Məhkəmə qərarları › İş №2(102)-5894/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5894/2022

20.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5894/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4336/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Şərifzadə küçəsindəki 88 №-li yaşayış evinin 14 saylı mənzili (bundan sonra - mübahisəli mənzil) İddiaçı (bundan sonra - iddiaçı) məxsusdur.

2. İddiaçı ilə X3 (bundan sonra - cavabdeh) xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü X4 anadan olmuşdur.

3. Tərəflər mübahisəli mənzildə pasport qeydiyyatındadırlar.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6949/2014 saylı, 05 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, birgə nikahdan doğulmuş 26 aprel 1999-cu il təvəllüdlü X4 iddiaçının himayəsinə verilmişdir.

5. Cavabdeh xx.xx.2016-cı il tarixdə X1 ilə nikaha dax il olmuşdur.

6. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 250 saylı sərəncamı ilə iddiaçı övladı İlkinə qəyyum təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun mətbəxində yaşadığı üçün mətbəxdən, hamamdan və ayaqyolundan istifadə edə bilmir. Ən əsası da cavabdeh onu təhdid edir, tezliklə öldürəcəyini bildirir. Bütün bu illər ərzində o, cavabdehin təhqirl əri, təhdidləri altında onu mənzilindən çıxara bilməmişdir. Cavabdehin sayəsində o, özünə məxsus mənzildə yaşaya bilmir, cavabdehin artıq onun mənzilində yaşamasını istəmir.

9. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, iddiaçı övladını internat məktəbinə yerləşdirmişdir. Sonra o, övladını oradan götürmüş və buna görə də aralarında mübahisə yaranmışdır. İddiaçı ona bildirmişdir ki, evdə ya o, ya da övladı qalmalıdır. Bütün problemlər uşaq internat məktəbindən gətirildikdikdən sonra başlamışdır. Əgər iddiaçı onu həmin evdən çıxarsa övladını da internat məktəbinə yerləşdirəcək. Övladına görə bu şəraitdə yaşayır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-1154/2022 nömrəli iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundov) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh 1997-ci ildə iddiaçı ilə ailə qurmaqla iddiaçının mülkiyyətində olan mənzildə yaşamışdır. Ailə üzvü kimi cavabdehin də həmin mənzilə istifadə hüququ yaranmışdır. Lakin 2016-cı ildə cavabdeh başqa bir şəxslə nikaha girmiş və mənzili tərk etmişdir.

12. Məhkəmə hesab etmişdir ki, cavabdehin sözügedən mənzilə istifadə hüququ itirilmişdir. Hazırda cavabdeh yenidən iddiaçının mənzilinə qayıdıb orada yaşasa da, onun həmin mənzilə istifadə hüququ yoxdur və mənzildə qeydiyyatı formal xarakter daşıyır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 152.1, 1 57.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli, xx.xx.2014-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Mənzilə 1999-cu ildə pasport qeydiyyatına alınmışdır. Mübahisə üzrə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Həmin maddə onun istifadə hüququnun ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılması ilə bağlıdır və itirilməsi üçün qətnamədə qeyd edilən əsaslar göstərilməmişdir. Nəzərə alınmamışdır ki, cavabdehin yaşamağa başqa yeri yoxdur, əks halda həmin mənzilə geri qayıtmazdı. Tərəflər arasında hüquq münasibətləri yaranan tarixdə ümumiyyətlə hazırkı Mənzil Məcəlləsi qüvvədə olmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-4336/2022 nömrəli mülki iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışınski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzr ə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, onun istifadə hüququnun saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 228.

5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyə n edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

36. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixdə başqa şəxslə rəsmi nikaha daxil olaraq, başqa ünvanda yaşamağa getməklə mübahisəli mənzilə hüquqlarını itirmişdir. 37.Cavabdehin artıq ailə üzvü olmayan iddiaçının şifahi razılığı ilə yenidən mübahisəli mənzilə qayıdıb orada yaşamağa başlaması yeni hüquq münasibəti olduğundan, məhkəmələr həmin münasibətlərə qüvvədə olan Mənzil Məcəlləsini tətbiq etmiş və cavabdehin mənzilə istifadə hüququnun yaranmadığı barədə qanuni nəticəyə gəlmişdir.

38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. 39.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4336/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar