Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-590/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə hüquq, yaşayış sahəsindən çıxarılma, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh2 və cavabdehlərin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)4192/2020 nömrəli qətnaməsindən cavab dehlər tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanda yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Evlərin alqı-satqı barədə xx xxxxxx 2017-ci il tarixli müqavilənin (notarial qaydada təsdiq olunmamışdır) surətinə əsasən X16 ünvan 1saylı evi İddiaçı 8000 manata (1500 manat beh) satmışdır. X9 tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrə əsasən, o, İddiaçı və X6 ünvan 1 ünvanda yerləşən evə pasport qeydiyyatına düşməsinə, həmçinin **********00001 saylı işıq abonent kodunun İddiaçı adına keçirilməsinə heç bir etirazının olmamasını bildirmişdir. Bakı şəhəri 10 saylı Notariat ofis i tərəfindən verilmiş arayışdan görünür ki, X5 adından xx xxxxxx 2018-ci il tarixdə 8İ-1452 saylı reyestrlə yazdığı ərizəsindəki imzadan ərizəsi əsasında xx xxxxxxxx 2019-cu il tarixdə imtina etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(010)5849/2019 nömrəli qiyabi qətnaməsi ilə iddiaçı X4 iddia ərizəsi təmin edilərək, cavabdehlər X5 və X11 ünvan 1 küçəsində yerləşən 60 saylı fərdi yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddiaçı X4 ailə üzvləri Cavabdeh2 xxx, X10 və X7 ilə birlikdə həmin fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 312.2-ci maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxs və mülki iddiaçı Cavabdeh1 mülki iddiası qismən təmin edilmiş, cinayət nəticəsində vurulmuş maddi ziyana görə 18000 manat və dövlət rüsumu kimi iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat, cəmi 18030 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs və mülki cavabdeh X12 alınaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Cavabdeh1 ödənilməsi hökm edilmişdir. Hökmlə müəyyən olunmuşdur ki, X1 xxxnun, özünə məxsus ünvan 2 ünvanında yerləşən 30000 manat dəyərində mənzilini satdığını bildiyi üçün həmin mənzilin satılmasında köməklik edəcəyini yalandan deyərək, 2018-ci ilin iyun ayının sonlarında mənzilin açarlarını sonuncudan aldıq dan sonra həmin mənzili aralarında tanışlıq münasibətində olduğu X22 vasitəsi ilə tanıdığı Suraxanı rayon sakini Cavabdeh1 öz mənzili kimi təqdim edərək, mənzili adına sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla 2018-ci ilin iyun ayının sonlarında 74 saylı MKİS-in inzibati binasının yerləşdiyi ünvan 3 ünvandakı xidməti otağında Cavabdeh1 18000 manatı alaraq mənzili sonuncuya təhvil verib ailəsi ilə həmin mənzilə köçməsinə şərait yaratmış, İddiaçı mənzilinin satılmadığını, mənzil satılana qədər icarəyə verdiyini bildirib, Cavabdeh1 aldığı puldan 400 manatı mənzilin kirayə haqqı kimi İddiaçı verib, sonuncunu faktiki olaraq qeyd olunan mənzilə sahib olmaq hüququndan məhrum etməklə, öz qulluq mövqeyindən istifadə edib İddiaçı məxsus xeyli miqdar təşkil edən 30000 manat dəyərində əmlaka ol an hüquqlarını, Cavabdeh1 məxsus xeyli miqdar təşkil edən 18000 manat məbləğində əmlakı aldatmaqla və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmayan övladları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 küçəsi, 60 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı sahibliyində olan ünvan 1 küçəsi, 60 saylı fərdi yaşayış evini satmaq qərarına gəlmiş, həmin evin satılmasına kömək etməyi xxxadlı tanışından xahiş etmişdir. İddiaçı Bakı şəhərində olmayan zaman xxxona zəng edib bildirmişdir ki, 74 saylı MKİS-in X21 adlı mühəndisinin müştərisi var və o, həmin evə baxmaq istəyir. xxxondan ünvan 1 küçəsi, 60 saylı fərdi yaşayış evini satması üçün həmin evin açarlarını X17 verməyi xahiş etmiş, iddiaçı evinin açarlarını X17 vermişdir. X8 evi həmin müştəri ilə razılaşmadığına görə sata bilməmişdir. Həmin vaxtdan X21 tapacağı müştərilərə evi göstərmək üçün evin açarlarını özündə saxlamışdır. X17 təxminən 1 aydan sonraxxx adlı şəxsin ailəsi ilə birlikdə yaşamaq üçün kirayə ev axtardığı üçün ona müraciət etdiyini, evi Cavabdeh1 və ailə üzvlərinə 200 manata kirayə verdiyini bildirmişdir. X2xxx xxx ilə aralarında qohumluq əlaqələrinin olduğunu və kirayə pulunu Cavabdeh1 şəxsən özü alıb ona verəcəyini bildirmişdir. 2018-ci ilin iyul-avqust aylarında X21 ona kirayə haqq ı olaraq 400 manat pul vermişdir. Lakin bir müddət sonra qohumları ona ünvan 1 küçəsi, 60 saylı fərdi yaşayış evinin kirayə olaraq verilmədiyini və həmin evin satıldığını bildirmişlər. O, Cavabdeh1 ilə əlaqə saxlayıb yaşadığı evdə kirayə qalıb-qalmadığını soruşsa da, Cavabdeh1 ünvan 1 küçəsi, 60 saylı fərdi yaşayış evində kirayə qalmadığını, həmin evi X12 15500 manata aldığını bildirmişdir. O, dəfələrlə X21 ilə əlaqə saxlayıb nə baş verdiyini soruşmaq istəsə də, X21 onun zənglərinə cavab verməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-527/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə X21 Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 312.2-ci maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ed ilmişdir. Təqsirləndirilən şəxs X15 barəsində açılmış cinayət işi üzrə hazırlıq iclası keçirilən zaman o, məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək, cavabdeh (təqsirləndirilən) şəxs X15 ünvan 1 küçəsi, 60 saylı fərdi yaşayış evini boşaltmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 küçəsi, 60 saylı fərdi yaşayış evində X21 deyil, iş üzrə zərərçəkmiş şəxs olan Cavabdeh1 və onun ailə üzvləri məskunlaşıblar. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı mülki iddia təmin olunmamışdır. Hazırda cavabdehlərin iddiaçıya məxsus olan evdə qalmaları onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)694/2020 nömrəli qətnaməsi ilə (hakim L.O.Talıbova) iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutların təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı özbaşına tikili olan fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb edə bilməz. Mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Ba kı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-694/2020 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4192/2020 nömrəli qətnaməsi ilə (hakimlər V.N.Sadıqovun sədrliyi və məruzəsi, hakimlər Q.A.Əsgərovdan və A.N.İmanovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-694/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə İddiaçı məxsus olan ünvan 1 küçəsi, 60 saylı fərdi yaşayış evi ndən çıxarılmaları qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə müəyyən olunmuş halları nəzərə almamış, iddianı rədd etməklə, faktiki olaraq, Cavabdeh1 həm mənzilə görə ödədiyi 18000 manatı geri almasına, həm də əsassız olaraq mənzilə yiyələnməsinə şərait yaratmışdır. Hökmlə isə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi iddiaçının qanuni istifadəsində və sahibliyində olmuş, törədilmiş cinayət əməli nəticəsində onun həmin hüquqları, yəni əmlak hüquqları pozulmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4192/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən özbaşına tikilidir. Cavabdehlər evi X3 almışdır. İddiaçının evə heç bir hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, işin faktiki hallarına istinad etməklə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4192/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2 və cavabdehlərin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya b axışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar ə sasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsa sən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərindən fərqli olaraq iş üzrə qanuni qüvvəyə minmiş hökmlə müəyyən olunmuşdur ki, hazırda mübahisələndirilən yaşayış sahəsi İddiaçı məxsus olmuş və X21 tərəfindən həm iddiaçıya, həm hazırki iş üzrə Cavabdeh1 qarşı dələduzluq edilərək, iddiaçının 30000 manat dəyərində əmlaka olan hüquqlarını, cavabdehin isə 18000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Həmin hökmlə cavabdehin mülki iddiası təmin olunmuş və təqsirləndirilən şəxsdən vurulmuş ziyanın məbləğinin tutularaq Cavabdeh1 ödənilməsi qərara alınmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Azərbaycan R espublikası MPM-in 82.4-cü maddəsini əsas götürərək hesab etmişdir ki, iddianın rədd edilməsi faktiki olaraq cavabdehlərin əsassız varlanmalarına (həm mənzilə görə ödədikləri pul vəsaiti təqsirləndirilən şəxsdən almalarına, həm də aldıqları evi sahiblik və istifadələrində saxlanılmalarına) şərait yaradır, iddiaçının əmlak hüquqları isə pozulmuş olaraq qalır. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-4192/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-590/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-590/2021
09.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver