Məhkəmə qərarları › İş №2(102)-5868/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5868/2022

11.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5868/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" Mənzil Tikinti Komunal və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ("xxxx" Mənzil Tikinti Komunal və "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəx s qismində cəlb edilməklə) qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3962/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 23 oktyabr 2014-cü il tarixdə "xxxx" MTK ilə Cavabdeh2 arasında mənzil inşaatı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən MTK Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 802-803-cü məhəllədə inşa edilən yeni yaşayış massivinin “B” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 278 kv.metr olan 4 otaqlı 145 saylı mənzillə təmin etmək barədə üzərinə öhdəlik götürmüşdür.

2. Müqavilədə qeyd olunmuşdur ki, ümumi dəyəri 625.000 manat müəyyən olunmuş mənzilə görə Cavabdeh2 tərəfindən avans olaraq 125.000 manat, qalan 500.000 manat isə inşaatçının zaminliyi ilə alınacaq bank krediti hesabına ödənilməlidir.

3. Bundan başqa, 23 oktyabr 2014-cü il tarixdə "xxxx" MTK ilə Cavabdeh2 arasında həmin ünvanda yerləşən evin 4-cü mərtəbəsində eyni ölçüdə 140 saylı mənzilə dair eyni şərtlərlə müqavilə bağlanmışdır. 4. 145 saylı mənzil Cavabdeh2 oğlu X3 ailə qurmaq niyyətində olduğu Məmmədova (Sadıqlı) Aidə Loğman qızının atası İddiaçı tərəfindən təmir olunmuş və 14 mart 2015-ci il tarixdə Aidə və Ülvi rəsmi nikaha girərək həmin mənzilə köçmüşlər.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qətnaməsi ilə Aidə Məmmədova ilə Ülvi Sadıqlı arasında bağlanmış nikah pozulmuşdur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddia tələbi təmin olunaraq cavabdehlər X4 və İddiaçı ünvan 1 ünvanında yerləşən 145 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 7. 2020-ci ilin sentyabr ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə və iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək 145 saylı mənzilini cavabdehlərin xahişi ilə əsaslı surətdə təmir etdirib buna görə 850.000 manat məbləğində vəsait sərf etməsini, mənzil üçün alınmış məişət əşyalarına görə 115.000 manat xərcləməsini, bundan başqa 140 saylı mənzilin alınması üçün Cavabdeh2 "xxxx" ASC-yə olan 510.000 manat məbləğində borcunu ödəməsini əsas göstərməklə mənzilin təmirinə çəkdiyi xərclərə görə 850.000 manatın, həmin pul vəsaitinin ona qaytarılmasının keçikdirilməsinə görə hesablanmış faizlərə görə 127.500 manatın, həmin pul vəsaitdən istifadə etməklə faydalanmaya görə 191.250 manatın, banka ödədiyi 510.000 manatın, həmin pul məbləğinin geçikdirilməsinə görə 76.500 manatın, həmin pul vəsaiti hesabına qanunsuz faydalanmasına görə 95.625 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın cavabdehlərdən onun xeyrinə tutulmasına, tutmanın 145 saylı mənzilə yönəldilməsinə və mənzilin açıq hərracdan satılaraq əldə edilən pul vəsaitinin borc hesabına ona ödənilməsinə, bu kifayət etmədikdə borcun cavabdehlərin digər əmlakları hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(006)-101/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mənzilin təmir xərcinə görə 639.057,5 manatın, bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manatın, borc olaraq 510.000 manatın və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manatın, dövlət rüsumuna görə ödənilmiş 30 manatın 15 manatının, cəmi 1.230.464,5 (bir milyon iki yüz otuz min dörd yüz altmış dörd manat əlli qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdehlər qətnamədən a pellyasiya şikayəti verərək iddiaçının onlardan tələb etdiyi pul məbləğinin əvəzinə 140 saylı 4 otaqlı mənzili iddiaçının göstərişi əsasında onun bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirməklə borcu əvəzləşdirmələrini, lakin məhkəmənin işin həmin halına düzgün qiymət vermədən səhv nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3962/2022 nömrəli iş üzrə 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunmasını qanuni sayarkən mənzilin təmir xərcinə münasibətdə hesab etmişdir ki, iddiaçı həmin təmiri cavabdehlərin xahişi ilə etdiyini, cavabdehlər isə həmin pulu vaxtında qaytarmamaqla ona ziyan vurmuşlar.

12. Məhkəmə kollegiyası həmin nəticəsini qanunun tələbləri baxımından əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7,1091 və 1092-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh2 məxsus bank kreditinin iddiaçı tərəfindən ödənilməsinə dair hissədə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən hesab etmişdir ki, həmin məbləğ cavabdehlərə borc kimi verilmiş, lakin cavabdehlər həmin pulu qaytarmamaqla borc müqaviləsi üzrə öhdəliyinə əməl etməmiş, eləcə də borcun qaytarılmasını gecikdirməklə ona ziyan vurmuşlar.

14. Məhkəmə kollegiyası həmin nəticəsini qanunun tələbləri baxımından əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 445.7-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehlər kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

16. Kassasiya şikayəti Mülki Məcəllənin 740.2, 777, 367.1, 372.1, 1095, Konstitusiyanın 26.2, 125.7, 129.3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 106.1, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçının nümayəndəsi k assasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Mülki Məcəllə

18. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən ə şyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

21. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma h əmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

23. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6 və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

36. Apellyasiya instansiyası məhkə məsi Mülki Məcəllənin 1091-ci maddəsinə əsaslanıb cavabdehləri əsassız varlanan şəxs hesab edərkən nəzərə almamışdır ki, qanunun həmin normasına görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Müəyyən olunduğu kimi tərəflərin övladlarının nikaha girmələri ilə əlaqədar Cavabdeh2 mənzil əldə etmiş, iddiaçı Loqman Məmmədov isə orada təmir işləri aparmışdır.

37. Təmir işləri iddiaçının istəyinə və iradəsinə uyğun aparılmış və övladlarının ailə münasibətləri pozulduqdan sonra mənzildə aparılmış yaxşılaşdırma işləri Cavabdeh2 qalmışdır.

38. Göstərilən vəziyyətdə cavabdehin hüquqi əsas olmadan varlanması nəticəsinə gəlmək üçün əsaslar olmadığından, kollegiya hesab edir ki, mübahisənin həmin hissədə həllinə Mülki Məcəllən in 1091,1092-ci maddələrinin qüvvəsinin tətbiq edilməsi üçün əsaslar olmamışdır.

39. Mülki Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

40. Həmin normaya görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər.

41. İşdən görünür ki, İddiaçı cavabdehlərdən həm ayrıla bilən, həm də ayrıla bilməyən yaxşılaşdırmaların dəyərinin ona ödənilməsini tələb edir.Yəni təmir işlərinin dəyəri ilə yanaşı mənzildə olan məişət əşyalarının dəyərini də tələb edir.

42. İş üzrə ek spertiza tədqiqatını həyata keçirən Məhkəmə Ekspertizası Mərkəzi də görülmüş təmir işlərinin dəyərini cəmi 639.057,36 manat məbləğində müəyyən edərkən ayrıla bilən yaxşılaşdırmaların dəyərini də nəzərə almış və məhkəmə iddianı həmin hissədə qismən təmir edərkən cavabdehlərdən məhz həmin məbləği – 639.057,36 manatı tutmuşdur.

43. Məhkəmə bu zaman həmin əşyaların nə iddiaçı tərəfindən götürülməməsinin səbəblərini araşdırmamış, nə də təmir işlərinin 2014,2015-ci illərdə görülməklə aşınmaya məruz qalmasını nəzərə almamış və işin həmin hallarına qiymət verməmişdir.

44. Ekspert rəyindən isə təmir işlərinə sərf olunan materialların dəyərinin hansı dövrə, təmirin aparıldığı dövrə, yoxsa hazırkı dövrə uyğun müəyyən edilməsi görünmür. Məhkəmə ekspert rəyinə qiymət vermədən həmin rəyi mübahisəsiz süb ut kimi qəbul edərək iddianı rəydə göstərilən məbləğdə təmin etmişdir.

45. Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaya çəkdiyi məsrəflərin dəyərini ala bilər.

46. İşdən görünür ki, Cavabdeh2 tərəfindən mənzilin alınması üçün müqaviləyə görə 625.000 manat vəsait sərf etmişdir.

47. İddiaçı cavabdehlərdən təmir işlərinə görə 850.000 manat tələb etmiş, məhkəmə isə həmin hissədə iddianı 639.057,36 manat məbləğində təmin etməklə, eyni zamanda həmin məbləğin qaytarılması üçün cavabdehlərdən 45.267 manat faiz borcuna görə pul tutmuşdur.

48. Beləliklə, məhkəmə tərəfindən cavabdehlərdən yaxşılaşdırmaya görə tutulan pul vəsaiti əmlakın, yəni mənzilin dəyərini aşmışdır.

49. Təmirə xərclənmiş vəsaitin iddiaçıya qaytarılmasının gec ikdirilməsinə görə cavabdehlərdən 45.267 manat tutarkən məhkəmə, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmışdır.

50. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərdən təmir xərclərinə görə 850.000 manat və həmin məbləğin qaytarılmasının gecikdirilməsinə və qanunsuz faydalanmağa görə 318.750 manat məbləğində faiz tələb etmişdir.

51. Tələb olunan vəsaitə həm ayrıla bilən, həm də ayrılması mümkün olmayan yaxşılaşdırmalar daxil edilməklə cavabdehlər üçün qaytarılmalı olan pul vəsaitinin məbləği aydın olmadığından, eləcə də həmin məsələ məhkəmə araşdırılmasını tələb etdiyindən, belə vəziyyətdə məhkəmə kollegiyası gecikdirmənin baş verib-verməməsini araşdırmalı idi.

52. Tələb olunan təmir xərci hər hansı mötəbər sübutla təsdiq olunmadığından cavabdehlər iddi açının ilk tələbi əsasında həmin məbləği ödəməyə borclu deyildilər. Həmin məbləğ cavabdehlərə hər hansı müqavilə əsasında verilməməklə bu məsələdə tərəflər arasında mübahisə doğurmayan konkretlik olmamışdır. İddiaçı mənzilin təmirinə çəkilmiş xərcin cavabdehlər tərəfindən ona qaytarılmalı olması barədə aralarında razılaşmanın olmasını iddia etsə də, bu, iş materiallarından görünmür.

53. Cavabdehlər hesab edirlər ki, iddiaçı övladlarının yaşayacağı mənzili onlara xüsusi ilə qızına hədiyyə olaraq təmir etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin həmin halına müvafiq hüquqi qiymət verməmişdir.

54. Müəyyən olunduğu kimi, Cavabdeh2 məxsus 140 saylı mənzilin alınması üçün onun bankdan götürdüyü kreditin 510.000 manat məbləğində hissəsi İddiaçı tərəfindən ödənilmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi həmin məbləği borc hesab edib mübahisəni Mülki Məcəllənin 739-cu maddəsinin tələblərinə uyğun həll edərkən nəzərə almamışdır ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

57. Kollegiya hesab edir ki, iddiaçı krediti Cavabdeh2 əvəzinə bank a ödəməklə onun bank qarşısında öhdəliyini icra etmişdir.

58. Belə olduqda, kollegiya hesab edir ki, mübahisəli hüquq münasibətinin həllinə Mülki Məcəllənin 431.1-ci maddəsinin tələbləri baxımından həlli imkanına qiymət verilməlidir.

59. Cavabdeh2 öhdəliyini icra edən İddiaçı həmin məbləği cavabdehdən tələb etmək hüququna malik olsa da özünün tələb hüququndan yalnız hazırkı iddia ilə məhkəməyə müraciət etməklə istifadə etmişdir.

60. Lakin İddiaçı bununla əlaqədar məhkəməyə müraciət edərkən tələbinin qanuni əsasını düzgün müəyyən etməmiş və işə baxan məhkəmə də iddianı həmin hissədə təmin edərkən Mülki Məcəllənin 739-cu maddəsinin qüvvəsinə əsaslanmaqla qanunun tətbiqində səhvə yol vermişdir.

61. Mülki Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yö nəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

62. Qanun üçüncü şəxs tərəfindən ödənilmiş pul məbləğinin qaytarılmasına borclunun vəzifəsi kimi müəyyən etməmiş və bununla əlaqədar onun üzərinə öhdəlik qoymamışdır.

63. Göstərilən vəziyyətdə pulun qaytarılması üçüncü şəxsin tələb hüququndan asılıdır.

64. Belə olduqda cavabdehlərin iddiaçı qarşısında öhdəliklərin icra etməməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanunun tələbinə uyğun sayıla bilməz.

65. İşdən görünür ki, Cavabdeh2 banka olan borcu iddiaçı tərəfindən 2018-2019-cu illərdə hissə-hissə ödənilmiş və ödədiyi pul mə bləğinin cavabdehlərdən tutulması barədə iddiaçı məhkəməyə 2021-ci ilin oktyabr ayında müraciət etmişdir.

66. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həm məhkəməyə qədər olan 12 ay ərzində, həm də işə məhkəmədə baxılan dövrdə 17 ay ərzində icranı gecikdirdiyi üçün cavabdehlərdən 36.125 manat məbləğində faiz tutulması (Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən) qanuni və əsaslıdır.

67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə görə borclunun icranı gecikdirilməsi o zaman baş verir ki, öhdəlik onun icrası üçün müəyyən olunmuş müddətdə icra edilməsin (445.2.1.), eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini icra etməsin (445.2.2).

68. Üçüncü şəxsin ödədiyi pul məbləğinin borclu tərəfindən ona qaytarılması, yuxarıda qe yd olunduğu kimi, borclunun öhdəliyi kimi müəyyən olunmadığından belə halda cavabdehlərdən gecikdirməyə görə faiz tutulması qanunun tələbinə uyğun deyildir.

69. Cavabdehlərin iddianı əsassız sayarkən irəli sürdükləri əsas dəlil ondan ibarətdir ki, onlar İddiaçı onlardan tələb etdiyi pul məbləğinin əvəzi olaraq onun göstərişi əsasında 140 saylı 4 otaqlı mənzili onun bacısı oğlu Babək İsmayılovun adına sənədləşdirməklə iddiaçıya olan borclarını ödəmişlər.

70. İşin 1-ci cildinin 307,308-ci səhifəsində olan Cavabdeh2 və Cavabdeh1 MTK-ya ünvanlanmış ərizələrindən görünür ki, onlar 140 saylı mənzilin Babək İsmayılova satılmasına etiraz etmədiklərini bildirmişlər.

71. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəs i prokurorun cinayət işin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərarından görünür ki, X1 Sadıqovun ona qarşı dələduzluq edərək 300.000 manat pulunu talaması, həmçinin, İddiaçı Cavabdeh1 ona qarşı dələduzluq edərək 300.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməsi barədə prokurorluğa şikayət etmiş və həmin şikayətlər araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 müxtəlif vaxtlarda banklara olan borclarını ödəyə bilmədiyi üçün İddiaçı ümumilikdə 900.000 ABŞ dolları borc almış, Cavabdeh2 məxsus 140 saylı mənzil həmin borcun əvəzinə iddiaçının razılığı ilə onun bacısı oğlu Babək İsmayılova verilməklə borc əvəzləşdirimişdir.

72. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehlərin bu mühüm dəlili ilə əlaqədar hər hansı bir araşdırma aparmamış, b ununla əlaqədar sübut əhəmiyyəti daşıyan zəruri sənədləri işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MTK-dan tələb etməmiş, işin həmin halına müvafiq hüquqi qiymət verməmişdir.

73. İşdə mənzilin hansı qaydada Babək İsmayılovun adına keçməsi, bununla əlaqədar tərəflər arasında hər hansı bir müqavilənin olması, əgər satılmışdırsa hansı qiymətə satılması işdən görünmür.

74. Apellyasiya instansiyası məhkəməsi bank kreditinə görə ödənilmiş 510.000 manatı eyni zamanda Cavabdeh1 tutarkən nəzərə almamışdır ki, o, kredit müqaviləsi üzrə tərəf olmamaqla kreditin ödənilməsi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməmişdir.

75. Belə olduqda, iddianın Cavabdeh1 münasibətdə təmin edilməsinin mümkünlüyünə qanunun tələblərinə uyğun qiymət verilməli idi.

76. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlara istinad olunmaqla çıxarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarının 1-ci bəndinin tələbinə müvafiq olaraq mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması təmin edilməmişdir.

77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 25 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar