Məhkəmə qərarları › İş №2(102)-5905/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5905/2021

16.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5905/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası x X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-5905/21 (Açar sözlər: kompensasiya tələbi ) Bakı şəhəri, 16 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası x X2 (sonradan Cavabdeh İB) qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6381/2021 nömrəli, 15.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən v erilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı uzun müddt cavabdeh təşkilatda işləmişdir. Deməsinə görə 26.08.1980-ci il tarixdə iş yerində baş vermiş hadisə nəticəsində sağlamlığı pozulmuş və ona 13.01.1999-cu il tarixdən pul kompensasiyası təin olunaraq ödənilmişdir. Hazırkı işdə iddiaçı sağlamlığının itirilməsi ilə bağlı ödənilməmiş pul vəsaitini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı 03.04.1981-ci il tarixdən 13.01.1999-cu il tarixədək ödənilməmiş əmək haqqının 35 faizi olaraq hər ay aylıq manat məbləğində ömürlük ödənişin ödənilməsi nəzərə alınaraq, 26.08.1980-ci il tarixdən 13.01.1999-cu il tarixədək ödənilməmiş 129708,25 (köhnə pul vahidi) manat məbləğində pulun hazırki pul vahidi üzrə hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: Onunla Cavabdeh İВ arasında 19692010-cu illər arasında əmək münasibətləri olmuş və o həmin illərdə birliyin “Bakı Neft Emalı Zavodunda” müxtəlif vəzifələrdə, sonuncu dəfə qurğu rəisi vəzifəsində çalışmışdır. Zavodda çalışdığı zaman 26.08.1980-ci il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Bu barədə 27.08.1980-ci il tarixdə 2 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” akt verilmişdir. Bundan əlavə Cavabdehnə qarşı verdiyi digər bir iddia tələbi üzrə işə məhkəmələr tərəfindən baxılmış və işin bütün faktiki halları həmin məhkəmələr tərəfindən müəyyən edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.06.2020-ci il tarixli qərarında öz əksini tapmışdır. Bu səbəbdən bu hallar məhkəmə tərəfindən artıq müəyyən edilmiş hallar kimi qəbul edilməlidir. İstehsalatda baş vermiş bədbəxt hadisə və bunun nəticəsində aldığı xəsarət 26.08.1980-ci il tarixə aid olsa da, ona yalnız Cavabdeh İВ tərəfindən verilmiş 15.02.1999-cu il tarixli 40 saylı əmrlə 13.01.1999-cu il tarixdən aylıq 74119,92 manat məbləğində ömürlük ödənişin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 03.04.1981-ci il tarixdən 13.01.1999-cu il tarixədək olan müddətdə dəymiş zərərin əvəzi ona ödənilməmişdir. 15.02.1999-cu il tarixli 40 saylı əmrdə 1981-ci ilin 03 aprel tarixli 179 saylı müayinə aktının çıxarışında da, əmək fəaliyyətini yerinə yetirən zaman aldığı yanıq xəsarəti nəticəsində əmək qabiliyyətinin 35 faizini itirməsi qeyd edilmişdi r. Faktiki olaraq zərərin yaranma vaxtı 26.08.1980-ci il tarixə təsadüf etdiyi üçün həmin zərərin ödənilməsinə dair hüquqları da 13.01.1999-cu il tarixdən deyil, komissiyanın aktına əsasən məhz 03.04.1981-ci il tarixdə yaranmışdır. 13.01.1999-cu ildən bu günədək o, zərərin əvəzi olaraq kompensasiyanı alır. Hadisə 26.08.1980-ci ildə baş verib, Azərbaycan Respublikası Travmotoloji həkim əmək komissiyasının müayinə aktı 03.04.1981-ci il tarixdə çıxarılmışdır. 15.02.1999-cu il tarixli əmr məhz 03.04.1981-ci il tarixli həkim komissiyasının aktına əsasən çıxarılmışdır. Hadisənin baş vermə tarixi, hadisə üzrə ödənilməli olan kompensasiyanın verilmə tarixi məlumdur. Zərərin ödənilməsi 03.04.1981ci il tarixdə, hadisədən sonra işə çıxdığı vaxt 1981-ci ilin 03 aprel tarixindən hesablanmalı idi.

4. Ba kı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-460/2021 saylı 23.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) İddiaçı cavabdeh Azərbaycan Respublikası x X2 (sonradan Cavabdeh İB) qarşı pul tələbinə dair iddiаsı təmin edilməmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən hadisə baş verən vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 73, 77, 78, 82-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsi MK-nın 15.07.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş No 2(103)-6381/2021 saylı mülki iş) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Əlavə olaraq qeyd edilmişdir ki, “İ.M.Allahverdiyev və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2004-cü il 01 aprel tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilir ki, həyatına və sağlamlığına zərər vurulmuş şəxsin qarşılaşdığı mənfi amillərin müxtəlifliyi və çoxtərəfliliyi nəinki ona, habelə dolayısı ilə onun ailə üzvlərinə, yaxınlarına da sirayət edir. Bu baxımdan mənfi xarakterli halların kompleks şəklində mövcudluğunu nəzərə alaraq qanunverici vurulmuş belə z ərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddətinin tətbiq edilməməsinə dair imperativ norma da müəyyənləşdirmişdir. Belə ki, MM-in 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələblələrə iddia müddəti şamil edilmir. Belə norma həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində də (bundan sonra ƏM) mövcuddur. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göstərilən maddənin 4-cü hissəsinə 2002-ci il 23 aprel tarixdə «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq elil məsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun XX maddəsinin 2-ci hissəsilə ikinci cümlə əlavə edilmişdir. Bu əlavəyə görə işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir (Bu Qanun 2002-ci il 04 may tarixdə qüvvəyə minmişdir). İş materiallarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən bu məsələyə baxılarkən ƏM-nin 296-cı maddəsinin həmin vaxt qü vvədə olan 4- cü hissəsi tətbiq edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş işin hallarına nəzər salsaq görərik ki, müddət və maddi hüquq normalarının tətbiqi ilə bağlı məsələlər eynilik təşkil edir. Lakin, Plenum mübahisəyə qiymət verərək qeyd etmişdir ki, iddiaçılar məhkəməyə müraciət edən zaman artıq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi qüvvədə olduğundan mübahisənin həllində 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin iddia müddəti ilə bağlı müddəaları deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4- cü hissəsi tətbiq edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı və vəki li Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi;

15. Maddə.

73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşklatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.

16. Maddə.

77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, m əhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.

17. Maddə.

78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir.

18. Maddə.

82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

24. Belə ki, məhkəmələr müəyyən etmişlər ki, iddiaçı 26.08.1980-c i il tarixdə sağlamlığının pozulmasına dörə pul kompensasiyasını 13.01.1999-cu il tarixdən almağa başlasa da, 26.08.1980-ci il tarixdən 13.01.1999-cu il tarixədək olan müddətdə ödənilməyən ödənclə bağlı iddia tələbi ilə 21 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı 13.01.1999-cu il tarixdə ona ödənilməli ödəncin 26.08.1980-ci il tarixdə baş vermiş istehsalatda bədbəxt hadisəyə görə verilməsini bilmişdir.

25. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı 13.01.1999-cu il tarixdək hesablanmamış ödəncin ödənilməsini tələb edir. Hansıki, iddiaçıya ödənilməli olan ödəncin məbləği həmin tarixdən hesablanaraq ödənilməyə başlamışdır. Ödəncin məbləğinin həmin tarixdən əvvəl nə qədər olması aydın deyil. Yəni, iddiaçı hesablanmamış illər üzrə ödəncin 21 ildənsonra hesablanmasını v ə ödənilməsini tələb edir. 26. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşklatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Qeyd edilən müddəalardan da göründüyü kimi, şəxs istənilən müddət deyil, yalnız qanunla verilmiş müddət çərçivəsində pozulmuş hüququnun müdafiəsi məqsədilə məhkəmədə iddia qaldıra bilər.

27. Qanunla iddia müddətinin müəyyən edilməsinin məqsədi bir tərəfdən hüquq münasibətləri iştirakçılarını öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, digər tərəfdən məhkəmələrdə iddialara baxılarkən qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. İrəli sürülən hər bir iddianının təmin edilməsi onun hansı dərəcədə əsaslı olmasından, iddianın əsaslılığı isə sübutların mötəbərliyindən asılıdır. Lakin üzərindən çox vaxt ötmüş sübutların mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olduğu üçün bu işin obyektiv araşdırılmasına da birbaşa təsir edir. Ona görə də, qanun hər kəsə pozulmuş hüququnun bərpası üçün konkret müddət çərçivəsində iddia qaldırmağı tövsiyə edir.

28. İddiaçı 13.01.1999-cu il tarixdə ona ödənilməli ödəncin 26.08.1980-ci il tarixdə baş vermiş istehsalatda bədbəxt hadisəyə görə verilməsini bilmiş və ödəncin həmin t arixdən hesablanmasını vaxtında tələb etməmişdir. 29. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 78-ci maddəsində müəyyən edilmişdir ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

30. Kassatorun istinad etdiyi “İ.M.Allahverdiyev və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2004-cü il 01 aprel tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 noyabr 2004 -cü il tarixli Qərarı ödənilən ödəncin qanunsuz olaraq azaldılması ilə bağlı mübahisə ilə əlaqədar olmuşdur. Beləki, həmin işdə İ.M.Allahverdiyev və qeyriləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «Mərkəzi Elektrotökmə» zavodu üzrə «zavodda işin müvəqqəti və ya uzun müddətə dayandırılıb və ya ayda 100 tondan az miqdarda məhsul istehsal edildiyi aylarda 02.02.1998-ci il tarixli əsasnamənin 3-cü bəndinin icrası qaydaları haqqında» 1998-ci il 27 fevral tarixli 28 saylı əmrin ləğv edilməsinə dair iddia ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, bu şəxslər cavabdeh müəsissədə işləyərkən müxtəlif vaxtlarda əmək xəsarəti almış, əmək qabiliyyətlərini itirdiklərinə görə əlil hesab olunmuş və onlara aldıqları xəsarətə görə ödənc verilmişdir. Lakin cavabd eh 1998-ci il 27 fevral tarixli 28 saylı əmrlə, əmrin verildiyi tarixdən sonrakı dövrlər üçün tarif maaşlarının kütləvi azalmasını əsas tutaraq həmin şəxslərə təyin olunmuş aylıq ödəncləri yenidən hesablamaqla onlara verilməli olan aylıq ödənclərin məbləğini azaltmışdır.

31. Göründüyü kimi kassatorun istinad etdiyi qərar artıq hesablanaraq ödənilməsinə başlanmış ödəncdlərin azalmasının qanunsuz olması ilə bağlı olmuşdur. Hazırkı işdə iddiaçıya 26.08.1980-ci il tarixdən 13.01.1999-cu il tarixədək olan müddətdə ümumiyyətlə ödənc hesablanmamışdır.

32. Kassatorun hazırda qüvvədə olan Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad etməsi də əsaslı deyil. Çünki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsi 01 iyul 1999-cu il tarixdən qüvvəyə minmişdir. Həmin Qanun qüvvəyə minənədək id diaçı artıq yuxarıda qeyd olunan normativ aktlara görə tələb etmə hüququnu itirmişdi (iddia müddətini ötürmüşdü).

33. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6381/2021 nömrəli, 15.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar