Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5896/2021 20.12.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5896/2021 (Açar sözlər: qanunsuz zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması, əmlaka vurulmuş ziyanının əvəzinin ödənilməsi, ekspert rəyləri ) Bakı şəhəri, 20 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, cavabdeh “Babək-94" X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Babək-94 X5 qarşı “vurulmuş zərərin əvəzinin ödənil məsi və qanunsuz zəbt edilmiş torpaq sahələrinin azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-342/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan 5/1 saylı mağaza və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 71.3 kv.m olan 5/1 saylı çörək mağazası İddiaçı mülkiyyətindədir.
2. İddiaçının mülkiyyətində olan mağazaların yerləşdiyi ərazi “Bakı şəhərinin Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 saylı, 22 yanvar 2016-cı il tar ixli Qərarı ilə tikinti üçün ayrılmışdır. 3. “Babək-94 X6 tikinti işləri zamanı həmin ərazidə yerləşən iddiaçıya məxsus iki əmlakı sökmüşdür. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, “Babək94" X6 tərəfindən iddiaçıya məxsus olan mağazaların sökülərək məhv edilməsi, yerləşdiyi torpaq sahələrinin qanunsuz olaraq zəbt edilməsi nəticəsində iddiaçıya dəymiş 300000 (üç yüz min) manat zərərin əvəzinin cavabdeh “Babək-94 X3 tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya məxsus olan, “Babək-94 X6 tərəfindən zəbt edilmiş torpaq sahələrinin dərhal azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan 5/1 saylı mağaza Daşınmaz Əml akın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 71.3 kv.m olan 5/1 saylı çörək mağazası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışına əsasən iddiaçının mülkiyyətindədir.
6. Mağazalar faktiki fəaliyyət göstərməsə də, həmin ünvanda iddiaçının razılığı ilə məcburi köçkün ailəsi məskunlaşmışdır. Bir müddət əvvəl, təxminən 2017-ci ilin sentyabr ayında həmin mağazaların yerləşdiyi ərazidə “Babək-94 X6 tərəfindən hündürmərtəbəli binanın tikinti işləri aparılmışdır.
7. Qeyd olunan müəssisə tərəfindən tikinti işləri aparılarkən iddiaçının həmin ərazidə yerləşən mağazaları iddiaçıdan icazə alınmadan və iddiaçıya heç bir kompensasiya ödənilmədən sökülərək məhv edilmişdir. Cavabdehlə kompensasiya barədə aparılan danışıqlar heç bir nəticə verməmişdir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 1097-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh “Babək-94X6 iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçının mülkiyyətində olan mağazalar qanunsuz sökülməyib. “Bakı şəhərinin Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarına, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 15 avqust 2016-cı il tarixli 89 nömrəli və 18 yanvar 2018-ci il tarixli 03A nömrəli Sərəncamlarına əsasən cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı sökülmüşdür. Həmin mağazalar 1950 və 1960-cı illərdə inşa olunmaqla qəzalı vəziyyətdə olmuş və şəhərin ümumi görünüşünə xələl gətirmişdir; - ərazidə tikinti işləri başlayan dövrdə orada məcburi köçkün ailəsi yaşamış, cavabdeh müəssisə həmin məcburi köçkün ailəsini kirayə mənzillə təmin etmiş və həmin mənzili öz vəsaiti hesabına təmir etmişdir; - tikinti başlayandan bir neçə ay sonra iddiaçı mağazaların ona məxsus olduğunu bildirmiş və ona kompensasiya ödənilməsini tələb etmişdir. Tərəflər arasında sökülmüş obyektlərə görə kompensasiyanın ödənilməsi barədə danışıqlar aparılmış, lakin cavabdehin adekvat kompensasiya ilə bağlı təklifləri qəbul edilmədiyindən, mübahisənin həlli mümkün olmamışdır; - cavabdeh müəssisə sökülmüş mağazaların bazar dəyəri ilə bağlı müstəqil qiymətləndiricidən rəy almış və mağazalardan birinin dəyərinin 32000 manat, digərinin dəyərinin isə 27000 man at olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının mülkiyyətində olmuş əmlakın bazar dəyəri cəmi 59000 manatdır. Belə ki, sökülmüş mağazalar 1950 və 1960-cı illərdə inşa olunmaqla qəzalı vəziyyətdə olmuşdur. Sahəsi 62,3 m2 olan mağazanı iddiaçı 30 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 20000 manata alıb; - iddiaçı ona 300000 manat məbləğində ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
10. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli, 2(002)74/19 saylı qərardadı ilə məhkəmə tikinti-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertin qarşında iddiaşıya məxsus daşınmaz əmlakların 01.09.2017-ci il tarixinə olan bazar dəyərinin müəyyən edilməsi barədə suallar qoyulmuş, qiymətləndirmə aparılması Legal hüquq və ekspert mərkəzi” MMC-y ə həvalə edilmşdir. 11. Legal hüquq və ekspert mərkəzi” MMC-nin 18.03.2019-cu il tarixli, 155/E nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 71.3 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binasının 2017-ci ilin sentyabr ayına olan bazar qiyməti 52000 (əlli iki min) manat, ünvan 1 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 62.3 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının 2017-ci il sentyabr ayına olan bazar qiyməti 45500 (qırx beş min beş yüz) manat, ümumilikdə 97500 (doxsan yeddi min beş yüz) manat təşkil edir.
12. Qaradağ Rayon Məhkəməsinin 2(002)-74/2019 nömrəli, 18 aprel 2019-cu il tаrixli qətnaməsi ilə iddiа qismən təmin edilərək, İddiaçı məxsus mağazaların sökülməsi ilə əlaqədar dəymiş zərərə görə Cavabdehndən 97500 (doxsan y eddi min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Fuad Hüseynov)
13. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, ünvan 2 ünvanında ümumi sahəsi 71.3 kv.m, torpaq sahəsi 0.00819 ha olan qeyri-yaşayış binası (5/1 saylı çörək mağazası) və ünvan 1 ünvanında ümumi sahəsi 62.3 kv.m, torpaq sahəsi 0.00651 ha olan qeyri-yaşayış binası (5/1 saylı mağaza) iddiaçının mülkiyyətində olmuş, həmin qeyri-yaşayış sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 saylı, 22 yanvar 2016-cı il tarixli “Bakı şəhərinin Qaradağ rayonunun sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 avqust 2016-cı il tarixli, 89 nömrəli, 18 yanvar 2018-ci il tarixli, 03A nömrəli Sərəncamlarına, Qaradağ rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Komissiyanın 30 avqust 2016-cı il tarixli Aktına, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 22.01.2018-ci il tarixli tikinti işlərinə hazırlıq üçün əsas olan Xüsusi Nişanına əsasən cavabdeh tərəfindən aparılan tikinti işləri zamanı sökülmüşdür.
14. Birinci instansiya məhkəməsi ekspert rəyininə əsasən hesab edib ki, iddia tələbləri iddiaçıya dəymiş zərərlə bağlı hissədə qismən, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə (97500 manat) təmin edilməlidir.
15. Birinci instansiya məhkəməsi torpaq sahələrinin boşaldılması ilə bağlı hissədə iddianı əsassız hesab edərək qeyd etmişdir ki, sökülən qeyri-yaşayış sahələri müv afiq çıxarışlara əsasən torpaq sahələri ilə birgə vahid əmlak kimi qeydiyyata alınmış, habelə ekspertiza nəticəsində onların ümumi dəyəri müəyyən edilmişdir. Bundan başqa, həmin qeyri-yaşayış sahələrinin yerində tikinti işləri səlahiyyətli dövlət orqanları tərəfindən qəbul edilmiş, işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməyən qərarlara əsasən həyata keçirilmiş, həmin layihə qəzalı vəziyyətdə olan tikililərin sökülməsini və yerində yeni çoxmənzilli yaşayış binalarının tikilməsini, sakinlərin yeni mənzillə təmin edilənədək kirayə haqqı verilməklə başqa yerə köçürülməsini nəzərdə tutmuşdur. Buna görə də həmin tələb çoxsaylı sakinlərin, o cümlədən işdə iştirak etməyən şəxslərin hüquqlarını pozacağından, onun təmin edilməsi qanuni və ədalətli hesab oluna bilməz.
16. Məhkəmə öz m övqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 152.1, 152.5, 152.9, 1096.1, 1096.2, 1097.1 və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş edib.
18. Apelyasiya şikayətinin dəlilləri: - iddiaçının mülkiyyətində olan mağazalar cavabdeh tərəfindən qanunsuz sökülərək yerində yüksək mərtəbəli yaşayış evi inşa olunur. Həmin mağazaların sökülməsinə hər hansı dövlət ehtiyacı olmamışdır. İctimai ehtiyaclar üçün isə mülkiyyətin özgəninkiləşdirilməsinə yol verilmir; - məhkəmə bu halları nəzərə almadan qanunsuz və əsassız qətnamə çıxarmışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9062/2019 saylı, 16 iyul 2019-cu i l tarixli qətnaməsi ilə i apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və İsmayıl Xəlilov )
20. Apelyasiya instansiyası əlavə olaraq müəyyən etmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 62,3 kv.m olan qeyri-yaşayış sahəsini (5/1 saylı mağaza) və 0,00651 ha torpaq sahəsini notarial qaydada təsdiq olunmuş 30 noyabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20000 manata X2 almışdır. Mağazalardan biri 1950-ci ildə, digəri isə 1960-cı ildə tikilmişdir.
21. Apellyasiya instansiyası qeyd etmişdir ki, iddiaçıya məxsus daşınmaz əmlakların ədalətli əvəzi ödənilmədən qanunsuz olaraq sökül məsi, nəticədə mülkiyyətçiyə maddi zərər dəyməsi iş materialları ilə kifayət qədər təsdiq olunur. Lakin iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 300000 manat məbləğində maddi ziyan dəyməsini iddia etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi müstəqil qiymətləndiricinin rəylərinə əsasən sökülmüş mağazalardan birinin bazar dəyəri 32000 manat, digərinin dəyəri isə 27000 manat olmaqla, iki mağazanın ümumilikdə bazar dəyəri 59000 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən dəvət olunmuş müstəqil qiymətləndiricinin rəylərinə əsasən, sökülmüş mağazalardan birinin bazar dəyərinin 52000 manat, digərinin dəyərinin isə 45500 manat, iki mağazanın ümumilikdə bazar dəyərinin 97500 manat olması müəyyən edi lmişdir. Birinci instansiya məhkəməsi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 97500 manat məbləğində maddi ziyan dəyməsini müəyyən etmiş, cavabdeh tərəf həmin məbləği mübahisələndirməmişdir.
22. Apellyasiya instansiyası iddiaçıya məxsus olmuş mağazalardan birinin 1950-ci ildə, digərinin isə 1960-cı ildə tikilməsini, habelə işdə olan sənədlərə əsasən həmin qeyriyaşayış sahələrinin qəzalı vəziyyətdə olmaqla şəhərin ümumi görünüşünə xələl gətirməsini nəzərə alaraq, hesab edib ki, 97500 manat məbləğində pul vəsaiti vurulmuş zərərin ədalətli əvəzi kimi qəbul oluna bilər.
23. Apellyasiya instansiyası hesab edib ki, vurulmuş zərərin əvəzi kimi 97500 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə nəticəyə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur.
24. Həmçinin i ddia tələbinin digər hissəsi ilə bağlı qpellyasiya instansiyası məhkəməsi hesab edib ki, iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin azad edilməsi tələbi həmin torpaq sahəsində tikilən yaşayış binasında mənzil almış çoxsaylı sakinlərin, o cümlədən işdə iştirak etməyən şəxslərin hüquqlarının pozulması ilə nəticələnə biləcəyindən iddianı həmin hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. İddiaçının kassasiya şikayəti apellyasiya şikayətinin də lillərinə uyğun əsaslandırılıb.
27. Cavabdeh “Babək-94 X6 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. İddiaçının kassasiya şikayətinin dəlilləri: - birinci və apellyasiya instansiyası əmlakların süni şəkildə dəyərləndirməsi ilə bağlı Legal hüquq və ekspert mərkəzi” MMC-nin hesabatını nəzərə alıb. Həmin rəy qeyriobyektivdir; -50-60-cı illərdə tikilən və qəzalı vəziyyətdə olmuş qeyri-yaşayış sahələrinin müəyyən edilən qiyməti absurddur.
29. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-410/2020 nömrəli, 29 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir.
30. Kassasiya instansiya məhkəməsi qeyd edib ki, məhkəmə Leqal Hüquq və Ekspert Mərkəzi” MMC-nin qiymətləndirmə rəyinə əsasən əmlakın bazar dəyərini 97.500 manat müəyyən edib. Mütəxəssis tərəfindən həmin rəy verilərkən qeyri-yaşayış sahələri sökülmüş vəziyyətdə olmuşdur.
31. Birinci instansiyası məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərardadı ilə ekspertiza təyin olunarkən mütəxəssisdən əmlakın 2017-ci ilə olan bazar dəyərinin müəyyən olunması tələb edilmiş və bununla əlaqədar Leqal Hüquq və Ekspert Mərkəzi” MMC tərəfindən əmlakların dəyəri bu günkü bazar dəyərindən aşağı qiymətləndirilmişdir.
32. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən mağazaların sökülməsi ilə əlaqədar törədilən özbaşınalıq nəticəsində iddiaçının hüquqlarının pozulması bu gün də davam etdiyindən iddiaçıya əmlakın hazırkı bazar dəyərinə uyğun ədalətli kompensasiya ödənilməklə onun pozulmuş hüquqları bərpa edilməlidir. Cavabdehin hüquqa zidd hərəkəti mülkiyyətin tam itirilməsi ilə nəticələndiyindən belə vəziyyətdə iddiaçıya dəymiş ziyanın yalnız əmlakın dəyərinin ödənilməsi ilə bərpa olunmasına və bu zaman qiymətin mütəxəssis rəyində qeyd olunduğu kimi azaldılmaqla hesablanmasına pozulmuş hüquqların ədaləti bərpası üçün nə dərəcədə təminat verməsinə qiymət verilməlidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. İkinci apellyasiya baxışı zamanı apellyasiya instansi yası məhkəməsi 17 iyun 2020-ci il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertin qarşısında iddiaçının mülkiyyətində olmuş əmlakların hazırki bazar dəyərinin müəyyən edilməsi barədə sual qoyulmuş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 34. "xxxx" MMC-nin 10.10.2020-ci il tarixli PR/M-19/2020 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5B ünvanında yerləşən, 0.00651 ha torpaq sahəsində ümumi sahəsi 62.3 kv.m olan qeyriyaşayış sahəsi (5/1 saylı mağaza) 26000 manat, ünvan 2 ünvanında yerləşən, 0,00819 ha torpaq sahəsində ümumi sahəsi 71.3 kv.m olan qeyri yaşayış binasının hazırki bazar dəyəri 29000 manatdır.
35. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin 26 yanvar 20121-ci il tarixli rəyinə əsas ən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 5A saylı qeyri-yaşayış binasının, 0,00819 ha torpaq sahəsi ilə birlikdə hazırki bazar dəyəri 96200 manatdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 5B saylı qeyri-yaşayış binasının, 0,00651 ha torpaq sahəsi ilə birlikdə hazırki bazar dəyəri 84000 manatdır.
36. Cavabdehin təqdim etdiyi “Əmlak Ekspert Mərkəzi”nin 09 fevral 2021-ci il tarixli arayışına əsasən isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 0,00819 ha torpaq sahəsindəki 5A saylı qeyri-yaşayış binasının hazırki bazar dəyəri 26000-28000 manatdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən 0,00651 ha torpaq sahəsindəki 5B saylı qeyri-yaşayış binas ının hazırki bazar dəyəri 23000-25000 manatdır.
37. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri arasında olan kəskin qiymət fərqinin aradan qaldırılması məqsədilə 10.02.2021-ci il tarixli qərardadla təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. 38. "xxxx" MMC-nin 15.03.2021-ci tarixli 24-086/21 saylı ekspert rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m, torpaq sahəsi 0,00651 ha olan (5/1 saylı mağaza) qeyri-yaşayış binasının hazırki bazar dəyəri 30200 manat, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 71.3 kv.m, torpaq sahəsi 0,00819 ha olan (5/1 saylı mağaza) qeyri-yaşayış binasının hazırki bazar dəyəri 35400 manatdır.
39. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-342/2021 saylı, 28 apr el 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şiya Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Fuad Talışınski )
40. Apellyasiya instansiyası qeyd etmişdir ki, mağazaların sökülməsi ilə əlaqədar törədilən özbaşınalıq nəticəsində iddiaçının hüquqlarının pozulması bu gün də davam etdiyindən iddiaçıya əmlakın hazırkı bazar dəyərinə uyğun ədalətli kompensasiya ödənilməklə onun pozulmuş hüquqları bərpa edilməlidir. Cavadehin hüquqa zidd hərəkəti mülkiyyətin tam itirilməsi ilə nəticələndiyindən belə vəziyyətdə iddiaçıya dəymiş ziyanın yalnız əmlakın dəyərinin ödənilməsi ilə bərpa olunmasına və bu zaman qiymətin mütəxəssis rəyində qeyd olunduğu kimi azaldılmaqla hesablanmasına pozulmuş hüquqların ədalətli bərpası mümkün deyil.
41. Apellyasiya instansiyası Ali Məhkəmənin hazırki iş üzrə qərarında şərh edilən göstərişinə əsasən keçirilmiş 10.10.2020-ci il tarixli,15.03.2021-ci tarixli ekspertizaların nəticələrinə və iddiaçının təqdim etdiyi 26.01.2021-ci il tarixli ekspert rəyinə və cavabdehin təqdim etdiyi 09.02.2021-ci il tarixli arayışa əsasən qeyd olunan məbləğlərə münasibətdə qeyd edib ki, ekspertiza rəylərində qeyd olunan məbləğlər iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi baxımından ədalətli kompensasiya üçün yetərli deyil. Odur ki, ədalətli kompensasiya ödənilməklə iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi üçün "xxxx" MMC-nin 18.03.2019-cu il tarixli ekspert rəyi əsas götürülməlidir. Kassasiya şika yətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
43. Kassasiya şikayətinin dəlilləri: - ictimai ehtiyaclar üçün mülkiyyətin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən irəli gələn tələblər pozulmuşdur; - qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin azad edilməsi barədə iddia tələbinə heç bir məhkəmə instansiyası qiymət verməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
44. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Babək-94 X4 nümayəndəsi Nümayəndə vək ilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
45. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.9-cu maddəsinə əsasən, əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 13.7. Üzərində mü lkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rə yi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəmə si müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
47. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqey i
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
50. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi və vurulmuş ziyan) tələbidir.
51. Barəsində şikayət verilən qətnamədən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsini n əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, əmlakların hazırki bazar dəyərini müəyyən etmək üçün ekspertizalar təyin etmiş, buna uyğun olaraq da qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
52. Belə ki, apellyasiya məhkəməsi əmlakların qiyməti ilə bağlı mübahisəli halı aradan qaldırmaq üçün əmlakların hazırki bazar dəyərini müəyyən etmək məqsədilə qitmətləndirmə ekspertizası təyin etmiş, tərəflər özləri də qiymətlə bağlı apellyasiya instansiyasına rəylər vermiş, rəylər arasında ziddiyyət olduğu üçün apellyasiya məhkəməsi təkrar qiymətləndirmə keçirmiş, nəhayət, ilkin olaraq əmlakların daha artıq dəyərləndirilməsi barədə Legal hüquq və Ekspert Mərkəzi” MMC-nin 18.03.2019-cu il tarixli ekspert rəyini əsas götürmüşdür ki, məhkəmə kollegiyası bunu əsaslı hesab edir.
53. İddiaçının əml akların qiymətinin daha artıq olması barədə dəlilləri apellyasiya məhkəməsinin təyin etdiyi ekspert rəyləri ilə təkzib edilmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi işdəki ekspert rəylərini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
55. Nəzərə alınsa ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş Legal hüquq və Ekspert Mərkəzi” MMC-nin 18.03.2019-cu il tarixli ekspert rəyində göstərilən qiymətlər apellyasiya məhkəməsinin təyin etdiyi sonrakı ekspertiza rəylərində göstərilən qiymətlərdən daha artıq olub, belə olan halda, apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur.
56. Məhkəmə kollegiyası qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin azad edilməsi barədə iddia tələbinə heç bir məhkəmə instansiy ası tərəfindən qiymət verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilini əsassız sayır. Əvvəla, birinci instansiya məhkəməsi qətnaməsində Mülki Məcəllənin 152.9 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə əsasən həmin tələbə qiymət verərək, qeyd edib ki, sökülən qeyri-yaşayış sahələri müvafiq çıxarışlara əsasən torpaq sahələri ilə birgə vahid əmlak kimi qeydiyyata alınmış, habelə ekspertiza nəticəsində onların ümumi dəyəri müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci dəfə işə baxarkən eyni mövqedən çıxış etmişdir. Üstəlik, Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında da yalnız əmlakların qiyməti ilə bağlı gəlinən nəticə düzgün sayılmamaqla, iddiaçının qeyd edilən hissə də dəlilləri qəbul edilməmişdir. Təkrarən həmin dəlillərin irəli s ürülməsi isə yolverilməzdir.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-342/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.