Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-588/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 MMC Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 İlkin iddia tələbi: pulun tutulması Qarşılıqlı iddia: müqavilənin etibarsız hesab edilməsi Açar sözlər: pul tələbi, müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-4520/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı ilə MMC arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən sərmayəçi (İddiaçı) tərəfindən xx.xx.2016-cı il tarixində tam olaraq 240.000 ABŞ dolları məbləğinin ödənilməsi qeyd olunmuşdur. Müqaviləyə görə sərmayə məbləği 2 ildən az olmamaq şərti ilə MMC-yə verilmişdir.Sərmayə məbləğinin qarşılığı olaraq MMC hər ayın 20-si tarixinədək İddiaçı 8.000 ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə İddiaçı tərəfindən birtərəfli qaydad a xitam verildikdə isə sərmayə məbləği tam olaraq ona qaytarılmalıdır. İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdə qeyd olunur ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə başa çatmış və daha sonra avtomatik olaraq uzadılmışdır. Müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilə müddəti başa çatdığından müqaviləyə İddiaçı tərəfindən birtərəfli qaydada xitam verilir. Bu səbəbdən İddiaçı müqavilə üzrə qoyulmuş 240.000 ABŞ dolları sərmayə məbləğini, eyni zamanda sərmayə məbləğinə görə aylıq ödənilməli, lakin müqavilə bağlandığı tarixdən bildiriş verilən günədək ödənilməmiş ümumilikdə 320.000 ABŞ dolları məbləğində gəlirin, cəmi 560.000 ABŞ dolları məbləğində pulun 5 iş günü müddətində ona ödənilməsini xahiş etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbi” barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 560.000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh1 MMC İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-172/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) İddiaçı cavabdehlər Cavabdeh1 MMC, C avabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və Cavabdeh1 MMC ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4520/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Cəmilova (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və Ü.A.Mayılov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-172/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş ü zrə yeni qətnamənin qəbul edilməsi, ilkin iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 179.000 ABŞ dolları məbləğində pulun (qətnamənin icra edildiyi tarixdə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq manatla) tutularaq İddiaçı ödənilməsi və ilkin iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş,qarşılıqlı iddia təmin edilməmişdir. Kasasiya şikayətlərinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda kasasiya şikayətləri verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ilkin iddianın təmin edilmiş 179.000 ABŞ dolları məbləğində pulun ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulması hissəsində ləğv olunması və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçının həqiqəti gizlətməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi X6 ilə Cavabdeh2 oğlu arasındakı borc münasibətləri ilə bağlı işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, apelyasiya instansiyası məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətlərində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 pulun Zaur Quliyevdən almasını qəbul etmiş, lakin həmin pulun qaytarılmasın ı qəbul etməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi iş materiallarında olan “Google” vasitəsilə bulud sistemində yaradılmış “Zaur payment” cədvəlinə fikir vermədən həmin sübutun nə üçün təqdim edilməsini araşdırmamışdır. İlkin iddia üzrə İddiaçı vəkili Vəkil1 kasasiya şikayətlərinə qarşı etiraz təqdim edərək kasasiya şikayətlərinin əsassız olduğundan onların təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4520/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil2 kasasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə laz ımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMCnin nümayəndəsi, Cavabdeh2 və Cavabdeh3 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öz məzmunundan və xara kterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər (maddə 385.2). Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər (maddə 386.2). Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştir akçıdan tələb edə bilər (386.3). Həmin Məcəllənin 387-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Həmin Məcəllənin 500-cü maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır (maddə 500.1). Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir (maddə 500.2). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kasasiya şikayətlərindən göründüyü kimi həmin şikayətlər üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməsi hissəsində, yəni 179.000 ABŞ dollarının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 oğlundan tutularaq İddiaçı ödənilməsi hissəsində mübahisələndirilmişdir. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İlkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 oğlundan 179.000 ABŞ dollarının tutulmalı olmasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır: “... işdə olan Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2019-cu il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilmişdi ki, X7 (hazırki iş üzrə iddiaçının oğlu) Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2016-cı ilin fevral-mart aylarında şərikli iş qurmaq üçün müxtəlif vaxtlarda Cavabd eh2 adlı şəxsə verdiyi 260.000 ABŞ dolları məbləğində pulunun sonuncu tərəfindən mənimsənildiyini bildirmişdir. Zaur Quliyevin həmin ərizəsi əsasında polis orqanında araşdırma aparılmış və bu zaman iş üzrə Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, MMC onun tərəfindən yaradılmış, lakin X3 adına rəsmilləşdirmişdir. Daha sonra 2008-ci ildə isə MMC-ni anası Cavabdeh3 adına keçirmişdir. MMC-nin direktoru isə X2 təyin edilmişdir. Rəsmi sənədlərə əsasən onun həmin MMC ilə hüquqi bağlılığı yoxdur.........Zaur Quliyev 240.000 ABŞ dollarına aid olan müqaviləni onun anası İddiaçı adından tərtib olunmasını xahiş etmişdir. X11 özünü prosesdən kənarda qoymamaq şərti ilə ondan həmin müqavilədə onun anasının təmsilçisi kimi öz adını da qeyd etdirməyi xahiş etmişdir. Buna görə də, müqavilə Zaur Quliye vin anası İddiaçı və onun anası Cavabdeh3 arasında bağlansa da, həmin müqavilənin 3.8-ci bəndində qeyd olunmuşdur ki, borc verənin səhhəti ilə bağlı xoşagəlməz hadisə baş verildiyi halda pul vəsaiti Zaur Quliyevə ödənilməldir. Müqavilədə 240.000 ABŞ dolları məbləğində pulun verilməsi müqabilində hər növbəti ayın 20-si tarixinədək 8.000 ABŞ dolları məbləğində ödəniş edilməli olması barədə şərt qeyd olunmuşdur. Lakin bu şərt Zaur Quliyev ilə onun şifahi razılaşmasına əsasən aralarında olan etibar və inama əsasən müqaviləyə salınmışdır. X10 müqavilə bağlandığı anadək 260.000 ABŞ dollarını tam həcmdə verməmişdir. X9 2015-ci ilin dekabr ayından deyil, məhz 2016-cı ilin fevral ayından başlayaraq həmin ilin noyabr ayınadək ona pul vermişdir. Belə ki, 2016-cı ilin fevral ayının 17-dək Zaur Quliyev ona birdəfəyə olmaqla xx.xx.2016-cı il tarixində cəmi 40.000 ABŞ dolları miqdarında pulu anası İddiaçı yaşadığı ünvanda vermişdir. Ancaq aralarında olan şifahi razılığa əsasən Zaur Quliyev məhz 240.000 ABŞ dolları miqdarında pulu yaxın 2-3 ay ərzində ona verəcəyini öz öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixində müqaviləni tərtib edərkən güya həmin məbləğdə pulun əvvəlcədən tam ödənildiyini qeyd etmişdir....Zaur Quliyevin anası 240.000 ABŞ dolları məbləğində müqaviləni formal olaraq imzalamışdır....Zaur Quliyev ona 2016-cı ilin mart ayından başlayaraq 2018-ci ilin iyul ayının 15-dək ona hissə-hissə olmaqla ümumilikdə 226.000 ABŞ dolları məbləğində pulu vermişdir. Göründüyü kimi, Cavabdeh2 ona pulların iddiaçının adından oğlu Zaur Quliyev tərəfindən verildiyini mübahisələndirməmişdir. Belə olan halda İddiaçı oğlu Zaur vasitəsilə cavabdehə verdiyi pul məbləğlərini tələb etməkdə subyektiv hüququ vardır. İddianın əsaslılığı barədə isə qeyd olunmalıdır ki, iş üzrə İddiaçı və cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləni MMC-nin adından onun təsisçisi, iş üzrə Cavabdeh3 imzalamış və müqavilə MMC-nin möhürü ilə təsdiq edilmişdir. İş materiallarından müəyyən olunur ki, kommersiya qurumu olan cavabdeh MMCnin qanuni təmsilçisi X1r. Belə olan halda cavabdeh MMC-nin adından qeyd edilən müqaviləni MMC-nin qanuni təmsilçisi (direktoru) X2 imzalamağa səlahiyyətli olsa da, sözügedən müqavilə onun tərəfindən deyil, MMC-nin təsisçisi Cavabdeh3 tərəfindən imzalanmışdır. Qeyd olunmalıdır ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin predmeti olan pu l vəsaitinin verilməsi ilə bağlı olsa da, yuxarıda qeyd olunan hal, yəni, müqavilənin MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanmaması MMC-nin xx.xx.2016-cı il tarixli müqavilə üzrə iddiaçı qarşısında mülki məsuliyyətini istisna edir. Odur ki, MMC-yə qarşı iddia tələbi rədd edilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, xx.xx.2016-cı il tarixli müqavilə MMC-nin adından təsisçi olaraq Cavabdeh3 tərəfindən imzalansa da, onun bu iştirakı müqavilə üzrə fiziki şəxs kimi olmuşdur. Belə olan halda iddiaçı həmin müqaviləyə əsaslanaraq müqavilə öhdəliklərinin icrasını cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlı olmuşdur...”. İşin yuxarıda qeyd olunan faktiki hallarından göründüyü kimi borc münasibətləri Quliyev Zaur Nazim oğlu ilə Cavabdeh2 Ağarza oğlu arasında mövcud olmuşdur. 17 fe vral 2016-cı il tarixdə İddiaçı Ənvər qızı ilə Cavabdeh1 MMC arasındakı müqavilə X7 ilə X4 arasındakı mövcud borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir”. İddia tələbinin dəlillərindən, həmin dəlillərə etirazlardan, iş materiallarında olan cinayət işinin başlanmasının rədd olunmasına dair qərardan, eləcə də, kasasiya şikayətinin dəlillərindən də göründüyü kimi borcun hansı məbləğdə verilməsi və qaytarılması məhz X7 ilə X4 arasındakı borc münasibətləri ilə bağlıdır. Azərbaycan Respu blikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni, həmin maddənin tələbləri baxımından da borcun hansı məbləğdə verilməsi və qaytarılması ilə bağlı mübahisə borc münasibətlərinin tərəfləri arasında həll olunmalıdır. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi “Google” vasitəsilə bulud sistemində yaradılmış “Zaur payment” cədvəlinə əsasən borcun qaytarılması ilə bağlı iddia tələbinə dair Cavabdeh2 etirazının dəlillərini araşdırmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia tələbinin əsl olmayan iddiaçı tərəfindən verilib-verilməməsinə tam düzgün hüquqi qiymət verməmiş, bununla əlaqədar Quliyev Zaur Nazim oğlunu maraqlarına toxunan şəxs kimi işə cəlb etməmiş, verilmiş ilkin iddia tələbinə onun münasibətini aydınlaşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadın ın ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kasasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4520/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi kasasiya şikayətləri ilə mübahisələndirilən hissədə, yəni ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 179.000 ABŞ dollarının tutulması hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-588/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-588/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver