Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5887/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçının vəkili Bədəlov Mürsəl Natiq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(103)12470/2 019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 16 mart 2017-ci il tarixli NRAVT-0071_DEV2 nömrəli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh illik 16% hesablanmaqla 36 ay müddətinə 39660 manat kredit vermişdir. Verilmiş kreditin təminatı olaraq 16 iyul 2015-ci il tarixli NRAVT-0071_DEV nömrəli ipoteka müqaviləsinə və 16 mart 2017-ci il tarixli NRAVT-0071_DEV2 nömrəli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan “Porsche Cayenne” minik markalı, 2014-cü il buraxılışlı, qara rəngli, 10LA110 dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi daşınar əm lakın müvafiq rəsmi reyestrində qeydiyyata alınmışdır. İddiaçı ASC-nin 16 aprel 2019-cu il tarixli arayışına əsasən Cavabdeh 15 aprel 2019-cu il tarixə 17702,05 manat əsas borc, 724,68 manat faiz borcu və 2272,43 manat cərimə borcu olmaqla, cəmi 20699,16 manat borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 mart 2017-ci il tarixli NRAVT-0071_DEV2 nömrəli kredit müqaviləsi üzrə yaranmış 17702,05 manat əsas borc, 724,68 manat faiz borcu, 2272,43 cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20699,16 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş “Porsche Cayenne” minik markalı, 2 014-cü il buraxılışlı, qara rəngli, 10LA110 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdeh müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(004)3324/2019 nömrəli qətnaməsi ilə (hakim V.M.Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh 16 mart 2017-ci il tarixli NRAVT-0071_DEV2 nömrəli kredit müqaviləsi üzrə 15 aprel 2019-cu il tarixədək yaranmış 17702,05 manat əsas borc, 724,68 manat faiz borcu, 300 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 18756,73 manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş “Porsche Cayenne” minik markalı, 2014-cü il buraxılışlı, qara rəngli, 10LA110 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, “Porsche Cayenne” minik markalı, 2014-cü il buraxılışlı, qara rəngli, 10LA110 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh cəmi 18756,73 manat borcunun İddiaçı ASC-yə ödənilməsi, idd iaçının tələbi tam ödənildikdən sonra, satışdan artıq qalan pul vəsaitinin Cavabdeh qaytarılması, avtomobilin satışından əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin Cavabdeh ümumi qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(004)-3324/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə yalnız 17702 manat əsas borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(103)-12470/2019 nömrəli qətnaməsi ilə (hakim X.A.M ərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(004)-3324/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə gö rə onun iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirmişdir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməl i, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər ş ərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin banka olan borcu iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı əsasında hesablanmış və arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdeh tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. İddianın cərimə borcu ilə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətindəki dəlili ilə razılaşmamış və göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə hazırlıq və baxışı iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri cavabdehə göndərilmişdir. Cavabdehin apellyasiya şikayətindən də görünür ki, o, ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan zərflərdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri qeyd olunan ünvana göndərilmiş, lakin, cavabdeh həmin mənzildə yaşamadığından bildirişlər məhkəməyə geri qaytarılmışdır. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh bankl a arasında olan müqaviləni imzalayaraq müqavilədə göstərilən şərtləri, o cümlədən faizlərin ödənilməsini qəbul etmişdir. Bundan başqa borcun 3 ay ərzində icra edilməsi hazırkı iddia tələbinin predmeti deyil. Cavabdehə məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı müraciət etmək hüququnun olması ona izah edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(103)-12470/2019 nömrəli qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq n ormalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumatlandırılmamışdır. Həmçinin kredit müqaviləsi üzrə əsas borcu 3 ay ərzində banka ödəyəcəyini öhdəsinə götürür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Bədəlov Mürsəl Natiq oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və s əbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi qətnaməni Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun, kredit borcunun müəyyən edilməsi hissəsində yoxlamışdır. Kassasiya şikayətini də cavabdeh vermiş və hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəl ləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5- ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başq a halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhk əmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki kassasiya şikayətinin dəlili ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən borcun düzgün hesablanmaması ilə bağlı hər hansı bir sübut (ödəniş qəbzləri, maliyyə sənədləri, mütəxəssis rəyi və s) təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mövcud sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh onun məhkəmədə iştirakının təmin edilmədiyini kassasiya şikayətində qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, o, məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişi ilə, habelə “AZEMİS” vasitəsi ilə özünün apellyasiya şikayətində göstərdiyi ***-***-**-** telefon nömrəsinə göndərilmiş SMS-lə xəbərdar olunmuş, lakin o məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin işə cavabde hin iştirakı olmadan baxılması MPM-in 376.2-ci maddəsinə uyğun olmuşdur. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq göstərmişdir ki, borcun 3 ay ərzində ödənilməsi icra qaydasında həll olunan məsələdir. Xüsusən qeyd olunmalıdır ki, cavabdeh əsas borcu 3 ay ərzində ödəyəcəyini vəd etsə də, apellyasiya şikayəti verdiyi 2019-cu ilin aprel ayından hazıradək 1 il 8 ay müddət ötmüşdür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbu l etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2019-cu il tarixli, 2(103)-12470/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5887/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5887/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver