Məhkəmə qərarları › İş №2(102)-5896/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5896/2022

29.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5896/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbinə dair» və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı qarşı «əmlakın mənzildən çıxarılması tələbinə dair» mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1337/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətna məsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İddiaçı keçmiş qayınanası, üçüncü şəxs X6 isə keçmiş baldızıdır.

2. İddiaçı cavabdehin oğlu X7 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2011-ci il təvəllüdlü Riad və xx.xx.2014-cü il təvəllüdlü Zeynəb adlı övladları doğulmuşdur.

3. İddiaçı evlənən zaman Cavabdeh mülkiyyətində olmuş, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 67 saylı evin, 54 saylı mənzilinə köçmüşdür.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6917/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə X7 arasında olan nikah pozulmuş, tərəflərin birdə nikahdan doğulmuş Riad və Z eynəb adlı uşaqların İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanması üçün Ramin Hüseynovdan hər uşaq üçün 100 manat aliment tutulması qət edilmişdir.

5. Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 67 saylı evin, 54 saylı mənzili xx.xx.2013-cü il tarixdə notariat qaydada təsdiqlənmiş müqavilə əsasında X9 49.183 manata satmışdır.

6. Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evinin üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun uşaqları -xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X10 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılıb ki, Ramin Hüseynovla nikah dövründə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi yaşayış evini tikmişlər. Evin tikilməsində şəxsən iştirak etmişdir. Habelə evin tikilməsində atası Elxan Bəşirov da iştirak etmişdir. Ev tikildikdən sonra orada yaşamışlar və uşaqları da orada dünyaya gəlmişdir. Əri R.Hüseynov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh qardaşı və qızı ilə evə gəlmiş və onu zorla evdən çıxarmış, ondan cehiz əşyalarını da çıxarmasını tələb etmişdir. Lakin o, cehiz əşyalarını götürməkdən imtina etmişdir. İşin düzgün həll edilməsi üçün Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat vermişdir. Onun şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları evə gələrək qayınanasına qanunsuz hərəkət etdiyini bildirmiş, lakin qayınanası polisin göstərişlərinə də məhəl qoymamışdır. Polis əməkdaşları ona bu işi məhkəmə qaydasında həll etməyi tövsiyə etmişdir. Evdən çıxarkən övladlarının və onun bütün əmlakları, o cümlədən paltarları həmin mənzildə qalıb. Yaşadığı ev qanunsuz tikilidir. Ev heç kəsin mülkiyyətində olmadığı üçün orada onun və uşaqlarının istifadə və sahiblik hüquqları vardır. O, hal-hazırda atasının evində yaşayır, lakin yaşadıqları ev darısqaldır və öz evinə köçmək fikrindədir.

9. İddiaçının sübut olaraq təqdim etdiyi X11 və qeyriləri tərəfindən imzalanmış v ə Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən təsdiq olunmuş aktda qeyd olunur ki, İddiaçı, həyat yoldaşı X7, onların övladı xx.xx.2011-ci il təvəllüdlü X15 və İddiaçı qayınanası Cavabdeh Sumqayıt şəhəri, Corat bağları ərazisində sənədsiz torpaq sahəsi almış, həmin torpaq sahəsində 2013-cü ildə sənədsiz ev tikmiş, birlikdə həmin evdə yaşamışlar. xx.xx.2014-cü ildə X10 anadan olmuşdur. 2013-cü ildən 2018-ci ilə kimi normal ailə kimi yaşayıblar 2018-2019-cu illər arası Aysellə həyat yoldaşı Ramin arasında bəzi səbəblərdən söz-söhbətlər olmuş, buna baxmayaraq Aysel sözügedən evə uşaqları ilə birlikdə gəlib getmişdir. Həyat yoldaşı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Aysel yoldaşının cənazəsi evdən çıxarı lan zaman özü də evdə olmuşdur. Mərhumun vəfatı ilə əlaqədar bütün mərasimlərdə Aysel iştirak etmişdir.

10. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi 2491H ünvanında yerləşən fərdi yaşayış evində ona aid əmlakların çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Güli Hüseynova iddia tələbini onunla əsaslandırıb ki, İddiaçı iddia ərizəsində göstərdiklərinin heç biri həqiqətə uyğun deyil. İddiaçı mərhum qardaşı ailə quranda anasının 17-ci mikrorayonda şəxsi mülkiyyətində olan evə gəlin köçmüşdür. Sonradan həmin evi anası satmış, anası evin vəsaiti hesabına hal-hazırki evi tikmişdir. İddiaçı 2018ci ildən hələ mə rhum qardaşı ilə boşanmamışdan əvvəl evi tərk edib getmişdir. Ev xx.xx.2020-ci il tarixli çıxarış ilə onun mülkiyyətindədir. İddiaçı nə əvvəl, nə də indi onların ailə üzvü deyildir. Cavabdeh evi tərk edərkən aşağıdakı cehiz əşyalarını götürməmişdir: 1 ədəd taxt; 2 ədəd sandıq; kiçik ölçüdə (2 nəfərlik) divan; uşaq üçün çarpayı; şkaf (kiçik ölçüdə); 1 ədəd şifoner; servant; kamot (termo); 3 ədəd yastıq; 1 ədəd taxt üçün döşək; 2 ədəd adi döşək; 1 ədəd ədyal; 1 ədəd kiçik ölçüdə xalça (ağ rəng).

12. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Abşeron rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi, ünvanında yerləşən 2336E nömrəli bağ torpaq sahəsi ünvan 4əsdiq etdiyi xx.xx.2013-cü il tarixli, 4Ə-02/1258 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyata alınmış və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X1 idarəyə təqdim etdiyi torpaq sahəsinin çıxarışı, plan və ölçüsü, məlumatlandırma icrasına müvafiq olaraq vətəndaşın İcra Hakimiyyəti orqanına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu və eskiz layihə əsasında sözügedən torpaq sahəsi üzərində tikilmiş bağ evinə dair X3 mülkiyyət hüququ qeydə alınmış və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 13. 14.07.2021-ci il tarixli bölgü sxeminə dair sazişdən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2491A ünvanında yerləşən ümumi sahəsi 0.1115 ha torpaq sahəsinin 0.02 ha torpaq sahəsi X 5 verilmişdir.

14. İddiaçı iddia ərizəsində köçürülməsini tələb etdiyi evin dəqiq ünvanını qeyd etmədiyinə görə birinci instansiya məhkəməsi iddiaçının iştirakı ilə mübahisəli evə yerində baxış keçirmiş və müəyyən edilmişdir ki, İddiaçı ərizəsində köçürülməsini tələb etdiyi ev Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2491H saylı bağ evidir. Həmin evdə İddiaçı məxsus əşyalar vardır.

15. Məhkəmədə şahid qismində dindirilmiş X14 (İddiaçı atası) ifadəsində bildirmişdir ki, əvvəllər 3-4 il iddiaçı əri ilə Sumqayıt şəhərində yerləşən “Şahanə” restoranının arxasında olan evlərində yaşamışdır. Sonra həmin evi 64.900 manata satıb və 2 torpaq sahəsi almışlar. Torpaq sahələrinin biri qızı ilə ərinə, digəri isə Güli Hüseynovaya aid olmuşdur. Özü də həmin evin tikilməsində həm iştirak etmiş, həm də xərc çəkmişdir. İddiaçı mübahisəli evə 2013-cü ildə köçmüşdür. 2 torpaq sahəsi arasında xeyli məsafə vardır. Aysel özü də evin tikintisində iştirak etmişdir. İddiaçının cehiz əmlakları həmin evdədir. Yeznəsinin ili veriləndən sonra qızı onların evinə qayıtmışdır.

16. X2 məhkəmədə ifadə verərək bildirmişdir ki, o, iddiaçının tanışıdır. Mübahisəli ev tikilərkən əsasən Ayseli və atasını görmüşdür. Ayselin qayınanasını isə 2-3 dəfə görmüşdür. 2018-2019-cu illərdə Ayselin əri ilə aralarında soyuqluq olduğundan o, uşaqları ilə birlikdə evə gəlib gedirdi. Aysel ərinin ilindən sonra atasıgilə getmişdir. Qayıdanda görmüşdür ki, qapı açılmır, ona müraciət etmişdir. O, Aysellə birgə getmiş və görmüşdür ki, həqiqətən qapı açılmır. Onun evi ilə onların evinin arasındakı məsafə 10 metrdir. O, Nur idənin qızı Gülini tanımır.

17. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) İddiaçı Cavabdeh qarşı onun uşaqları xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2014cü il təvəllüdlü X10 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi evə köçürülmələri barədə iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı məxsus olan 1 ədəd taxt, 2 ədəd sandıq, kiçik ölçüdə (2 nəfərlik) divan, uşaq üçün çarpayı, şkaf (kiçik ölçüdə), 1 ədəd şifoner, servant, komot (termo), 3 ədəd yastıq, 1 ədəd taxt üçün döşək, 2 ədəd adi döşək, 1 ədəd ədyal, 1 ədəd kiçik ölçüdə xalçanın (ağ rəng) Sumqayıt şəhəri, Corat bağları ərazi sində yerləşən 2491H saylı bağ evindən çıxarılması qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi, mərhumun anası - iş üzrə Cavabdeh məxsus, iddiaçının gəlin köçüb yaşadığı mənzil satıldıqdan sonra qeyri-rəsmi əldə olunmuş, orada müvafiq sənədləşməsiz fərdi yaşayış evi tikilmiş, bu zaman həmin ərazinin mülkiyyətçisi X8 adlı şəxs olmuşdur. Sözügedən evdə cavabdeh, onun mərhum oğlu və iddiaçı övladları ilə birgə yaşamışlar. xx.xx.2020-ci ildə bu torpaq sahəsinin bölgü sxeminə dair notariat qaydasında Sevinc Təhməzova ilə Güli Hüseynova arasında saziş imzalanmış və xx.xx.2020-ci ildə sonuncu şəxs mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin evdə iddiaçıya məxsus əşyalar hazıradək qalmışdır.

19. Məhkəm ə qeyd etmişdir ki, işin mübahisəli halı olan mübahisəli evin iddiaçıya və onun keçmiş ərinə məxsusluğu barədə İddiaçı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, mübahisəli əmlakın tikintisinə və onun yerləşdiyi torpaq sahəsinin əldə olunmasına cavabdehin mülkiyyətində olan mənzilin satışından götürülmüş vəsaitin sərf edilməsi, sözügedən evdə cavabdehin, iddiaçının keçmiş ərinin və iddiaçının övladları ilə birgə yaşamaları işin mübahisəsiz hallarıdır. Məhkəmə iddiaçının atası Elxan Bəşirovun ifadəsini maraqlı şəxsin mövqeyi kimi qiymətləndirməklə yanaşı, tikinti zamanı onun göstərdiyi həm maddi, həm də fiziki köməyin nədən ibarət olduğunu bildirməməsi, həmçinin bu halları təsdiqləyən sübutların təqdim olunmaması baxımından həqiqətə uyğun hesab etməmişdir. İddiaçı tərəfindən onun dəlilinin əsa slılığına dəlalət edən hər hansı tutarlı və mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

20. İddiaçının mübahisəli evdə nə vaxtadək yaşamasına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin, müstəqil tələb irəli sürən üçüncü şəxsin ərizələrindən və onların nümayəndəsinin izahatından savayı, şahid Tərxanım Əliyevanın ifadəsindən, eləcə də iddiaçı tərəfindən təqdim olunmuş aktdan (X11 və qeyriləri tərəfindən imzalanmış və Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin Saray və Novxanı Bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən təsdiq olunmuş) görünür ki, 2018-2019cu illərdə İddiaçı sözügedən yaşayış sahəsində daimi yaşamamış, oraya gəlib-getmişdir.

21. Həmçinin məhkəmə, 2018-ci ildə nikahı pozulmuş keçmiş arvadın, 2019-cu ildə sabiq ərinin vəfatından bir il sonra da keç miş qayınanası və baldızı ilə (Nuridə və Güli Hüseynovalar) münasibətlərin korlanması şəraitində mübahisəli evdə daimi yaşamasını inandırıcı hesab etməmişdir. Onun müəyyən əşyalarının həmin yaşayış sahəsində hələ də qalması heç də iddiaçının orada israr etdiyi dövrədək (xx.xx.2020-ci ilədək) yaşaması anlamına gəlmir.

22. Mübahisəli evin mülkiyyətçisi Güli Hüseynova (müstəqil tələb irəli sürən üçüncü şəxs) olduğu halda, iddiaçı ərizəsində tələbini Cavabdeh yönəltmiş, sonuncunu iddiasında cavabdeh kimi göstərmişdir. Məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi izah və təklif olunsa da, o, buna etiraz etmişdir.

23. Birinci instansiya məhkəməsi verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək hesab et mişdir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən, həmçinin evin iddiaçı və onun keçmiş ailə üzvünün vəsaiti hesabına tikilməsi və ya həmin şəxslərə məxsus olması sübuta yetirilmədiyindən İddiaçı iddiası əsassızdır.

24. Qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müstəqil tələb irəli sürən Güli Hüseynovanın ona məxsus evdən iddiaçının əşyalarının çıxarılmasına dair iddiası əsaslıdır. Belə ki, həmin əşyaların müstəqil tələb irəli sürən üçüncü şəxsə məxsus evdə yerləşməsi onun, əmlakından sərbəst istifadəsini məhdudlaşdırmaqla, sahibliyini və sərəncam verməsini əngəlləyir, mülkiyyət hüququnu pozur.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54, Azərbaycan Respublikası Mülki Məcəll əsinin 152.1, 152.2, 152.5, 157.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamədən də görünür ki, ilkin vəziyyətdə ev özbaşına tikili olmuşdur. Məhkəmə işin bu halına hüquqi qiymət verməmişdir. G.Hüseynova 03 noyabr 2020-ci il tarixdə mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Onun məlumatı olmadan mübahisələndirilən ev mülkiyyətə keçirilmişdir. Onu uşaqları ilə evdən 13 oktyabr 2020-ci il tarixdə qaynanası və baldız ı çıxarmışdır. Odur ki, məhkəmə tərəflər arasında münasibət yaranan ana hüquqi qiymət verilməlidir. Məhkəmə tərəfindən bir çox maddi hüquq normaları pozulmuşdur.

28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1337/2022 nömrəli, 18 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayət inin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verib Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinin ləğv edilərək, “evə köçürülmə” tələbinə dair iddianın təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiaçıya qarşı “əmlakın çıxarılması tələbi barədə” iddasının təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir.

32. Məhkəmə qətnamə qəbul edərkən hüquq münasibətinin yarandığı dövrə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, şahid ifadələri və cavabdehin verdiyi ifadə ilə tam təsdiq edilir ki, həqiqətən də ev iddiaçı tərəfindən inşa edilmişdir. Onun evin tikilməsində iştirak etməsi, uşaqlardan birinin həmin evdə dünyaya gəlməsi, hal-hazırda da əşyalarının həmin evdə olması, evdən çıxarılarkən “102” xidmətinə şikayət etməyi, polisin mübahisələndirilən evə gələrək müvafiq araşdırma aparması işin mübahisəsiz sübut edilmiş halıdır. Ev tikildikdən sonra onun ev üzərində sahiblik hüququ yaranmışdır. Uzun illər ərzində mübahisələndirilən evdə fasiləsiz və etirazsız yaşamışdır.

33. Hüseynova Gülü xx.xx.2020-ci il tarixdə mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Həyat yoldaşının il mərasimi 13 oktyabr 2020-ci il tarixdə olmuş və həmin gün qaynanası və baldızı onun uşaqlarla evdən çıxmasını tələb etmişlər. Onun evdən çıxarılması üçün mübahisələndirilən evi mülkiyyətə keçirmişlər. Ona görə tərəflər arasında münasibət yaranan ana hüquqi qiymət verilməlidir.

34. Qanunvericiliyin tələblərinə əsasən başqa şəxslərin hüquqları pozulduqda özbaşına tikiliyə mülkiyyət hüququ yarana bilməz. Mənzilin iddiaçı tərəfindən tikildiyi və orada illərlə yaşadığı üçün onun və uşaqlarının istifadə və sahiblik hüququ yaranmış və həmin mənzilə başqa şəxsin mülkiyyət hüququ yaranması onların hüquqlarının pozulması ilə nəticələnmişdir.

35. Məhkəmə şahid ifadələrinə heç bir əsas olmadan tənqidi yanaşmış, onların verdiyi ifadələrin həqiqi mənasına hüquqi qiymət verməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin iddianın iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması ilə bağlı gəldiyi nəticəyə münasibətdə qeyd edilir ki, Güli Hüseynovanın evin mülkiyyətçisi olması onun üçün şübhəlidir. İşin bu hal ı ilə bağlı məhkəmə baxışı zamanı ekspertiza keçirilməsi barədə verdiyi vəsatət heç bir əsas olmadan rədd edilmişdir. Halbuki, vəsatət işin tam, hərtərəfli və obyektiv həll edilməsində xüsusi əhəmiyyət kəsb etmişdir. Məhkəmədə iddia qaldırılan zaman mübahisələndirilən ev Güli Hüseynovan mülkiyyətində olmamışdır. Güli Hüseynovanın mübahisələndirilən evdən təqribən 300 metr aralıda torpaq sahəsi və evi vardır.

37. Həmçinin qarşılıqlı iddia ərizəsində göstərilməyən bir çox əmlaklar mübahisələndirilən evdədir. Ona görə də qətnamənin qeyd edilən hissəsi də qanunsuzdur.

38. Məhkəmə mübahisələndirilən evin məhz Gülü Hüseynovanın mülkiyyətində olan evlə eyni olduğunu dəqiq müəyyənləşdirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

40. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər;

41. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.

42. Maddə 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarl a həyata keçirilir:... 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması.

43. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

44. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 46. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 47. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxsləri n sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

48. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməli dir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

55. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

59. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı cavabdehin oğlu X7 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, qayınanası Cavabdeh mülkiyyətində olmuş, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 67 saylı evin, 54 saylı mənzilinə köçmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X7 arasında olan nikah pozulmuşdur. Cavabdeh mülkiyyətində olan olan Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 67 saylı evi 2013cü ildə satmış, bundan sonra qeyri-rəsmi əldə olunmuş, müvafiq sənədləşmə olmadan fərdi yaşayış evi tikilmiş, bu zaman həmin ərazinin mülkiyyətçisi X8 adlı şəxs olmuşdur. Sözügedən evdə cavabdeh, onun mərhum oğlu və iddiaçı övladları ilə birgə yaşamışlar. xx.xx.2020-ci ildə bu torpaq sahəsinin bölgü sxeminə dair notariat qaydasında Sevinc Təhməzova ilə Güli Hüseynova arasında saziş imzalanmış və xx.xx.2020-ci ildə sonuncu şəxs mübahisəli ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin evdə iddiaçıya məxsus əşyalar hazıradək qalmışdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mə nzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

61. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmaması, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir.

62. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.

63. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, araşdırılmalı məsələlərdən biri istifadə hüququnun tanınması tələb olunan yaşayış sahəsinin statusu məsələsidir. Mübahisəli yaşayış sahəsinin hüquqi status u, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, Mənzil Məcəlləsində mənzil fondu - özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir.

64. Baxılan işdə işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh deyil, Güli Hüseynovanın adına qeydiyyata alınmışdır.

65. G öründüyü kimi həmin evə köçürülmə barədə tələbə cavab verməli olan şəxs Cavabdeh deyil, Güli Hüseynovadır. Lakin İddiaçı onun tələbi üzrə Cavabdeh əsil cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Bu halda Cavabdeh iddia tələbinin təmin olunmaması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.

66. Evin İddiaçı və atasının vəsaiti hesabına inşa edilməsi barədə dəlillər də bu halda əhəmiyyətsizdir. Çünki daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını müəyyən edən Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeyd ə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

67. Mübahisəli evə Güli Hüseynovanın mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyat qüvvədə olduğu və evə köçürülmə tələbi mülkiyyətçiyə deyil, başqa şəxsə yönəldiyi halda, evin kim tərəfindən inşa edilməsi və ya tikilməsində iştirak etdiyi barədə dəlillər yoxlanıla bilməz.

68. Mübahisələndirilən evin məhz Gülü Hüseynovanın mülkiyyətində olan evlə eyni olduğunun dəqiq müəyyən edilməməsi, bu halın müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə verdiyi vəsatətin rədd edilməsi barədə kassatorun dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iddiaçı və ya onun vəkili tərəfindən bu cür vəsatət apelyasiya in stansiyası məhkəməsində verilməmişdir.

69. Güli Hüseynovanın iddia tələbini təmin etməkdə məhkəmə haqlı olmuşdur. Çünki Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin müddəaları baxımından iddiaçı mülkiyyətçinin ailə üzvü deyildir. Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında ailə üzvü məsələsinə aydınlıq gətirərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

70. Kons titusiya Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq iddiaçı mübahisəli evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması araşdırıldıqda görünür ki, iddiaçı mülkiyyətçinin qardaşının keçmiş arvadıdır və Ailə Məcəlləsinin 15-ci fəslinin müddəaları baxımından evin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs sayılmır.

71. Bu baxımdan Gülü Hüseynova Mülki Məcəllənin 152.5-ci maddəsində mülkiyyətçi üçün nəzərdə tutulmuş öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməmək hüququndan çıxış etməklə İddiaçı məxsus əmlakların evindən çıxarılmasını tələb etməkdə haqlıdır.

72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1337/2022 nömrəli, 18 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar