Məhkəmə qərarları › İş №2(102)-5884/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5884/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5884/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) 17.11.2021 zərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2260/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 05 mart 2010-cu il tarixdə "xxxx" ASC ilə “X3” ASC arasında birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilə ilə tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdiyi mənzillərin satışının “Bank” tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi barədə üzərlərinə öhdəlik götürmüşlər. 12 iyul 2011-ci il tarixdə bankla X1 arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən N 239 ay müddətinə illik istifadə dərəcəsi 12 faiz olmaqla 57.480,48 manat məbləğində kredit verilmişdir. 12 iyul 2011-ci il tarixdə, yəni kredit müqaviləsinin bağlandığı gün “Şirkət”lə X1 arasında N küçəsində inşa etdirdi yi 2 saylı binanın ümumi sahəsi 82,11 kv.metr olan iki otaqlı 2 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Elə həmin gün, yəni 12 iyul 2011-ci il tarixdə bankla N arasında ipoteka müqaviləsi bağlanmış və həmin mənzil kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariatda təsdiq olunmamış, dövlət qeydiyyatına alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin fevral ayında iddiaçı bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcun qaytarılmasının lazımınca təmin olunmaması səbəbindən banka cəmi 94.220,41 manat məbləğində borcun yaranması nı əsas göstərməklə həmin borcun cavabdehlər Cavabdeh1 və kreditin ödənilməsi üçün 05 mart 2010-cu il tarixli birgə fəaliyyət haqqında müqavilə ilə üzərinə zamin kimi öhdəlik götürmüş “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən tutulmasına və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-78/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədova) iddia qismən təmin edilərək cavabdeh N qızından ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə cəmi 94.791.70 manatın tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək bankla şirkət arasında bağlanmış birgə fəaliyyə t haqqında müqavilə ilə şirkətin bank qarşısında öhdəliyin icrası barədə zamin kimi üzərinə öhdəlik götürməsini, belə olduqda bankın kredit müqaviləsi üzrə borcun zamin kimi ondan tutulmasını tələb etməkdə haqlı olmasını, kreditin hesabına əldə edilmiş mənzilə mülkiyyət hüququ əldə olunmasa da bankın tələbinin pay hüququna yönəldilməsi, cərimə borcunun 30.170,16 manatdan 1000 manata qədər azaldılarkən kreditorun mənafelərinin nəzərə alınmamasını və s. əsas göstərməklə qətnamənin qismən ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2260/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-78/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Bankın ləğvedicisi eyni əsaslarla kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şik ayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 307.7 İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 309.1 Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öh dəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 390.4 Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5) Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzər də tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. (390.6) Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. (390.7) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi iddianın rədd olunmuş hissəsində mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə r ədd olunmasına dair hissədə ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməli, qalan hissədə dəyişdirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tikinti şirkətindən zamin kimi kredit borcunun tutulmasının rədd olunmasını qanuni sayarkən bankla şirkət arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsində nəzərdə tutulmuş qaydada (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) ayrıca zaminlik müqaviləsinin bağlanmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə işdə olan bütün sübutlara hərtərəfli, tam və obyektiv qiymət vermədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kollegiyanın qənaətinə görə qanunun həmin normalarının tələblərinə uyğun əsaslandırılmamışdır. İş materiallarından görünür ki, bankla tikinti şirkəti arasında 05 mart 2010-cu il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 2-ci maddəsinə görə şirkət kr editin verilməsi üçün zəruri olan sənədlərin “banka” təqdim olunmasını təmin edir (həmin sənədlərin siyahısı müqavilənin 2.2ci bəndində nəzərdə tutulmuşdur), satışı bank tərəfindən kreditləşdirilən mənzilin alıcısının müvafiq tələblərə cavab verməsini (şəxsiyyət vəsiqəsinin olması, qeydiyyatının olması, 18 yaşına çatması, fəaliyyət və əmək qabiliyyətinin olması, mənzilin bütün bədbəxt hadisələrdən sığortalanması) yoxlayır. Müqavilənin 2.4 və 2.5-ci bəndlərinə əsasən mənzilin satışının kreditləşdirilməsi şərtləri bankın yalnız öz mülahizələrinə əsasən mənzilin alıcısı ilə bağlayacağı kredit müqaviləsi ilə müəyyən olunur və bu zaman bank krediti ən çoxu 20 il müddətinə qədər və kreditin illik istifadə dərəcəsinin 12 faizdən çox olmamaqla verir. Müqavilənin 2.10-cu bəndinə görə kredit müqavil əsinə əsasən mənzilin alıcısına verilən kreditin məbləği təyinatı üzrə istifadə olunmaq üçün alıcının bank hesabından tikinti şirkətinin bankda olan cari hesabına köçürülür. Müqavilənin 2.12-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövrülüyünü ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bankın tələbi ilə 20 iş günü müddətinə borcalan tərəfindən ödənilmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “şirkət” öz üzərinə götürür. Bu halda “şirkət” borcalanın “bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericil iyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə görə hesablanmış faizlər “bank”a ödənilənə qədər qüvvədədir. Müqavilənin 2.14-cü maddəsinə əsasən “Şirkət” borcalanın (mənzilin alıcısının) “Bank” qarşısında icra edilməmiş, öhdəliyini zamin kimi tam icra etdikdə kredit müqaviləsi üzrə bütün hüquqlar “Şirkət”ə keçir. “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunundan görünür ki, onun iştirakçıları arasında müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığını müəyyən edən 390-cı maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini ə hatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. (390.4) Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5) Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyy ənləşdirilir. (390.6) Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. (390.7) Kollegiya hesab edir ki, tərəflər arasında qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Göstərilən müqavilə, işdən göründüyü kimi, yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada zaminin öhdəlikləri aydın şəkildə göstərilmişdir. “Şirkət” həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1) Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. (470.2) Şirkət birgə fəaliyyət haqqında müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında qanunun tələblərinə uyğun zaminlik müqaviləsinin bağlanmaması əsası ilə şirkətə münasibətdə iddianın rədd olunmasını qanuni hesab edərkən işin yuxarıda göstərilən hallarını nəzərə almamış, onlara Mülki Məcəllən in 390-cı maddəsinin tələbləri baxımından qiymət verməmiş və şirkətin zamin kimi məsuliyyət daşıyıb-daşımamasını qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Qətnamə mübahisələndirilən qalan hissədə qanunun tələblərinə uyğun çıxarıldığından kollegiya kassasiya şikayətinin dəlillərini həmin hissədə əsassız sayır. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun məbləği Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əsasında müəyyən olunmaqla, həmin məbləğin və eləcə də dəbbə pulunun azaldılması Mülki Məcəllənin 385.1, 442, 448, 464-cü maddələrinin tələblərinə uyğun olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməmiş, ipoteka haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olduqda, kollegiya tutmanın cavabdehin mənzilə olan pay hüququna yönəldilməsinin rədd olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia həmin hissədə də düzgün olaraq rədd edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2260/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi iddianın cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd olunmasına dair hissədə ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar