Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5901/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 ASC-yə, "xxxx" MMCyə və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, cavabdeh X vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-798/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayə tinə dair işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4nin ¼ hissəsini Cavabdeh1 ASC –nin mülkiyyətinə verilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı 20 fevral 2009-cu il tarixli barışıq sazişi ilə 01.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 50.000 AZN borcun 20.08.2009-cu il tarixədək İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilməsi yerinə yetirilmədiyi təqdirdə ünvan 4nin 4/1 hissəsinin açıq hərraca çıxarılmasına dair razılığa gəlmişlər. Həmin barışıq sazişi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2009-cu il tarixli 2(005)-228/2009 saylı qərardadı ilə təsdiqlənmişdir.
3. Barışıq sazində göstərilən şərtlər yerinə yetirilmədiyi üçün X tərəfindən İddiaçı ünvanlanmış 28.09.2018-ci il, 02.11.2018-ci il, 16.11.2018-ci il, 10.12.2018-ci il, 12.10.2019-cu il taixli bildirişlərlə Nərimanov Rayon Məhkəməsinin 20.02.2009-cu il tarixli 2(005)-228/2009 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan ünvan 4nin ¼ hissəsinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 29.10.2018-ci il tarixdə saat 11:00da, daha sonra 03. 12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilmişdir.
4. Qeyd olunan hərracla bağlı bildirişlər İddiaçı X tərəfindən İddiaçı ünvan 4nə göndərilmişdir. 5. 28.09.2018-ci il və 16.11.2018-ci il tarixli bildirişlər bu ünvanda yaşamaması, 02.11.2018-ci il, 10.12.2018-ci il və 12.10.2019-cu il taixli bildirişlər isə ünvanın tam olmaması əsası ilə geri qaytarılmışdır. 6. “X” qazetində qeyd olunan əmlakla bağlı X tərəfindən elanlar yerləşdirilmişdir. 7. 29.10.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı ünvan 4nin ¼ hissəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat, 03.12.2018-ci il tarixdə saat 11:00da keçiriləcək hərrac zamanı ünvan 4nin ¼ hissəsinə ilkin satış qiyməti 60000 (altmış min) manatdan 15% azaldılaraq 51000 (əlli bir min) manat müəyyən olunmuşdur.
8. H ərracın yekunları barədə 65/02 nömrəli, 28.12.2018-ci il tarixli protokola əsasən, ipoteka predmeti İddiaçı məxsus ünvan 4nin ¼ hissəsinə tələbkar 38250 manat qiymətlə onu əldə etmək hüququnu bildirmişdir.
9. Apellyasiya şikayətində İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanı olsa da, orda yaşamadığını qeyd etmişdir.
10. İddiaçı bildirir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.02.2009-cu il tarixli 2(005)-228/2009 saylı icra sənədində qeyd edilmişdir ki, onun 01.05.2007-ci il tarixli, 707 saylı kredit müqaviləsinə əsasən yaranmış 50.000 (əlli min) manat məbləğində borcu Cavabdeh1 ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi icra olunması üçün Bakı şəhəri Cavabdeh3nə göndərilmişdir. X 06.03.2009-cu il tarixdə 6227 manat, 21.04.2009-cu İl tarixdə 5000 manat, 01.06.2009- cu il tarix də 5000 manat, 19.08.2009-cu il tarixdə 10.000 manat və 30.12.2009-cu il tarixdə 10.000 manat cəmi 36227 manat pul ödəmiş və Cavabdeh1 ASC-yə 13773 manat borcu qalmışdır. Borcun ödənilməsi Cavabdeh1 ASC-nİn təqdim etdiyi 23.09.2013-cü il tarixli məktubunda öz əksini tapır. Lakin həmin məktubda əsassız olaraq onun Banka 13773 manat deyil, 36947 manat borcun qaldığı göstərilmişdir. Daha sonra icra məmuru qalan borcun ödənilməsini təmin etmək məqsədi ilə onun mülkiyyətində olan xxx saylı fərdi yaşayış evinin 1/4 hissəsinə yönəldilməsi barədə təqdimatla müraciət etmiş və həmin təqdimat təmin edilmişdir. Həmin əmlak "xxxx" MMC tərəfindən 60.000 manat dəyərində qiymətləndirilmişdir. Halbuki, həmin əmlakın dəyəri göstərilən məbləğdən 3-4 dəfə artıqdır. İcra məmuru tərəfindən 12.09.2018-ci il tari xdə hərracın keçirilməsi barədə sifariş məktubu göndərilmişdir. Həmin məktubda hansı məbləğdə borcun qalması barədə məlumat göstərilməmişdir."xxxx" MMC tərəfindən 2 dəfə 29.10.2018-ci il və 03.12.2018-ci il tarixlərdə hərrac keçirilmiş və hər ikisidə baş tutmamışdır. Həmin hərracların keçirilməsi barədə ümumiyyətlə xəbəri olmamışdır. Bundan sonra, 28.12.2018-ci il tarixdə əmlakı borcu 13773 manat olduğu halda, 36947 manat qismində Cavabdeh1 ASC-in mülkiyyətinə keçirilmişdir. Cavabdeh3 İcra məmuru əmlakı tələbkarın xeyrinə dəyərindən qat-qat aşağı qiymətə qiymətləndirmə şirkətində sifariş əsasında qiymətləndirmiş, "xxxx" MMC isə tələbkarla əlbir olaraq, faktiki olaraq tələbkarın tələb etdiyi pulun dəyərindən aşağı qiymətə formal olaraq hərrac keçirərək Cavabdeh1 ASC-nin adına sənədləşdirmiş dir. Hərraclar keçirilərkən KİV-də verilməli olan elanlar və tərəflərə verilməli olan bildirişlərlə bağlı normalar da kobud şəkildə pozulmuşdur. İşin hallarından açıq-aşkar görürür kİ, hazırkı hərrac prosesi qanunla müəyyən edilmiş qaydada hər hansı borcun ödənilməsinə deyil, başqa şəxsin əmlakının hərrac adı altında qanunsuz yollarla ələ keçirilməsinə yönəlmişdir.Eyni zamanda icra və probasiya şöbəsi əmlakın açıq hərradan satışı ilə bağlı "xxxx" MMC-yə hərrac sifarişi verməzdən əvvəl qanunvericiliyin tələblərinə müvafiq olaraq ipoteka qoyan qismində onun əmlakının məhz həmin hərrac təşkilatında satışa çıxarılması ilə bağlı razılığını və ya mövqeyini müəyyən etməyə cəhd göstərməmiş, hərrac sifarişi verilərkən əmlakın hərracdan satışı ilə bağlı ipoteka saxlayanın və ipoteka qoyanın seçimini öyrənməyə və bununla bağlı qarşılıqlı razılığa nail olmağa çalışmamış, hərrac sifarişi verməzdən əvvəl və sonra məlumatlandırılmamışdır. Göründüyü kimi hərracın təşkilatçısı ilkin hərracın baş tutması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanın ipoteka qoyulana müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməyti ilə almaq ehtimalını nəzərə almadan, belə müqavilənin baş tutub-tutmadığını aydınlaşdırmadan, bunun üçün tərəflərin mövqeyinin müəyyən edilməsi üçün onlara müvafiq bildiriş göndərmədən təkrar hərrac təyin etmiş və bununlada “İpoteka haqqında” Qanunun tələblərini pozmuşdur.
11. Cavabdeh X nümayəndəsi bildirir ki, iddia əsassızdır.
12. Cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3, heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında işt irak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatdan göründüyü kimi İddiaçı ünvan 4 onun son qeydiyyatı və yaşayış yeridir. Hazırki iddia ərizəsindən də görünür ki, iddiaçı öz ünvanını ünvan 3şdir. Bu səbəbdən 29.10.2018-ci il tarixdə saat 11:00- da, daha sonra 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddi açıya göndərilmişdir. 20 fevral 2009-cu il tarixli barışıq sazişindən görünür ki, tərəflər 01.05.2007-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 50.000 AZN borcun 20.08.2009-cu il tarixədək iddiaçı "xxxx" ASC-yə cavabdeh İddiaçı tərəfindən ödənilməsi yerinə yetirilmədiyi təqdirdə ünvan 4nin 4/1 hissəsinin açıq hərraca çıxarılmasına dair tərəflər razılığa gəlmişlər. Göstərilən əsaslardan göründüyü kimi İddiaçı hərrac barədə məlumatlı olmuşdur. “X qazetində qeyd olunan əmlakla bağlı X tərəfindən elanlar yerləşdirilmişdir. 29.10.2018-ci il tarixdə saat 11:00- da keçiriləcək hərrac zamanı ünvan 4nin ¼ hissəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat, 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı ünvan 4nin ¼ hissəsinə ilkin satış qiyməti 60000 (altmış min) manatdan 15% azaldılaraq 51000 (əlli bir min) manat müəyyən olunmuşdur. Qeyd edilənlərə görə hərrac qanunvericilikdə nəzərdə tutulan qaydaya uyğun olaraq keçirilmişdir.
15. Digər tərəfədən iddiaçı əmlakın dəyərinin qiymətləndirməsi barədə rəyin ləğv edilməsi tələbilə deyil, yalnız 65/02 saylı 28 dekabr 2018-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir.
16. İddia ərizəsində tələbdən göründüyü kimi iddiaçı 65/02 saylı 28 dekabr 2018-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tərəf tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermədən, məhkəmə çıxışlarında belə yalnız 65/02 saylı 28 dekabr 2018-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Qanunda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur.
18. Məhkəmə öz mövq eyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 416-cı, “İpoteka haqqında” Qanunun 34.1, 39.2, 41, 42.1, 44, 53.1, 53.2, 53.3-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 107, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-798/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qə tnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolunun etibarsız hesab edilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat pulun cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-dən tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən təyin edilmiş hərraclar barədə X qəzetində elanlar verilsə də, iş materiallarından göründüyü kimi ünvan 4nin ¼ hissəsinin hərracının keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmamışdır.
22. Göründüyü kimi, hərracın keçirilməsi barədə "xxxx" MMC tərəfindən iddiaçıya məlumat verilmədiyindən, hərracın keçirilmə si üçün əsaslar yaranmamışdır.
23. Bundan başqa kollegiya qeyd etmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 51.1-ci maddəsindən görünür ki, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
24. Hərrac mərkəzi tərəfindən ünvan 4nin ¼ hissəsinin ilkin satış qiyməti 60.000 manat müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC-nin xxx saylı 11.02.2020-ci il tarixli ekspertiza qiymətləndirmə rəyindən görünür ki, İddiaçı ¼, X1 ¼, X4 ¼, X3 ünvan 4nin İddiaçı düşən hissəsinin ümumi sahəsi 64 kv.m və 0.014 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin 2018-ci ildən 2020-ci il fevral ayına bazar qiymətinin dəyəri 240.000 (iki yüz qırx min) manat dəyərləndirilmişdir.
25. İşin apellyasiya instansiyası məhkəməsində baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin ƏEM/A nömrəli, 12 aprel 2021-ci il tarixli ekspertiza qiymətləndirmə rəyindən görünür ki, ünvan 4nin ¼ hissəsinin hazırki bazar dəyəri 180.000 manat, likvid dəyəri isə 171.000 manat təşkil edir.
26. Göründüyü kimi, ünvan 4nin ¼ hissəsinin 60.000 manat müəyyən edilməsi, həmin əmlakın nə real bazar dəyərini, nə də likvid dəyərini əks etdirir.
27. Kollegiya qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə 28 dekabr 2018-ci il tarixli, 65/02 saylı hərrac protokolu əqd olmadığından, hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan qanunun anologiyasına müraciət edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri tədbiq edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh X kassas iya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Cavabdeh X vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatla ndırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. MPM-ə əsasən kassasiya instan siyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində cavabdeh X apelyasiya instansiyası məhkəm əsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
39. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qa ydada verilmiş hesab edilir. (maddə 146)
40. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
41. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
43. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
45. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (39)
46. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən təyin edilmiş hərraclar barədə “X” qəzetində elanlar verilsə də, ünvan 4nin ¼ hissəsinin hərracının keçirilməsi barədə bildirişlər iddiaçıya çatdırılmamışdır.
47. B ununla bağlı qeyd edilməlidir ki, X tərəfindən İddiaçı Nərimanov Rayon Məhkəməsinin 20.02.2009-cu il tarixli 2(005)-228/2009 saylı icra sənədi üzrə İddiaçı mülkiyyətində olan ünvan 4nin ¼ hissəsinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 29.10.2018-ci il tarixdə saat 11:00-da, daha sonra 03.12.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi barədə 28.09.2018-ci il, 02.11.2018-ci il, 16.11.2018-ci il, 10.12.2018ci il, 12.10.2019-cu il taixli bildirişlər ünvanlanmışdır.
48. Qeyd olunan hərracla bağlı bildirişlər İddiaçı X tərəfindən İddiaçı ünvan 4nə, yəni qeydiyyatda olduğu ünvana göndərilmişdir. 49. 28.09.2018-ci il və 16.11.2018-ci il tarixli bildirişlər bu ünvanda yaşamaması, 02.11.2018-ci il, 10.12.2018-ci il və 12.10.2019-cu il taixli bildirişlər isə ünvanın tam olmaması əs ası ilə geri qaytarılmışdır.
50. Həmçinin iş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 2(005)-883/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətində ünvan 4 ünvanında qeydiyyatda olsa da həmin ünvanda yaşamadığını, faktiki yaşayış ünvanın ünvan 5
51. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apelyasiya instansiyası məhkəməsi İddiaçı iş üzrə icraat zamanı məhkəməyə və ya icra orqanına yaşayış ünvanının qeydiyyat ünvanından fəqli olduğunu bildirib-bildirməməsini müəyyənləşdirməli olduğu halda bu halla bağlı araşdırma aparmamışdır.
52. Belə ki, Mülki Prossesual Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını d əyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir
53. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə icra mərhələsi də işə məhkəmə baxışı kimi konkret iş üzrə ədalətli məhkəmə araşdırmasının tərkib hissəsidir.
54. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şəxsin öz ünvanını dəyişməsi barədə məhkəməyə məlumat verməməsi halında məhkəmə iclasının yeri və vaxtı haqqında, habelə icra tədbirləri və s. haqqında onun əvvəlki ünvanına çatdırılmış bildirişlər onun özünə çatdırılmış hesab edilir.
55. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası qeyd edilən halı araşdırmalı və mübah isəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir.
56. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
57. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
58. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-798/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.