Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-587/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyət mübahisəsi, kommersiya Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4972/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 1. "xxxx" MMC nizamnamə kapitalı iddiaçılar İddiaçı1 (50% pay hüququ ilə), İddiaçı2 (25% pay hüququ ilə) və Cavabdeh (25% pay hüququ ilə) məxsus olmaqla, xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)27/2019 nömrəli icra vərəqəsinə əsasən, Cavabdeh 1.114.703 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərək, Cavabdeh 60.587 manat məbləğində pul vəs aitinin və 272 manat ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-3109/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Günay Abidova) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 26.1 və 26.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, ilkin məhkəmə araşdırmaları zamanı iddia ərizəsinin mahiyyətindən və əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, iddiaçıların cavabdehdən “pul” tələbinə dair hazırkı iddia ərizəsinin əsasını onlar arasında olan kommersiya mübahisəsi təşkil edir. Belə ki, idd ia ərizəsinin mahiyyətindən məlum olur ki, iddiaçılar və cavabdeh "xxxx" MMC-nin təsisçiləri olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh 1.114.703 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmiş, apellyasiya və kassasiya instansiyası məhkəmələri həmin nəticəni təsdiqləmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hazırda iddiaçılar həmin qətnamə üzrə verilmiş icra vərəqəsində göstərilən məbləğin ödənilməmiş hissəsinin qəsdən gecikdirilməsinə görə cərimənin cavabdehdən tutulmasını tələb edirlər. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər kommersiya münasibətləri olduğundan, hazırki mübahisə də təsisçilər arasında yaranan korporativ tələbdən irəli gə lən kommersiya xarakterli mübahisədir. Ona görə də hazırki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən baxıla bilməz.
6. İddiaçılar (vəkil Nümayəndə) şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər.
7. Şikayət belə əsaslandırılmışdır ki, qəbul olunmuş qərardad əsassızdır və aidiyyət məsələsi pozulmamışdır. Belə ki, iddiaçılar vergi ödəyicisi deyildir və onların adına vergi ödəyicisinin eyniləşdirmə nömrəsi mövcud deyildir. Həmçinin, mübahisənin predmetini sahibkarlıq fəaliyyətindən irəli gələn hallar təşkil etmir. Belə olan halda isə mübahisənin predmeti və subyektiv tərkibi nəzərə alınaraq, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından iddia ərizəsinə ümumi məhkəmədə baxılmalıdır. İddia ərizəsinə əlavə edilmiş qətnamələrdən də göründüyü kim i tərəflər arasında olan mübahisəyə kommersiya məhkəməsi tərəfindən deyil, ümumi məhkəmə tərəfindən baxılmış və iddiaçılar məhz həmin qətnamə üzrə verilmiş icra vərəqəsində göstərilən məbləğin ödənilməmiş hissəsinin qəsdən gecikdirilməsinə görə cərimənin cavabdehdən tutulmasını tələb edirlər.
8. Bundan əlavə, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.
9. Birinci instansiya məhkəməsinin 4 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
10. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.
11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işl ərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
13. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Kassasiya instansiya məhkəməsinin mövqeyi
14. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən, MPM-in 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərd ən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
16. Qərara əsasən, tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13).
17. MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqq ında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir (bənd 19).
18. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar (bənd 26).
19. Həmçinin sözügedən Qərarda qeyd olunmuşdur ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) komm ersiya məhkəmələri baxır.
20. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin kommersiya məhkəməsinə aid olması barədə qənaətini, iddia tələbinin korporativ tələb olması ilə əsaslandırmışdır.
21. Məhkəmə tərkibi iddianın əsaslılığı barədə məsələyə hüquqi qiymət vermədən, MPM-in 26-cı maddəsini və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının istinad olunan 19-cu bəndini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə iddiaçıların təsisçisi olduqları Şirkətin digər təsisçisi olan cavabdehə qarşı tələbi korporativ mübahisədən irəli gəlir, həmin mübahisə müstəsna olaraq kommersiya məhkəmələrinin səlahiyyətinə aiddir.
22. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı mübahisənin kommersiya mübahisəsi olması əsası ilə iddia ərizəsini geri qaytarmaqla prosessual qanunvericiliyin tələblərinə cavab verən qanuni qərar qəbul etmişdir. Ona görə də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
23. Şikayətin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 3.1-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Bu baxımdan, hazırkı işin tərəfləri arasında yaranmış əvvəlki mübahisəyə həmin dövrdə qüvvədə olmuş prosessual qanunvericiliyin tələblərinə əsasən ümumi məhkəmələr tərəfindən baxılması hazırkı işin aidiyyətinin prosessual qanunvericiliyə zidd müəyyən olunmasına əsas verə bilməz. Yuxarıda da qeyd olunduğu kimi qüvvədə olan MPM-ə əsasən hüquqi şəxsin təsisçiləri arasında korporativ mübahisədən irəli gələn hazırkı iddiaya baxılması müstəsna olaraq kommersiya məhkəmələrinin səlahiyyətinə aiddir.
24. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).
25. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4972/2023 nömrəli, 7 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.