Məhkəmə qərarları › İş №2(102)-5924/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5924/2021

27.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5924/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5924/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, reyestrin həqiqiliyi prezumpsiyası ) Bakı şəhəri, 27 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Alahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarş ı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1044/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh6 arasında 25 noyabr 2014-cü ildə Ağdaş rayon Notariat ofisində bağlanmış “alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ağdaş rayon Notariat ofisi mübahisə predmeti barəsində müstə qil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.

3. İddia tələbi belə əsaslandırılıb ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2002-ci il tarixli 06 saylı qərarı və JN-0090, kod 90311028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində 8.93 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 birgə paylı mülkiyyətlərinə verilmişdir.

4. İddiaçı həmin torpaq sahəsini 2005-ci ilin aprel ayında cavabdehlərlə qarşılıqlı razılaşma əsasında əvəzini nağd ödəməklə faktiki olaraq almışdır. Cavabdehlər həmin torpaq sahəsinə dair dövlət aktının əslini və mütəxəssislərin iştirakı ilə torpaq sahəsini naturada göstərməklə ona təhvil vermişlər. Lakin cavabdehlə r həmin torpaq sahəsinin alqısatqı müqaviləsini Ağdaş rayon Notariat ofisində rəsmiləşdirmək üçün müəyyən bəhanələrlə boyun qaçırmışlar.

5. Buna görə də iddiaçı qeyd edilən cavabdehlərə qarşı “əqdin bağlanmış hesab edilməsinə” dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir.

6. Ağdaş Rayon Məhkəməsinin 2-156.2007 saylı, 08 may 2007-ci il tarixli qətnaməsi ilə Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində Cavabdeh1, X4, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 məxsus 8.93 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin İddiaçı satılmasına dair əqd bağlanmış hesab edilmişdir.

7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilməmişdir.

8. İş üzrə tərəf olmayan Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin həmin qətnamədən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qaytarılmışdır. DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardaddan şikayət verməmişdir.

9. Beləliklə, Ağdaş Rayon Məhkəməsinin 2-156/2007 saylı, 08 may 2007-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır.

10. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı ailə vəziyyəti ilə əlaqədar və müəyyən səbəblərdən həmin torpaq sahəsinə mülkiyyət hüququnu DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində adına qeydə aldırmamışdır.

11. İddiaçı torpaq sahə sini 2019-cu ilin noyabr ayında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində mülkiyyət hüququ əsasında adına qeydə aldırmaq istədiyi zaman iddiaçıya məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 həmin torpaq sahəsini notariat ofisində alqı-satqı müqaviləsi yolu ilə başqasının adına özgəninkiləşdirmişlər.

12. Əldə olunmuş məlumatlardan məlum olmuşdur ki, adı çəkilən cavabdehlər qanunsuz yollarla, yəni həmin torpaq sahəsini iddiaçıya satmaları barədə qanuni qüvvəsini almış qətnamə olmasını DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsindən və eləcə də Ağdaş rayon Notariat ofisindən gizlətmək yolu ilə Cavabdeh6 satmışdır.

13. Bununla da cavabdehlər vicdanlı alıcı kimi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşlar. Sözügedən torpaq sahəsinin Cavabdeh6 satılmasına dair Ağdaş rayon notariat ofisində 25 noyabr 2014-cü il tarixdə 4Ə-508 nömrəli reyestrlə qeydə alınmış müqavilə qanunsuz yolla, yəni cavabdehlər həmin torpaq sahəsini iddiaçıya satmaları barədə qanuni qüvvəsini almış qətnamə olduğu halda, həmin faktı gizlətməklə və üçüncü şəxsləri aldatmaqla rəsmiləşdirildiyindən, etibarsız hesab edilməlidir.

14. Adı çəkilən cavabdehlərlə digər Cavabdeh6 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi cavabdehlər tərəfindən üçüncü şəxsləri aldatmaqla bağlandığından, yəni üçüncü şəxslərə münasibətdə aldatma yolu ilə rəsmiləşdirilərək bağlandığından həmin müqavilə əhəmiyyətsiz və etibarsız müqavilədir.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1-337.4, 339.2, 339.3, 347.1, 347.2.3, 646.1 və 654-cü maddələri ilə əsasla ndırmışdır.

16. Cavabdeh1 iddiya etiraz edib. Etirazın dəlilləri: - iddiaçını tanımır, mülkiyyətlərində olan torpaq sahəsini iddaçıya satmamışdır. Belə ki, 2005-ci ildə hazırda mübahisə predmeti olan 8,93 ha torpaq sahəsinin 7,29 ha hissəsini Şahid vasitəsi ilə 4200 manata satmış və torpaq sahəsini satın alan şəxsin mülkiyyətinə vermişdir. Lakin torpaq sahəsi paylı mülkiyyətdə olduğudan torpağın naturada bölünməsinə dair sənədləşmə işlərini aparmaq mümkün olmamışdır. Beləliklə, torpaq sahəsinin müqabilində aldığı pulu Şahid vasitəsi ilə torpağı alan şəxsə geri qaytarmışdır; - daha sonra isə sənədləşmə işlərini qaydasına qoyaraq mülkiyyətlərində olan Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 8,93 hektar torpaq sahəsini Cavabdeh6 satmışlar; - əqdin etibarlı hesab edilməsi ilə bağlı məhkəmədə iştirak edib, iddianı etiraf edib.

17. Cavabdeh6 da iddiaya etiraz edib və göstərib ki, 25 noyabr 2014-cü ildə cavabdehlərlə aralarında razılaşdırılmış pul məbləğini cavabdehlərə ödəməklə cavabdehlərin mülkiyyətində olan 8,93 ha torpaq sahəsini satın almışdır. Torpaq sahəsinin 7,29 ha hissəsinin daha öncədən iddiaçıya və ya başqa şəxsə satılmasından xəbəri olmamışdır.

18. Şahid bildirib ki, o, iddiaçını tanımır, lakin onun qardaşı Azəri tanıyır. Belə ki, iddiaçının qardaşı Azər ona qardaşı üçün torpaq almaq istədiyini bildirmiş, bu məqsədlə ona qardaşı Həmidin adına torpaq almaq üçün 4200 manat məbləğində pul vermişdir. Bildiyinə görə Azərin ona torpaq almaq üçün verdiyi pulu Həmid Azərə vermişdir. Beləliklə, 2005-ci ildə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsini iddiaçı üçün satın almışdır. Daha sonra Cavabdeh1 sənədləşməni həyata keçirə bilmədiyi üçün torpağa görə verilən pulu geri qaytarmışdır. Lakin o, Cavabdeh1 xəbər verməklə pulu Azər vasitəsi ilə Həmidə qaytarmamış və Həmidin ona olan borcuna hesablamışdır.

19. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 08 may 2007-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1, X4, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində mülkiyyətlərinə verilmiş, 7,29 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair əqd bağlanmış hesab edilmişdir.

20. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1142/2020 nömrəli, 28.09.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh6 arasında Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən 8,93 ha torpaq sahəsinə dair 25 noyabr 2014-cü ildə Ağdaş rayon Notariat ofisində bağlanaraq rəsmiləşdirilmiş 4Ə-508 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən, torpaq sahəsinin 7,29 ha hissəsinə münasibətdə etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Famil Nəsibov)

21. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən şahid ifadəsinə əsasən müəyyən etmişdir ki, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan 8,93 ha torpaq sahəsinin 7,29 ha hissəsi iddiaçıya faktiki olaraq satılmışdır. İddiaçı “alqı-satqı” müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, torpaq sahəsi müqabilində razılaşdırılmış məbləği s atıcıya ödəmişdir. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyərək ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən 7,29 ha hissəni ayırmaq mümkün olmadığı üçün alqı-satqıya dair sənədləşməni həyata keçirməmişlər və iddiaçını xəbərdar etmədən birtərəfli şəkildə alqı-satqı əqdini pozduqlarını zənn etmişlər. İddiaçı cavabdehlərə qarşı torpaq sahəsinə dair əqdin bağlanmış hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 08 may 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə Cavabdeh1 iştirakı ilə çıxarılmış, hətta qətnamədə cavabdehin iddianı etiraf etdiyi də göstərilmişdir. Qətnamədən cavabdehlərin xəbəri olmasına baxmayaraq apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq aradan uzun müddə t keçdikdən sonra, yəni 25 noyabr 2014cü ildə cavabdehlər paylı mülkiyyətlərində olan 8,93 ha torpaq sahəsinin 7,29 ha hissəsini iddiaçıya satmaqlarına və bu barədə qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq mülkiyyətlərində olan 8,93 ha torpaq sahəsini X1.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunun mənasına görə alqısatqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqdir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hü ququ, yəni, mütləq əşya hüququ qazanır.

23. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlərin artıq öz mülkiyyətlərində olmadığını bildikləri torpaq sahəsinin X2 barədə əqd fayda götürmək məqsədi ilə aldatma yolu ilə bağlanmış əqd hesab edilməlidir.

24. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehlərin mülkiyyətində olan 8,93 ha torpaq sahəsinin 7,29 hissəsi iddiaçıya satılması müəyyən edildiyindən, alqı-satqı müqaviləsi torpaq sahəsinin 7,29 ha hissəsinə münasibətdə etibarsız hesab edilməlidir.

25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 151.1, 152.5, 337.1, 337.3, 337.4,, 339.3, 347.1, 347.2.3, 567, 646.1, 646.2, 648-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

27. Cavabdehlər Cavabdeh1 və C avabdeh6 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər.

28. Apellyasiya şikayətinin dəlilləri: - Cavabdeh1 torpaq sahəsinin 7,29 hektar hissəsini Şahid adlı şəxs vasitəsilə 4200 manata satmış, sonradan ümumi birgə bərabər paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq bölünməsi və sənədləşdirilməsi proseslərində problem yarandığı üçün “alıcı şəxs” torpaq sahəsindən və onu almaqdan imtina etmiş və o, aldığı pulu tam şəkildə Şahid adlı şəxs vasitəsilə geri qaytarmışdır; - iddiaçı və alıcı olduğunu iddia edən şəxs həmin torpaq sahəsini naturada yerində görməmişdir. Həmin şəxs özü də iddiasında etiraf edir ki, yalnız bir il bundan əvvəl 2019cu ilin noyabr ayında aldığı torpağı sənədləşdirmək istəyərkən hazırkı problemdən xəbərdar olmuşdur. Bun lar da əsl həqiqət deyildir. Sadəcə, iddiaçı məhkəmənin qətnaməsinin mövcudluğundan sui-istifadə edir; - qeyd olunan xüsusatları məhkəmə kifayət qədər araşdırmamış, 2007-ci ildə xeyrinə məhkəmə qətnaməsi çıxarıldığı halda kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 7,29 hektar torpaq sahəsini ötən 13 il ərzində iddaçının nə üçün adına sənədləşdirməməsinə, iddiaçının cavabdehlərə qarşı 2020-ci ilədək hər hansı iddiasının olmamasına, ən azı torpağa sahiblənməməsinin səbəblərinə dair hallara əhəmiyyət verilməmişdir.

29. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1044/2021 nömrəli 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(014)-1142/2020 saylı qətnaməsi qismən, Cavabdeh1, Ca vabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh6 arasında Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən 8,93 ha torpaq sahəsinə dair 25 noyabr 2014-cü ildə Ağdaş rayon Notariat ofisində bağlanaraq rəsmiləşdirilmiş, 4Ə-508 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən, torpaq sahəsinin 7,29 ha hissəsinə münasibətdə etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməmiş, qaətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Gündüz Abbasov, Mahir Əsədli)

30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, mübahisəli torpaq sahəsi 3 hissədən ibarət olmaqla ayrı-ayrı ərazilərdə yerləşdiyidən 25 noyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən, həmin 3 hissə torpaq sahələrinə ayrı-ayrılıqda Cavabdeh6 adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmiş və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar verilmişdir. (reyestr nömrələri müvafiq olaraq **********12, **********46, **********02, qeydiyyat tarixi 11.12.2014-cü il).

31. Cavabdeh6 mübahisəli torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə əldə edərkən həmin torpaq sahəsində məhdudiyyət və yüklülük olmamış, o, əqdin bağlanmış hesab edilməsi barədə qətnamədən xəbərsiz olmuşdur.

32. Apellyasiya məhkəməsinə görə belə olan halda, mübahisəli sahənin daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyətçisi daşınmaz əşy anı vicdanlı əldə edən olmaqla, onun da üstün mülkiyyət hüququnun qorunmasına önəm verilməlidir. Cavabdeh6 torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldığından vicdanlı alıcı statusunu daşıyır.

33. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.

34. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 140-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (vəkil X8 oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, iddianın birinci instansiya məhkəməsinin qətnaməsinə uyğun şəkildə təmin edilməsini xahiş etmişdir.

36. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilib, əlavə olar göstərilib ki, 7.29 hektar torpaq sahəsinin cavabdehlər tərəfindən iddiaçıya satılması ilə bağlı əqdin bağlanmış hesab edilməsinə dair qüvvədə olan qətnamənin olması nəzərə alınmayıb. Bununla da M PM-in 82.1 və 82.3-cü maddələrinin tələbləri pozulub. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

37. Kassasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı, onun vəkili, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İş üzrə Cavabdeh6 məhkəmə kollegiyasına teleqramla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi üzrə hazırki qərarın 30-34-cü bəndlərinə qeyd edilən dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq norması ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı işin mühüm hallarına, eləcə də Cavabdeh6 vicdanlı alıcı olmasına tətbiq edilməli olan qanunvericiliyin normaları baxımından düzgün qiymət vermişdir.

44. Məhkəmə kollegiyası qey d edir ki, Mülki Məcəllənin 140-cı maddəsində əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vax həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun.

45. Hazırki işdə isə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində göstərilən hallar apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməyib.

46. Apellyasiya məhkəməsinin istinad etdiyi “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təş kil etməməlidir.

47. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

48. Məhkəmə kollegiyası həmçinin diqqəti “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarına da çəkir. Bu qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır.

49. Bundan əlavə, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.

50. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması xüsusi bir xətt kimi keçir.

51. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız sayır.

52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1044/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar