Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5867/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı; Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5867/2022 (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü) Bakı şəhəri, 14 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3731/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardad ından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 08 iyun 2018ci il tarixli, 2(005)-532/2018 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, üçüncü şəxs X3 iddiasının təmin edilməsi, İddiaçı-i ilə X4 arasında bağlanmış 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası mə hkəməsindəki birinci icraat
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: sədrlik edən və məruzəçi Xəyal Sarıyev, Vüqar Həsənov və Şərafət Məmmədova) 2(103)-407/2019 nömrəli, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qeyd olunan hissədə təmin edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, məhkəmə xərcləri həll olunmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: sədrlik edən və məruzəçi Mehparə Əhmədova, Əhməd Nurməmmədov və İsmayıl Xəlilov) 2(102)1943/2020 nömrəli, 30 iyun 2020- ci il tarixli qərarı ilə İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-407/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: sədrlik edən və məruzəçi İkram Şirinov, Tofiq Səmədov və Anar Tanrıverdiyev) 2(103)-573/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-532/2018 saylı, 08 iyun 2018-ci il tarixli qətnaməsinin onu n apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmiş və məhkəmə xərcləri həll olunmuşdur. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: sədrlik edən və məruzəçi Ələsgər Əliyev, İlqar Xələfov və Aqil Abbasov) 2(102)-297/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı ilə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-573/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bak ı Apellyasiya Məhkəməsinə göndərilmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər: sədrlik edən və məruzəçi Akif İsgəndərov, İlham Kərimli və Elşən Kazımov) 2(103)-3731/2022 nömrəli, 09 iyun 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı-nin apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı-nin iddiasının qismən təmin olunması, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 2-2(087)-34/2014 nömrəli, 17 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 65.000 manat əsas borc və həmin məbləğə hesablanan 22.949 manat faiz borcu, ümumilikdə 87.949 manat məbləğ ində kredit borcunun və qətnamə çıxdığı günədək əsas borca illik 7% hesablanacaq faizlərin tutulmasının Cavabdeh (əvvəllər X2) mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinə və Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 278,76 kvm olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinin icra zamanı faktiki olaraq mövcud olmadığı müəyyən edilərsə, tutmanın həmin evin yerləşdiyi 0,1013 ha torpaq sahəsinə yönəldilməsi, Şərur rayonu, Zeyvə kəndində yerləşən ümumi sahəsi 1.024,84 kv.metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin (likvid dəyəri) 36000 (o tuz altı min) manat, Şərur rayonu, Zeyvə kəndində 0,1013 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 278,76 kvm olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 126 040 manat (yüz iyirmi altı min qırx manat), 0,1013 ha torpaq sahəsinin ayrılıqda qiyməti isə 25000 (iyirmi beş min manat) müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, ipoteka predmetlərinin satıldıqdan sonra əmlakların 1 (bir) ay ərzində boşaldılması, müstəqil tələb irəli sürən 3-cü şəxs X3 18 iyun 2009-cu il tarixli 169 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilməmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının (hakimlər: sədrlik edən və məruzəçi Akif İsgəndərov, İlham Kərimli və Elşən Kazımov) 2(103)-3731/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi 10 iyun 2022-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Bundan 2 ay 19 gün sonra - xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 2 aylıq kassasiya şikayəti vermə müddəti ötürülmüş, buraxılmış müddətin bərpa edilməsinə dair isə vəsatət verilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13 0, 405, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3731/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadının ləğv edilməsi, kassasiya şikayətinin mümkün hesab edilərək işə baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə poçt vasitəsilə cavabdehə göndərilməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemindən qeydiyyatdan keçməmişdir və elektron kabinetinin olmasından xəbərsizdir. Bundan əlavə Cavabdeh ünvanına, elektron poçtuna, mobil telefon nömrəsinə məlumat və ya SMS vasitəsilə h eç bir bildiriş göndərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
14. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ( məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
18. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
19. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyi üçün məhkəmə aktı bütövlükdə yoxlanılır.
23. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası mə hkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır (§ 18)
26. Apellyasiya məhkəməsi iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlmişdir ki, qətnamə 10 iyun 2022-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir (səh.169). Başqa sözlə qətnamə ona həmin tarixdən rəsmi qaydada çatdırılmış sayılır. Lakin cavabdeh kassasiya şikayətini xx.xx.2022-ci i l tarixdə verməklə 2 aylıq müddəti ötürmüşdür. Kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinə baxmayaraq, cavabdeh buraxılmış müddətin bərpasına dair vəsatət də verməmişdir. Belə olan halda, kassasiya şikayəti qaytarılmalıdır.
27. Kassasiya kollegiyası nəzərə alır ki, apellyasiya məhkəməsinin qeyd etdikləri və gəldiyi nəticə iş materiallarına, habelə yuxarıda qeyd olunan prosessual hüquq normalarına uyğundur. Belə olan halda, kassasiya şikayətinin təmin olunması və qərardadın ləğv edilməsi üçün əsas mövcud deyil.
28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: K assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3731/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.