Məhkəmə qərarları › İş №2(102)-589/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-589/2024

16.02.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-589/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı "işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5307/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları xidmət sahəsi struktur bölməsi üzrə istehsalat proseslərinin avtomatlaşdırılması qrupu xidmət sahəsində “Siyəzənneft” NQÇİ-də 5-ci dərəcəli dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru vəzifəsində işə qəbul edilmişdir.

2. Əmək müqaviləsinin 3.1-ci bəndinə görə, iddiaçının əmək funksiyasına yüksəktezlikli sıxlıq sisteminin, yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronik qeydedici cihazların və kabel zəncirlərinin, mürəkkəb statik avadanlığının istismar-texniki xidməti və təmiri xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması daxildir.

3. SOCAR-ın «“Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında» xx.xx.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmri qəbul edilmiş və yeni ştat cədvəli təsdiq edilmişdir. İxtisar nəticəsində iddiaçının peşəsi üzrə 16 ştat vahidindən cəmi 6 ştat vahidi qalmışdır. 6 ştat vahidi üzrə 16 nəfər dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru peşəsi üzrə reytinq siyahısında İddiaçı və X2 eyni bal toplayaraq 6-cı sırada yerləşdiyindən praktiki bacarıqların yoxlanması üçün peşə sınaq imtahanı keçirilmiş və nəticədə X2 daha yüksək bal topladığı üçün onunla əmək münasibətlərinin davam etdirilməsi qərara alınmışdır. 4. xx.xx.2022-ci il tarixdə işəgötürənin SOCAR*** *******00070020B00056 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azneft” İB Siyəzənneft NQÇİ-nin xx.xx.2021-ci il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv olunmasını, onun “Azneft” İB Siyəzənneft NQÇİ-nin istehsal proseslərinin avtomatlaşdırılması və nəzarət-ölçü cihazları sahəsinin istehsalat proseslərinin avtomatlaşdırılması xidmət sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə bərpa olunmasını, xx.xx.2022-ci tarixdən işə bərpa olunacağı günə qədər olan müddət ərzind ə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi belə əsaslandırılmışdır ki, o, 1996-cı ildən Siyəzənneft NQÇİ-də işləyir. Uzun illərdir ki, Siyəzənneft NQÇİ-nin İPA və NÖC-nin xidmət sahəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsində çalışır. İşlədiyi müddət ərzində heç bir nöqsanı və ya xəbərdarlığı olmayıb. Əksinə, xidmət sahəsinin tabelini, anbarın hesabatını həmişə o tərtib edib. 2020-ci il sentyabr ayının 12-si imtahan olmuş və keçid balı 50 olduğu halda, o, 81,5 bal yığmışdır. 2019-cu ildən Moskvanın “Sinerqiya” Maliyyə-sənaye Universitetində qiyabi formada təhsil alır, hal-hazırda 3-cü kursdadır. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilən və qanunda nəzərdə tutulmuş hallara onun tərəfindən heç bir vaxt yol verilməmiş və işlədiyi müddət ərzində həmişə işəgötürənin mənafeyini əsas tutaraq vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir. Onun peşəsi üzrə ştat sayı 16 ştat vahidindən 6 ştat vahidinə kimi azaldılmışdır. Qiymətləndirmə zamanı onun qiymətləndirməsi 81.5% olmuşdur. Onunla guya eyni balı toplayan X2 arasında seçim aparılmaq zərurəti yarandığından peşə sınaq imtahanına cəlb olunmuşlar. Müvafiq komissiya tərəfindən X1 bacarıqları daha yüksək qiymətləndirilmiş və bu səbəbdən ona xəbərdarlıq bildirişi təqdim edilmişdir. İşçinin peşəkarlıq səviyyəsini əsas götürərkən nəzərə alınan meyarlardan biri olan iş təcrübəsi 27 ilə yaxındır. Təhsil göstəricisinə gəldikdə isə ali təhsil alır, 3-cü kursdadır. 31 may-02 iyun 2022-ci il tarixlərdə Siyəzənneft NQÇİ-nin rəhbər işçiləri və rəisi on u dənizdə işlə təmin etmək istədiklərini bildiriblər. O, israrla bildirib ki, onun səhhəti dənizdə işləməyə imkan vermir. “Premium Clinic”dən “oturaq sinirin neyropatiyası” diaqnozu ilə xəstəlik məzuniyyətində olmuşdur. Həmçinin revmatizması vardır. Uzun təhdidlərdən sonra onu razı sala bilmədiklərinə görə əmək müqaviləsini xx.xx.2022-ci il tarixdən ləğv ediblər.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında xx.xx.2020-ci il tarixli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar iddiaçının adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün “Siyəzənneft” NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinə müraciət ed ilmişdir. “Siyəzənneft” NQÇİ-nin X3 heyəti iclasının xx.xx.2022-ci il tarixli protokolu ilə “Siyəzənneft” NQÇİ-nin müraciətinə baxılmış, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. xx.xx.2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə xx.xx.2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən ona on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. İddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (ƏM 79), habelə işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM 78) sırasında deyil. İddiaçının işlədiyi v əzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı işəgötürən tərəfindən reytinq cədvəli formalaşdırılmış və həmin cədvələ uyğun olaraq işçilər işdə saxlanılmaq hüququ əldə etmiş, digərləri ilə bağlanan əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Bundan başqa, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən məcburi mediasiya sessiyasında iştirak edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı xx.xx. 2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş, müvafiq arayış aldıqdan sonra xx.xx.2022-ci il tarixdə prosessual məcəllənin tələblərini pozaraq iş üzrə icraatın təzələnməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə kobud prosessual pozuntuya yol verərək icraatı təzələmişdir. Belə ki, MPM-nin 260.4-cü maddəsinə əsasən, məhkəmə tərəfindən icraat təzələnməməli idi. Buna görə də hazırki işə iddia müddəti də tətbiq edilərək iddia tələbi rədd edilməlidir.

8. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında həmçinin bildirmişdir ki, həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış qərarını işəgötürənə təqdim etməli və barəsində işə baxılan tərəfi məlumatlandırmalıdır. Lakin həmkarlar ittifaqı təşkilat ına məktub daxil olan kimi iclas keçirilir və razılıq verilir ki, işçi işdən çıxarılsın. Bununla bağlı iddiaçı məlumatlandırılmır, iclasa çağırılmır, heç bir izahatı alınmır. Bütün bunlar formal sənədlərdir. Bu sənəd həmkarlar ittifaqı təşkilatının işçi ilə bağlı mövqeyini bildirən sənəd kimi qəbul edilə bilməz. İşçilərin peşə bacarıqlarının yoxlanılması üçün 12 sentyabr 2020ci il tarixdə imtahan keçirilmişdir. İmtahan nəticəsində iddiaçı 81.5 bal toplamışdır. 8 ay sonra yenidən 2021-ci ilin may ayında onunla eyni balı toplayan Əliyev Telman arasında peşə sınaq imtahanı keçirmiş, işıq dirəyinə çıxıb naqili oradan açmaq tələb olunmuşdur. Hesab edir ki, imtahanın nəticələri ədalətli deyil. Çünki fiziki cəhətdən qeyri-bərabər olan insanlar arasında imtahan keçirmişlər. Onların bu hərəkətlər i qeyri-qanunidir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1484/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia təmin edilmişdir.

10. Məhkəmə 02 iyun 2022-ci il tarixdə həm əmrin, həm də Həmkarlar İttifaqı Komitəsinin razılığının verilməsi ilə bağlı qeyd edib ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə görə HİK özünün yazılı qərarını 10 gün müddətində işəgötürənə təqdim etməlidir. Qanunvericilikdə əmrin verilməsi tarixi ilə HİK-nin yazılı qərarının verildiyi tarixin eyni günə təsadüf etməsinə heç bir qadağa yoxdur. Lakin HİK-nin protokolu xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, iddiaçının Həmkarlar İttifaqının iclasında iştirakı təmin edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə bu əsasla xit am verilməsinə dair HİK-nin müvafiq razılığının olubolmaması ilə bağlı qanunvericiliyin tələbinə əsasən həmkarlar ittifaqı tərəfindən yazılı formada tərtib olunmuş əsaslandırılmış qərar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

11. Məhkəmə hesab edib ki, həmin məsələ ilə bağlı ümumiyyətlə həmkarlar ittifaqının hər hansı iclası keçirilməmiş, sadəcə formal olaraq iclas protokolu tərtib olunmuşdur. İşəgötürən tərəfindən əmək qanunvericiliyinin həmkarlar ittifaqının razılığının alınması ilə bağlı tələbi pozulmuşdur.

12. Məhkəmə daha sonra qeyd edib ki, əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən İddiaçı əmək funksiyasına yüksəktezlikli sıxlıq sisteminin, yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronik qeydedici cihazların və kabel zəncirlərinin, mürəkkəb statik avadan lığının istismar-texniki xidməti və təmiri xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması daxildir. Müqavilənin 3.2-ci bəndinə əsasən bu funksiyalardan hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə işçiyə əlavə funksiyaların daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilir. İş materiallarından görünür ki, eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmişdir.

13. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsi və vəkilinin dəlilləri ilə razılaşmayıb hesab etmişdir ki, iddiaçı mediasiyaya müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa belə, iddiaçının ilkin olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi nəzərə alınmalıdır.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12, 68, 70, 71, 77, 80, 83, 296.2, 296.3, 78.1, 300.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1484/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində iddia tələbinə edtirazın dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən tə rəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqına müraciət edilmiş və razılıq verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 10:30-da keçiriləcək HİK-nin iclası barədə məlumat verilmiş və o, saat 10:00 radələrində HİK-nə gəlmiş, lakin öz xoşu ilə iclasda iştirak etməkdən imtina edərək çıxıb getmiş və bu barədə müvafiq akt tərtib edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi işəgötürən tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyorunun Peşə Təlimatı”, habelə şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş, iddiaçıya xx.xx.2022-ci il tarixdə keçiriləcək HİK- nin iclası barədə məlumat verilməsi, onun saat 10.00 radələrində HİK-nə gəlməsi, lakin iclasda iştirak etməməsi barədə xx.xx.2022-ci il tarixli aktı təqdim etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və C.Musayeva) 2(103)-643/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

19. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi ştat cədvəllərindən mübahisəsiz qaydada aydın olur ki, iddiaçının peşəsi üzrə 16 ştat vahidi mövcud olmuş, ixtisardan sonra həmin vəzifə üzrə cəmi 6 ştat vahidinin qalması müəyyən edilmişdir. 6 ştat vahidi üzr ə 16 nəfər dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru peşəsi üzrə reytinq siyahısında İddiaçı və X2 eyni bal toplayaraq 6-cı sırada yerləşdiyindən praktiki bacarıqların yoxlanması üçün peşə sınaq imtahanı keçirilmiş və nəticədə X2 daha yüksək bal topladığı üçün onunla əmək münasibətlərinin davam etdirilməsi qərara alınmışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən əsaslandığı «eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilməsi» barədə gəldiyi nəticəni işin hallarına zidd hesab edərək bildirmişdir ki, işəgötürən tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyorunun Peşə Təlimatı”nda elektrik montyorunun iş xüsusiyyətləri sadalanmış, məhkəmə baxışı zamanı iddiaçıya qiymətləndirmə zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmədiyi müəyyən edilmişdir. 21. xx.xx.2021-ci il tarixli “Namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən görünür ki, iddiaçı 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 2,6 olmaqla (hidravlik çəki indikatorunun quraşdırılması üzrə 2, telemexanika xətlərinin korroziyadan təmizlənməsi üzrə 2, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 2, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 2 balla) qiymətləndirilmişdir. Beləliklə, müəyyən edilir ki, qiymətləndirmə zaman ı iddiaçıya verilən tapşırıq “5-ci dərəcə elektik montyorunun Peşə Təlimatı”na uyğun olmuşdur.

22. Məhkəmə kollegiyası «Həmkarlar İttifaqı tərəfindən yazılı formada tərtib olunmuş əsaslandırılmış qərarın cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi, Həmkarlar İttifaqının iclasının keçirilmədiyi, iclas protokolunun formal tərtib olunduğu» barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı təqdim olunmuş və cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə, saat 10.30-da keçiriləcək Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumat verilmiş və o, saat 10.00 radələrində HİK-nə gəlmiş, lakin iclasda iştirak etməkdən imtina edərək çıxıb getmişd ir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əməl olunmuş və əmək müqaviləsinə xitam verilməsi üçün Həmkarlar İttifaqı Komitəsinin qabaqcadan razılığı alınmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68, 70, 71, 77, 80, 83 və 296-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

24. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının vəzifə təlimatı kimi cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyorunun Peşə Təlimatı”na istinad etmiş və bununla da iddiaçıya qiymətləndirmə zamanı əmək müqaviləsində qey d edilən əmək funksiyasından kənar tapşırıq verilmədiyini qeyd etmişdir. Halbuki, bu Təlimat hazırkı mübahisədən sonra qəbul edilmişdir. Cavabdeh iddiaçının işdən çıxarılma əmrini xx.xx.2022-ci il tarixdə qəbul etmiş, bəhs edilən Təlimat isə xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qətnaməsində məhkəmə prosesi zamanı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli aktın təqdim edildiyindən bəhs edir. Halbuki, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin aktı birinci instansiya məhkəməsində təqdim etmədiyini əsas gətirərək, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesi zamanı aktı sübut qismində işə qəbul etməkdən imtina etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2396/2023 saylı, xx.xx.2023 -cü il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (məruzəçi), Z.Əliyev və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-643/2023 nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün göndərilmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və bununla da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələndiyini müəyyən edərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni iki əsasla qəbul etməmişdir: 1) eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymə tləndirilməsi zamanı iddiaçıya əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilməmişdir; 2) Həmkarlar İttifaqının iclası keçirilmişdir.

27. Birinci əsasla bağlı apellyasiya instansiyası məhkəməsi “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyorunun Peşə Təlimatı”na istinad etsə də, diqqətdən qaçırmışdır ki, iddia ilə mübahisə edilən əmrin tarixi xx.xx.2022-ci ildir. Başqa sözlə, cavabdehin xx.xx.2022-ci il tarixli əmrinin qanuniliyinə hüquqi qiymət verərkən məhkəmə həmin əmrdən 6 ay sonra qəbul edilmiş Təlimata istinad etmişdir.

28. İkinci əsasa dair apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş, iddiaçıya xx.xx.2022-ci il tarixdə saat 10:30-da keçiriləcək HİK-nin iclası barədə məlumatın verilməsi və onun saat 10:00 radələrində HİK-ə gəlməsi, lakin iclasda iştirak etməkdən imtina edərək çıxıb getməsi barədə xx.xx.2022-ci il tarixli akt apellyasiya baxışı zamanı təqdim olunmuşdur. Halbuki, MPM-in 372.2-ci maddəsi məhkəmələrdən imperativ qaydada tələb etmişdir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. q) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5307/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixl i qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), İ.Şirinov A.İmanov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş məhkəmə, (iddianın mübahisələndirilən dəlillərin mötəbərliyinə lazımi qiymət verilməyən sübutlar əsasında) qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin əsaslandırılması üzrə gəldiyi nəticə çəkişmə prinsipinə zidd olduğundan qətnamə tam ləğv edilməklə apellyasiya şikayəti təmin edilməli və iddia tələbi rədd edilməlidir.

31. İş materialları üzrə “Peşə sınaq imtahanı və müsahibənin yekun protokolu”ndan məlum olur ki, müsahibə nəticəsində X1 orta balı 3.9 olmaqla müsahibəni keçmiş, İddiaçı orta balı 2.7 olmaqla müsahibəni keçməmişdir. xx.xx.2021-ci il tarixli “Namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsindən məlum olur ki, İddiaçı 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 2.6 olmaqla (hidravlik çəki indiqatırının quraşdırılması üzrə 2, telemexanika xətlərinin korroziyadan təmizlənməsi üzrə 2, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 2, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 2 balla) qiymətləndirilmişdir; X2 5 fərqli praktiki tapşırığın nəticəsində ortalama balı 4 olmaqla (hidravli k çəki indiqatırının quraşdırılması üzrə 2, telemexanika xətlərinin korroziyadan təmizlənməsi üzrə 4, induktiv qüvvə vericisinin dəyişdirilib təmizlənməsi üzrə 5, teleözəyin dəyişdirilib təmizlənməsi üzrə 5, telemexanika xətlərində qəzaların ləğvi üzrə 4 balla) qiymətləndirilmişdir.

32. Məhkəmə kollegiyası mövqeyini əsaslandırmağı davam edərək bildirmişdir ki, əmək müqaviləsinin xitamına əsas ştatların ixtisarı olmuşdur və ixtisarın aparılması iddiaçıya məlum olmuşdur. Müzakirə edilən “Peşə sınaq imtahanı və müsahibənin yekun protokolu və namizədin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi” vərəqəsi iddia ərizəsində mübahisələndirilməmiş, onların qanunsuz olmasına dair tələblər irəli sürülməmişdir. Qeyd edilməlidir ki, əmək qanunvericiliyinin tələblərinə (ƏM-in fərdi əmək mübahi sələrinin predmeti adlanan 288-ci maddəsinə) əsasən: əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası; komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olubolmamasının araşdırılması; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi və digər ayrıca göstərilmiş məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə nizama salınan ayrıca əmək mübahisəsi predmetləridir.

33. Həmkarlar ittifaqının iclasından iddiaçını n məlumatlı olması barədə aktın apellyasiya icraatı zamanı təqdim edilməsinə əsas isə qətnamənin ləğvinə yönəlmiş apellyasiya şikayətinin dəlillərinin təsdiq və qətnamədə göstərilmiş əsasların təkzib edilməsi zərurəti olmuşdur. Belə ki, iddianın əsasını iddiaçının stajının, xəstəliyinin və təhsil almasının nəzərə alınmaması və təhdid edilməsi təşkil etsə də birinci instansiya məhkəməsi tələbin predmeti və əsaslarına dair dəyişiklik edilmədən son məhkəmə baxışı iclasında müzakirə edilmiş həmkarlar ittifaqı təşkilatının prosedur fəaliyyətinə və imtahan nəticələrinə müvafiq pozuntulara istinadən iddianı təmin etmiş və iddiaçının bu dəlillərinə münasibət bildirilməsi və müvafiq sənədlərin (sübutları) təqdim edilməsi üçün cavabdehə şərait yaratmayaraq çəkişməni təmin etməmişdir. Kassasiya şikay ətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin mübahisəli qərarı qanuna və sübuta deyil, öz qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanmışdır. İş üzrə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında bununla bağlı konkret göstəriş olsa da, apelyasiya məhkəməsi əmək müqaviləsinin 3.1-ci bəndinin şərtlərində təşkilatın əsasnaməsinə istinad etmişdir. Lakin təşkilatın əsasnaməsinin işçinin vəzifə funksiyasına nə kimi aidiyyətinin olmasını araşdırsalar da, hələ də müəyyən edə bilməyiblər.

36. Məlum o lduğu kimi, cavabdehin heç kimə məlum olmayan şəkildə iş materiallarına daxil etməyə çalışdığı xx.xx.2022-ci il tarixli aktın qəbul edilmədiyi Ali Məhkəmənin qərarı ilə təsdiq edilmiş və bununla bağlı müvafiq göstəriş də verilmişdi. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin aktı birinci instansiya məhkəməsində təqdim etmədiyini əsas gətirərək, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesi zamanı aktı sübut qismində işə qəbul etməkdən imtina etmiş olsa da, çıxardığı qətnamədə ona istinad etmişdi. İş materiallarında Səbail Rayon Məhkəməsinin cavabdehə ünvanlanmış sübutların təqdim edilməsinə dair xx.xx.2023-cü il tarixli 2(009)1484/2022 saylı sorğusu vardır. Həmin sorğuda işəgötürənin işdən çıxarmağa əsas olmuş bütün sənədlərin, o cümlədən vəzifə təlimatlarının təqd im edilməsi tələb olunub və həmin sorğuya əsasən cavabdehin özü tərəfindən həmkarlar təşkilatına dair sənədlər təqdim edilmişdir. Cavabdehin nümayəndəsi bütün keçirilən məhkəmə proseslərində qətiyyətlə həmin aktı birinci instansiya məhkəməsində təqdim etdiyini bildirirdi. Bununla bağlı iş materiallarında xx.xx.2023-cü il tarixli protokolda da məlumat vardır. Məhkəmə də həmin sənədin iş materiallarında olmaması səbəbindən həm vəsatəti, həm də həmin sənədi qəbul etməkdən imtina etmişdi.

37. Keçirilən sonuncu məhkəmə iclasında iş üzrə xüsusi qərardadın çıxarılması ilə bağlı şifahi vəsatət verilsə də, məhkəmə ümumiyyətlə bu məsələyə münasibət bildirməmişdir. Belə ki, sonradan tərtib edilmiş və guya İddiaçının Həmkarlar İttifaqının iclasından xəbərdar olması barədə akt, aktın “real” olmasını “s übut” etmək üçün şahidlərin məhkəmə iclasına gətirilməsi, eləcə də yenidən iş materiallarına daxil edilməsinə cəhd edilən guya 2018-ci il tarixə aid vəzifə təlimatları bu işdə qanunsuzluqların olduğunu, sonradan sənədlərin tərtib edildiyini aşkar surətdə göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

41. Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək;...

42. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;...

43. Maddə

71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

44. Maddə

77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək sta jından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:[1 31] bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin i kinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

45. Maddə

78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

46. Maddə

80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşma lar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

47. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik halla rını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sü butlar hesab olunur.

50. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, tərəflər ar asında yaranmış mübahisə əmək mübahisəsidir və işçinin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyün müəyyən olunması, həmçinin ixtisarla əlaqədar əmək müqaviləsinə xitam verilərkən həmkarlar təşkilatınıən qabaqcadan razılığının alınması ilə bağlıdır.

57. İddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi təşkil edir (bu qərarın 47-ci paraqrafı).

58. İşin hallarından göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə həmkarlar təşkilatı razılıq vermişdir. İddiaçının mübahisələndirdiyi hal, onun həmkarlar təşkilatının iclasında iştirakının təmin edilməmişdir. Cavabdeh bu faktı təkzib etmək üçün iddiaçıya xx.xx.2022-ci il tarixdə saat 10:30-da keçiriləcək həmkarlar təşkilatının iclası barədə məlumatın verilməsi və onun saat 10:00 radələrində HİK-ə gəlmə si, lakin iclasda iştirak etməkdən imtina edərək çıxıb getməsi barədə xx.xx.2022-ci il tarixli aktı təqdim edir. Lakin bu akt apellyasiya baxışı zamanı təqdim olunmuşdur və iddiaçı həmin aktı gecikmiş sübut kimi qəbil edilməsinin qanunsuz olduğunu bildirir.

59. Məhkəmə kollegiyası kassatorun həmkarlar təşkilatının iclasına iddiaçının çağırılması barədə sübutun apelyasiya icraatında qəbul edilməsinin yolverilməzliyi barədə dəlili ilə bağlı qeyd edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir.

60. Doğrudur ki, bu cür sübut birinci instansiya məhkəməsində deyil, apelyasiya instansiyası məhkəməsində təqdim edilmişdir.

61. Eyni zamanda mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 14 və 77.1-ci maddələri).

62. Lakin nəzərə alınmalıdır ki, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci ma ddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

63. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri).

64. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.

65. Göründüyü kimi məhkəmə, işin mahiyyəti üzrə həlli üçün zəruri olan faktik halların müəyyən olunması üçün araşdırmanı prosessual fəallıqla aparmalı, tərəflərlə mübahisənin vəziyyətini müzakirə etməli, sübut olunmalı halları tərəflə izah etməlidir. Həmçinin işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

66. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqdi m etməyi tərəfə zəruri saydığı sübutları (konkret halda iddiaçının həmkarlar təşkilatının iclası barədə məlumatlandırılması barədə sübutu) təqdim etməyi cavabdehə təklif etməmişdir. Nəticə etibarilə, məhkəmənin işin mahiyyəti üzrə həll olunması və qanuni qərar çıxarılması üçün zəruri hesab etdiyi işin halları müəyyən olunmamışdır. Buna görə də baxılan iş üzrə iddiaçıya xx.xx.2022-ci il tarixdə saat 10:30-da keçiriləcək həmkarlar təşkilatının iclası barədə məlumatın verilməsi və onun saat 10:00 radələrində HİK-ə gəlməsi barədə sübutun apelyasiya icraatı zamanı təqdim edilməsinin mümkün olduğu barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.

67. İddiaçının eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi z amanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verildiyi barədə dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu dəlilini bəyan etsə də, qiymətləndirmə zamanı ona verilən məhz hansı tapşırığın əmək funksiyasına aid olmadığnı əsaslandırmamışdır. Ümumiyyətlə iddiaçı bu cür dəlili iddia ərizəsində göstərməyib və sonradan izahatlarında irəli sürüb. Birinci instansiya məhkəməsi də iddiaçının bu ümumi xarakterli dəlilini qəbul edib «eyni bal toplamış elektrik montyoru vəzifəsində işləmiş namizədlərin sahə üzrə praktiki bacarıqlarının qiymətləndirilməsi zamanı əmək müqaviləsində qeyd edilən əmək funksiyasından kənar tapşırıq verilmişdir» nəticəsinə gəlməsinə baxmayaraq, məhz hansı tapşırığın əmək funksiyasına aidiyyəti olmadığını göstərməyib.

68. İddiaçının bununla bağlı konkretləşdirici dəlili yalnız ondan ibarətdir ki, «peşə sınaq imtahanı keçirilərkən iddiaçıdan işıq dirəyinə çıxıb naqili oradan açmaq tələb olunmuşdur. Hesab edir ki, imtahanın nəticələri ədalətli deyil. Çünki fiziki cəhətdən qeyribərabər olan insanlar arasında imtahan keçirmişlər».

69. Lakin hətta işıq dirəyinə çıxıb tapşırığı icra etmək onun əmək funksiyasına uyğun deyilsə belə, qiymətləndimənin nəticələri iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslılığına xələl gətirmir. Çünki işəgötürən ixtisar zamanı peşəkarlığın müəyyən edilməsi üçün qiymətləndirməni həm də başqa tapşırıqlar (5 tapşırıq) üzrə aparmış, eyni zamanda müsabiqə keşirmişdir. Qiymətləndirmə zamanı 5 tapşırığı icra etməklə praktik bacarıqlar üzrə iddiaçı 2,6 bal, digər işçi T.Əliyev isə 4 bal toplamışdır. Müsabiqədə isə iddiaçı 2,8, digər işçi T.Əliyev isə 3,9 bal toplamışdır.

70. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin birinci hissəsinə əsasən, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin müəyyən olunması üçün işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Baxılan iş üzrə iddiaçı ilə əmək müqaviləısinə xitam verilərkən uşəgötürən əmək Məcəlləsinin 77, 78-ci maddələrinin tələblərinə əməl etmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddia təlıəbini rədd etməkdə haqlı olmuşdur.

71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5307/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar