Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5898/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ünvan 1 tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh ünvan 1 tam orta məktəbinə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1509/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2006-cı ildə ünvan 1 tam orta məktəbinə laborant vəzifəsinə qəbul edilmişdir.
2. İddiaçı 17 yanvar 2015-ci il tarixli, 07 №-li əmrlə həmin tarixdən məktəbin kimyabiologiya laborantı daimi vəzifəsinə keçirilməklə onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. 3. xxx№-li tam orta məktəbində 2021/2022-ci il tədris ilində şagird sayının siniflərdə azalması səbəbindən 41 (qırx bir) sinif komplektindən ikisi ixtisar olunmuş, məktəbdə 39 (otuz doqquz) sinif komplekti, 849 şagird heyəti mövcud olmuş, bu da mövcud ştatların – 0,5 direktor müavini ştatı, 0,5 xadimə ştatı və 1 laborant ştatın ixtisar olması ilə nəticələnmişdir.
4. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 15 se ntyabr 2021-ci il tarixli, 91 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında X3 Xidmətinin Quba Regional Ərazi Şöbəsi tərəfindən xxxsaylı orta məktəbin direktoru X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 192.6-cı maddələrinə uyğun xx.xx.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1500 manat cərimə olunmuş, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair Xaçmaz şəhər 3 saylı orta məktəbin xx.xx.2021-ci il tarixli 91 nömrəli əmrinin ləğv edilməsi üçün işəgötürənə məktub ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh ünvan 1 tam orta məktəbinə (bundan sonra “cavabdeh” və ya “Məktəb” ) qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Məktəbin direktorunun xx.xx.2021-ci il tarixli 91 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbini belə əsaslandırılmışdır ki, iddiaçı ilk dəfə xx.xx.2006-cı il tarixdə Xaçmaz şəhəri 3 saylı tam orta məktəbinə laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixli 07 saylı əmrə əsasən isə iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmışdır.
8. İddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli 91 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilər in sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir.
9. Belə ki, 15 sentyabr 2021-ci il tarixdə Məktəbin direktoru Gülnaz Şirinova iddiaçıya bildirmişdir ki, guya ştatlar ixtisar olunub və iddiaçı ştat ixtisarı ilə bağlı 15 sentyabr 2021-ci il tarixdən işdən azad olunmuşdur. Buna baxmayaraq, xx.xx.2021-ci il tarixə kimi işə gəlsə də, Məktəbin direktoru iddiaçıya bildirmişdir ki, işdən çıxarılıb və artıq içəri buraxıla bilməz.
10. Bundan sonra cavabdeh müəssisəyə müraciət edərək əmrin sürətinin verilməsini xahiş etsə də, əmrin sürəti iddiaçıya verilməyib. Nəhayət dövlət orqanlarına şikayət etdikdən sonra məlum olub ki, həqiqətən də iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Qeyd olunun əmr qa nunsuzdur və əsassızdır.
11. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə rəsmi xəbərdar edilməlidir. Qanunun bu tələbinə baxmayaraq, əmək müqaviləsi ləğv edilməzdən əvvəl iddiaçıya rəsmi xəbərdarlıq edilməməklə Əmək Məcəlləsinin 77-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur.
12. İddiaçının şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında X3 Xidmətinin Quba Regional Ərazi Şöbəsi tərəfindən araşdırılma aparılmış, qanunsuz işdən çıxarılma ilə bağlı Məktəbin direktoru X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 192.6-cı maddələrinə uyğun olaraq xx.xx.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, müvafiq olaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Məktəbin direktoru 1500 manat cərimə olunmuşdur. Həmçinin əmək müqaviləsinə xitam verilməsinə dair Məktəbin xx.xx.2021-ci il tarixli 91 nömrəli əmrinin ləğv edilməsi üçün işəgötürənə məktub ünvanlanmışdır. Lakin Məktəbin direktoru bu məktuba məhəl qoymamış, əmri ləğv etməmişdir.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 69, 71, 77 və 300-cü maddələrinə istinad etmişdir.
14. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya yazılı etirazında, eyni zamand a birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək etirazını belə əsaslandırmışdır: - 2021/2022-ci il tədris ilində mövcud sinif komplektlərində şagird sayının azalması səbəbindən məktəbdə işçi ştatlarının – 1 biologiya fənni laborantı ştatı, 0,5 direktor müavini ştatı, 0,5 xadimə ştatı ixtisar olunmuşdur; - Məktəb rəhbərliyinə mövcud vəziyyətlə bağlı 03 sentyabr tarixində məlumat verilib. Son 8 gün ərzində heç bir şagird artımı olmadığından yuxarıda göstərilən ştatlar ixtisar olunmuşdur; - iddiaçıya başqa iş təklif olunsa da, 13 sentyabr 2021-ci il tarixdə iddiaçı təklifi qəbul etməmişdir. Yalnız bundan sonra, 15 sentyabr 2021-ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab ödənilmişdir; - xəbərdarlıq müddətinə gəldikdə, Məktəb ştat ixtisarı b arədə 2021-ci ilin sentyabrında məlumatlandırılıb.
15. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırlıb ki, iddiaçı 14 dekabr 2021-ci il tarxidə mediasiya barədə təkliflə müraciət etmişdir. Əmək müqaviləsinə isə 15 sentyabr 2021-ci ildə xitam verilmişdir. Bu səbəbdən iddiaçı iddia müddətini ötürmüşdür.
16. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1090/22 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 tam orta məktəbin direktorunun İddiaçı Panah qızı barəsində olan 15 sentyabr 2021-ci il tarixli 91 saylı əmrinin ləğv edilməsi və İddiaçı Panah qızının həmin məktəbin biologiya fənni üzrə laborantı (həmin vəzifəyə bərabər digər vəzifəyə-ştata) vəzifəsinə (ştatına) işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün "15 sentyabr 2021- ci il” tarixdən hesablanmaqla İddiaçı Panah qızına ünvan 1 tam orta məktəbi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim Anar Sadıqov)
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və bu zaman Əmək Məcəlləsinin 70 və 77-ci maddələrinin tələblərinə əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətlər daxilində rəsmi xəbərdar edilməlidir. Lakin iddiaçı xəbəradar edilməyib.
18. Həmçinin birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işdən çıxma əmri tərtib olunarkən Əmək Məcəlləsinin 84-cü maddəsinin (Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, həmçinin əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər) tələblərinə tam riayət edilməmişdir. İşdən çıxarılma əmrində əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansı maddəsinə əsasən xitam verildiyi də qeyd olunmamışdır
19. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməs i hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 15 sentyabr 2021-ci il tarixli 91 saylı əmr ləğv edilməlidir.
20. Birinci instansiya məhkəməsi iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsini də əsaslı sayaraq, bu hissədə gəldiyi nəticəni Əmək Məcəlləsinin 300-cü maddələsi ilə əsaslandırmışdır.
21. Birinci instansiya məhkəməsinin iddiaya etiraz və iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı mövqeyi belə olmuşdur ki, iddia müddətinin ötürülməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
22. Birinci instansiya məhkəməsi iddia müddətinin ötməsi ilə bağlı qeyd etmişdir ki, “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tu tulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Hazırki işdə tərəflər arasında yaranmış əmək mübahisəsinə dair mediasiya prosesinə 04 fevral 2022-ci il tarixdə xitam verilmiş, iddiaçı 22 fevral 2022ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, cavabdeh tərəf məhkəmə hazırlıq iclasında və məhkəmə baxışı iclasında iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, o cümlədən də, iddiaçı tərəfindən verilmiş iddia müddətinin bərpa edilməsinə dair ərizəni aldıqlarını bildirsə də, iddia müddətinin tətbiqinə dair ərizəni məhkəmə baxışı iclasında, yəni 29 mart 2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizəni, həmçinin iddiaya etirazı 20 gündən gec olaraq məhkəməyə təqdim etməsinin hansı (üzrlü və sair) səbəbdən baş verdiyinə aydınlıq gətirməmişdir. Bundan əlavə, cavabdeh tərəf işdən çıxma əmrinin və bu barədə məlumatın işçıyə rəsmi qaydada göndərildiyini bildirsə də, bu sənədlərin işçiyə hansı tarixdə göndərildiyini və işçiyə hansı tarixdə çatdırıldığına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir.
24. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddia müddəti iddiaçının savadsızlığı, həmçinin digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, bu hal məhkəmə tərəfindən üzrlü sayıla bilər və iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68.1, 68.2(a), 70(b), 77, 84, 287, 288, 292.1, 294.1, 296, 300.1-ci, Mülk i Məcəllənin 379.4, 382, “Mediasiya haqqında” Qanunun 32.4, 35.1, 35.2-ci, Mülki Prossesual Məcəllənin 14.2 və 77.1-ci madələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianını rədd edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən məktəbin direktorunun 2021/2022-ci il tədris ilində məktəbdə şagird sayının siniflərdə azalması səbəbindən laborant ştatının ixtisar olmasını əvvəlcədən, yəni bir neçə ay əvvəlcədən müəyyən edə bilməsinin qeyri-mümkün olmasını nəzərə almamışdır; - məhkəmə həmçinin ştat vahidlərinin sayının “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 saylı qərarının 18-ci bəndinə əsasən ildə bir dəfə sentyabr ayında müəyyən edildiyinə əhəmiyyət verməmişdir; - məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi nəzərə alınmamışdır.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1509/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 28 aprel 2022-ci il tarixli 2(067)-1090/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh ünvan 1 tam orta məktəbə qarşı işə bərpa və pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. (hakimlər Gülnarə Tağızadə (sədrlik ed ən və məruzəçi), Lətifə Məmmədova, Telman Quliyev)
29. Apellyasiya instansiyası məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, X2 02 avqust 2019-cu il tarixdən xxx№-li tam orta məktəbin direktor vəzifəsinə təyin edilmiş, 2021/2022-ci il tədris ilində həmin məktəbdə şagird sayının siniflərdə azalması səbəbindən 41 (qırx bir) komplektindən ikisi ixtisar olunduğundan məktəbdə 39 (otuz doqquz) sinif komplekti, 849 şagird heyəti mövcud olmuş, bu da mövcud ştatların – 0,5 direktor müavini ştatı, 0,5 xadimə ştatı və 1 laborant ştatının ixtisar olması ilə nəticələnmişdir. Bununla bağlı 03 sentyabr 2021-ci il tarixdə Məktəbinin direktoru iclas təşkil edərək mövcud vəziyyətlə bağlı müvafiq şəxsləri məlumatlandırmış, 13 sentyabr 2021-ci il tarixdə iddiaçıya mövcud vəziyyət izah edilərək ona m əktəbdə digər iş təklif olunmuş, sonuncu razılaşmamış, bununla bağlı müvafiq akt tərtib edilmiş, son günlər ərzində məktəbdə şagird artımı olmadığından qeyd edilən ştatlar ixtisar edilmiş, 15 sentyabr 2021-ci il tarixli, 91 №-li əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin gün, yəni 15 sentyabr 2021-ci il tarixdə əmrin surəti və əmək kitabçası iddiaçıya təqdim edilmiş, sonuncu qeyd edilən əmrin surətini və əmək kitabçasını götürməkdən imtina etmiş, bununla bağlı 15 sentyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. Əmrin surəti və əmək kitabçası iddiaçının Xaçmaz rayon Polis Şöbəsində işləyən qardaşının tələbi ilə ona təqdim edilmişdir. 2021/2022-ci il tədris ilinin dərs saatlarının bölgüsü və “Tarifləşmə” cədv əlinin təsdiq edilməsi 2021-ci ilin oktyabr ayının sonuna yekunlaşdığından, 2021-ci ilin sentyabr ayının 15-dən sonra işə qəbul olunan, işdən azad olunan, yerdəyişmə aparılan və sinif komplektlərinin azadılması ilə bağlı ixtisar olunmuş işçilərin əmək haqqlarında yaranan fərqlər və son haqq hesablar, o cümlədən iddiaçının son haqq hesabı Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəsi tərəfindən hesablanaraq ödənilməsi xx.xx.2021-ci il tarixdə təmin edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış, bununla da sübutlara obyektiv, hərtərəfli və tam baxmadan qiymət vermişdir.
31. İddia müddəti ilə bağlı apellyasiya instansiyası məhkəməsi vurğulamışdı r ki, işdə olan sənədlərlə iddiaçının 15 sentyabr 2021-ci il tarixli, 91 №-li əmrlə əmək müqaviləsinə xitam verilməsindən həmin gün məlumatının olması tam təsdiq olunur. İddiaçı iddia ərizəsində də 15 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsindən məlumatının olmasını qismən təsdiq edərək, 15 sentyabr 2021-ci il tarixdə Məktəbinin direktoru tərəfindən ona laborant ştatının ixtisar olması ilə bağlı əmək müqaviləsinə xitam verilməsini bildirdiyini, 16 sentyabr 2021-ci il tarixdə işə gələrkən direktor tərəfindən ona işdən azad edildiyinə görə işə buraxılmadığını bildirdiyini göstərmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək m übahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bildiyi halda, iddiaçı cavabdehə mediasiya barədə təkliflə 3 ay 2 gündən sonra, yəni 17 dekabr 2021-ci il tarixdə müraciət etmişdir. İddiaçı mediasiya barədə təkliflə xx.xx.2021-ci il tarixini qeyd etsə də, həmin təklifin göndərildiyi konvertdən görünür ki, həmin təklif 17 dekabr 2021-ci il tarixdə üzərinə Xaçmaz MXŞ-nin möhürü vurulmuş konvertlə poçta daxil olmuş, 20 dekabr 2021-ci il tarixində xxx№-li tam orta məktəbinə təqdim olmuşdur
33. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, məhkəmə baxışında cavabdeh iddiaçının iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etsə də, məhkəmə cavabdehin iddia müddətinin tətbiq e dilməsinə dair ərizəni məhkəmənin hazırlıq iclasında verməli olduğu halda, bu prosessual qaydaya əməl etməyərək iddia müddətinin tətbiq edilməsinə dair ərizəni məhkəmə baxışı iclasında, yəni 29 matr 2022-ci il tarixdə məhkəməyə təqdim etməsini əsas götürməklə Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbini pozaraq, iddia müddətinin tətbiq edilməsindən imtina etmiş, eləcə də məhkəmə qətnamədə iddia müddətinin iddiaçının savadsızlığı, həmçinin digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə bu hal məhkəmə tərəfindən üzrlü sayıla bilər və iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməli olmasını qeyd etsə də, istinad etdiyi bu halların nə ilə sübut edildiyini əsaslandırmamışdır.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və ləğv edilməlidir.
35. Apellyasiya nstansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 296, Mülki Məcəllənin 375.2, 377.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.2, 77.3, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki: - Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququn pozulduğu gün isə işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçıya əmr hələ də verilməmişdir; - iddiaçı məhkəmədə iddia qaldırarkən həm də müddət buraxılmışdırsa üzrlü sayılmağı barədə ərizə verilmişdir. Bu halları apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır. İddia müddəti keçməmişdir, məhkəmə hesab edirsə, iddia müddəti keçmişdir, bu zaman bu hal üzrlü hesab edilməlidir. Belə ki, iddiaçı dövlət orqanında müraciət edərək hərəkətlər etmiş, cavabdeh isə dövlət orqanının cəriməsini öd əmiş, lakin əmri ləğv etməmişdir. Bu halda iddiaçının hüquqlar kobud şəkildə pozulmuşdur. - cavabdeh tərəfin apellyasiya şikayəti verən zaman əlavə etdiyi aktlar sonradan düzəldilib, yazılan aktdır. Belə ki, birinci instansiya məhkəməsində iddinın təmin edildiyini görən cavabdeh bu aktları sonradan tərtib etmiş, guya yeni sübut kimi əlavə etmişdir. Bu aktların dəftərxana nömrəsi, qeydiyyatdan keçməsi belə yoxdur. Məhkəmə qeyri-qanuni olaraq, mötəbər olmayan bu akta yeni sübut kimi əsaslanmışdır; - iddiaçıya iş təklif olunmayıbdır; b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - məktəbdəki vəzifəsinə uyğun digər iş yeri olmadığı üçün iddiaçıya texniki iş təklif edilmiş, lakin iddiaçı bundan imtina etmişd ir. Bu barədə tərtib edilmiş akt məktəbin “Akt və Protokollar Kitabı”nda 15 nömrə ilə qeydiyyatdan keçmişdir; - əmrin surəti və əmək kitabçasının iddiaçıya təqdim edilməsi, iddiaçının həmin sənədləri qəbul etməkdən imtinası ilə bağlı akt 16 nömrə ilə qeydiyyatdan keçmişdir; - əmrin sirəti və əmək kitabçasının iddiaçını qardaşına təqdim edilməsi barədə akt 29 sentyabr 2021-ci ildə məktəbin “Akt və Protokollar Kitabında” 18 nömrə ilə qeydiyyatdan keçmişdir; - Aktların sonradan tərtib edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Çünki “Akt və Protokollar Kitabı” qaytanlanmışdır; - iddiaçının əmrin surətini və əmək kitabçasını almaqdan imtina etməsi barədə akt birinci instansiya məhkəməsinə təqdim edilsə də, iş materiallarına əlavə edilməmiş, digər aktların təqdim edilməsi üçün cavabdehin v əkili vaxt istəsə də, birinci instansiya məhkəməsinin vaxt verməməsi səbəbindən aktların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitab çasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi iddianı tam t əmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianı təmin etməməklə qanuni nəticəyə gəlmişdir.
44. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.
45. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməməsinə istinad etsə də, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmamış, iddia müddətinin keçməsini müəyyən edərək iddianı təmin etməmişdir. (bax: 31-ci bənd)
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia müddətini ötürməsi müəyyən edildiyindən, iddianın rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələ bləri baxımından iddianın təmin edilməsi istisna edilir.
47. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
48. Göründüyü kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsini həll edən orqan kimi bir qayda olaraq məhkəmələri nəzərdə tutur. Bundan istisna o vaxt ola bilər ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılmış olsun. Başqa sözlə, Qanun məhkəmədən kənar (məhkəməyə qədər) fərdi əmək mübahisəsini həll edən orqan olaraq yalnız bir istisnanı nəzərdə tutur. Bu istisna odur ki, fərdi əmək mübahisələrini həll edən orqan yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış olsun.
49. Əmək münasibətlərini nizama salan, sahəvi Qanun olan Əmək Məcəlləsi hər hansı digər orqanı fərdi əmək mübahisələrini nizama salan orqan kimi qəbul etmir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrini həll edən orqan kimi qəbul edilə bilməz. Bu baxımdan, iddia müddətinin axımının həmin orqanın qərarının alındığı vaxtdan hesablanması ilə və ya həmin orqanın qərarının nəticəsini gözləməklə şərtləndirmək əsassızdır. 50. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilm əsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında da eyni hüquqi mövqe göstərilib. X1 məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X3 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiz iki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.
51. Məhkəmə kollegiyası iddiaçının Mediasiya Şurasına (mediatora) müraciət etməsi ilə bağlı iddia müddətinin dayandırılması ilə bağlı işin halına münasibətdə isə qeyd edir ki, həqi qətən də “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçı Mediasiya Şurasına (mediatora) müraciət edənə qədər də iddia müddətini ötürmüşdü. (bax: 32-ci bənd)
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 2(105)-1509/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.