Məhkəmə qərarları › İş №2(102)-589/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-589/2021

24.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-589/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər nin “xxxx” ASC-yə, və X5 İdarəsinə qarşı, Ayanında X6 Xidmətinin 5 saylı region üzrə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: əmək şəraitinin dəyişməsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Vəkil, və X5 İdarəsinin nümayəndəsi X7 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5646/2020 nömrəl i iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2015-ci ildən nin “xxxx” ASC-nin X1 idarəsində müddətsiz əmək müqaviləsi üzrə sürücü işləmişdir.

2. Həmin idarənin 71/k nömrəli, xx.xx.2019-cu il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə (əmək şəraitinin dəyişdirilməsi) uyğun olaraq xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Əmrin əsası kimi idarənin eyni tarixli ştat cədvəli qeyd edilmişdir.

3. İddiaçı, həmin əmrin əmək qanunvericiliyinə uyğun olmadığını bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək, nin “xxxx” ASC-nin X1 idarəsinin 71/k nömrəli, xx.xx.2019-cu il tarixli əmrinin ləğv olunması, işə bərpa edilməsi və həmin tarixdən işə bərpa olunduğu günədək buraxılmış iş günlərinə görə əmək haqqının cavabdehdən onun xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı, işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-da onu Kadrlar şöbəsinə çağıraraq öz ərizəsi ilə işdən çıxmasını təklif etmişlər. Buna səbəb kimi idarənin fəaliyyətinin dayandırılması göstərilmişdir. O, bununla razılaşmayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı Mərkəzinə məlumat vermişdir. Oradan bildirmişlər ki, idarə fəaliyyətini dayandıra bilməz, yalnız yenidən formalaşa bilər. Bu da əmək müqaviləsinin ləğvinə əsas vermir. İşəgötürən bildirir ki, guya xx.xx.2019-cu il tarixli məktubla idarədə gözlənilən dəyişiklik barədə məlumat verilmiş, ona iş təklif olunmuş, lakin o həmin təklifdən imtina etmişdir. Bunlar həqiqətə uyğun deyil, ona iş təklif olunmamışdır. Həmin məktubda onun ümumiyyətlə nə ilə bağlı xəbərdar edilməsi göstərilməyib. Əsassız şəkildə işdən çıxarılmasına baxmayaraq, adı çəkilən nazirliyə etdiyi təkrar müraciətlərin müsbət nəticəsi olmamışdır. İşdən çıxması barədə əmri və əmək kitabçasını xx.xx.2019-cu il tarixdə almışdır.

6. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “xxxx” ASC iddiaya etiraz edərək göstərmişdir ki, Komp leks Mexanizasiya İdarəsi xx.xx.2019-cu il tarixli əmrlə ləğv edilmiş, Sahələrarası Nəqliyyat və X5 İdarəsi yaradılmışdır. Əvvəlki idarənin bir qrup işçisi yeni yaradılmış idarəyə qəbul edilmişlər. Yeni idarəyə işçilərin qəbulu ASC tərəfindən deyil, yeni idarənin rəhbərliyi tərəfindən həyata keçirilir. Bu səbəbdən iddia ASC-yə münasibətdə əsassızdır.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim K.Əsədov) xx xxxxxx 2019-cu il tarixli, 2(002)-1821/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, «xxxx» ASC-nin X1 İdarəsinin xx.xx.2019-cu il tarixli, 71/k saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə sürücü vəzifəsinə işə bərpa olunması, xx.xx.2019-cu il tarixdən işə bər pa olunduğu tarixədək məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsindən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh X1 İdarəsi iddiaçıya rəsmi şəkildə iş təklif etmədən, əmək qanunvericiliyinin tələblərini pozmaqla ona azı bir ay öncə yazılı məlumat verməli olduğu halda xəbərdarlıq məktubu göndərdikdən üç gün sonra işçi ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə istinad etməklə xitam vermişdir. İşəgötürən tərəfindən iddiaçı yeni yaradılan Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində işlə təmin ed ilməli olduğu halda onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5646/2020 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Ekologiya və Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin cavabdehin iddiaçıya rəsmi iş təklif etməməsi, qanunveric iliyin tələbinə müvafiq olaraq azı 1 ay öncə yazılı xəbərdarlıq etməsi səbəbindən qanunsuz olaraq əmək müqaviləsinə xitam verməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Belə ki, iş materiallarında olan 14/33 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, bütün sürücü heyəti işdən azad olunaraq X2 Təminat İdarəsində işlə təmin olunmuşdur və iddiaçıya iş təklif olunmasına baxmayaraq o bundan imtina etmişdir. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman kollegiya iclasında iddiaçı izahatında 2 aylıq əmək haqqı məbləğində kompensasiya aldığını və mart ayında ona müraciət olunaraq may ayında əmrin verilməsini bildirmişdir. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam veriləcəyindən əvvəlcədən xəbərdar olması öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlilləri iddianın əsasları ilə eyni məzmunludur (§ 5). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi, kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

15. Cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatla ndırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

17. Maddə 56, hissə

1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

18. Maddə 56, hissə

2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək ş əraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

19. Maddə 68, hissə 2, bənd c). Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

20. Maddə 300, hissə

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşı lıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

30. Hazırkı işin faktiki halları baxımından tələbin hüquqi əsası kimi ƏM-nin 56, 68 və 300-cü maddələri çıxış edir (§ 17-20).

31. Apellyasiya məhkəməsi iddianı rədd edərkən işçi İddiaçı işəgötürən tərəfindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar işdən azad edilməsini əmək qanunvericiliyinə uyğun saymışdır.

32. Kollegiya aşağıdakılara əsasən apellyasiya məhkəməsinin mövqeyi və gəldiyi nətic ə ilə razılaşmır.

33. Ona görə ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildikdə işçi azı bir ay əvvəl yazılı məlumat və ya əmrlə (sərəncamla) xəbərdar edilməlidir. Əgər bu xəbərdarlıqdan sonra işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməlidir. Bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində əsasən xitam verilə bilər (§ 18).

34. Göründüyü kimi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin qaydası qanunda açıqca nəzərdə tutulmuşdur. O da nəzərə alınmalıdır ki, sözügedən xəbərdarlıqda istehsalın və əməyin təşkilində dəyişikliklərin nədən ibarət olması, mövcud əmək mü qaviləsinin ləğv edilməsi zərurəti, yeni əmək şəraiti ilə bağlı işçiyə məlumat verilməklə, işi davam etdirmək barədə iradəsini ifadə etmək hüququ, imtina halında təklif edilən başqa vəzifə(lər), bu mümkün olmadıqda isə əmək müqaviləsinə xitam veriləcəyi aydın və başa düşülən şəkildə göstərilməlidir.

35. Diqqətdən qaçırılmamalıdır ki, bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işçinin yeni əmək şəraiti ilə işi davam etdirməkdən imtina etməsini sübuta yetirmək vəzifəsi işəgötürənin üzərinə düşür. Çünki, işəgötürən işçinin yeni əmək şəraiti ilə işləməkdən imtinası barədə iradə ifadəsini (pozitiv halı) müvafiq qaydada rəsmiləşdirməklə (ərizə almaqla, iclas protokoluna daxil etməklə və s.) sübut etməlidir. İşçi yeni əmək şəraiti ilə işləməkdən imtina etmədiyini (neqativ halı) sübuta yetir məyə məcbur edilə bilməz.

36. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

37. Hazırkı işdə apellyasiya məhkəməsi iddianı rədd edərkən cavabdehin işdən azad edilməsi haqqında əmrdən üç gün qabaq iddiaçıya ünvanladığı məktuba istinad etmişdir. Halbuki, həmin məktub ƏM-nin 56-cı maddəsinə uyğun xəbər darlıq kimi qəbul edilə bilməz. Belə xəbərdarlıq işçiyə bir ay qabaq göndərilməlidir.

38. Cavabdehin iddiaçıya bir ay on gün qabaq ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişin məzmunu isə belədir: “Məlumat üçün nəzərinizə çatdırırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində struktur dəyişikliklə əlaqədar bir sıra vəzifələrin o cümlədən 7-ci dərəcəli sürücü ştat vahidi nəzərdə tutulmuşdur. Bununla əlaqədar siz rəsmi qaydada xəbərdar edilirsiz.”.

39. Göründüyü kimi bu xəbərdarlıq məzmun etibarilə qeyri-müəyyən olmaqla, orada əməyin təşkilində dəyişikliklər olması səbəbindən mövcud əmək müqaviləsinin ləğv edilməsi zərurəti, işçiyə yeni əmək şəraiti ilə işi davam etdirmək təklifi, habelə işdən imtinanın nəticələri aydın şəkildə əks olunmamışdır. Belə olan halda, İddiaçı həmin bildirişlə ƏM-nin 56-cı maddəsinin 2-ci hissəsinə uyğun qaydada xəbərdar edilmiş sayıla bilməz.

40. Bundan əlavə, cavabdeh təşkilat iddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməkdən imtina etməsini təsdiqləyən mötəbər sübutları (yeni işdən imtina haqqında ərizə və s.) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübuta yetirmək yükü cavabdehin üzərinə düşür (§ 21).

41. Cavabdeh, apellyasiya baxışında bu halı təsdiqləyən dəlil kimi və X5 İdarəsinin xx.xx.2019-cu il tarixli iclas protokolunu təqdim etmişdir. Həmin protokolun “Çıxışlar” bölməsində İddiaçı yolun uzaqlığı, əmək haqqının azlığını səbəb göstərərək işlə təmin olunması barədə müdriyyətin təklifini qəbul etmədiyi qeyd olunmuşdur.

42. Kollegiya nəzərə alır ki, əvvəla, həmin sənəd birinci instansiya məhkəməsində deyil, apellyas iya məhkəməsində təqdim edilmişdir. Halbuki, apellyasiya baxışında yeni sübutlara istinad olunmasına yalnız həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğu əsaslandırldıqda yol verilir (§ 25).

43. İkincisi, sözügedən protokolda iddiaçının bildiriklərinə istinad olunsa da, onun iclasda iştirak etməsini və həmin ifadələri səsləndirməsini təsdiqləyən sübutlar (iddiaçının protokolda imzası və s.) aşkar edilmir.

44. Beləliklə, yuxarıda qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən dəlilləri, o cümlədən cavabdehin xx.xx.2019-cu il tarixli xəbərdarlığı, xx.xx.2019-cu il tarixli iclas protokolu, eləcə də iddiaçının yeni işə dair razılığının olmaması barədə sübutları düzgün qiymətləndir məmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bu hallar isə iş üzrə maddi və prosessual hüquq normalarına əməl olunmamasına və düzgün olmayan qətnamə çıxarılmasına dəlalət edir (§ 22-24).

45. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5646/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar