Məhkəmə qərarları › İş №2(102)-5881/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5881/2019

26.08.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5881/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh və vəkili X1 oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.04.2019-cu il tarixli, 2(106)108/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli rayon Məhkəməsinin (hakim M.Bağırov) 01.12.2017-ci il tarixli, 2(064)2960/2017 nömrəli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh və X2 qarşı torpaq sahəsinin boşaldılması və digər tələblərinə dair iddia ərizələrinin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Füzuli rayon Məhkəməsinin (hakim M.Bağırov) 06.02.2018-ci il tarixli, 2(064)125/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh və X2 qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması, razılaşma əldə edilsə də, vaxtında tərk etmədiyinə görə ziyan” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı “xxxx” MMC-yə Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının 23.02.2017-ci il tarixli, 15 saylı Sərəncamı və bu sərəncamla bağlı bağlanmış müqavil əsasında cavabdehlər X3 və X1 qanunsuz istifadəsinin dayandırılması, həmin sahədə inşa edilən özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Z.Babayev, Q.Kərimov, N.Mirzəyev) 26.04.2019-cu il tarixli, 2(106)-108/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh və X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Füzuli rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli, 2(064)-125/2018 nömrəli qətnaməsinin cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” MMC Cavabdeh qarş ı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması, razılaşma əldə edilsə də, vaxtında tərk etmədiyindən dəyən ziyan” tələbinə dair iddia ərizəsi ilə 15.11.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin icarəsində olan torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinin dayandırılması, cavabdeh tərəfindən həmin sahədə inşa edilən özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və şirkətə dəyən 25200 manat zərərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC cavabdeh X2 qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması, razılaşma əldə edilsə də, vaxtında tərk etmədiyindən dəyən ziyan” tələbinə dair iddia ərizəsi ilə 15.11.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin icarəsində olan torpaq sahəsindən cavabdeh X1 qanunsuz istifadəsinin dayandırılması, cavabdeh tərəfindən həmin sahədə inşa edilən özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması və şirkətə dəyən 10000 manat zərərin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili X1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisələndirilən torpaq sahəsi məcburi köçkün olmaları səbəbi ilə iddiaçıgilə verilmişdir. “Qaçqınların və məc buri köçkünlərin yaşayış şəraitin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən məcburi köçkünlər məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və obyektlərdən çıxarılması yolverilməz sayılmışdır. Füzuli RİH Azərbaycan Respublikası qanunvericiliyinə əhəmiyyət verməyərək qanunsuz Sərəncam çıxarmaqla onların hüquqlarını pozmuşdur. Bundan əlavə, torpaq sahəsi onlar tərəfdən heç kimin istifadəsinə verilməmiş, eləcə də həmin torpaq sahəsi dövlət ehtiyacları üçün alınması tədbirlərinə məruz qalmamışdır. Məhkəmələr qətnamə qəbul edərkən qeyd edilən sərəncamın onların hüquqlarını pozmadığını göstərmişlər. Lakin onların subyektiv hüquqlarının pozulması, yəni qanuni əs aslarla onlara məxcsus olan torpaq sahəsindən məhrum olunmaları, yəni əmlak hüquqlarının pozulmasına bilavasitə səbəb olan inzibati akt onlar tərəfindən mübahisələndirilən Füzuli RİH-nin Başçısının müvafiq sərəncamıdır. Sərəncan əsasında onlar istifadələrində olan torpaqdan məhrum edilmişlər və onlara maddi ziyan dəymişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən dəlillərə heç bir hüquqi qiymət verməmiş, sadəcə olaraq qətnamədə qeyd etmişdir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə bununla da işini bitmiş hesab etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.04.2019-cu il tarixli, 2(106)-108/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barə də yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi və cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X1 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı “xxxx” MMC-nin direktoru X1 məhkəməyə kassasiya şikayətinə etiraz ünvanlayaraq, məhkəmədən şikayətin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 26.04.2019-cu il tarixli, 2(106)-108/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, taxılçılıq, pambıqçılıq, soya və digər bitkiçilik sahələrinin inkişaf etdirilməsi məqsədilə “xxxx” MMC-yə Füzuli rayon inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2017-ci il tarixli, 97s nömrəli Sərəncamı ilə əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar kateqoriyası dəyişdirilərək dövlət ehtiyat fondu torpaqtorpaqları kateqoriyasına və kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilmiş keçmiş qış otlaqlarından 2.700 hektar torpaq sahəsi 49 il müddətinə içarəyə verilmiş, bununla bağlı tərəflər arasında icarə müqaviləsi bağlanılmış, icarə hüququ müvafiq qaydada qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2017-ci il tarixli, 97s nömrəli Sərəncamının verilməsi ilə əlaqədar qeyd olunan keçmiş qış otlaq sahələrinə aid ərazilərin ayrı-ayrı vaxtlarda cavabdehlərə müvəqqəti olaraq icarəyə verilməsi barədə Füzuli Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları qüvvədən düşmüş, cavabdehlərlə bağlanmış icarə müqavilələrinin müddəti qurtarmışdır. Lakin cavabdehlər Cavabdeh və X5 mübahisəli torpaq sahəsindən istifadəni davam etdirirlər və iddiaçının icarəsinə verilmiş torpaq sahəsindən istifadəsinə m aneçilik törədirlər. Cavabdehlər Cavabdeh və X5 06 dekabr 2016-cı il tarixdə, məcburi köçkünlərin Füzuli rayon ərazisində yeni salınmış 400 evlik qəsəbəyə köçürülməsi zamanı ailə tərkibləri ilə birlikdə 3 otaqlı evlə təmin olunmuşlar. Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən işin faktiki hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçı “xxxx” MMC-nin 18 fevral 2017-ci il tarixli 006/17 nömrəli məktubuna əsasən taxılçılıq, pambıqçılıq, soya və digər bitkiçilik sahələrinin inkişaf etdirilməsi məqsədilə “xxxx” MMC-yə Füzuli rayon inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2017-ci il tarixli, 97s nömrəli Sərəncamı ilə əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar kateqoriyası dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına və kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilmiş keçmiş qış otlaqlarından 2.700 hektar (11 h nömrəli ərazidən 2.200 hektar, 10 h nömrəli ərazidən 500 hektar) torpaq sahəsi 49 il müddətinə içarəyə verilməsini, bununla bağlı tərəflər arasında icarə müqaviləsinin bağlanılmasını, icarə hüququnun müvafiq qaydada qeydə alınmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2017-ci il tarixli, 97s nömrəli Sərəncamının verilməsi ilə əlaqədar qeyd olunan keçmiş qış otlaq sahələrinə aid ərazilərin ayrı-ayrı vaxtlarda cavabdehlərə müvəqqəti olaraq icarəyə verilməsi barədə Füzuli Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarının qüvvədən düşməsini, eyni zamanda cavabdehlərlə bağlanmış icarə müqavilələrinin müddətini n qurtarmasını, lakin bununla belə cavabdehlərin hər hansı əsas olmadan torpaq sahəsindən istifadəni davam etdirməklə, iddiaçının mübahisəli torpaq sahəsindən istifadəsinə maneçilik törətmələrini nəzərə alaraq, cavabdehlərin iddiaçıya aid torpaq sahəsindən qanunsuz istifadəsinin dayandırılması, həmin sahədə inşa edilən özbaşına tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu z aman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torp aq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifa dəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. Dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. Həmin Məcəll ənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən z ərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİ bəndinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata ke çirilir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq normalarının pozuntusunun mövcudluğunu əsaslandıra bilməmiş, şikayətin dəlilləri üzrə yoxlama aparılarkən isə apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.04.2019-cu il tarixli, 2(106)-108/2019 nömrəli qətnaməsi Cavabdeh şikayətinə münasibətdə dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar