Məhkəmə qərarları › İş №2(102)-5917/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5917/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5917/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 xxx oğluna, Cavabdeh2 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 xxx oğlunun iştirakları ilə, Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il i tarixli, 2(103)5173/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(011)-219/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia təmin edilərək, Cavabdeh1 xxx oğlundan 6000 ABŞ dolları, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2800 ABŞ dolları məbləğində pul vəsaiti, illik beş faiz olmaqla gecikdirilmiş vaxt üçün 730 ABŞ dolları pul vəsaitinin 500 ABŞ dollarının Cavabdeh1 xxx oğlundan, qalan 230 ABŞ dollarının isə digər cavabdehlə r Cavabdeh2 və Cavabdeh3 ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 xxx oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(011)-219/2021 nömrəli qətnaməsinin iddia tələbinin “Cavabdeh1 xxx oğlundan 6000 ABŞ dolları pul vəsaitinin, illik beş faiz olmaqla gecikdirilmiş vaxt üçün 500 ABŞ dolları məbləğində pulun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair iddianın təmin edilməsi” hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il i tarixli, 2(103)-5173/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.A.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh1 xxx oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(011)219/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il i tarixli, 2(103)-5173/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir. b) İddiaçının iddiadan imtina etməsi İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll olunmasını, Cavabdeh1 xxx oğlunun borcu ödəməsini göstərməklə, iddia tələbindən həmin cavabdehə münasibətdə imtina etdiyini göstərmiş və ona münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh1 xxx oğlu məhkəmədən kənar razılığa gəlmələrini bildirməklə, iddiaçının iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandı rılmalarına baxmayaraq, digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən həmin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən hər üç cavabdehə münasibətdə təmin edilsə də, həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətini yalnız Cavabdeh1 xxx oğlu vermiş və apellyasiya baxışının hədlərini iddianın həmin cavabdehə münasibətdə təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırda cavabdeh kassasiya şikayətini eyni əsaslarla verdiyindən kassasiya ba xışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkəti qəbul etmir. Belə halda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılma mış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı səlahiyyətli nümayəndəsi vasitəsi ilə kassatora münasibətdə iddiadan imtina etdiyindən, iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il i tarixli, 2(103)5173/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata Cavabdeh1 xxx oğluna aid hissədə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il i tarixli, 2(103)-5173/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 xxx oğluna, Cavabdeh2 və Cavabdeh3, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı “pul” tələbinə dair mülki işin icraatına Cavabdeh1 xxx oğluna aid hissədə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar