Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5881/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər xnə, Cavabdeh2nə, C3 və X2 yanında X2 Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa tələbi, iddia müddətinin tətbiqi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları 1. xn direktorunun 01.07.2017-ci il tarixli 57 saylı əmri ilə dili və ədəbiyyat müəlliməsi Nümayəndə ilə bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur.
2. Nümayəndə həmin əmrin ləğvinə və işə bərpa olunmasına dair aşağıdakı iddia tələblərini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 01.02.2021-ci ildə cavabdehlər xnə, Cavabdeh2nə, C3 və X2 yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xnin 01 iyul 2017-ci il tarixli, 57 saylı əmrinin ləğv edilməsi, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilməyi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarı da qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 01 iyul 2017-ci il tarixdə heç bir əsas olmadan işdən azad olunmuşdur. Elə həmin gün 01 iyul 2017-ci il 57 saylı əmrlə onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ancaq onunla bağlanmış olan əmək müqaviləsinə olan dəyişikliklər və müdaxilələr onun xəbəri olmadan aparılmışdır. Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq o, bildiyi qədər ilə əgər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfində məlumatlı olması gərəkir. Əgər hər hansı bir əsaslı səbəb, məhkəmə tərəfindən qəbul edilmiş bir qərar və bu kimi, başqa əsaslı hallar olarsa onun işinə birtərəfli xitam verilməsi qanuna uyğun olardı. Ən əsası da odur ki, onun müəllimə işlədiyi dövrdə heç bir qayda pozuntusu olma mışdır ki, bu səbəbdən əmək müqaviləsinə xitam verilib. Ancaq bu sadaladığı halların heç biri olmadığı üçün o, işinə xitam verilməsini qanunsuz hesab edir. Çünki, onun işinə xitam verilərkən, məktəb tərəfindən ona heç bir bildiriş və ya bu işlə bağlı yəni, onun işdən azad edilməyi ilə əlaqədar ona heç bir qanuni sənəd verilməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hər hansısa maddəsinə istinad etməmiş və əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar ona təqdim edilməmişdir. Bütün bu səbəblərə görə o işdən çıxarılmağını qanunsuz və qanunlara zidd sayır. Özü ali təhsilli müəllimədir. 9 il çalışmış və üzərinə düşən müəllimlik öhdəliklərini layiqincə və şərəflə yerinə yetirmişdir. İşdən azad edilməyi ilə bağlı dəfələrlə məktəbin direktoru ilə d anışığı olub. Ancaq işi ilə maraqlanmayıb. Ona heç bir əsaslı səbəb göstərməyib. Bütün sadalananlara əsasən hesab edir ki, o işdən qanunsuz çıxarılmışdır.
5. Cavabdeh xn direktoru Nümayəndə birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı iddiası tamamilə əsassızdır. İddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 15.09.2015-ci ildə işə qəbul edilərək müddətli əmək müqaviləsi imzalanmışdır. Bununla da o, Qəbələ RTŞ-nın 2246 №-li məktubuna əsasən iddiaçını məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq köçürmüşdür. Müqavilə 14 iyun 2017-ci il tarixədək bağlanmışdır. 01.07.2017-ci il tarixdə iddiaçının öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesab 2017-ci ildə verilmişdir.
6. Cavabdeh2 nümayəndəsi X3 birinci ins tansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, ddiaçı İddiaçı ilə 2015-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, bu elektron bazada qeydiyyatdan keçirilmişdir. 2017-ci ildə iddiaçının öz ərizəsi ilə işdən azad edilmişdir. İşdən çıxarılmasına dair əmr veriləndən 1 ay müddətinə şikayət edə bilərdi. Lakin, iddiaçı 3 il sonra məhkəməyə şikayət etmişdir.
7. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 01 mart 2021-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş bir aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra - 01.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Əsədli və G.Abbasov) 25 may 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Qəbələ rayon Dızaxlı kənd tam orta məktəbinin direktoru M.Mirzəliyevin 01.09.2008-ci il tarixli 07 saylı əmri ilə həmin məktəbə dil ədəbiyyat müəllimi təyin edilmiş, 14.09.2015-ci il tarixli 8 saylı əmri ilə İddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. 15.09.2015-ci il tarixli 226 saylı ilə X1 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəll imi təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məktəb direktorunun 01.07.2017-ci il tarixli 57 saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əsasən İddiaçı ilə bağlanmış müqavilə ləğv edilərək axırıncı haq hesabı verilmişdir. Göründüyü kimi, cavabdeh sözü gedən əmri verərkən əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin konkret bəndinə deyil, ümumilikdə həmin maddəyə və Təhsil Nazirliyinin 28.03.2016cil tarixli 165 §4 saylı əmrinə istinad etmişdir. İddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsinin əsası kimi isə Əmək Məcəlləsi və Təhsil Nazirliyinin 28.03.2016-cil tarixli 165 §4 saylı əmri yazılmışdır. Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydalarını m üəyyən edən 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imza layan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Göründüyü kimi, cavabdeh x əmək tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsini sənədləşdirərkən qanunvericiliyinin yuxarıda qeyd olunan normalarına tələblərinə riayyət etməmişdir. Bu da öz-özlüyündə mübahisələndirilən əmrin qanunsuzluğuna dəlalət edən haldır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh şəxslər iddia müddətini mübahisələndirmədiyi və bu barədə məhkəməyə ərizə təqdim etmədiyi halda Şəki Apellyasiya Məhkəməsi Qəbələ Rayon Məhkəməsinin iddianın təmin edilməmə səbəbi kimi gəldiyi nəticəni qəbul etməklə ədalətli mövqe nümayiş etdirməmiş, məhkəmələrin tərəfsiz olma prinsipi pozulmuş, birbaşa cavabdeh şəxslərin xeyrinə qərar çıxarmaqla qanunvericiliyin tələblərinə riayət etməmişlər. İddia tələbi ilə bağlı iddia ərizəsində qeyd e dilmişdir ki, iddiaçının işdən çıxarılmağı barədə (əmək müqaviləsinə xitam barədə) əmr ona vaxtında verilməmişdir. Buna görə də, məktəb və təhsil şöbəsi əmri iddiaçıya vaxtında verməməkdə onun qanunla qorunan hüquqlarını pozmuşlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələrindən də göründüyü kimi, cavabdehlər müddətin tətbiqinə dair ərizəni məhkəməyə təqdim etmədiyi halda məhkəmələr əsassız olaraq iş üzrə iddia müddətini tətbiq etmiş, cavabdehlərin lehinə və ya xeyrinə əsassız və qanunsuz qətnamələr qəbul etmiş, iddianı isə rədd etmişl ər. Məhkəmə nəzərə almamışdır ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin faktiki hallarından isə müəyyən olunur ki, əmrin surəti iddiaçıya vaxtında verilmədiyi üçün əmrdən xəbəri olmamış, iddiaçının iddia qaldırmaq hüququ məhdudlaşdırılmış və qanunla qorunan hüquqlarını vaxtında məhkəmə müdafiəsindən məhrum olmuşdur. Bununla da əslində konstitusiyada göstərilən insan hüquq və azadlıqlarının cavabdehlər tərəfindən pozulmasıdır. İddiaçının pozulmuş hüquqlarını məhkəmələr bərpa etməli olduğu halda, əksinə həmin hüquqlarını daha da məhdudlaşdırmaqla cavabdehlərin hərəkətlərini bir növ davam etdirmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iş tirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
17. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müd dəti sayılır.
18. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
19. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
20. Maddə 375.1.Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəl ləsi:
22. Maddə 84, hissə
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda həmçinin əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, habelə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir.
23. Maddə 84, hissə
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
24. Maddə 296, hissə 2 və
3. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
25. Maddə 300, hissə
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasi bətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara isti nad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, cavabdeh x iddiaçı ilə əmək müqaviləsini ləğv edərkən Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydalarına dair 83-cü maddəsinin, bu barədə işəgötürənin əmrinin məzmununa dair 84-cü maddəsinin tələblərinə riayyət etməmişdir. Bu da öz-özlüyündə mübahisələndirilən əmrin qanunsuzluğuna dəlalət edir.
32. Beələliklə, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının işdən azad edilməsinə dair xn 01.07.2017-ci il tarixli, 57 nömrəli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun çıxarılmamışdır. Başqa sö zlə, İddiaçı əmək hüququ pozulmuşdur.
33. Bununla belə, apellyasiya kollegiyası Əmək Məcəlləsinin 296-cı maddəsinə istinadən qeyd etmişdir ki, iddiaçı, iddia müddətini ötürmüşdür. Ona görə də bu əsasla iddianın rədd edilməsi haqqında birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.
34. Bununla belə, nəzərə alınmamışdır ki, iddia müddətinin tətbiqi cavabdehə məxsus olan müdafiə vasitəsidir. Bu baxımdan həmin hüquqi vasitədən məhz cavabdeh istifadə etdikdə iddia müddəti tətbiq oluna bilər. Ona görə də, qanunverici nəzərdə tutmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (§ 21).
35. Hazırkı işdə isə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi aşkar edilmir və məhkəmələr də bel ə bir ərizənin varlığına istinad etməmişlər.
36. Bu hal isə Mülki Məcəllənin 375.1-ci maddəsinin düzgün tətbiq olunmadığını göstərir.
37. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qə