 16.11.2015-ci il tarixli, 2/912 nömrəli məktubun surətindən görünür ki, İmişli şəhəri, Xiyabani küçəsi 1 ünvanında yerləşən tikintialtı sahəsi 268 kv.m olan “X10” MMC-nin inzibati binasında, digər və yardımçı binalarda 04.09.2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində binaların sıra divarlarında üfüqi və şaquli iri çatlar əmələ gəlmişdir. 09.09.2015-ci il tarixli qüsur aktından görünür ki, “X10” MMC-nin istifadəsində olan və X1 mülkiyyətində olan 2 mərtəbəli inzibati binaya və yardımçı tikililərə aparılmış baxış zamanı binanın 04.09.2015-ci il tarix də baş vermiş zəlzələ nəticəsində yararsız hala düşdüyü və sökülüb, əvvəlki ölçüdə tikmək üçün işlər yerinə yetirilməli olduğu müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən “X10” MMC-nin rəhbərliyinə ünvanlanmış 09.10.2015-ci il tarixli məktubdan görünür ki, 11.09.2015-ci il tarixli müraciətə baxılmışdır. Göstərilən ərizəyə qoşma olaraq hadisə ilə bağlı heç bir əsaslandırıcı sənədlər təqdim edilməmişdir. Buna görə də “İcbari Sığortalar haqqında” AR Qanununun 17-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfındən “xxxx” ASC-yə ünvanlanmış 22.07.2016-cı il tarixli məktubdan görünür ki, “xxxx” ASC tərəfindən daxil olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, İmişli rayonu, Xiyabani küçəsi 1 ünvanında yerl əşən obyekt təsisçisi X6 tərəfındən 14.11.2014-cü il tarixli, RAF********** saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi ilə sığortalanmışdır. 04.09.2015-ci il tarixdə İmişli rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində sığortalanmış əmlaka maddi zərər dəymişdir. Sığorta hadisəsinin baş verməsi və sığortalanmış obyektə zərər dəyməsi faktı Respublika Seysmoloji Xidmət Mərkəzi və İmişli rayon Fövqəladə Hallar Komissiyası tərəfindən təqdim edilən sənədlərdə öz əksini tapmışdır. Eyni zamanda “İcbari Sığortalar haqqında” Qanunun 17.1.1-ci maddəsinə müvafıq olaraq sığorta ödənişinin alınması üçün zəruri olan bütün sənədlər şirkətə təqdim edilmişdir. Lakin sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsinin baş verməsinə baxmayaraq, “xxxx” ASC tərəfindən Mülki Məcə llənin 934.1-ci maddəsinə zidd olaraq baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsi və ya ondan imtina edilməsi barədə bildiriş sığortalıya bu günədək təqdim edilməmiş, əksinə, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şirkət tərəfindən etibarsız hesab edilməsi və ödənilmiş sığorta haqqının sığortalıya qaytarılması barədə pretenziya məktubu göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bundan əvvəl “xxxx” ASC-yə qarşı hazırki iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 10.01.2017-ci il tarixli, 2(006)-233/2017 saylı qətnaməsi ilə “xxxx” ASC-dən onun xeyrinə 82972,82 manat məbləğində sığorta hadisəsi nəticəsində əmlaka dəymiş real ziyan və 30 manat məbləğində dövlət rüsumu tut ulmuşdur. Həmin qətnamədən “ xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 13.04.2017-ci il tarixli, 2(103)-3816/2017 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.04.2017-ci il tarixli qətnaməsindən 3-cü şəxs tərəfındən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.08.2017-ci il tarixli, 2(102)-5953/2017 saylı qərarı ilə təmin edilərək qətnamə ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “xxxx“ ASC iflas elan olunduğuna görə ona qarşı olan bütün tələblər iflas prosesi çərçivəsində irəli sürülə bilər. Bakı Apellyasiya Məhkəməsində həmin işə yenidən baxılmış, “Müflisləşmə və iflas haqqında“ Azərb aycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən, yəni borcluya qarşı müflis elan olunma məqamından etibarən bütün tələblərin iflas prosesi çərçivəsində irəli sürülə bilməsini qeyd edərək iş üzrə icraata xitam vermişdir. İş msteriallarında olan 20.12.2016-cı il tarixli icbari sığorta növləri üzrə iddia işlərinin təhvil-təslim aktından müəyyən olunur ki, “xxxx” ASC ləğv prosesində olduğuna görə bütün icbari sığorta növləri üzrə sığorta portfeli “İcbari Sığorta Bürosu”na ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasınd a ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə görə əmlak sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmamazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 32.1.1-ci maddəsinə görə sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin ol mamasına görə yerinə yetirə bilmədikdə, əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən olunduğu kimi iddiaçı hazırki iddia ərizəsi ilə bundan əvvəl də məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 10.01.2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13.04.2017-ci il tarixli qətnaməsi ilə də Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi 24.08.2017-ci il tarixli Qərarında yalnız ona əsaslanmışdır ki, cavabdeh “xxxx” ASC iflas elan olunmuşdur və buna görə də ona qarşı tələb irəli sürülə bilməz, iddiaçı əsl olmayan cavabdehə qarşı iddia qaldırmıdşır. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qanuni göstərişinə uyğun olaraq da Bakı Apellyasiya Məhəkəməsi 21.11.2017-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam vermiş və həmin qərardadında iddiaçıya məruz qaldığı əmlak itkiləri ilə bağlı ona kompensasiya ödəmək öhdəliyi daşıyan şəxslərə qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmiş, bundan sonra da iddiaçı hazırki cavabdehə qarşı yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən mübahisələndirilən qətn amə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 905-ci maddəsinin tələbinə görə sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər. Həmin Məcəllənin 914.1-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanununun 4.3-cü maddəsinə əsasən qəza vəziyyətində və ya istismara yararsız vəziyyətdə olan hər hansı əmlakla (bina, tikili, avtonəqliyyat vasitəsi, cihaz, qurğu, avadanlıq və s.) bağlı əmlak mənafelərinin sığortalanması qadağandır. Qeyd olunan normalarının təhlilindən də göründüyü kimi sığortalanan əmlakın dəyəri sığorta müqaviləsi bağlanana qədər müəyyən olunur və sığorta hadisəsi baş verdikdən sonra əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyəri mübahisələndirilə, buna görə sığorta ödənişdən imtina oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstə rilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyi ni, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9337/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh İcbari Sığorta Bürosunun nümayəndəsi X5 və vəkili X9 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9337/2018 nömrəli iş üzrə 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls
Məhkəmə qərarları › İş №2(102)-5864/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5864/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver