Məhkəmə qərarları › İş №2(102)-589/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-589/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-589/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9455/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 1xx/xx/60259/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 27403.16 (iyirmi yeddi min dörd yüz üç, 16 qəpik) manat məbləğində əsas borc, 3651.62 (üç min altı yüz əlli bir, 62 qəpik) manat məbləğində faiz borcu, 3064.86 (üç min altmış dörd, 86 qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 34119.64 (otuz dörd min yüz on doqquz, 64 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun hesablanmaqla tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 130.500 (yüz otuz min beş yüz) manat məbləğində müəyyən edilməklə cavabdeh Edeliya Saday qızı, Hüseynovada n tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27 “C” nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında xx xxxx 2014-cü il tarixli müqavil ə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 20 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27 “C" nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzili xx xxxx 2014-cü il tarixli 1xx/xx/60259/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin borclu şəxs hazırki iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Banka 27403.16 (iyirmi yeddi min dörd yüz üç, 16 qəpik) manat məbləğində əsas borc, 3651.62 (üç min al tı yüz əlli bir, 62 qəpik) manat məbləğində faiz borcu, 3064.86 (üç min altmış dörd, 86 qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 34119.64 (otuz dörd min yüz on doqquz, 64 qəpik) manat məbləğində borcu qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.R.Səmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 27403.16 manat məbləğində əsas borc, 3651.62 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə borcu, cəmi 31354.78 manat məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun alınaraq, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə ödənilməsi, tələbin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27 “C” nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27 “C” nömrəli binada 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzilin ilkin satış qiymətinin 133346 manat müəyyənləşdirilməsi, mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Gənclər küçəsində istifadədə olan 27 “C” nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzildən çıxa rılmaları, mənzilin boşaldılması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi və tərəfindən öhdəliyin icrası üçün vaxt verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9455/2019 nömrəli qətnaməsi ilə (hakimlər X1, X2 və X3) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9455/2019 nömrəli q ətnaməsindən Cavabdehkassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9455/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, kredit məbləğinin xeyli hissəsi ödənilmiş, hesablanmış faizlər həddən artıq şişirdilmişdir. Hesablanmış faizlə bağlı məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalı idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Mirmehdizadə Rəşad Mehdi oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı ləğv pros esində olan QSC “Bank Standard” KB işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin etməyib, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsini dəyişd irmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xx xxxx 2014-cü il tarixli, 1xx/xx/60259/14 saylı kredit müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB Cavabdeh illik 20 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 50.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli 1xx/xx/60259/14 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27 “C” nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 130500 manat məbləğində qiymətləndirilmişdir. xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka 27403.16 (iyirmi yeddi min dörd yüz üç, 16 qəpik) manat məbləğində əsas borc, 3651.62 (üç min altı yüz əlli bir, 62 qəpik) manat məbləğində faiz borcu, 3064.86 (üç min altmış dörd, 86 qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 34119.64 (otuz dörd min yüz on doqquz, 64 qəpik) manat məbləğində borcu vardır. RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27 “C” nömrəli binada, 10 9.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçirilmişdir. xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27 “C” nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzili xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən QSC “Bank Standard” KB-nın xeyrinə yenidən ipoteka ilə yüklü edilmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli 10 saylı hesabatdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27 “C” nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzilin bazar dəyəri 133346 manat, likvid dəyəri 122678 manat təşkil edir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx xxxx 2014-cü il tarixli, 1xx/xx/60259/14 saylı kredit müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB Cavabdeh illik 20 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 50.000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanılmış xx xxxx 2014-cü il tarixli 1xx/xx/60259/14 saylı kredit müqaviləsi üzrə öhdəliyin ic rasının təmin edilməsi üçün cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27 “C” nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş, yəni hər ay ödəməli olduğu pul məbləğini ödəməmiş və nəticədə onun banka 27403.16 (iyirmi yeddi min dörd yüz üç, 16 qəpik) manat məbləğində əsas borc, 3651.62 (üç min altı yüz əlli bir, 62 qəpik) manat məbləğində faiz borcu, 3064.86 (üç min altmış dörd, 86 qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 34119.64 (otuz dörd min yüz on doqquz, 64 qəpik) manat məbləğində borcu yaranmışdır. Maddi və prosessual hüquq norma lar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludu r. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərsəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş ə şyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin et mək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilm əsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir. 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqavi ləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. 59.4-cü maddəsinə görə, bir ay müddətində ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmın şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən – 27403.16 manat məbləğində əsas borc və 3651.62 manat məbləğində faiz borcunun tutulması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin halları nəzərə alınaraq dəbbə pulunun həcmi əhəmiyyətli dərəcədə azaldılmışdır. Əsas və faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş cərimənin məbləği tam olaraq işin hallarına uyğun olmuşdur. Qeyd olunanlarla yanaşı, iddia t ələbinin borcun ipoteka predmetinə yönəldilməklə onun açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi eləcə də mənzilə tutma yönəldikdən 1 ay sonra mənzilin boşaldılması ilə bağlı hissəsi üzrə də birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Hazırkı iş üzrə cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bu baxımdan tələbin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27“C” nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsində istifadədə olan 27“C” nömrəli binada 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzilin ilkin satış qiymətinin 133346 manat müəyyənləşdirilməsi, mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Gənclər küçəsində istifadədə olan 27“C” nömrəli binada, 109.3 kv.m ümumi, 64.0 kv.m yaşayış, 45.3 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 252 nömrəli mənzildən çıxarılmaları barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edi r ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdeh borcun düzgün müəyyən edilmədiyini göstərsə də bu hala dair sübutetmə yükünün öhdəsindən gələ bilməçmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9455/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar