Məhkəmə qərarları › İş №2(102)-5865/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5865/2019

23.09.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5865/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı1, Cavabdeh3, onun və Cavabdeh1 vəkili ***nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli, 2(103)-12698/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6746/2018 saylı iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, *** saylı mənzilin açıq hərracdan satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli, 2(103)-12698/2018 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdirlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mən zilin hərracda satılaraq dəyərinin paylara mütanasib bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, *** saylı mənzil AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli, 10.08.2016-cı il tarixli çıxarışına əsasən mənzil 1/4 hissəsi onların hər birinin, 1/6 hissəsi isə cavabdehlər əmiləri uşaqları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İlqar oğlunun olmaqla paylara bölünmüşdür. Mənzil ümumilikdə 69.6 kv.m sahədən ibarət üç otaqlı mənzildir. Mənzilin paylara mütənasib satılıb bölünməsində cavabdehlərlə heç cür razılığa gələ bilmirlər. Ona görə də, paylarının naturada ayrılmasına dair Bakı şəhəri, Yasamal rayon məhkəməsinə müraciət edərək, iddia qaldırmışdıl ar. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-804/2018 saylı, 11.07.2018-ci il tarixli qətnaməsi ilə onun və qardaşının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı *** saylı mənzilin paylara mütənasib bölünərək paylarının naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Hal-hazırda da cavabdehlər heç bir səbəb göstərmədən mənzilin aralarında satılıb bölünməsinə razı olmur. Məhkəmənin nəzərinə çatdırır ki, mənzilin naturada bölgüsü mümkün deyil. Ona görə də, onlar cavabdehlərə rəsmi təklif yazaraq, həmçinin paylarını dəyərləndirirək paylarının dəyərini cavabdehlər tərəfindən ödənilməsini təklif etmişdilər. Cavabdehlər isə heç bir səbəb göstərmədən onlara cavab vermirlər. Ona görə də, təkliflərini Rabitə Şöbəsi və Mənzil İstismar Sahəsinin vasitəsi ilə çatdırmaq istə sələr də, hər iki təşkilat da bunu edə bilməmiş, səbəbini də göstərmişdilər ki, cavabdehlər qapını açmırlar və təklifi də qəbul etmirlər. Ona görə də, hal-hazırki iddia üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Ona görə də *** saylı mənzilin açıq hərracda satılaraq dəyərinin paylara mütənasib bölünməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri belə əsaslandırılmışdırlar ki, onlar məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdırlar. Eyni zamanda, qeyd edilmişdir ki, ioddiaçılar mənzilin hərracdan satılması iddiasını irəli sürməklə hüquqdan sui-istifadə etmişlər. Belə ki, həmin mənzildə iddiaçılardan fəqli olaraq uzun müddətdi yaşadıqlarından ümumi əmlakdan istifadə ilə bağlı mühüm mənafeləri vardır. Bu baxımdan Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən mübahisə iddiaçılara müvafiq kompensasiya verilməklə ümumi mülkiyyətlərindəki paylara xitamın verilməsi yolu ilə həll edilməli idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və Cavabdeh1 vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar;n qəbul olunmasını xahiş etmişdir. Cavabdeh3 vəkillərinin dediklərinə uyğun izahat verdi. İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə gö rə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 28.11.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətinə əsasən, *** xüsusi paylı mülkiyyət hüququ üzrə 1/4 hissəsi İddiaçı1, 1/4 hissəsi İddiaçı2, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh2 və 1/6 hissəsi Ağayeva Camal ilqar oğlunun adlarına daşınmaz əmlakın dövlət reyestrində 2451 nömrəli reyestr kitabının 228207 saylı vərəqində qeydiyyata alımışdır. Bakı şəhəri Yasamal Rayon Mə hkəməsinin 2(004)-801/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7616 nömrəli, 11.06.2018-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, *** saylı mənzilin tərəflərin payların naturada ayrılması «İnşaat Norma və Qaydaları» 2.08.01,89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq, texniki cəhətdən mümkün deyildir.” iş materiallarındakı məktub və onlara əlavə edilmiş xəbərnaməli zərflərdən görünür ki, iddiaçılar tərəfindən cavabdehlərə payların a görə kompensasiya ödənilməsi təklif olunsa da, məktubun qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etsə də, onların təfsində səhvə yol vermişdir. Belə ki, Azərbycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan işt irakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə görə isə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracda n satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompens asiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulun un ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. İstinad edilən maddi hüquq normalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun qərarında nümayiş etdirilmiş hüquqi mövqedən göründüyü kimi, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılaraq bölünməsi Mülki Məcəllənin 220.3 – 220.4-cü maddələrində əks olunmuş q aydaların ardıcıllıqla tətbiqindən sonra mümkündür. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(004)-801/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə payların naturada ayrılmasının mümkünsüzlüyü qət edilmişdir. Göründüyü kimi, maddi hüquq normaları ilə müəyyən edilmiş qaydanın ardıcıllıq üzrə 1-ci mərhələsinə riayət edilmişdir. 2-ci mərhələ hesab edilən kompensasiyanın ödənilməsi ilə ümumi mülkiyyətdəki paya xitamın verilməsi mərhələsinə gəldikdə apellyasiya instansiyası məhkəməsi bu qaydaya da riayət edilməsi kimi iddiaçı tərəfin təqdim etdiyi və qarşı tərəfə kompensasiyanın ödənilməsi təklifindən ibarət məktuba, habelə cavabdeh tərəfin onun qəbulundan imtinasını təsdiq edən poçt qəbzinə istinad etmiş dir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu yanaşması ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, ümumi mülkiyyətdə olan həmmülkiyyətçilərin hüquqularının pozulmasının qarşısının alınması məqsədi ilə müəyyən edilən qaydanın hər bir mərhələsinə formal şəkildə deyil, məhz qanunamüvafiq qaydada və real olaraq riayət edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmədənkənar qaydada təklif edilən kompensasiya ümumi şəkildə deyil, cavabdehin həmin kompensasiyanın ədalətliliyini qiymətləndirə bilməsi üçün konkret olaraq hansı məbləğdən ibarət olması aydın olmalıdır. Məhkəmədənkənar qaydada təklifin edilməsi və qarşı tərəfin bunu qəbul etməməsi isə iddiaçı tərəfi özü-özlüyündə əmlakın hərracdan satılması üçün həmin iddia ilə məhkəməyə müraciət etmək vəzifəsind ən azad etmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik de yil. Kompensasiyanın ödənilməsi ilə bağlı iddianın qaldırılıması zərurəti məhkəməyə bu iddiaya baxarkən iddiaçı tərəfin təklifinin real, yoxsa süni surətdə əmlakın hərraca çıxarılmasına xidmət etməsi məqsədini daşıdığını, tələb edilən kompensasiyanın məbləğinin əmlakın bazar dəyərinə mütənasib olub-olmamasını, bu məbləğə dair cavabdeh tərəfin münasibətini və imtina etdiyi halda əsaslandırmasının nədən ibarət olmasını aydınlaşdırma imkanının verilməsindən ibarətdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin formal təklifinin mövcudluğuna əsaslanmaqla əmlakın açıq hərracdan satılmasını qət etməklə səhvə yol vermişdir. Eyni zamanda, qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi istinad edilən halları aydınlaşdırmaqla yanaşı Mülki Prosessual Məcəllənin 14.3- cü maddəsinin onun üzərinə qoyduğu vəzifəyə uyğun olaraq tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməli olduğu halda bunu da etməmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsin gəldiyi nəticəni maddi hüquq normalarının tələbləri baxımından düzgün hesab etməyərək, belə qənaətə gəlir ki kassasiya şikayətinin dəlilləri əsaslıdır. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanlar ı aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu madd əyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kassasiya şikayətləri təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli, 2(103)12698/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxı lması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar