Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5910/2022 01.11.2022 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülkikollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı QƏRARİ Açar sözlər: mülkiyyətin qanunsuz sahiblikdən geri alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı mülkiyyətin qanunsuz sahiblikdən geri alınması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-52/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 01 noyabr 2022-ci il tari xdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanda yerləşən 0.34 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019 qeydiyyat tarix li Çıxarışa əsasən İddiaçı mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesi 16 ünvanında yerləşən 0,34 ha torpaq sahəsində qanunsuz zəbt olunan hissənin Cavabdeh MMC tərəfindən geri alınaraq iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin həmin hissəsində inşa edilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Binəqədi rayon məhkəməsinin 2(001)-4806/2019 saylı xx.xx.2019-cu il tarixli (hakim İlkin Əliyev) qətnaməsi ilə iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
4. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (Hakimlər: Şərafət Məmmədova, Fuad Babayev və Anar Tanrıverdiyev) 2(103)-52/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-52/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)52/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayətləri geri qaytarılmışdır.
7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsinin 22 iyun 2022-ci il tarixli qətnaməsi “Elektron kabinet”ə 04 iyul 2022-ci il tarixdə yerləşdirilmiş, yəni tərəflərə, o cümlədən cavabdehə məhkəmənin qətnaməsi elektron kabinet vasitəsi ilə təqdim edilmiş, lakin cavabd eh kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə vermiş və beləliklə də mülki prosessual məcəllədə kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş iki ay müddəti ötürmüşdür. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-52/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi, xx.xx.2022-ci il tarixli qətnamədən verilmiş kassasiya şikayətini baxılması üçün icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
11. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
12. Maddə 133.2 Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
13. Maddə 133.3 Müddətin bərpası haqqın da ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
14. Maddə 133.4 Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
15. Maddə 133.5 Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
16. Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
17. Maddə 363.1.3. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır.
18. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər.
19. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.
21. Hazırkı kassasiya şikayətində cavabdeh qərardadı tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-52/2022 nömrəli,