Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5888/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4237/2022 nömrəli, 05 iyul 2022-ci il tar ixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin ev özbaşına tikilidir və iddiaçının baba və nənəsinə məxsus olmuşdur. İddiaçı körpə olan vaxtı onun valideynləri ayrılmışdır və iddiaçının anası onunla həmin evə qayıtmışdır. İddiaçının anası xx.xx.2001-ci ildə vəfat etmişdir və ona babası X6 qəyyum təyin olunmuşdur. 10 yanvar 2006-cı il tarixdə babası da vəfat etmiş, bundan sonra ona Səbail rayonu İcra Hakimiyyətinin Başçısının 10 may 2007-ci il tarixli sərəncamı ilə nənəsi X4 qəyyum təyin olunmuşdur. X4 16 noyabr 2021-ci il tarixdə ölmüşdür.
2. Bundan sonra həmin yaşayış sahəsindən istifadə üzrə iddi açı ilə cavabdehlərin arasında mübahisə vardır. Bu səbəbdən qaynaqlanan şikayətlərlə bağlı polis orqanında bir neçə dəfə araşdırmalar aparılmış və onlar münaiqişəli ailə kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət olan evin (mənzilin) giriş-çıxışına, onun bütün otaqlarından və yardımçı sahələrindən, onlardakı məişət əşyalarından, evin həyətyanı sahəsindən istifadəyə yaradılan məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, evin (mənzilin) giriş qapısının və bütün otaqlarının qapılarının açarının bir nüsxəsinin ona verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını, gəl əcəkdə cavabdehlərə belə məhdudiyyətlərin (maneələrin) yaradılmasının qadağan edilməsini və göstərilən sahələrdən istifadə qaydalarının müəyyən edilməsini, cavabdehlərdən mənəvi ziyanın əvəzi kimi 3000 manatın və dövlət rüsumu qismində ödənilmiş 150 manatın onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Körpəliyindən faktiki olaraq babası X6 və nənəsi X4 ilə birlikdə yaşamışdır. Həmin evdə daimi qeydiyyatda olmuşdur. Anası Quliyeva (Həsənova) Ülviyyə Şahmar qızı atasından ayrılmışdır və xx.xx.2001-ci ildə vəfat etmişdir. Atası da heç vaxt onunla maraqlanmamışdır. O, babasının və nənəsinin himayəsində həmin evdə böyümüşdür. Babası xx.xx.2006-cı ildə vəfat etdiyindən Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 140 saylı sərəncamı ilə nənəsi ona qəyyum təyin edilmişdir. Nənəsi də xx.xx.2021-ci ildə vəfat etmişdir. Onun hazırda 24 yaşı var. X1 və onun ailəsi (arvadı Cavabdeh2, Cavabdeh3, X7) bu ünvanda formal qeydiyyatda olmuşlar. X5 küçəsi, ev 17, mənzil 12 ünvanında yaşamış, 2021-ci ildə nənəsinin vəfatından sonra babasının evinə köçmüşlər. Nənəsi rəhmətə gedənədək birlikdə yaşamışlar. Nənəsi sağ ikən ona heç nə deyən yox idi. O, evin hər bir otağından (iki yataq otağı, bir zal (iki otaq birləşdirilib zala çevrilib), bir istirahət otağı, bir mətbəx) və yardımçı sahələrindən (həyətdə 1 mətbəx, 1 sanitar qovşağı) rahatlıqla istifadə edirdi. 12 kv.metrlik yataq otağı, istirahət otağı və mətbəx anasından qalan və özünün aldığı daşınar əşyalarla və ö z şəxsi əşyaları ilə təchiz edilmişdir. Dayısı və ailəsi nənəsinin həyatda olmamasından istifadə edib ondan evdən çıxıb getməyini tələb edir, onu evdən qovurlar, evə girişə-çıxışa, otaqlardan və yardımçı sahələrdən (sanitar qovşağından) istifadə etməyinə məhdudiyyətlər, maneçiliklər yaradırlar, evin iki otağına ümumiyyətlə buraxmırlar. Özü sərbəst evə girib-çıxması üçün onun ayrıca açarı olmalıdır, lakin özünə açarın nüsxəsini çıxarmaq üçün evin açarını ona vermirlər. O evə gələndə özləri evdə olmayanda, açarı olmadığına görə onlar evə gələnədək evə girə bilmir, soyuqda küçədə qalır. Evdə də ona qarşı psixi və fiziki zorakılıqlar edirlər, rahatlıq vermirlər. Bəzən qapını açmayıb “çıx hara gedirsən get” deyirlər. Belə edirlər ki, o, bezib məcbur olub çıxıb getsin, ayrı yaşasın. Halbuki, b u evdə anadan olan vaxtdan yaşayır, cavabdehlər isə 2021-ci ildə köçüblər. Bir neçə dəfə sahə inspektoruna, DİN-nin 102 qaynar xəttinə, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə (xx.xx.2021-ci ildə və xx.xx.2022-ci ildə) müraciətlər etsələr də heç bir nəticəsi yoxdur. Onun yaşamaq üçün başqa evi yoxdur, lakin dayısının ona məxsus başqa evi vardır, oranı kirayə verib sözü gedən mənzildə yaşayırlar. O evdən, onlardakı əşyalardan rahat şəkildə istifadə etmək, mənzil, yaşayış sahəsindən istifadə hüquqlarını maneəsiz olaraq həyata keçirmək istəyir.
5. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, 12 dekabr tarixində yoldaşını vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparmış, yoldaşını reanimasiyaya yerləşdirmiş və yanında qalmağa icazə verilmədiyini demişlər. Evə gələrək böyük baldızına z əng edib açarı Ülkərə verməyinə vasitəçilik etməyini istəmişdir. Bütün açarları Ülkərə verir, onda kopyası qalmır. Bir şərtlə ki, baldızı Ruhiyyə orada qalmasın, o özü üçün qorxmuşdur, Ruhiyyə ilə baş edə bilməzdi. Ülkəri özü böyütmüşdür, nə olsa da insan uşağından şikayət etməz. Böyük baldızı isə Ülkərə yox, Ruhiyyəyə zəng edərək onun çıxıb getməsi, Ülkərin tək yaşaması şərtilə verdiyini deyib. Ona görə bu şərti qoymuşdu ki, yoldaşı bütün gün dərman qəbul edib, stress yaşamışdır. Ruhiyyə hərkəsin içində yoldaşını təhqir edib, söyüşlər söyüb. Oğlu atasına edilən söyüşlərə dözməyib ayağa qalxan zaman onlar araya girmişlər və həmin video görüntülər də o zaman çəkilib. Ruhiyyə gəlməsin, Ülkər işinə getsin-gəlsin, açar da onda olsun, sakit yaşasınlar. Ruhiyyə yoldaşının yoxluğunu bilsə onları sürüyərək evdən çıxarar. Baldızı ona mesaj yazaraq Ruhiyyə ilə danışdığını, qışqırıb-bağıraraq Ülkərin açar istəmədiyini, məhkəməyə şikayət ərizəsi yazdığını deyib. Bütün gecəni düşünmüş, yoldaşı yaxşı olmadığı üçün özü qərar verməli olmuşdur. İstilik sitemi onların otağında toka qoşulur. Bu səbəbdən onu toka qoşmuş, öz otağının qapısını bağlamışdır. Hansı ki, o həmin otağa gəlin köçmüşdür, cehizi oradadır. Özünə lazım olan əsas əşyaları götürmüş, açarları, qazın kartını masanın üzərinə qoymuş və qarajın qarşısında onların gəlməyini gözləmişdir. 8-ə 10 dəqiqə qalmış onlar evə gəldikdə, evin sahibsiz olmadığını görüb getmişdir. Xidməti evlərinə gəlmişlər. Lakin ora uzaq olduğu üçün uşaq məktəbə getməyə görə 2 avtobus dəyişməli olur. Uşaqlar sahibsiz olmasın deyə anasının yanına qoymuşdur. 1 həftə yoldaşı reanimasiyada qalıb, o isə koridorda qalmışdır. Sonra yoldaşına bəzi sənədlər lazım olduğu üçün oğlu ilə həmin evə getmişlər. Həmin günü Ruhiyyənin evdə olduğunu bilirdi. Qapını nə qədər döysələr də, ayağının ucunda gəlib baxıb-getdi, qapını açmadı. Ayağının səsini əlbəttə eşidirdi. 8-in yarısından 10-nun yarısına qədər, 2 saat soyuqda qapını açmağını gözləmişlər. Oğlu nə qədər açmağa çalışsa da, aça bilmədi, çıxıb getmişlər. O Ruhiyyənin evinə getməsini istəyir Ülkər onların öz uşaqlarıdır.
6. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, açıq ürək əməliyyatı olunmuş və reanimasiyada olan zaman, ayın 13-ü yoldaşı öz əli ilə açarı ona verib. Ülkər isə gedib açarı dəyişib. 22 fevral tarixdə hazırlıq iclasından çıxandan sonra iddiaç ı gedib yenə polisə şikayət edib. Anasının yasında hər kəsin içində onu təhqir etmişlər. Atasının ili üçün marketə alış-verişə getmişdilər, Ülkər Bilgəhdən gəlib qapının bağlı olduğunu görən zaman ona və uşaqlara xəbər etmədən polisə zəng edib. Hər şeyi edən bacısı Ruhiyədir. Ruhiyə özü evdə qeydiyyatda olmadığı üçün Ülkərin adı ilə edir. Ülkərə atalıq etmişdir.
7. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayır. Şuşa şəhərində qeydiyyatdadır. Həm Ülkərin yaşadığı, həm də öz ailəsi ilə yaşadığı evləri idarə edir, bişirir, yuyur, təmizləyir. Onun evi 1 otaqlı olduğu üçün Ülkəri özü ilə aparmır. Ülkər doğulan gündən dayısı ona düşmən kimi davranır. Anasının üçündən sonra evi satmaq istədiyini, evdən çıxıb getməklərini deyir.
8. Bakı Şəhər i Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 28 mart 2022ci il tarixli, 2(009)-470/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadəsinə maneələrin yaradılması cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, ev faktiki olaraq mövcuddur və tərəflər yaşayış sahəsi kimi istifadə edir. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev öz hüquqi statusuna görə özbaşına tikili o lduğu üçün, tərəflərdən heç biri həmin evdən istifadə ilə əlaqədar üstünlük hüquqlarına malik deyillər.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli evdən istifadə ilə əlaqədar hər hansı üstünlük hüquqları olmadığından istifadə qaydasının müəyyən edilməsi barədə tələbi cavabdehlərin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da yolverilməzdir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlər tərəfindən İddiaçı hər hansı mənəvi ziyanın dəyməsi öz təsdiqini tapmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.1, 180.1, 180.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iddianın təmin edilməməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışlar ki, məhkəmənin qətnaməsindən göründüyü kimi iddiaçı özü həmin evdə - ünvan 1 ünvanında yaşamasını etiraf etmişdir. Cavabdehlərin həmin evdə yaşamaması barədə onların izahatları ilə və rəsmi məktubla sübut olunmuşdur. Bu hallar sübut kimi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş və gələcəkdə iddiaçının ehtimalla yarana biləcək hüquq pozuntusuna hazırki qətnamə ilə hüquqi qiymət vermişdir. Yaşayış evinin həyətyanı sahəsinin mövcud olması barədə sübutlar mövcud deyildir. Həmin yaşayış sahəsində cavabdehlərin daimi yaşadıqları və qeydiyyatda olduqları evdən iddiaçının qanunsuz hərəkətlərinə görə yaşamamaları səbəbindən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadənin maneələrin yaradılması halı baş verməsi mümkün deyildir. İşin halları ilə tam sübut olunur ki, hazırda iddiaçı xalası Ruhiyyə Kazımova ilə birlikdə həmin evdə yaşayır və cavabdehləri qeyd edilən evə buraxmırlar.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4237/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən - iddianın təmin edilmiş hiss əsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş təhqiqat materiallarının surətindən görünür ki, İddiaçı Polis Bölməsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatında cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirmişdir.
17. İddiaçı cavabdehlərin onun fərdi yaşayış evindən və həyətyanı sahəsindən istifadə etməsinə maneələr yaratmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, biri nci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılan zaman cavabdehlər həmin ünvanda yaşamamışlar. Cavabdeh1 12 yanvar 2020-ci il tarixdə, digər cavabdehlər isə 13 yanvar 2020-ci il tarixdə mübahisəli evi tərk etmişlər, onların iddiaçıya evdən istifadə etməsinə maneə törətmələri iş materialları ilə sübut edilmir.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 152.6, 157.8, 180.1, 180.2, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddia tələbləri ni rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 43cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 157.8-ci maddəsinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası bu maddi hüquq normalarını düzgün təfsir etməməklə onları mübahisəyə düzgün tətbiq etməmiş, başqa sözlə iddiaçıya münasibətdə tətbiq etməli olduğu halda cavabdehlərə münasibətdə tətbiq etmişdir. Apellyasiya məhkəməsi iddiaçıya sanki cavabdeh kimi, cavabdehlərə də iddiaçılar kimi yanaşaraq hazırki şikayətin 4-cü bölməsinin 2, 3 və 5-ci bölməsinin 2-ci bəndində göstərilən əsasları (sübutları) nəzərə almayaraq, Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsini və Mülki Məcəllənin 157.8-ci maddəsini düzgün təfsir etməyərək göstərilən maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Bu da düzgün olmayan qətnamənin çıxa rılması və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 180.2. Ö zbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş halla ra və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məkəməsinin mövqeyi
37. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
38. Belə ki, tərəflər arasında yaranan mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan iddia işin halları Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında yoxlanm alıdır.
39. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması barədə iddia tələbi, onun Konstitusiyada təsbit olunmuş hüququnu səmərəli səviyyədə təmin etməlidir.
40. Lakin işin halları və məhkəmənin iddianın rədd olunması barədə gəlidiyi nəticə, iddiaçının mənzi l hüquqlarının səmərəli təmin olunması barədə qənaətə gəlməyə imkan vermir.
41. Belə ki, evdən istifadə üzrə tərəflər arasında münaqişəli vəziyyətin olduğu birmənalıdır. Bu münaqişə bilavasitə iddiaçı ilə bağlı olmasa da, cavabdehin bacısı X2 da həmin evdə yaşamasıdır. Bu hal Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatı ilə də birmənalı olaraq təsdiq olunur. Cavabdeh2 həmin izahatında aşıq şəkildə bildirmişdir ki, açarı iddiaçıya verməyə razıdırlar, bir şərtlə ki, baldızı Ruhiyyə orada qalmasın, o özü üçün qorxmuşdur, Ruhiyyə ilə baş edə bilməzdi.... Ruhiyyə gəlməsin, Ülkər işinə getsin-gəlsin, açar da onda olsun, sakit yaşasınlar. Ruhiyyə yoldaşının yoxluğunu bilsə onları sürüyərək evdən çıxarar.
42. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş təhqiqat materiallarını və iddiaçının Polis Bölməsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatında cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirməsinə istinad etmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iddianın rədd olunması, iddiaçının evdən istifadə etməsinə cavadehlərin maneə törətməməsi barədə qənaətə gəlməyə kifayət edən əsas deyil. İlk növbədə nəzərə alınmalıdır ki, cavabdehlərin mübahisəli evi 13 yanvar 2022-ci il tarixdə tərk etdiyini bildirməsi, onların mənzildən birdəfəlik getməsi anlamına gəlmir. Çünki cavabdehlərin izahatlarından və iş materiallarından göründüyü kimi evin iki otağında onlara məxsus əşyalar y ığılmışdır və həmin otaqlara iddiaçının girməsinə razı deyillər. Bu isə onu ehtiva edir ki, cavabdehlər evdə yaşamasalar da, faktiki olaraq oradan istifadə edir və bu münasibətlərin iştirakçısıdır. Bundan başqa, cavabdehlərin yenidən həmin evə qayıtması və yenidən tərəflər arasında münaqişənin davam etməsi istisna olunmur.
44. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
45. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə po zulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
46. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
47. Apellyasiya instansiyası məhkəməsinin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilər ki, bu da öz növbəsində həmin məhkəm ə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
48. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların əd alətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
49. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıx mırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
51. Bu baxımdan, işə baxmış məhkəmələr mübahisə obyektləri ilə bağlı işdə olan məhkəmə aktlarını, ekspert rəylərini və təqdim olunan digər məlumat mənbələrini tədqiq etməli, həmin məlumatları sübut kimi qəbul etmədikdə bunu əsaslandırmalı, qəbul etdiyi halda isə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq digər sübutlarla əlaqəli təhlil edib qiymətlənd irməlidir.
52. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4237/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.