Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5866/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi, mülkiyyət hüququnun qanunla məhdudlaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5023/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə 22 noyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsində istifadədə olan 0.044 ha torpaq sahəsində yerləşən 19 nömrəli binanın zirzəmisində 16.7 kv.metr ümumi, 16.7 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh tam mülkiyyətindədir.
2. Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 37 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1755 saylı, xx.x x.2017-ci il tarixli tikinti-planlaşdırma eskizi nəzərə alınaraq, Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında YYY-nin istifadəsinə verilmişdir.
3. Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC-nin arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, MMC tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi v ə İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.4-cü bəndinə əsasən şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq sahəsi olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi, bu zaman həmin mənzilləri (qeyri-yaşayış) su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etməyi öhdəsinə götürmüşdür
4. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Anar Vahidin iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ünvan 1 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə və yaşayış binasına baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən ərazidə yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyasından inşa edilmişdir. Sakinlər tərəfindən tikinti norma və qaydalarına uyğun olmadan yaşayış binasında çoxsaylı artırmalar inşa edilmişdir. Binada inşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olaraq dayanıqlılığına mənfi təsir göstərir. Yaşay ış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə və mənzillərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri və yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir.
5. İddiaçı MTK-nın xx.xx.2022-ci il tarixli, 79 saylı arayışından görünür ki, İddiaçı MTK-ya həvalə olunan “pilot layihə”yə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin yerləşdiyi torpaq sahəsində qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən əmlakların sökülməsini, yenidən qurulmasını, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi, yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökül müş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər inşa etməlidir. Qeyd olunan ərazidə istismar müddətini keçmiş, yararsız 385 yaşayış və qeyri-yaşayış binaları mövcud olmuşdur. 2017ci ildən başlayaraq, bu günə 362 bina (ev) sahibləri ilə razılaşdırılmış, əmlakları yeni tikilən mənzil və qeyri-yaşayış sahələri ilə əvəzləşdirilmişdir. Qalan 23 mənzil və ev sahibləri ilə razılaşma mümkün olmadığından, məhkəməyə müraciət edilmişdir. Yəni, İddiaçı MTK ərazidən 94% sakinləri köçürmüş, 6% sakinlər ilə mübahisə olduğundan, məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı MTK tərəfindən həmin ərazidə razılaşdırılmış layihəyə uyğun olaraq 6 ədəd 16 mərtəbəli yaşayış binaları inşa edilmiş, 1 bina 4-cü mərtəbə səviyyəsində inşa edilməkdə davam edir, 1 bina isə ərazisindən mülkiyyətç ilərin köçürülməsi mərhələsindədir. MTK tərəfindən inşa edilmiş sahə 93.908,40 kv.metr, sakinlər ilə əvəzləşdirilən sahə 35.452,32 kv.metr təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan zirzəminin sökülməsi, həmin zirzəminin əvəzinə ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında 16,7 kv.metr ümumi sahəsi olan zirzəminin cavabdehin xüsusi mülkiyyətinə verilməsi, zirzəmi ilə təmin edilənədək iddiaçı tərəfindən cavabdehə hər ay 400 manat kirayə haqqı ödənilməsi, cavabdehin zirzəmidən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmə icraatı zamanı iddiaçı tərəfindən ərizə ilə mürac iət edilərək, İddiaçı MMC-nin İddiaçı MTK-ya çevrilməsi bildirilmişdir.
8. Sonradan iddiaçı Azərbaycan Respublikası MPM-nin 53- cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair növbəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan zirzəminin sökülməsi, həmin zirzəminin əvəzinə ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasında 20 kv.metr ümumi sahəsi olan təmirli zirzəminin onun xüsusi mülkiyyətinə verilməsi, zirzəmi ilə təmin edilənədək iddiaçı tərəfindən cavabdehə hər ay 300 manat kirayə haqqı ödənilməsi, həmçinin cavabdehin zirzəmidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan saki nlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqlarının verilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Lakin Bakı səhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 19 binanın zirzəmisində ümumi sahəsi 16,7 kvadra t metr qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh kirayə haqlarını YYYdən almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək yaşayış binasının zirzəmisini qəbul etməkdən imtina etmişdir. Bunun nəticəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış müqavilənin 2.3. və 2.4.-cü bəndləri MMC-dən asılı olmayan səbəblərdən icra edilməmişdir. Bundan əlavə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1.qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, 1.2 mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəs aitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək y aşayış binasında müvafiq mənzillərin ayrılmasını ünvan 2 ünvanında yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda sözügedən binada sakinlər yaşayır. Bu səbəbdən tikinti işləri dayanmışdır, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MMC köçürülmüş sakinlərə kirayə haqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məc buri şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaqdır.
10. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək şirkət tərəfindən ona daha böyük ölçüdə sahənin təklif olunacağı təqdirdə razılığa gəlmək imkanının olduğunu bildirmiş, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-661/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia təmin edilmişdir.
12. Məhkəmə cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi şirkət tərəfindən daha böyük kv.metr sahənin təklif olunacağı tə qdirdə razılığa gəlmək imkanı ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, proses iştirakçıları tərəfindən iş materiallarına əlavə edilməsi üçün təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi iddia tələbində qeyd edilən zirzəmi yarısökülmüş vəziyyətdə olmaqla, faktiki istifadə üçün əlverişsizdir. Lakin buna baxmayaraq, cavabdeh yeni zirzəmi ilə təmin edilənədək, iddiaçı tərəfindən sonuncuya hər ay 300 manat məbləğində icarə haqqının ödənilməsi təklif edilmişdir. Məhkəmə iddiaçı tərəfin Cavabdeh icarə haqqının ödənilməsi təklifi ilə çıxış etməsini cavabdehin mənafeyinin qorunması məqsədilə irəli sürüldüyünü qiymətləndirərək hesab etmişdir ki, yeni zirzəmi ilə təmin olunanadək, İddiaçı MTK tərəfindən Cavabdeh aylıq 300 manat icarə haqqı ödənilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, q anunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx"xxxx"xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC (hazırda İddiaçı MTK) öz üzərinə götürdüyündən, iddia tələbi “zirzəminin sahəsinə 20% əlavə edilərək, cavabdehin 20 kv.metr ümumi sahəsi olan təmirli zirzəmi ilə təmin edilməsi” hissəsində də təmin edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 15-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1, 28.3, 28.4-cü, Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, zərərin əvəzi kimi 10.000 manat, icarə haqqı kimi 4.800 manat, tam təmirli mağaza hazır olana kimi kirayə xərcinə görə hər ay 400 manatın onun xeyrinə tutulması, habelə binanın ticarət mərkəzində ümumi sahəsi 40 kv.m olan tam təmirli mağazanın cavabdeh tərəfindən ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5023/2022 nömrəli, 29 iyul 2022-ci tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, zirzəmi cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Lakin Mülki Məcəllənin 6.3-cü maddəsinə görə dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. O cümlədən, "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx. xx.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”. Odur ki, ümumi sahəsi 16,7 kv.m olan zirzəminin sökülməsi, zirzəminin əvəzinə həmin ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 20 kv.m olan təmirli zirzəminin cavabdehin mülkiyyətinə verilməsi, cavabdeh zirzəmi ilə təmin edilənədək kirayə xərclərinə görə ona hər ay 300 manat ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur.
18. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, kirayə xərcinin məbləği cavabdeh tərəfindən mübahisələndirilsə də onun tərəfindən məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmiş, iddiaçı tərəf i sə kirayə xərcinin düzgün müəyyən edildiyini təsdiq edən sübutu (qiymətləndiricinin arayışını) təqdim etmişdir. Bundan başqa, cavabdeh iddiaçı tərəfindən ona zərər vurulduğunu bildirsə də, o, “zərərin əvəzinin ödənilməsi barədə” iddia irəli sürməyib. Apellyasiya şikayətində iddia irəli sürülmür, iddianın irəli sürülməsi üçün birinci instansiya məhkəməsinə qanunvericilikdə müəyyən edilmiş qaydada iddia ərizəsi verilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə apellyasiya instansiyası məhkəməsinin ləğv edilm əsi, iddiaçıdan cavabdehin xeyrinə 10.000 manat məbləğində pulun, 4800 manat icarə haqqının, tam təmirli mağaza hazır olana kimi 400 manat mənzil kirayə pulunun tutulması, binanın ticarət mərkəzində ümumi sahəsi 40 kv.metr olan tam təmirli mağazanın verilməsi barədə qətnamə qəbul edilməsi, yaxud mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Kassator şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandıraraq qeyd etmişdir ki, sözügedən zirzəmi onun mülkiyyətində olmaqla hazırkı bazar qiyməti 150.000 manatdan çoxdur.
22. Kassator şikayətini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 418.1, 418.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29, 4-6-cı hissələri. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
1. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliy in, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
2. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
3. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
4. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
5. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
6. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
7. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
8. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
9. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
10. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
11. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
13. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbi cavabdehin mülkiyyət hüququna təsir edir və apelyasiya instansiyası məhkəməsi bu xüsusatı təhlil edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2020-ci il tarixli qərarına əsasən, «konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarların Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər».
14. Baxılan işdə cavabdehin mülkiyyətində olan zirzəm idə yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi də vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbirləri ilə əhatə olunur və cavabdehə məruz qaldığı təsirin kompensasiyası olaraq sökülən qeyri-yaşayış sahəsindən 20 faiz artıq təmirli sahə ilə təmin olunması, həmçinin bu vaxta kimi kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir.
15. Cavabdehin özü də kassasiya şikayətinin dəlillərində onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsinin qanunsuz olması ilə bağlı dəlil irəli sürməyib. Cavabdehin dəlilləri, ona ödənilməli olan kirayə haqqı və itkiləri ilə bağlı kompensasiyanın məbləği ilə bağlıdır.
16. Həmin dəlillər apelyasiya instansiyas ı məhkəməsi tərəfindən araşdırılıb qiymət verilmişdir.
17. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
18. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
19. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5023/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.