Məhkəmə qərarları › İş №2(102)-5869/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5869/2022

18.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5869/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) tərəfindən birlikdə verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdehlər Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4000/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlə r. Məhkəmə kollegiyası kassasiya şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıda qeyd olunanlara əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir (maddə 404-1.2). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq e dilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (maddə 408.1.5). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Hazırkı iş üzrə kassasiya şikayətinin qeyri-mümkünlüyü barədə daha əvvəl qəbul edilmiş qərardadda eyni nöqsanlara istinad olunmasına baxmayaraq yenidən təqdim edilmiş şikayətdə də maddi və prosessual hüquq normalarının sadəcə mətninə istinad edilmiş, həmin normaların pozulmasının nədən ibarət olduğu əsaslandırılmamışdır. Eyni zamanda, apellyasiya instansiya məhkəməsinin qətnamədən hal-hazırda həm Cavabdeh 2, həm də Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilsə də, iş materiallarında olan vəkil orderində (s. 115) Cavabdeh1 adı qeyd olunmamış və kassasiya şikayətini imzalamış vəkilin Cavabdeh1n təmsil etmək hüququnu təsdiq edən etibarnamə iş materiallarına əlavə olunmamışdır. Halbuki, MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışs a, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, geri qaytarılır. Qeyd olunanlarla yanaşı, kassasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, MPM-in 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Baxılan işdən görünür ki, apellyasiya instansiya məhkəməsinin 07 iyun 2022-ci il qətnaməsi Cavabdeh1 elektron kabinetinə 09 iyun 2022-ci il tarixdə rəsmi qaydada yerləşdirilmiş, həmin qətnamədən ilk dəfə xx.xx.2022-ci il tarixdə yalnız Cavabdeh2 tər əfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə MPM-də nəzərdə tutulmuş tələblərə cavab vermədiyinə görə geri qaytarılmışdır. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra hə iki cavabdehin verdiyi hazırkı kassasiya şikayəti 22 sentyabr 2022-ci il tarixdə elektron sistem vasitəsilə təqdim edilmişdir. Göründüyü kimi, kassasiya şikayəti qanunla müəyyən edilmiş qaydada verildiyi tarixdə iki aylıq müddət ötürülmüş, həmin müddətin bərpasına dair ərizə verilməmişdir. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddə t ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, qeyd olunanlara əsasən Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin qaytarılması məsələsinin müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2, 405.0.1, 407, 408.1.3 və 408.1.4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4000/2021 saylı, 07 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarı lması məsələsinin müzakirə edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar