Məhkəmə qərarları › İş №2(102)-5876/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5876/2022

22.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5876/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə və Cavabdeh1 və qeyrilərinin cavabdeh İddiaçı və qeyrilərinə qarşı “miras qalmış əmlakın qəbul edilməsinin müəyyən olunması və çıxarışın etibarsız sayılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət rüsumunun ödənilməməsi əsası ilə kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhmə d Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(107)-715/2022 saylı qətnaməsindən Cavabdeh1 Kərim qızı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 Şərifova (Quliyeva) Kubra Tofiq qızına, Nəbiyeva (Quliyeva) Elnurə Tofiq qızına Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Ucar rayonu notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 məxsus, Ucar şəhəri, ünvan 1 ünvanda erləşən torpaq sahəsinin on birdə bir hissədə miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Ucar rayo n notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçılar Quliyeva X5 (Quliyeva) Kubra Tofiq qızı, Nəbiyeva (Quliyeva) Elnurə Tofiq qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdeh İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı miras qalmış əmlakın qəbul edilməsinin müəyyən olunması və çıxarışın etibarsız sayılması tələbi barədə qarşılıqlı və qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciə edərək 24 iyul 1995-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın ataları X10 tərəfindən qəbul edilməsinin müəyyən olunması, Ucar şəhəri, Oğuz küçəsi, döngə 1, ev 11-ə dair X6 və qeyrilərinin adına verilmiş ******* saylı ********** qeydiyyat nömrəli, 05 fevral 20 18-ci il tarixli çıxarışın X4 qanuni istifadəsində olmuş 215,8 m2 torpaq sahəsinə münasibətdə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat Ucar Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(063)-705/2021 saylı qətnaməsi ilə (hakim H.Xəlilov) iddia təmin edilərək, mərhum X2 məxsus, Ucar şəhəri ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 1/11 hissədə miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, Cavabdeh1, Şərifova (Quliyeva) Kubra Tofiq qızının, Nəbiyeva (Quliyeva) Elnurə Tofiq qızınıq. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 cavabdeh İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Əraz idarəsinə qarşı 24 iyul 1995-ci il tarixdə vəfat etmiş X7 tərəfindən qəbul edilməsinin müəyyən olunması, Ucar şəhəri, Oğuz küçəsi döngə 1, ev 11ə dair X6 və qeyrilərinin adına verilmiş ******* saylı, ********** qeydiyyat nömrəli 05 fevral 2018-ci il tarixli çıxarışın X4 qanuni istifadəsində olmuş 215.8 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız sayılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilkin iddia tələbinin onlara aid hissədə rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(107)-715/2022 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddiaya münasibətdə ləğv olunmasını, işin yenidən araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 407 Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər. 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Maddə

408. Kassasi ya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə. 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə

409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələb lərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci m addələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, həmçinin müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməs i barədə qəbzin əlavə olunub-olunmamasını yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya şikayətində ”Qoşma” hissəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edildiyi göstərilməsinə baxmayaraq, qəbz kassasiya şikayətinə əlavə olunmamışdır. Bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmalı idi. Kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsu barədə sənədin əlavə olunmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(107)-715/2022 saylı qətnaməsindən Cavabdeh1 Kərim qızı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar