Məhkəmə qərarları › İş №2(102)-593/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-593/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-593/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6380/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətl ərinə 03 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamı ilə "xxxx" Şərikli Müəssisəsinin 17.08.98-ci il tarixli 06 saylı məktubuna əsasən Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə birmərtəbəli yaşayış evlərinin sökülməsi şərti ilə hündürmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikinti sahəsi üçün torpaq sahəsi ayrılmışdır. 2. xx.xx.2000-ci il tarixli 279 saylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktına əsasən “Men-Qrup“ Müəssisəsinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 494cü məhəllədə cizgi də göstərilən sərhədlər daxilində 1,5 hektar hündür mərtəbəli yaşayış binalarının tikintisi üçün verilib.

3. Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2003-cü il tarixli 168/06 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yaşayan İddiaçı yaşadığı mənzillə birlikdə R.V.Qasımovadan aldığı və yaşadığı məhəllədə yerləşən (3.0 x 6.0) metr ölçülü dəmir qaraj onun adına keçirilmiş və o, vergi ödəyicisi kimi qeydə alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qarajın yerləşdiyi 18.0 kv.m torpaq sahəsi xx.xx.2002-ci il tarixdən vətəndaş İddiaçı icarəyə verilmişdir. 4. xx.xx.2003-cü il tarixli 273 saylı bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsinə əsasən icarədar Bakı şəhər Yasamal rayon Bələdiyyə sədrinin 168/06 s aylı xx.xx.2003-cü il tarixli sərəncamı əsasında İnşaatçılar 12/26 ünvanında yerləşən 18.0 kv.m-lik torpaq sahəsini ödəmə haqqı ilə müvəqqəti olaraq icarəçi İddiaçı icarəyə verir, icarəçi isə qəbul edir.

5. İddiaçı Yasamal rayonu Yasamal Bələdiyyəsinə xx.xx.2003-cü il tarixdə “torpaq icarə” üçün 129 600 manat, xx.xx.2004-cü il tarixdə “torpaq icarəsi” üçün 43 200 manat, xx.xx.2005-ci il tarixdə “əmlak qalıq” üçün 190 526 manat (060636 saylı qəbz) və “torpaq icarə” üçün 43 632 manat (060637 saylı qəbz), xx.xx.2006-cı il tarixdə “torpaq icarəsi” üçün 8,76 manat, xx.xx.2007-ci il tarixdə “torpaq icarə üçün” 14,40 manat, xx.xx.2008-ci il tarixdə “icarə” üçün 28,80 manat, xx.xx.2013-cü il tarixdə “icarə (qaraj)” üçün 14,40 manat, xx.xx.2014-cü il tarixdə “qaraj torpaq icarə” üçün 14,40 manat, x x.xx.2015-ci il tarixdə “əmlak və torpaq vergisi 2015-ci il” üçün 20,50 manat məbləğlərində ödənişlər etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6581/2019 saylı qərarından görünür ki, "xxxx" Şərikli Müəssisəsi, Cavabdeh1 MTK və X2 arasında xx.xx.2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, müqaviləni bağlayan tərəflər Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 (on altı) mərtəbəli yaşayış evinin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyri-yaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəklər. 7. xx.xx.2015-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin 1.1-ci bəndin də əsasən "xxxx" Şərikli Müəssisəsi və Cavabdeh1 MTK Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 (on altı) mərtəbəli yaşayış evinin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyri-yaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəklər.

8. Müqavilənin 1.2-ci bəndinə əsasən müştərək fəaliyyətin həyata keçirilməsindən irəli gələn bütün icraat, məsuliyyət və öhdəliklər Cavabdeh1 MTK-nın üzərinə qoyulmuşdur.

9. Müqavilənin 2.1-2.3-cü bəndlərinə əsasən "xxxx" Şərikli Müəssisəsi müqavilənin 1.1-ci bəndində qeyd olunmuş yaşayış evinin tikilməsi üçün bu müqavilənin imzalanması anına əldə etdiyi layihə sənədlərini və müvafiq dövlət orqanlarından əldə olunmuş tikintiyə icazələri (lisenziya ) Cavabdeh1 MTK-ya təqdim etmiş, "xxxx" Şərikli Müəssisəsi mülkiyyətində olan və tikinti işlərinin aparılması üçün müqavilənin 1.1-ci bəndində qeyd olunmuş, 0,10 ha torpaq sahəsini Cavabdeh1 MTK-nın tam istifadəsinə vermiş, "xxxx" Şərikli Müəssisəsi torpaq sahəsinə aid olan bütün sənədləri müqavilə qüvvədə olan müddətə Cavabdeh1 MTK-ya vermişdir.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh1 MTK müqavilənin 1.1-ci bəndində göstərilmiş torpaq sahəsində müvafiq icra orqanları tərəfindən təsdiq olunmuş layihəyə əsasən tikinti işlərini aparmaq hüququna malikdir.

11. Müqavilənin 4.1-ci bəndinə əsasən hazırki müqavilə tərəflərin onu imzaladığı gündən hüquqi qüvvəyə minir və obyektin tikintisi başa çatdıqdan sonra bütün mənzillərin və qeyri-yaşayış sahələrinin satışı həyata keçirilənədək qüvvəd ədir.

12. Müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilənin şərtləri yalnız müqavilənin 1.1ci bəndində qeyd olunmuş və inşa edilən obyektlə bağlı yaranan münasibətlərə şamil edilir.

13. Müqavilənin 5.4-cü bəndinə əsasən bu müqavilənin predmeti ilə bağlı tərəflər arasında yeni müqavilə(lər) imzalandığı təqdirdə bu müqavilə hüquqi qüvvəsini itirir və etibarsız sayılır. 14. xx.xx.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" Şərikli Müəssisəsi, Cavabdeh1 MTK və X2 Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 (on altı) mərtəbəli yaşayış evinin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyri-yaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəklər.

15. Müqavilənin 1.2-ci bəndinə əsasən müştərək fəaliyyətin həyata keçirilməsindən irəli gələn bütün icraat, məsuliyyət və öhdəliklər Cavabdeh1 MTK-nın üzərinə qoyulmuşdur.

16. Müqavilənin 2.1-2.3-cü bəndlərinə əsasən "xxxx" Şərikli Müəssisəsi müqavilənin 1.1-ci bəndində qeyd olunmuş yaşayış evinin tikilməsi üçün bu müqavilənin imzalanması anına əldə etdiyi layihə sənədlərini və müvafiq dövlət orqanlarından əldə olunmuş tikintiyə icazələri (lisenziya) Cavabdeh1 MTK-ya təqdim etmiş, "xxxx" Şərikli Müəssisəsi mülkiyyətində olan və tikinti işlərinin aparılması üçün müqavilənin 1.1-ci bəndində qeyd olunmuş, 0,10 ha torpaq sahəsini Cavabdeh1 MTK-nın tam istifadəsinə vermiş, "xxxx" Şərikli Müəssisəsi torpaq sahəsinə aid olan bütün sənədləri müqavilə qüvvədə olan müddətə Cavabdeh1 MTK-ya vermişdir.

17. Müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh1 MTK müqavilənin 1.1-ci bəndində göstərilmiş torpaq sahəsində müvafiq icra orqanları tərəfindən təsdiq olunmuş layihəyə əsasən tikinti işlərini aparmaq hüququna malikdir.

18. Müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilənin şərtləri yalnız müqavilənin 1.1ci bəndində qeyd olunmuş və inşa edilən obyektlə bağlı yaranan münasibətlərə şamil edilir. 19. xx.xx.2015-ci il tarixli 01 saylı müqaviləyəəsasən satıcı İddiaçı Bakı şəhərində Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, məhəllədə yerləşən ümumi sahəsi 18.0 kv.m olan qaraj sahəsini alıcı Cavabdeh1 MTK-ya satmışdır. Müqavilənin 2-ci bəndinə müvafiq olaraq, Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26-da yerləşən 37 saylı mənzildə yaşayan İddiaçı həmin binanın həyətində yerləş ən (3.0 x 6.0) 18.0 kv.m sahəli dəmir qaraj Cavabdeh1 MTK tərəfindən alınır və onun əvəzinə Cavabdeh1 MTK tərəfindən yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) kompensasiya yolu ilə verilir.

20. Hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında tam payla Cavabdeh2nə məxsusdur. Daşınmaz əmlak üzərindəki hüquq xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 464 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mə hkəməsində icraat

21. İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1 saylı müqavilədə nəzərdə tutulmuş qaydada Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətində iddiaçıya məxsus olan 18.0 kv.m dəmir qarajın əvəzinə Cavabdeh1 MTK tərəfindən həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə iddiaçıya verilməsi və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmı şdır ki, onunla Cavabdeh1 MTK arasında xx.xx.2015-ci il tarixli 1 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətindəki Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin sədrinin xx.xx.2003-cü il tarixli sərəncamı ilə iddiaçının adına olan 18.0 kv.m dəmir qarajı Cavabdeh1 MTK iddiaçıdan alaraq, əvəzində Cavabdeh1 MTK tərəfindən həmin ərazidə tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsi (qaraj) kompensasiya yolu ilə iddiaçıya verilməli idi. Müqaviləyə əsasən, qarajın verilməsi tikinti-quraşdırma və tamamlama işlərini layihəsmeta sənədləri və tikinti pasportuna uyğun yerinə yetirdikdən sonra həyata keçirilməli idi. 2018-ci ildən həmin binada tikinti işləri başa çatıb və yaşayış var. Lakin hələ də müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada qaraj iddiaçıya təhvil verilməyib. Göstərilənlərə əsasən, iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

23. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 əlavə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir.

24. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti işə cəlb edilmişdir.

25. Birinci instansiya məhkəməsində Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 MTK-nın tikinti işlərinin ap arılmasına dair lisenziyası olmamış, bu səbəbdən də bina cavabdeh tərəfindən inşa edilməmişdir. Bundan əlavə, binanın hazırki mülkiyyətçisi digər Cavabdeh2dir, lakin onun da lisenziyası olmadığından “Stenli” adlı başqa bir şirkətlə podrat müqaviləsi bağlamışdır. Həmin müqavilə üzrə Cavabdeh2 sifarişçi, “Stenli” şirkəti podratçı qismində çıxış etmiş, Cavabdeh1 MTK isə ümumiyyətlə müqavilənin tərəfi olmamışdır. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında əvvəlki iclaslarda podrat münasibətlərinin mövcud olduğunu bildirməsi ilə bağlı qeyd etdi ki, bununla bağlı yanlışlığa yol vermiş, əslində iki cavabdeh şirkət arasında əməkdaşlıq münasibətləri heç vaxt mövcud olmamışdır. Həmçinin, iddiaçı ilə cavabdeh arasında mübahisəli qaraja dair təhvil-təslim aktı olmadığından, iddiaçının qarajının məhz Cavabde h1 MTK tərəfindən təhvil alınıb sökülməsi də təsdiq olunmur. İddiaçının iddia tələbinin əsassız olması səbəbindən təmin edilməməsini məhkəmədən xahiş etdi.

26. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın vəkili-nümayəndəsi Nümayəndə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1747/2022 saylı qərardadı ilə vəsatət təmin edilmədi.

27. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim G.Ç.Abidova) 2(006)-1747/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2nə qarşı “qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi” tələbinə dair iddia ərizəsinin Cavabdeh1 MTK-ya münasibətdə təmin edilməsi; iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015ci il tarixli 01 saylı müqavilədə nəzərdə tutulmuş qaydada Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən binanın həyətində iddiaçıya məxsus olan 18.0 kv.m dəmir qarajın əvəzinə Cavabdeh1 MTK tərəfindən həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə Cavabdeh1 MTK tərəfindən İddiaçı verilməsi; İddiaçı “qeyriyaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi” tələbinə dair iddia ərizəsinin Cavabdeh2nə münasibətdə təmin edilməməsi; iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

28. Birinci instansiya məhkəməsi müəyyə n etmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı yaşadığı mənzillə birlikdə R.V.Qasımovadan aldığı və yaşadığı məhəllədə yerləşən 18 (3.0 x 6.0) kv.metr ölçülü dəmir qaraj Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2003-cü il tarixli 168/06 saylı sərəncamı ilə onun adına keçirilmiş və o, vergi ödəyicisi kimi qeydə alınmışdır. Qarajın yerləşdiyi 18.0 kv.m. torpaq sahəsi xx.xx.2002-ci il tarixdən vətəndaş İddiaçı icarəyə verilmişdir. Bununla əlaqədar tərəflər arasında xx.xx.2003-cü il tarixdə 273 saylı bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə bağlanmış və icarədar Bakı şəhər Yasamal rayon Bələdiyyə sədrinin 168/06 saylı xx.xx.2003-cü il tarixli sərəncamı əsasında İnşaatçılar 12/26 ünvanında yerləşən 18.0 kv.m-lik torpaq sahəsini ödəmə haqqı ilə müvəqqəti olaraq icarəçi İddiaçı icarəyə vermiş, icarəçi İddiaçı isə qəbul etmişdir. Əliyeva X3 rayonu Yasamal Bələdiyyəsinə 2003-2015-ci illər ərzində qarajın yerləşdiyi torpaq sahəsi üçün bələdiyyənin hesabına müxtəlif məbləğlərdə ödənişlər etmiş və bu barədə qəbzləri iş materiallarına əlavə edərək məhkəməyə təqdim etmişdir.

29. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, "xxxx" Şərikli Müəssisəsinin 17.08.98-ci il tarixli 06 saylı məktubu nəzərə alınaraq, Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamı ilə "xxxx" X1 rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə birmərtəbəli yaşayış evlərinin sökülməsi şərti ilə hündürmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikinti sahəsi üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.2000-ci il tarixli 279 s aylı istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Şərikli Müəssisəsinə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 198 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 494-cü məhəllədə 1,5 hektar sahə hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün verilmişdir. "xxxx" Şərikli Müəssisəsi xx.xx.2015-ci il tarixdə Cavabdeh1 MTK ilə birgə fəaliyyət haqqında müqavilə imzalamış və müqaviləyə əsasən, tərəflər Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 494 saylı məhəllədə yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 (on altı) mərtəbəli yaşayış evinin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyriyaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəklər i barədə razılığa gəlmiş, müştərək fəaliyyətin həyata keçirilməsindən irəli gələn bütün icraat, məsuliyyət və öhdəliklər Cavabdeh1 MTK-nın üzərinə qoyulmuş, "xxxx" Şərikli Müəssisəsi qeyd olunmuş yaşayış evinin tikilməsi üçün bu müqavilənin imzalanması anına əldə etdiyi layihə sənədlərini və müvafiq dövlət orqanlarından əldə olunmuş tikintiyə icazələri (lisenziya) Cavabdeh1 MTK-ya təqdim etmiş, mülkiyyətində olan və tikinti işlərinin aparılması üçün qeyd olunmuş 0,10 ha torpaq sahəsini Cavabdeh1 MTK-nın tam istifadəsinə vermiş və torpaq sahəsinə aid olan bütün sənədləri müqavilə qüvvədə olan müddətə Cavabdeh1 MTK-ya vermişdir. Müqaviləyə əsasən, Cavabdeh1 MTK sözügedən torpaq sahəsində müvafiq icra orqanları 30. tərəfindən təsdiq olunmuş layihəyə əsasən tikinti işlərini aparmaq hüququna ma lik olmuşdur. Cavabdeh1 MTK həmin müqavilə üzrə əldə etdiyi hüquq əsasında iddiaçı ilə xx.xx.2015-ci il tarixdə 01 saylı müqavilə bağlamış və müqaviləyə əsasən, satıcı İddiaçı 18 kv.m olan qaraj sahəsini alıcı Cavabdeh1 MTK-ya satmış, Cavabdeh1 MTK Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26-da yerləşən 37 saylı mənzildə yaşayan İddiaçı məxsus həmin binanın həyətində yerləşən (3.0 x 6.0) 18.0 kv.m sahəli dəmir qarajın alınması və onun əvəzinə Cavabdeh1 MTK tərəfindən yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə tərəfindən müxtəlif orqanlara verilmiş sorğulara alınmış cavab məktublarından belə qənaətə gəlinir ki, iddiaçıya məxsus olan qaraj tikintinin aparıldığı sahəyə düşdüyündən, tikinti aparan Cavabdeh1 MTK və ya Cavabdeh2 tərəfindən həmin qaraj sökülərək yerində hündürmərtəbəli bina inşa edilmişdir.

31. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən də iddiaçı cavabdehə dəfələrlə şifahi və xx.xx.2022-cil il tarixdə rəsmi qaydada müraciət ünvanlasa da, cavabdeh tərəfindən öhdəliyi icra edilməmişdir. İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilə bağlandıqdan sonra, xx.xx.2016-cı il tarixdə "xxxx" Şərikli Müəssisəsi, Cavabdeh1 MTK və X2 arasında eyni predmetə dair bənzər şərtlərlə birgə fəaliyyət haqqında yeni müqavilə imzalamışlar. Bundan sonra Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 60A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının xüsusi mülkiyyət hüququ əsasında tam payla Cavabdeh2nə məxsus olması xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 464 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmış və bu barədə hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir.

32. Birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015- ci il tarixli 01 saylı müqavilə mülki qanunvericiliyin normaları baxımından dəyişdirmə müqaviləsinə uyğun gəlir və tərəflər arasında mülki qanunvericiliyin öhdəlik hüquq institutundan irəli gələn münasibətlər vardır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı Cavabdeh1 MTK-ya öz mülkiyyətində olan qarajı verməyi, cavabdeh isə bunun müqabilində həmin ərazidə yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, Cavabdeh1 MTK iddiaçının 6 illik iddia müddətini ötürməsi (daşınmaz əşyalarla bağlı müqavilə tələbləri), Cavabdeh1 MTK-nın iddiaçının iddia tələbi üzrə əsl cavabdeh olmamasını, belə ki, onun tikinti lisenziyasının olmamasını, binanın mülkiyyətçisinin başqa şirkət olmasını və həmin şirkətlə əlaqəsinin olmamasını əsas gətirərək, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və mə hkəmə tərəfindən tədqiq edilmiş sübutlardan görünür ki, Cavabdeh1 MTK kompensasiya yolu ilə iddiaçıya verməyi öhdəsinə götürdüyü qarajın mülkiyyətçisi olmasa da, mülkiyyətçi şirkətlə birgə fəaliyyət haqqında müqavilə imzalamış və müqavilənin predmetindən irəli gələn icraat, öhdəliklər və məsuliyyət onun üzərinə qoyulmuşdur. Bundan sonra o, həmin müqavilədən əldə etdiyi hüquqlar əsasında iddiaçı ilə dəyişdirmə müqaviləsi bağlamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, Cavabdeh1 MTK iş üzrə əsl cavabdehdir və iddiaçıya razılaşdırılmış qeyri-yaşayış sahəsini vermək öhdəliyini məhz o daşıyır.

33. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi məsələsinə münasibətdə isə qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0 və 384.0.4-cü maddələrinə uyğun olar aq, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir.

34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12.2, 13, 29, Mülki Məcəllənin 5.3, 157.1, 157.2, 385.1, 386.1, 386.2, 387.2, 387.3, 389.1, 389.2, 397.1, 399.2, 399.3, 425.1, 425.2, 427.5, 430.1, 442, 662, 664-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Cavabdeh1 MTK qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən iddianın təmin edildiyi hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd olunmasın ı xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki iddia ərizəsinə etirazda göstərildiyi kimi tərəflər arasında müqavilənin bağlanmasına və binanın uzun müddət öncə inşa edilməsinə baxmayaraq, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 məhəllədə yerləşən ümumi sahəsi 18 kv metr olan qaraj sahəsini cavabdehə verməmişdir. Tərəflər arasında müqavilə bağlansa da, iddiaçı qarajı təhvil verməmiş və bu səbəbdən də cavabdeh inşa etdiyi binada iddiaçıya qaraj verməmişdir. Hal-hazırda ərazidə 20-dən artıq qaraj mövcuddur. Bina inşa edilərkən iddiaçıya məxsus qaraja cavabdeh tərəfindən toxunulmamışdır. Müqavilənin bağlanmasına səbəb isə iddiaçının özünün sənədlərlə birlikdə şirkətə yaxınlaşması və binanın və onun həyətinin tikiləcəyi ərazidə onun qara jının olmasını bildirməsi olmuşdur. Sonradan, iddiaçı qarajını və onun yerini cavabdehin əməkdaşlarına göstərə bilməmişdir. Mülki işin materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı cavab məktubundan görünür ki, 40 saylı MKİS-in inzibati ərazisində olan İnşaatçılar 12/26 saylı binanın həyətindəki İddiaçı məxsus olmuş dəmir qaraj "xxxx" (köhnə Ra İnşaat) MTK tərəfindən sökülmüş və yerində hündürmərtəbəli çoxmənzilli bina inşa edilmişdir. Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 13 saylı məktubuna istinadən verilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının x x.xx.2022-ci il tarixli 755/d saylı cavab məktubundan görünür ki, Bakı şəhəri Yasamal Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 168/06 saylı sərəncamına əsasən, İddiaçı icarəyə verilmiş (3x6) metr ölçüdə dəmir qarajın ünvan 6 ünvanda yerləşməsi barədə, yəni qarajın situasiya planı bələdiyyədə mövcud deyildir və qaraj söküldüyü üçün ərazinin koordinatlarının müəyyən edilməsi mümkün deyildir. Eyni zamanda, qaraja dair müvafiq sənədlər mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan sənədlər Rayon İcra Hakimiyyətində və Yasamal Bələdiyyəsində aşkar edilməmişdir. Bakı şəhəri, ünvan 6 binanın həyətindəki İddiaçı məxsus olmuş dəmir qaraj "xxxx" (Ra-İnşaat MTK) tərəfindən sökülmüş və yerində hündürmərtəbəli çoxmənzilli bina inşa edilmişdir. Məhkəmə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuda qeyd edilmiş 3-cü sual "Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında yeni bina inşa edildiyi təqdirdə hansı Mənzil-Tikinti Kooperativi tərəfindən və hansı sənədlərə (sərəncama) əsasən inşa edilməsi barədə məlumatların təqdim edilməsi" ilə əlaqədar isə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunmuşdur. Vəkil sorğusu əsasında verilmiş və hazırki apellyasiya şikayətinə də əlavə edilmiş, Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022ci il tarixli, 25 saylı cavab məktubundan görünür ki, həqiqətən də Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 saylı bina 40 saylı MKİS-nin inzibati ərazisində yerləşir. Binanın və o binaya aid qarajların idarəçiliyini "xxxx" Mənzil Tikinti Kooperativi həyata keçirir. Vəkil sorğusu verildikdən sonra 40 saylı MKİS-nin əməkdaşları tərəfindən müfəssəl araşdırmalar aparılmış və ərazidə yaşayan sakinlərlə söhbət edilmişdir. Müəyyən olunmuşdur ki, tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış 13 saylı, 12 aprel 2022-ci il tarixli məktubda qeyd edilənlər yanlış məlumatlardır. Həmin məktub təzə işçinin dəqiq yoxlanılmamış sözləri əsasında yazılmışdır. Apardığı araşdırmalardan sonra məlum olmuşdur ki, ərazidə bir sıra qarajlar mövcuddur və indi də bir neçəsi fəaliyyət göstərir. İnşaatçılar prospekti 12/26 saylı binada yaşamış İddiaçı təxminən 5 ildir ki, mənzilini sataraq binadan köçmüşdür. Ona məxsus dəmir qaraj ərazidəki elektrik yarımstansiyası ilə s eçki dairəsinin arasında yerləşmişdir. Həmin qaraj İnşaatçılar prospekti 60a ünvanında inşa edilmiş binanın ərazisinə düşməyib və həmin qarajın "xxxx" (köhnə Ra İnşaat) MTK tərəfindən sökülməsi faktı öz təsdiqini tapmamışdır. Qarajın sonradan kim tərəfindən götürülməsi, sökülməsi və ya hər hansı sənədin olması barədə 40 saylı MKİS-də heç bir məlumat olmadı. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan səhv nəticəyə gəlmiş və İddiaçı öz qarajını Ra-İnşaat MTK-ya verməsini işin mübahisəsiz halı kimi qiymətləndirmişdir. Halbuki, iş materiallarında olan səlahiyyətli dövlət orqanları tərəfindən də verilmiş sənədlər aşkar şəkildə görünür ki, iddiaçıya məxsus qaraj İnşaatçılar prospekti 60a ünvanında inşa edilmiş yüksəkmərtəbəli binanın ərazisinə dü şmür. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Məhkəmə bu maddi hüquq normasını tətbiq etsə də, iddiaçının ona məxsus olan dəmir qarajı cavabdehə təhvil verib-vermədiyini araşdırmamış və iddiaçının öz öhdəliklərini icra etmədiyi halda, cavabdehin müqavilə üzrə hər hansı bir öhdəliyini yaranmadığını nəzərə almamışdır. Maddənin tələbinə əsasən, dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı ver dikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Məhkəmə bu maddi hüquq normasını tətbiq etsə də, iddiaçının ona məxsus olan dəmir qarajı cavabdehə təhvil verib-vermədiyini araşdırmamış və iddiaçının öz öhdəliklərini icra etmədiyi halda, cavabdehin müqavilə üzrə hər hansı bir öhdəliyini yaranmadığını nəzərə almamışdır.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) 2(103)-6380/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə müdafiə sindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-is tifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 mart 2015-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndinə görə iddiaçı Bakı şəhərində, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 məhəllədə yerləşən ümumi sahəsi 18 kv metr olan qaraj sahəsini cavabdehə verməli idi. Müqavilənin 2.1-ci bəndinə görə həmin qarajın əvəzinə cavabdeh inşa etdiyi binada qaraj verməli idi. Məhkəmə bu müqaviləyə dəyişdirmə müqaviləsi kimi qiymət verərək, müqavilə üzrə İddiaçı öz öhdəliyini yerinə yetirərək, cavabdehə qarajı təhvil verdiyi, lakin Cavabdeh1 MTK iddiaçının 6 illik iddia müddətini ötürməsi (daşınmaz əşyalarla bağlı müqavilə tələbləri), Cavabdeh1 MTK-nın iddiaçının iddia tələbi üzrə əsl cavabdeh olmamasını, belə ki, onun tikinti lisenziyasının olmamasını, binanın mülkiyyətçisinin başqa şirkət olmasını və həmin şirkətlə əlaqəsinin olmamasını əsas gətirərək, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayındığı qənaətinə gəlmişdir. Halbuki, hələ iddia ərizəsinə etirazda göstərilmişdir ki, tərəflər arasında müqavilənin bağlanmasına və binanın uzun müddət öncə inşa edilməsinə baxmayaraq, iddiaçı Bakı şəhərində, Yasamal rayonu, İnşaatçılar pros pekti, ev 12/26 məhəllədə yerləşən ümumi sahəsi 18 kv metr olan qaraj sahəsini cavabdehə verməmişdir. Tərəflər arasında müqavilə bağlansa da, iddiaçı qarajı təhvil verməmiş və bu səbəbdən də cavabdeh inşa etdiyi binada iddiaçıya qaraj verməmişdir. Bu sübuta apellyasiya instansiyası məhkəməsi heç bir ciddi əsas olmadan skeptik yanaşmış, onun mötəbərliliyini yoxlamaq üçün heç bir tədbir görməmiş və araşdırma aparmağa cəhd belə etməmişdir. Əksinə heç bir araşdırma aparmadan qətnamədə göstərmişdir ki, “Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 25 saylı məktubu əvvəla qətnamə çıxan gün hazırlanmış və apellyasiya baxışında təqdim edildiyi üçün gecikmiş sübut sayılır. Bununla yanaşı, dövlət qurumu o lan 40 saylı Mənzil Kommunal İstismar sahəsininxx.xx.2022-ci il tarixli, 25 saylı məktubunda göstərilənlər xx.xx.2022-ci il tarixli, 13 saylı məktubunda göstərilənlərlə açıq-aşkar ziddiyyət təşkil edir. Əlbətdə ki, bu hal arzuolunmaz bir vəziyyət yaratdığından Mənzil Kommunal İstismar Sahəsinin sonradan mövqeyini dəyişməsinin səbəbi də hər bir halda həqiqətin müəyyən edilməsi naminə olmamışdır. Çünki, Mənzil Kommunal İstismar Sahəsinin sonradan məhz vəkil sorğusu əsasında özünün qeyd etdiyi kimi “müfəssəl araşdırmalar aparması” inandırıcı və ağlabatan olmamaqla, həm də xoş niyyətlə olmadığı da açıq-aşkar bəllidir. Bundan əlavə, sonuncu məktubda göstərilənlərin ən ziddiyyətli hissəsi ondan ibarətdir ki, MKİS həm mübahisəli qarajın "xxxx"(köhnə Ra İnşaat) MTK tərəfindən sökülməsi faktının öz təsdiqini tapmadığını, həm də qarajın sonradan kim tərəfindən götürülməsi, sökülməsi və ya hər hansı sənədin olması barədə 40 saylı MKİS-də heç bir məlumat olmadığını göstərir. Deməli, Mənzil Kommunal İstismar Sahəsi MTK tərəfindən qarajın sökülməsi faktının öz təsdiqini tapmadığını göstərirsə, onda hüquqi məntiqə görə hansısa şəxs tərəfindən sökülməsini görməli və bilməli idi. Əlbətdə ki, Mənzil Kommunal İstismar Sahəsinin bu mövqeyi dövlət qurumuna xas olmayan və yaraşmayan bir haldır” (Qətnamənin 11-ci səhifəsi, 32-ci bənd) Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 157.1 və 157.2. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etm ək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 386.1 və 386.2. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

45. Maddə 387.2 və 387.3. Əgər müqavilə üzr ə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər

46. Maddə 389.1 və 389.3. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzə rdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə

390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

48. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

49. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq ş ərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

50. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

51. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

52. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavi lə əvəzli sayılır.

53. Maddə 399.3 və 399.4. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

54. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya ad ətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

55. Maddə 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.

56. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

57. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətl ərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

58. Maddə

662. Dəyişdirmə müqaviləsinə görə, tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

59. Maddə

664. Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir.

47. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o va xt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

60. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apel lyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əs asının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

73. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxl uğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

75. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

76. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarına görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən satıcı İddiaçı Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, məhəllədə yerləşən ümumi sahəsi 18.0 kv.m olan qaraj sahəsini alıcı Cavabdeh1 MTK-ya satmış, Cavabdeh1 MTK Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26-da yerləşən 37 sayl ı mənzildə yaşayan İddiaçı məxsus həmin binanın həyətində yerləşən (3.0 x 6.0) 18.0 kv.m sahəli dəmir qarajın alınması və onun əvəzinə Cavabdeh1 MTK tərəfindən yeni tikilən 16 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 18 kv.m olan qeyri-yaşayış sahəsinin (qaraj) kompensasiya yolu ilə verilməsi öhdəliyini öz üzərinə götürmüşdür.

77. Məhkəmə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 məhəllədə yerləşən ümumi sahəsi 18 kv metr olan və müqavilə üzrə cavabdehə ötürülməsi nəzərdə tutulan qarajın apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin faktiki halları, yəni cavabdehin tikinti həyata keçiridiyi ərazidə mövcud olmaması ilə bağlı hallar baxımından, sübutetmə yükünün üzərində olmasına rəğmən cavabdeh tərəfindən həmin qarajın onun iradəsindən asılı olmayan səbəblərdən nəzarətində olan həmin ərazidən iddiaçı tərəfindən götürülməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir.

78. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

74. Qərara aldı: Cavabdeh1 MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6380/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar