Məhkəmə qərarları › İş №2(102)-5915/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5915/2022

12.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5915/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz zəbt edilmiş torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1540/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 dekabr 2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxzarışa görə Xaçmaz rayonu Günəşli qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətimdə olan, Xaçmaz rayonu, Günəşlli qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin 40 kv metr hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikil miş toyuq hininin sökülməsi, cavbadehlərin həmin sahədən çıxarılmaları və torpaq sahəsinin ona qaytarılmasına dair qətnamə və cavabdehlərin cinaüyət məsuliyyətinə cədb olunmaları üçün haqqında xüsusi qərardad çıxarmaqla çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 13 dekabr 2019-ci il tarixdə verilmiş **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və A№ 461996 saylı torpaq sahəsinin planı və ölçüsü sənədəinə əsasən Xaçmaz rayonu Günəşli qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsini Elxan İsayev adlı şəxsdən satın almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tari xli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən alqı-satqı müqaviləsi bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmayıb və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. İddiaçının mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin 40 kv metr hissəsini zəbt edərək mişar daşi və dəmir torla bağlamış, orada çoxlu sayda hind toyuğu və digər ev quşları saxlayırlar. Dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmağı tələb etsə də, nəticəsi olmamışdır. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

4. Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus 0,02 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 40 kv metr sahədə tikilmiş hinin sökülməsi, həmin torpaq sahəsinin (40 kv metr) İddiaçı qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, qalan 15 manatının isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

5. Məhkəmə cavabdehlərin mübahisəli torpaq sahəsinə dair sənədlərinin olmamasını, özbaşına zəbt etmələrini, həmin sahənin iddiaçının mülkiyyətində olmasını müəyyən etmiş, öz mövqeyini Mülki Məcəlləsinin 152.3-cü, 152.5-ci, 152.6 və 242.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

6. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyas iya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxmaqla qanunun tələblərini pozmuş, yalnız yekun məhkəmə iclası barədə məlumat almış və həmin iclasda iştirak edə bilmişdr. Mübahisəli torpaq sahəsindən 1981-ci ildən istifadə edirlər. Həmin sahəni bələdiyyədən satıl almışlar. 2002-ci ildə isə həmin sahədə tikinti aparmışlar. Torpaq sahəsinin bələdiyyə sədri tərəfindən X1 qanunsuz olmuşdur. Onların istifadəsində olan torpaq sahəsi başqa şəxsə satıla bilməzdi. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021 -ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsinin ləğv edilmə sini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1540/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 münasibətdə Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, cvabdeh Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamışdır.

9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayəti verən cavabdehin torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilmir, torpaq sahəsi onun tərəfindən zəbt edilmişdir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.1, 157.1, 157.2 və 157.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 84.3, 111.1 və 111.2-ci maddələrinə istinadla əsaslandırılmışdır.

11. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1540/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilib mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi 1981-ci ildən hasara aldığı və tikililər inşa etdirdiyi torpaq sahəsinin bələdəiyyə tərəfindən onun razılığı olmadan digər şəxslərə satılmasının qanunsuz olduğunu nəzərə almamış, bələdiyyənin vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmadı. Tətbiq edilən hüquq Mülki Məcəllə

15. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

16. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sah ibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

19. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

20. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

21. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələ ri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır.

24. Kassasiya instansiya məhkəməsinin mövqey i

25. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsasla yoxdur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cəriya Ristmovanın kassasiya şikayətində qeyd edilən dəlillər iddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülmüş, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsi z araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymtələndirməyə zərurət görmür. 27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstər ilən hallar işin materiallarına uyğun olsun.

28. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1540/2022 nömrəli iş üzrə 19 iyul 2022-ci il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar