Məhkəmə qərarları › İş №2(102)-5912/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5912/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5912/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarş iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququnun tanınması və mənzilə köçürülməı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5192/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 dekabr 2021-ci il tarixdə Ali Məhkə mənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, tərəflər 14 iyun 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Tərəflərin birgə nikahdan 22 avqust 2003-cü il tarixdə X, 08 may 2009-cu il tarixdə X adlı uşaqları dünyaya gəlmişdir.

2. İş materiallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzil 28.08.1993-cü il tarixli orderə əsasən X2 icarəsində olmaqla həmin mənzilə özü və oğlu Cavabdeh hüquqları vardır.

3. X5 26.08.2011-ci il tarixdə vəfat etmişdir.

4. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat B irliyi 156 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 11.03.2021-ci il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən mənzildə İddiaçı 2002-ci ildən, Cavabdeh 2002-ci ildən, X7 2003-cü ildən və X1 2009-cu ildən daimi qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və məcburi qaydada evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 iyun 2002 -ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş və birgə yaşadıqları müddətdə 22 avqust 2003-cü il tarixdə X adlı və 08 may 2009-cu il tarixdə X adlı iki oğulları dünyaya gəlmişdir. İlk dövrlərdə ailə münasibətlərinin normal olmasına baxmayaraq, son vaxtlar bu münasibətlər həyat yoldaşının müəyyən hərəkətləri üzündən kəskin şəkildə pisləşmiş, birgə yaşamaqları qeyri-mümkün olmuşdur. Nikahlarının məhkəmə qaydasında pozulmasına zərurət yarandığından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda mübahisə üzrə iş məhkəmənin icraatındadır. Ailə qurduqları vaxtdan cavabdehin atası evinə, yəni Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Münasibətləri gərginləşdiyindən bir neçə həftədir ki, övladları il ə valideyinlərinə məxsus evdə yaşayırlar. Lakin atası və anası qardaşının ailəsi birlikdə yaşadıqlarına görə həmin evdə yaşamaqları onların məişət şəraitlərində çətinliklər yaranmasına səbəb olmuşdur. Cavabdeh qeydiyyatda olduqları ünvandakı evdə yaşamaqlarına mane olur, onları evə buraxmır. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə, istifadə hüquqlarının tanınması və məcburi qaydada mənzilə köçürülmələrinə zərurət yaranmışdır. Mübahisəli evə köçüb yaşadığı gündən, yəni 14 iyun 2002-ci il tarixdən kirayəçinin ailə üzvü kimi həmin evə istifadə hüququ yaranmışdır və bu səbəbdən də oraya məcburi qaydada köçürülməlidir. Evə aid sənədlər cavabdehdə olduğundan, həmin sənədləri məhkəməyə təqdim edə bilmir, yalnız evə qeydiyyatda olmaları barədə arayışı ərizəsinə əlavə edir.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.Əhmədova) 01 aprel 2021-ci il tarixli, 2(002)-562/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməyən orderli evə köçürülmə tələbinə aid olduğundan, onunla bağlı hüquq münasibətlərini isə birbaşa tənzimləyən norma olmadığından, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz anoloji hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll edilməlidir. 9. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

10. Hazırki mülki işinin materiallarından görünür ki, mübahisə predmeti olan yaşayış sahəsi 28.08.1993-cü il tarixli orderlə cavabdehin atası X3 (icarədar qismində) məxsusdur. İddiaçı həmin yaşayış sahəsinə 2002-ci il tarixdə pasport qeydiyyatına alınmışdır. Göründüyü kimi, mübahisə predmeti olan yaşayış sahəsi ilə bağlı tərəflər arasında hüquq münasibətləri məhz 2000-ci il tarixdən sonra yaranmışdı r. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri əsas götürülməklə həll edilməlidir.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisə predemeti olan yaşayış sahəsinin sahibinə (order əsasında) münasibətdə onun gəlini olduğundan, qanunvericiliyin tələbinə əsasən onun ailə üzvi statusuna mali olmamaqla, Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” statusuna malikdir. Mülki qnaunvericiliyin tələbinə əsasən digər ailə üzvi olan şəxslərin mənzilə dair istifadə hüququnun yaranması üçün mənzilin sahibi ilə həmin şəxs arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmalıdır. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında belə bir razılaşmanın olması halı aşkar edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ yaranmamışdır.Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, qanunvericiliyin tələbini rəhbər tutaraq, iddiaçının müvafiq yaşayış sahəsinə dair istifadə hüququnun yaranmaması halını əsas götürərək, hesab edir ki, iddia tələbi iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə hissəsində əsassız olmaqla, təmin edilməməldir.

12. Məhkəmə iddia tələbinin yetkinlik yaşına çatmayan uşaqların köçürülməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir

13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilm işdir ki, tərəflərin birgə nikahdan olan uşaqlarının hər ikisi iddiaçı ilə birlikdə yaşamaqla, hazırda faktiki olaraq, onun himayəsindədirlər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan uşaqları həmin məznildə yaşamışlar. Qeyd olunan hallar işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahdan olan uşaqları mübahisə predemti olan yaşayış sahəsinə köçüb yaşadıqlarından, onların mülki qanunvericiliyin tələbinə əsasən həmin mənzilə dair istifadə hüquqları yaranmış olsa da, faktiki olaraq uşaqlar hazırda valideyn qismində iddiaçının himayəsində olmaqla, hazırda onunla birlikdə yaşadıqlarından, iddiaçı iddia tələbi qismində məhz övladları ilə birgə yaşayış sahəsinə istifadə hüququnun tanınmas ı və köçürülmə tələbi irəli sürdüyündən, iddiaçının isə həmin tələbi təmin edilmədiyindən, iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 11.2, 6.1.4, 152.1, 228-ci, Mülki Prossesual Məcəllənin 13.4, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5192/2021 nömrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(002)-562/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, İddiaçı övladları-22 avqust 2003-cü il təvəllüdlü X4 və 08 may 2009-cu il təvəllüdlü X1 ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması, onların həmin evə köçürülməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı məhz 2002-ci il tarixdən etibarən mübahisə predmeti olan yaşayış sahəsində yaşamağa başladığından hazırkı iş üzrə mübahisə 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir.

18. Belə ki, 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcə lləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər.

19. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinin tələbinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 21. “Azə rbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

22. Göründüyü kimi, iddiaçının istifadə hüququnun olmaması üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, iddiaçı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir.

23. İşin araşdırılmış halları ilə iddiaçının 2002-ci ildən həmin mənzildə yaşaması halı müəyyən olunmaqla, uzun müddətə başqa yerə getməsi halları müəyyən olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı işt irakçılarının izahatları

27. İddiaçının vəkili izahat verərərk kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi

33. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər.. (maddə 53(1))

34. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də ic arədarın ailə üzvləri hesab edilə bilərlər. (maddə 53(3))

35. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. (maddə 87(2)) “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı

36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. (2-ci bənd) Mülki Prossesual Məcəllə

37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

40. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri ü zrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5192/2021 nömrəli iş üzrə 09 iyun 202 1-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar