Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5925/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO QSC “Bank Standart” KB-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsi” barədə ilk, Cavabdeh2 LPO “Bank Standart” KB-yə və "xxxx" MMC-yə qarşı “müqaviləyə xitam verilməsi” barədə qarşılıqlı, Cavabdeh3 və "xxxx" MMC-nin LPO “Bank Standart” KB-yə qarşı “müqaviləyə xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ipoteka predmetinə yönəldilməsi, ipotek müqaviləsinə xitam verilməsi, ipotekanın satış qiymə ti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili X1 və cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-173/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bank ilə "xxxx" MMC arasında 04 iyul 2014-cü il tarixində kredit verilməsi haqqında 170/00/3251/14 saylı müqavilə bağlanm ış və həmin müqaviləyə əsasən Bank tərəfindən "xxxx" MMC-yə illik 17 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 400.000 manat məbləğində kredit xətti açılmışdır. 19 fevral 2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 04 iyul 2014-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək, kredit müqaviləsi üzrə borcalana 120.000 manat və 356.370 ABŞ dolları məbləğində kredit verilməsi razılaşdırılmışdır. 07 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı ipoteka müqaviləsinə əsasən 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı və 170/00/3249/14 saylı kredit müqavilələri üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 66 qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka il ə yüklü etmişdir. 20.02.2015-ci ildə ipoteka müqaviləsinə 01 saylı əlavə saziş imzalanmaqla, müqaviləni 1-ci bəndinə dəyişiklik edilmiş, kreditin həcmi 04.07.2017-ci il tarixədək 636.375ABŞ dolları, 04.07.2016-cı ilədək 365.370 ABŞ dolları müəyyən edilmişdir. 11 iyul 2014-cü il tarixli 170/00/3249/14 saylı ipoteka müqaviləsinə əsasən 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı və 170/00/3249/14 saylı kredit müqavilələri üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. 29.07.2015-ci ildə ipoteka müqaviləsinə 01 saylı əlavə saziş imzalanmaqla, müqaviləni 1-ci bəndinə də yişiklik edilmiş, kreditin həcmi 04.07.2017-ci il tarixədək 636.375 ABŞ dolları, 04.07.2016-cı ilədək 365.370 ABŞ dolları müəyyən edilmişdir. 11 iyul 2014-cü il tarixli, 170/00/3249/14 saylı zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh4 borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO QSC “Bank Standart” KB cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank ilə "xxxx" MMC arasında bağlanmış 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 saylı kredit müqaviləsi üzrə 1.185.38 manat məbləğində əsas borc, 3.710.59 manat məbləğində faiz borcu, 14. 443.89 manat məbləğində cərimə borcu, 4.916.30 gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 24.256.16 manat məbləğində borcu; 355.780.48 ABŞ dolları məbləğində əsas borcu, 8.194.84 ABŞ dolları məbləğində faiz borcu, 72.430.97 ABŞ dolları məbləğində cərimə borcu, 17.046.45 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 453.452.74 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 150 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 180 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh4 müştərək qaydada tutulması; ipoteka predmetinin ilkin satış qiyməti 517.500 manat məbləğində müəyyən edilməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşı nlı küçəsi 66 qeyri-yaşayış sahəsinə; ipoteka predmetlərinin ilkin satış qiymətinin 275.093,35 manat məbləğində müəyyən edilməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinə yönəldilməsi və açıq hərracdan satılması; tutma yönəldildikdən və əmlaklar satıldıqdan sonra ipoteka qoyan qeyri- yaşayış sahələrini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış sahələrini ən geci bir ay ərzində tərk etmədikdə və çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmaları barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 LPO “Bank Standart“ KB-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC və QSC “Bank Standart” Kommersiya Bankı arasında bağlanmış 07 iyul 2014-cü il tarixli, 170/00/3251/ 14 nömrəli ipoteka müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı göstərmişdir ki, ipoteka müqaviləsində ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti və ölçüsü düzgün göstərilməmişdir. Belə ki, cavabdehlər arasında bağlanan 04.07.2014-cü il tarixli, 170/00/3251/2014 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, Bank cavabdeh "xxxx" MMC-yə 400 000 manat məbləğində kredit xətti verir. İpoteka müqaviləsində isə ipoteka ilə təmin edilən öhdəliyin ölçüsü şişirdilərək 500.000 manat göstərilmişdir. Bundan əlavə, 19 fevral 2015-ci il tarixdə cavabdeh Bank və cavabdeh "xxxx" MMC arasında 04 iyul 2014-cü il tarixli, 170/00/3251/2014 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş və 19 fevral 2015-ci il tarixdə 04 iyul 2014-cü i tarixli, 170/00/3249/2 014 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanmış, kredit müqavilələrinin 2.1-ci bəndi dəyişdirilmişdir. Həmin kredit müqavilələrinin 2.1-ci bəndi ipoteka müqaviləsi üzrə ipoteka ilə təmin edilən öhdəliyin mahiyyətini və ölçüsünü əks etdirdiyindən İpoteka Müqaviləsinin 2.1-ci bəndinə dəyişiklər edilməli, iddiaçı Cavabdeh2 razılığı alınmalı idi. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh2, cavabdeh "xxxx" MMC və cavabdeh QSC «Bank Standart» Kommersiya Bankı arasında bağlanmış 07 iyul 2014-cü il tarixli, 170/00/3251/14 nömrəli ipoteka müqaviləsinə xitam verilməlidir. Cavabdeh3 və "MİQ Keramik” MMC LPO "Bank Standart" KB- yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bank ilə bağlanmış 11 iyul 2014-cü il tarixli 170/00/3249/14 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,679354 ha, 0,403538 ha, 0,10 ha, 0,1357 ha torpaq sahələrini cavabdeh Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Qeyd olunan müqavilə imzalanan an həmin torpaq sahələrində min kvadrat metrlərlə sahəsi olan qeyri-yaşayış obyektləri mövcud olmuşdur. Həmin dövrdən bu günə kimi, qeyd olunan qeyri-yaşayış sahələrində tikinti emali zavodları fəaliyyət göstərmişdir. Halbuki, mübahisələndirilən ipoteka müqaviləsində ipoteka predmetinin təsviri verilməli, adı, yeri dəqiq göstərilməli idi. Müqavilədə torpaq üzərində olan daşınmaz əmlakın sahəsi və təsviri göstərilməmişdir. Müqavilənin 2.1-ci bəndində ipoteka predmetinin ümumi dəyəri 275.093,35 manat göstərilmişdir. Ümumi sahəsi 1,3 ha olan torpaq sahəsinin təxmini qiymətini əks etdirir. Lakin torpaq sahələri üzərində olan tikililərin dəyəri 5 milyon manat məbləğdən yuxarıdır. Müqavilənin 1.7-ci bəndində göstərilmişdir ki: «Bu müqavilə qüvvəyə mindikdən sonra, ipoteka predmeti üzərində tikinti işləri aparıldıqda, eləcə də ipoteka predmeti hər hansı bir formada artırıldıqda» (ipoteka predmetinin ləvazimatları, qurğular və sair) həmin tikililər və artırmalar ipoteka predmetinin tərkib hissəsi sayılır və ipoteka ilə yüklü edilmiş hesab edilir. Müqavilənin qeyd olunan bəndində tikililər və artırmalar ipotekanın predmetinin tərkib hissəsi sayılır, lakin tikililərin təsviri, sahəsi göstərilməmişdir. Beləliklə o, hesab edir ki, mübahisəli ipoteka müqaviləsi istinad olunan normanın tələblərinə zidd olaraq tər tib edilmişdir. Cavabdehlər arasında bağlanan 04.07.2014-cü il tarixli, 170/00/3251/14 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, Bank cavabdeh "xxxx" MMC-yə 400 000 manat məbləğində kredit xətti vermir. İpoteka müqaviləsində isə ipoteka ilə təmin edilən öhdəliyin ölçüsü şişirdilərək 500 000 manat göstərilmişdir. Bundan əlavə, 19 fevral 2015-ci il tarixdə cavabdeh Bank və cavabdeh "xxxx" MMC arasında 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş və 19 fevral 2015-ci il tarixdə 04 iyul 2014-cü il tarixli, 170/00/3249/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlamış, kredit müqavilələrin 2.1-ci bəndi dəyişdirilmiş, lakin ipoteka müqaviləsinə dəyişikliklər edilməmişdir. Bankın nümayəndəsi məhkəməyə qarşılıqlı iddia əri zələri ilə bağlı yazılı etiraz təqdim edərək göstərmişdir ki, ipoteka haqqında qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları göstərilmişdir. Müvafiq maddənin məzmunundan göründüyü kimi qarşılıqlı iddia ərizəsində qeyd edilən hallar ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas deyildir. Bankın nümayəndəsi qeyd edilənləri, qarşılıqlı iddia üzrə iddiaçının əqdi mübahisələndirmədiyini və MM-nin 354.2-ci, 424.2 və 421.2-ci maddələri rəhbər tutaraq qarşılıqlı iddiaların rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Bankın nümayəndəsi iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ipoteka müqaviləsi 11 iyul 2014-cü il tarixdə bağlandığı halda cavabdeh Bankın iddia ərizəsini aldıqdan sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək əqdi mübahisələndirmişdir. Bankın nümayəndəsi göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Buna görə də, MM-nin 372 və 375-ci maddələrinin tələblərini rəhbər tutaraq iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin (hakim Abbas Rzayev) 2(001)-5340/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, ilkin iddia üzrə cavabdehlər "xxxx" MMC və Cavabdeh4 ilkin iddia üzrə iddiaçı LPO QSC “Bank Standart” KB-nin xeyrinə 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı Kredit Müqaviləsi üzrə 1185,38 manat əsas borcu, 3710,59 manat faiz borcu, 4916,30 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, 2.889 manat cərimə b orcu olmaqla, ümumi 12.701 manat məbləğində borcun, 355.780,48 ABŞ dolları əsas borcu, 8 194,84 ABŞ dolları faiz borcu, 14.486 ABŞ dolları cərimə, 17.046,45 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 395.508 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borcun tutulması, ilkin iddia qismən təmin edildiyindən, iddiaçı LPO QSC “Bank Standart” KB tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 52%-i, yəni 16 manatının "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qalan 48%-i, yəni 14 manatının iddiaçıya aid edilməsi, qarşılıqlı iddia ərizələri təmin edilərək, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və "xxxx" MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh QSC “Bank Standart” KB arasında bağlanmı ş 07 iyul 2014-cü il tarixli, 170/00/3251/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilərək xitam verilməsi, qarşılıqlı iddia təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh QSC “Bank Standart” KB-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və "xxxx" MMC ilə qarşılıqlı iddia üzrə cavabdeh QSC “Bank Standart” KB arasında bağlanmış 11 iyul 2014-cü il tarixli, 170/00/3249/14 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilərək xitam verilməsi, qarşılıqlı iddia təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və "xxxx" MMC-nin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh QSC “Bank Standart” KB-də n tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu iş materiallarında olan kredit müqavilələrinə əsasən təsdiqini tapdığından, digər Cavabdeh4 isə borca zamin durduğundan iddia qismən təmin edilməli, əsas borc, faiz borcu və artırılmış faiz borcunun (cərimə) bir hissəsi cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə iddia rədd edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya olan əsas borcu ayrı-ayrı müqavilələr üzrə - 1.185,38 manat və 355.780,48 ABŞ dolları əsas, 3.710,59 manat və 8.194,84 ABŞ dolları faiz borcu olduğu halda cavabdehdən 14.443,89 manat və 72.430,97 ABŞ dolları məbləğində cərimə tələb edilmişdir. Məhkəmə hesab etmişdir ki, dəbbə pulu tənasübsüz surətdə tələb edildiyindən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən kreditorun mənafeyi və işin digər halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılmışdır. Cavabdeh2 iddia tələbinə münasibət qeyd edilmişdir ki, ipoteka müqaviləsində ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti və ölçüsü düzgün göstərilməmişdir. Belə ki, cavabdehlər arasında bağlanan 04.07.2014-cü il tarixli, 170/00/3251/2014 nömrəli Kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, Bank cavabdeh "xxxx" MMC-yə 400.000 manat məbləğində kredit xətti verir. İpoteka müqaviləsində isə ipoteka ilə təmin edilən öhdəliyin ölçüsü şişirdilərək 500.000 manat göstərilmişdir. Bundan əlavə, 19 fevral 2015-ci il tarixdə cavabdeh Bank və cava bdeh "xxxx" MMC arasında 04 iyul 2014-cü il tarixli, 170/00/3251/2014 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş və 19 fevral 2015-ci il tarixdə 04 iyul 2014-cü i tarixli, 170/00/3249/2014 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanmış, kredit müqavilələrinin 2.1-ci bəndi dəyişdirilmişdir. Həmin kredit müqavilələrinin 2.1-ci bəndi ipoteka müqaviləsi üzrə ipoteka ilə təmin edilən öhdəliyin mahiyyətini və ölçüsünü əks etdirdiyindən İpoteka Müqaviləsinin 2.1-ci bəndinə dəyişiklər edilməli, Cavabdeh2 razılığı alınmalı idi. Birinci instansiya məhkəməsi Cavabdeh3 və "xxxx" MMC-nin qarşılıqlı iddia tələbi ilə bağlı müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerl əşən 0,679354 ha, 0,403538 ha, 0,10 ha, 0,1357 ha torpaq sahələrini cavabdeh Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Qeyd olunan müqavilə imzalanan an həmin torpaq sahələrində min kvadrat metrlərlə sahəsi olan qeyri-yaşayış obyektləri mövcud olmuşdur. Həmin dövrdən bu günə kimi, qeyd olunan qeyri-yaşayış sahələrində tikinti emali zavodları fəaliyyət göstərmişdir. Halbuki, mübahisələndirilən ipoteka müqaviləsində ipoteka predmetinin təsviri verilməli, adı, yeri dəqiq göstərilməli idi. Müqavilədə torpaq üzərində olan daşınmaz əmlakın sahəsi və təsviri göstərilməmişdir. Müqavilənin 2.1-ci bəndində ipoteka predmetinin ümumi dəyəri 275.093,35 manat göstərilmişdir. Ümumi sahəsi 1,3 ha olan torpaq sahəsinin təxmini qiymətini əks etdirir. Lakin torpaq sahələri üzərində olan tikililərin dəyər i xeyli yuxarıdır. Müqavilənin 1.7-ci bəndində göstərilmişdir ki: «Bu müqavilə qüvvəyə mindikdən sonra, ipoteka predmeti üzərində tikinti işləri aparıldıqda, eləcə də ipoteka predmeti hər hansı bir formada artırıldıqda» (ipoteka predmetinin ləvazimatları, qurğular və sair) həmin tikililər və artırmalar ipoteka predmetinin tərkib hissəsi sayılır və ipoteka ilə yüklü edilmiş hesab edilir. Müqavilənin qeyd olunan bəndində tikililər və artırmalar ipotekanın predmetinin tərkib hissəsi sayılır, lakin tikililərin təsviri, sahəsi göstərilməmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, mübahisəli ipoteka müqaviləsi qanunun tələblərinə zidd olaraq tərtib edilmişdir. Həmçinin, cavabdehlər arasında bağlanan 04.07.2014-cü il tarixli, 170/00/3251/14 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmi şdir ki, Bank cavabdeh "xxxx" MMC-yə 400.000 manat məbləğində kredit xətti vermir. İpoteka müqaviləsində isə ipoteka ilə təmin edilən öhdəliyin ölçüsü şişirdilərək 500.000 manat göstərilmişdir. Bundan əlavə, 19 fevral 2015-ci il tarixdə cavabdeh Bank və cavabdeh "xxxx" MMC arasında 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş və 19 fevral 2015-ci il tarixdə 04 iyul 2014-cü il tarixli, 170/00/3249/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlamış, kredit müqavilələrin 2.1-ci bəndi dəyişdirilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia etdiyinin əksinə olaraq qarşılıqlı iddia tələbi üzrə iddia müddəti keçməmişdir. Belə ki, mübahisə daşınmaz əmlaklarla bağlı olduğundan iddia müddəti 6 götürülməlidir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmçinin, MM-nin 373.2-ci maddəsinə əsasən isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddialar üzrə iddia müddəti keçməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 448.1, 445.2.1, 449.4, 449.1, 470.1, 472.1, 472.2, 472.3, 741, 337.1-337.5, 347.1, 347.2, "İpoteka haqqında" Azərbaycan Respublikası qanunun 33, 34, 59.3, 59.4, 36.1, 36.3, 39.3.3-cü maddələrinə istinad etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddiaların rədd olu nmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm kredit, həm ipoteka müqavilələri tərəflərin razılığı ilə, iradələrinə zidd olmadan şəxsən imzalanmış, hüquq və vəzifələr yazılı və aydın şəkildə tərəflərə ifadə olunmuşdur. Bundan başqa qarşılıqlı iddiasında qeyd olunur ki, ipoteka müqaviləsində ipoteka predmetinin təsviri verilməmişdir. Halbuki, hər iki ipoteka müqaviləsində mübahisəli obyektin yerləşdiyi yer, sahə ölçüsü, həmçinin bütün məlumatların əks etdirildiyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın seriya nömrəsi də qeyd edilməklə ipoteka qoyan və ipoteka saxlayan tərəfindən imzalanmışdır. Apelyasiya instansiyası məhkəm əsindəki icraat Apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 (LD**********) saylı, (356.370.00 ABŞ dolları məbləğində) kredit xətti müqaviləsi üzrə 04.07.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 356.226,96 ABŞ dolları, faiz borcu üzrə 7.785,34 ABŞ dolları borcu vardır. Həmçinin 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 (LD**********) saylı, (400,000.00 manat məbləğində) kredit xətti müqaviləsi üzrə 04.07.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 119.995,01 manat, faiz borcu üzrə 1.795,87 manat borcu vardır. Rəydə həmçinin İkinci sualda soruşulan sual üzrə qeyd edilmişdir ki, müqavilə müddəti bitdiyi tarixdən sonra iş materialları nda olan hesabdan çıxarış məlumatlarına əsasən "xxxx" MMC tərəfindən ayrı-ayrı tarixlərdə ümumilikdə 121.800,00 manat məbləğində ödəniş aparılmışdır. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 66 qeyri-yaşayış sahəsinin likvid qiymətinin 462.000 (dörd yüz altmış iki min) manat və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinin qiymətinin 260.000 (iki yüz altmış min) manat olması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 05 avqust 2021-ci il tarixli, 2(103)-173/2021 nömrəli qətnaməsi ilə iddiaçı LPO QSC “Bank Standart” KB-nin apellyasiya şikayəti qismən təmin ed ilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5340/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdehlər "xxxx" MMC və Cavabdeh4 ilkin iddia üzrə iddiaçı LPO QSC “Bank Standart” KB-nin xeyrinə 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı kredit müqaviləsi üzrə 1185,38 manat əsas borcu, 3710,59 manat faiz borcu, 4916,30 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, 95 manat cərimə borcu olmaqla, ümumi 9907 (doqquz min doqquz yüz yeddi) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borcun, 355.780,48 ABŞ dolları əsas borcu, 8194,84 ABŞ dolları faiz borcu, 17790 ABŞ dolları cərimə, 17 046,45 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumi 398.811,77 (üç yüz doxsan səkkiz min sək kiz yüz on bir dollar yetmiş yeddi sent) ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borcun tutulması, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 66 qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 462.000 (dörd yüz altmış iki min) manat müəyyən edilməklə tutma yönəldilməsi, həmin əmlak hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına "xxxx" MMC-nin banka olan borcu ödənilməsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinə ilkin satış qiymətinin 260.000 (iki yüz altmış min) manat müəyyən edilməklə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına "xxxx" MMC-nin banka olan borcunun ödənilmə si; Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 66 qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinin hərracda satıldıqdan sonra 1 ay müddətindən həmin sahələr cavabdehlər tərəfindən boşaldılması; qarşılıqlı iddia ərizələrinin təmin edilməməsi; iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 220.4-cü və 220.5-ci maddələrinə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Birinci instansiya məhkəməsi əsassız olaraq qarşılıqlı iddia tələblərini təmin etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd etmişdir ki, ipoteka müqavilələrinə dair hüquqi proseslər barəsində cavabdehlərin müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. İpoteka müqavilələrində ipoteka predmetləri olan torpaq sahələrinin üzərində olan tikililərin təsviri, sahəsi göstərilməməsi arqumetləri əsasızdır. Belə ki, ipoteka müqavilələri bağlanan zaman həmin tikililərin mövcud olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Hətta tikililər mövcud olduğu halda belə, nəzərə alınmalıdır ki, iddiaçılar bankla ipoteka predmetinin qiymətini razılaşdırmışlar və buna etiraz etməmişlər. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçıların iddia müddətini öt ürməmiş olması barədə birinci instansiya məhkəməsinin qənaətini də əsassız hesab edilmişdir. Belə ki, iddiaçıların tələbi müqavilənin etibarsız hesab edilməsi olsa da, birinci instansiya məhkəməsi, əsassız olaraq mübahisənin daşınmaz əmlaklarla bağlı olduğunu qeyd edərək iddia müddəti 6 il götürülməli olduğu nəticəsinə gəlmişdir. İlkin iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi ekspert rəyini və Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh4 iddiaçı LPO QSC “Bank Standart” KB-nin xeyrinə 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı kredit müqaviləsi üzrə 1185,38 manat əsas borcu, 3710,59 manat faiz borcu, 4916,30 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, həmçinin digər müqavilə üz rə 355780,48 ABŞ dolları əsas borcu, 8.194,84 ABŞ dolları faiz borcu, 17.046,45 ABŞ dolları artırılmış faiz borcu tutulmalıdır. Apellyasiya baxışı zamanı cavabdehlərin 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 (LD**********) saylı, (400,000.00 manat məbləğində) kredit xətti müqaviləsi üzrə borcunun qalmadığı, həmçinin 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 (LD**********) saylı, (356.370.00 ABŞ dolları məbləğində) kredit xətti müqaviləsi üzrə 7.785,34 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilsə də, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Buna görə də qətnaməni mübahisələndirmiş iddiaçının əleyhinə və maraqlarına zidd qərar qəbul edilərək borc məbləğlərinin azaldılması qanunvericilik normalarına uyğun deyildir. Apellyasiya instans iyası məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğlərinin 95 manat və 17.790 ABŞ dolları həddində müəyyənləşdirilməsini daha ağlabatan və ədalətli hesab etmişdir. Apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 (LD**********) saylı, (356.370.00 ABŞ dolları məbləğində) kredit xətti müqaviləsi üzrə 04.07.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 356.226,96 ABŞ dolları, faiz borcu üzrə 7.785,34 ABŞ dolları borcu vardır. Həmçinin 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 (LD**********) saylı, (400,000.00 manat məbləğində) kredit xətti müqaviləsi üzrə 04.07.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əs as borc üzrə 119.995,01 manat, faiz borcu üzrə 1.795,87 manat borcu vardır. Rəydə həmçinin kinci sualda soruşulan sual üzrə qeyd edilmişdir ki, müqavilə müddəti bitdiyi tarixdən sonra iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən "xxxx" MMC tərəfindən ayrı-ayrı tarixlərdə ümumilikdə 121.800,00 manat məbləğində ödəniş aparılmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, "xxxx" MMC-nin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 66 qeyri-yaşayış sahəsinə, və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinə tutma yönəldilməli, həmin əmlaklar hərracda satılmalı, onların satışından əldə edilmiş pul vəsaiti he sabına banka ödənilməli olan pul vəsaiti ödənilməlidir. İpoteka predmetləri olan daşınmaz əmlaklar "xxxx" MMC-nin kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatına alınmış, həmçinin ipoteka qoyanlar üzərilərinə müvafiq öhdəlik götürmüş olduğundan, mənzil satıldıqdan 1 ay sonra onun boşaldılması tələbinin təmin olunması üçün dispozitiv şərtlər mövcuddur. "xxxx" MMC-nin bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 66 qeyri-yaşayış sahəsinə, və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0.403538 ha, 0.679354 ha torpaq sahələrinə tutma yönəldilməli, həmin əmlaklar hərracda satılmalı, onların satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair ekspert rəyini əsasli hesab etmişdir. Belə ki, 2014-cü ildən sonra əmlak qiymətlərinin ciddi şəkildə dəyişmiş olduğu hər kəsin bildiyi faktdır və ipoteka müqaviləsində müəyyənləşdirilmiş qiymətin iddiaçının irəli sürdüyü kimi tərəflərin razılaşdırdıqları” qiymət kimi nəzərə alınması ədalətli deyildir. Kollegiya cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 ipoteka predmetlərinin qiymətinin düzgün hesablanmadığı dəlilinə münasibətdə qeyd etmişdir ki, ipoteka müqavilələri bağlanan zaman sözügedən torpaq sahələrinin boş olduğu qeyd edilmiş, sonradan isə həmin torpaq sahələrinin üzərində inşa edilən tikililərin çıxarışları və texniki sənədləri təqdim edilmədiyindən ekspert tərəfindən həmin əmlakların qiymətləndirilməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, sözügedən tikililər özbaşına tikili olmaqla heç bir texniki sənədləri mövcud deyildir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324.5, 337.1, 339, 372.1, 354.2, 385, 386, 442, 448.1, 425, 317, 319, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.1, 39.3.3-cü maddələrinə istinad etmişdir. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC tərəfindən birgə kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-173/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayəti nin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti və ölçüsü düzgün göstərilməmişdir. Tərəflər arasında bağlanan 04.07.2014-cü il tarixli, 170/00/3251/14 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, Bank cavabdeh "xxxx" MMC-ə 400.000 manat məbləğində kredit xətti verir. İpoteka müqaviləsində isə ipoteka ilə təmin edilən öhdəliyin ölçüsü şişirdilərək 500.000 manat göstərilmişdir. 19 fevral 2015-c il tarixdə cavabdeh Bank və cavabdeh "xxxx" MMC arasında 04 iyul 2014-cü il tarixli 170/00/3251/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş və 19 fevral 2015-ci il tarixdə 04 iyul 2014-cü il tarixli 170/00/3249/14 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlamış, kredit müqavilələrin 2.1. bəndi dəyişdirilmişdir. Həmin kredit müqavilələrinin 2.1-ci bəndi ipoteka müqaviləsi üzrə ipoteka ilə təmin edilən öhdəliyin mahiyyətini və ölçüsünü əks etdirdiyindən ipoteka müqaviləsinin 2.1-ci bəndinə dəyişiklər edilməli, iddiaçı Cavabdeh2 razılığı alınmalı idi. 11 iyul 2014-cü il tarixdə iddiaçı Cavabdeh3, borc alan "xxxx" MMC və cavabdeh QSC “Bank Standard” Kommersiya Bankı (Ləğvetmə prosesindədir) arasında üç tərəfli 170/00/3249/14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində görünür ki, iddiaçı Cavabdeh3 mülkiyyətində olan: Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,679354 ha, 0,403538 ha, 0,10 ha, 0,1357 ha torpaq sahələrini cavabd eh Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Qeyd olunan müqavilə imzalanan an həmin torpaq sahələrində min kvadrat metrlərlə sahəsi olan qeyri-yaşayış obyektləri mövcud olmuşdur. Həmin dövrdən bu günə kimi, qeyd olunan qeyriyaşayış sahələrində tikinti emali zavodları fəaliyyət göstərmişdir. Mülki işin materiallarında olan 09.09.2020-ci il tarixli mütəxəssis rəyində qeyd olunan torpaq sahələri üzərində daşınmaz əmlaklarının mövcud olmasını təsdiq etmişlər. Mübahisələndirilən ipoteka müqaviləsində ipoteka predmetinin təsviri verilməli, adı, yeri dəqiq göstərilməlidir. Müqavilədə torpaq üzərində olan daşınmaz əmlakın sahəsi və təsviri göstərilməmişdir. Müqavilənin 2.1-ci bəndində ipoteka predmetinin ümumi dəyəri 275.093,35 manat göstərilmişdir. Ümumi sahəsi 1,3 ha olan torpaq sahəsinin təx mini qiymətini əks etdirir. Lakin torpaq sahələri üzərində olan tikililərin dəyəri 5 milyon manat məbləğdən yuxarıdır. Müqavilənin 1.7-ci bəndində göstərilir: Bu Müqavilə qüvvəyə mindikdən sonra, ipoteka predmeti üzərində tikinti işləri aparıldıqda, eləcə də ipoteka predmeti hər hansı bir formada artırıldıqda (ipoteka predmetinin ləvazimatları, qurğuları və s.) həmin tikililər və artırmalar ipoteka predmetinin tərkib hissəsi sayılır və ipoteka ilə yüklü edilmiş hesab edilir.” Müqavilənin qeyd olunan bəndində tikililər və artırmalar ipotekanın predmetinin tərkib hissəsi sayılır, lakin həmin tikilinin təsviri, sahəsi göstərilməmişdir. Mübahisəli ipoteka müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.2.-ci maddəsini tələblərinə zidd olaraq tərtib edilmişdir. Apellyasiya instansiya sı məhkəməsi qeyd olunan hallan araşdırmamış, iddia müddətinin keçməsinə istinad edərək birinci instansiya məhkəməsinin qanuni qətnaməsini ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin başlanma anını araşdırmamışdır. Halbuki Mülki Məcəllənin tələbinə görə iddia müddəti tərəfin hüquqlarının bildiyi vaxtdan başlanır. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi ipoteka predmetləri olan daşınmaz əmlak və torpaq sahələrinin qiymətləndirilməsi məqsədilə mütəxəssislər təyin etmişdir. Mütəxəssislərin 09.09.2020-ci il tarixli rəyinə görə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 66 qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini 615.560 manat müəyyən edildiyi halda məhkəmə 517.500 manat və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0.1357 ha, 0,40 3538 ha, 0.679354 ha torpaq sahələrinin ilkin satış qiyməti 329.648 manat müəyyən edildiyi halda, məhkəmə 275.093,35 manat nəticəyə gəlməsini apellyasiya instansiyası məhkəməsi əsaslandırmamışdır. Məhkəmə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin azaldılmasına dair hər hansı digər mütəxəssis rəyi və ya ekspert rəyi mülki işin materiallarında yoxdur. Göstərilən hal apellyasiya instansiyası məhkəməsində yenidən araşdırılmalı və əsaslandırılmış qətnamə verilməlidir. Daha sonra məhkəmə ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha, 0,1357 ha, 0.403538 ha, 0,679354 ha torpaq sahələrinin üzərində olan dəyəri 5 milyon manat olan daşınmaz əmlakların, 82 iş yeri olan zavod və istehsal sahələrin mövcud olmasını araşdırmamış, yerində baxış keçirilməsinə da ir vəsatət təmin edilməmişdir. Dəyəri 5 milyon olan daşınmaz əmlakların 275.093 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmasına dair məhkəmə qətnaməsi “ədalət balansını” pozur. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nin vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına g əlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə. 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdehlər qətnamənin tam ləğv edilməsini xahiş etsələr də, kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddianın rədd edilməsi, həmçinin borcun məbləği və ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrinı aid olduğundan məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissələrdə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün mübahisələndirilən hissələrdə qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin ipoteka müqavilələrinin xitam verilməli olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, ipoteka müqavilələrində ipoteka predmetlərini olan torpaq sahələrinin üzərində olan tikililərin təsviri, sahəsi göstərilməməsi arqumentləri əsassızdır. Belə ki, ipoteka müqavilələri bağl anan zaman ipoteka predmeti olan torpaq sahələri üzərində tikililərin mövcud olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Hətta tikililər mövcud olduğu halda belə, həmin əmlakların ipoteka ilə yüklü edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir, həmçinin cavabdehlər bankla bağladıqları müqavilədə ipoteka predmetinin tərkibini və qiymətini razılaşdırmışlar. Həmçinin ipoteka müqavilələrində “İpoteka haqqında” Qanunla müəyyən edilmiş bütün mühüm şərtlər əks olunmuş, 19.02.2015-ci il tarixli dəyişiklik edildikdən sonra, ipoteka müqavilələrinə də təmin edilən öhdəliyin həcmi barədə müvafiq dəyişikliklər edilmiş və həmin dəyişikliklərin dövlət reyestrində qeydə alınması barədə çıxarışlar iddia ərizəsinə əlavə edilmişdir. Buna görə də, məhkəmə kollegiyası tərəfindən ipoteka müqaviləsinin etibarsızlığına və xitamına əsas verən hallar müəyyən edilməmişdir. İpotekanın ilkin satış qiymətinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd edilən maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi göstərilmişdir. Buna görə də ipoteka predmetinin ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir. Əmlakın qiymətinin likvid dəyərinə gəldikdə isə, qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxudinvestisiyaproseslərindəaktivlərinbazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 №-li Qərardadında da bununla bağlı hüququn tətbiqinə dair məhkəmə təcrübəsinin vahidliyinin təmin edilmək məqsədi ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpotekanın satış (likvid) qiyməti məhkəmə tərəfindən alınmış qiymətləndirmə rəyləri ilə müəyyən edilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. İş üzrə ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir. Həmçinin borc məbləği hissəsində apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı cavabdehlərin 04 iyul 2014-cü il tarixli, 170/00/3251/14 (LD**********) saylı, (400.000.00 manat məb ləğində) kredit xətti müqaviləsi üzrə borcunun qalmadığı, həmçinin 04 iyul 2014-cü il tarixli. 170/00/3251/14 (LD**********) saylı, (356.370.00 ABŞ dolları məbləğində) kredit xətti müqaviləsi üzrə 7.785,34 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilsə də, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən borc hissəsində mübahisələndirilməmişdir. Buna görə də qətnaməni mübahisələndirmiş iddiaçının əleyhinə və maraqlarına zidd qərar qəbul edilərək borc məbləğlərinin azaldılması apellyasiya baxışı həddindən kənara çıxmaya əsas ola bilərdi. Buna baxmayaraq, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin 2889 manat müəyyən etdiyi dəbbə pulunu azaldaraq 95 manat müəyyən etmişdir. Lakin bu hissə cavabdehlərin xeyrinə olduğundan həmin hissənin dəyişdirilməsi kassasiya hədlə rindən kənara çıxmasına əsas ola biləcəyindən, məhkəmə kollegiyası dəbbə pulu hissəsində də qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 40 7.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikay ətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya şikayətinin dəlilləri çərçivəsində iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-173/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.