Məhkəmə qərarları › İş №2(102)-593/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-593/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-593/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-1232/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: 1. 22 yun 2018-ci il t arixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. 2. 21 may 2021-ci il tarixdə, saat 22:00 radələrində İddiaçı ona məxsus “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – avtomobil) ilə Ağcabədi-Zərdab yolunda Zərdab rayonu istiqamətdə hərəkətdə olan zaman yolun 23cü kilometrliyində, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində həmin kənd sakini Cavabdeh məxsus iribuynuzlu heyvanlar (bundan sonra heyvanlar) həmin yola- avtomobilin hərəkət istiqamətinə çıxmış və bu zaman avtomobil idarəetməsini itirərək, öz hərəkət zolağında heyvanlardan iki başını vurmuşdur.

3. Ağcabədi R ayon Polis X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyul 2021-ci il tarixli qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə onların əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və onlara baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyanla əlaqədar aralarında yaranmış mülki mübahisələrini həll etmək üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4cü maddəsinə, habelə həmin Məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. 4. "xxxx" MMC-nin 27 may 2021-ci il tarixli rəyinə əsasən, İddiaçı məxsus olan “Hyundai Sonata” markal ı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 may 2021-ci il tarixdə Zərdab-Ağcabədi yolunun 2-ci km-də, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində hərəkətdə olarkən yola çıxan heyvanlarla toqquşmuş və nəticədə avtomobilin müəyyən hissələri əzilmiş və nəticədə avtomobilə 10.844 manat məbləğində maddi ziyan dəymişdir.

5. Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2021-ci il tarixli ekspert rəyinə əsasən, tədqiqata təqdim olunan məlumatlara əsasən, “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısını ala bilməsi ilə əlaqədar hərəkətlərinin texniki-nöqteyi nəzərdən tədqiq edilməsinə lüzum yoxdur.

6. Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2022-ci il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, habelə mülki iş materialla rında olan “Avtoservis və Ticarət Müəssisə” tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli qüsur aktındakı məlumatlara görə, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 8.954 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus “Hyundai Sonata” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 10.844 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı, işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edərək, tələbini onunla əsaslandırmışdır ki, 21 may 2021-ci il tarixdə, saat 22 radələrində özünə məxsus və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi-Zərdab yolu ilə Zərdab rayonu istiqamətdə hərəkətdə olan zaman yolun 23-cü km-də Ağcabədi rayonu, Nəcəfqulubəyli ərazisindən keçən hissəsində cavabdehə məxsus heyvanların həmin yolun avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində o, idarəetməsini itirərək öz hərəkət zolağında iki baş heyvanı vurmuşdur. Hadisə zamanı avtomobilə ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan hər hansı şəxs xəsarət almamışdır. Hadisə yerinə baxış keçirilmiş, protokol və sxem tərtib edilərək materiala əlavə edilmişdir. Ağcabədi rayon Poli s Şöbəsində araşdırma zamanı onun barəsində tərtib edilmiş 21 may 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair “Alkotestr” protokolundan görünür ki, o avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Avtomobilin əzilməsi nəticəsində ona təxminən 10.000 manat məbləğində maddi ziyan dəymişdir. Araşdırma zamanı cavabdeh izahatında göstərmişdir ki, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır, fərdi əməklə məşğul olur və özünə məxsus olan iki baş heyvanını yaşadığı Nəcəfqulubəyli kəndində yerləşən özünə məxsus örüş-otlaq sahəsində otararkən, iddiaçıya məxsus avtomobil idarəetməni itirərək ona məxsus heyvanları vurmuşdur. Bundan sonra iddiaçı, Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə müraciət etmiş, hadisə yerinə polis əməkdaşları çağırılmış və baş vermiş yolnəqliyyat hadisəsi zamanı ona məxsus heyvanların tələf olması nəticəsində ona ümumilikdə 1.500 manat məbləğində maddi ziyan dəydiyi bildirilmişdir. Araşdırma zamanı toplanmış material üzrə ekspertiza təyin edilmiş və ekspertin 02 iyul 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, sözügedən avtomobil 90 km/saatda surətlə öz yolu ilə hərəkətdə olarkən, ani olaraq yolun hərəkət hissəsinə iki heyvan çıxmış və bu zaman sözügedən avtomobillə heyvanlar arasında olan məsafə 20 metr olmuş və avtomobilin 20 metr məsafədə dayandırılması mümkün olmamışdır. Heyvanların vurulma yerinin avtomobilin hərəkət zolağında yerləşməsi və qeyd olunan şəraitdə avtomobilin sürücüsünün hərəkətlərinin “Yol hərəkəti haqqında” Qanunun tələbləri ilə ziddiyyət təşkil etməm əsi nəzərə alınmaqla, avtomobilin sürücüsü kimi onun hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Beləliklə, toplanmış material üzrə müəyyən edilmişdir ki, onun baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hərəkətləri “Yol hərəkəti haqqında” Qanunun tələbləri ilə ziddiyyət təşkil etmir. "xxxx" MMCin 27 may 2021-ci il tarixli rəyinə əsasən, ona məxsus avtomobilə dəymiş maddi ziyan 10.844 manat təşkil edir. İstintaq orqanının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə ona baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanla əlaqədar məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Ona görə də yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi ziyana görə cavabdehdən 10.844 manat pulun tutu lub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

9. Cavabdeh isə iddiaya etiraz edərək göstərmişdir ki, 21 may 2021-ci il tarixdə Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində iddiaçının törətdiyi yol-nəqliyyat hadisəsi üzrə araşdırma aparılmış və istintaq orqanının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, onun əməlində cinayət və yaxud inzibati xətanın əlamətləri olmamış və hər hansı məsuliyyətə cəlb edilməmişdir. Əksinə, sözügedən qərardan görünür ki, iddiaçı, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq yaşayış məntəqəsi ərazisində avtomobili 50 km/saat surət əvəzinə 90 km/saat surətlə idarə etmişdir. Əslində iddiaçının əməlində inzibati xətanın t ərkibi olmuş və hazırda ekspert rəyini mübahisələndirir. Hadisənin baş verdiyi yolda heyvanların keçidi üçün yol qoyulmamışdır. Bu səbəbdən də bütün kənd sakinləri həmin sahədən heyvanları örüş sahəsinə aparıb gətirməyə məcbur olmuşlar. Avtomobilə dəymiş ziyanla bağlı qeyd etmişdir ki, iddiaçı onu birtərəfli qaydada ekspertiza aparmaq səlahiyyəti olmayan orqan tərəfindən yoxlatdırmaqla rəy almışdır ki, həmin rəy sübut kimi qəbul edilə bilməz. İddianın təmin edilməsi onun mülkiyyət hüququnu pozmuş olardı. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(017)-181/2022 saylı qətnaməsi ilə (hakim E.Quliyev) iddia rədd edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı maddi hüquq normaları baxımından baş vermiş hadisə ilə əlaqədar dəymiş maddi ziyanın ödənilməsini tələb etmək hüququna malik olmuş və tələb hüququ yaranmışdır. Lakin, istintaq orqanın “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə tərəflərin əməlində cinayət tərkibi olmadığı üçün, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülməsi üçün Ağcabədi Rayon Polis Şöbəsinə hər hansı bir göstəriş və ya məlumat verilməmiş və onun barəsində hər hansı inzibati qaydada protokol və ya akt tərtib edilməmiş və hər hansı məhkəmə aktı olmamışdır. Halbuki, təqsirlilik yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən oluna bilər.

12. Məhkəmə qeyd etmişdir ki, bunun üçün iddiaçı ilk növbədə cavabdehin təqsirini, sözügedən əməlin baş verməsini, əməlin hüquqa zidd olmasını sübut etməlidir. Qanuna görə iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki halları tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, məhkəmə üçün hüquqi dəyərləndirmə başa çatır. Belə olan halda cavabdehin dəlillərini araşdırmağa ehtiyac qalmır. Çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur, iddiaçının dəlillərinə əsasən iddia əsassız olduğuna görə təmin edilməməlidir.

13. Məhkəmə, göstərilənlərə əsasən qeyd etmişdir ki, iddiaçı yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından baş vermiş hadisə ilə əlaqədar dəymiş ziyanı tələb etmək hüququna malik olsa da, həmin tələbi bilavasitə cavabdehə qarşı yönəltməkdə haqlı olmamışdır.

14. Göründüyü kimi, Ağcabədi rayon məhkəməsində cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı işə baxılmamışdır. Ona görə də məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı “ziyanın əvəzinin ödənilməsi” barədə iddiası əsassız olduğundan rədd edilməlidir.

15. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və pros essual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdehin hərəkətlərində maddi ziyan vurulması ilə nəticələnən, mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozan hər hansı əmələ yol verilməmişdir. Halbuki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş məlumatlara əsasən onun hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Mövcud metodikanın tələblərinə əsasən, heyvanları ötürənlər yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən mal-qara ötürənlərin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyil. Eyni zamanda rəyin əsaslandırıcı his səsində ekspert qeyd etmişdir ki, heyvanlar yola çıxan anda 90 km/saat sürətlə hərəkətdə olan avtomobillə heyvanlar arasında 20 metr məsafə olmuşdur. Bu baxımdan 90 km/saat sürətlə hərəkət edən avtomobilin 20 metr məsafəni qət etməsinə sərf olunan vaxt 0,8 saniyə olmuşdur. Həmin vaxt, yəni 0,8 saniyə ərzində, yəni 20 metr məsafədə 90 km/saat sürətlə hərəkətdə olan avtomobilin dayandırılması mümkün deyil. Ona görə də, heyvanlar yola çıxan anda avtomobillə heyvanlar arasında 20 metr məsafə olması şəraitində avtomobilin sürücüsünün, yəni iddiaçının hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini hesabat aparmaqla tədqiq etməyə lüzum yoxdur.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 17 yanvar 2023-cü il tarixli, 2(106)-88 /2023 saylı qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və P.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(017)-181/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyana görə 8.954 manat pulun tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından, o cümlədən, ekspert rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobil 90 km/saat sürətlə hərəkətdə olmuş, onun hərəkətləri “Yol hərəkəti haqqında” Qanunun tələbləri ilə ziddiyyət təşkil etməmişdir. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı iddiaçın ın qarşısına 20 metr məsafədə heyvanlar çıxmış, avtomobillə heyvanlar arasında 20 metr məsafənin olmasına görə, 90 km/saat sürətlə hərəkətdə olan avtomobilin 20 metr məsafədə dayandırılması mümkün olmamışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya baxışında dindirilmiş ekspert göstərilən vəziyyətdə iddiaçının yol hərəkəti qaydalarının tələblərini pozmadığını, həmçinin onun avtomobili saxlamağa texniki cəhətdən imkanının olmadığını bildirmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsindəki izahatında iddiaçının yol hərəkəti qaydalarını pozaraq, yol nişanlarına məhəl qoymadan avtomobili yüksək sürətlə idarə etdiyini, nəticədə yol-nəqliyyat hadisəsi baş verdiyini, sonuncunun ona məxsus 2 baş heyvanı vurub öldürməklə ona maddi ziyan vurduğ unu, özünə məxsus heyvanları örüşdən evinə gətirmək üçün müəyyən olunmuş yerdən keçirdiyini, hadisədə onun heç bir təqsirinin olmadığını bildirsə də, işin hallarından cavabdehin heyvanları müəyyən edilmiş yerdən keçirməsi müəyyən edilməmişdir.

22. Məhkəmə kollegiyası işin hallarına əsaslanaraq qeyd etmişdir ki, sözügedən heyvanların sahibi olan cavabdeh mal-qaranı yola nəzarətsiz buraxmış, günün qaranlıq vaxtı və ya məhdud görmə şəraitində yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmişdir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, heyvanları ötürən cavabdehin yol hərəkəti qaydalarını pozması, yəni mal-qaranı yola nəzarətsiz buraxması, mal-qaranı asfalt və sement-beton örtüklü yolla ötürməsi, mal-qaranı günün qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yol un bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerindən keçirməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.5.5-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur.

24. İddiaçının polis orqanı tərəfindən inzibati məsuliyyətə, yəni inzibati qaydada cərimə növündə inzibati məsuliyyətə cəlb olunmaması, onun hüquqazidd hərəkətinin (hərəkətsizliyinin) olmaması, inzibati xəta (delikt) törətməsi faktını istisna edən hal kimi qiymətləndirilməməlidir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının avtomobilinə zərər vurulması aşkardır, həmin zərər cavabdehin hüquqazidd hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmuşdur, sonuncunun qanunazidd hərəkətsizliyi ilə bu hərəkətsizliyin nəticəsi arasında səbəbli əlaqə vardır.

26. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçının avtomobilinə ziyan vurulması, ziyanın cavabdeh tərəfindən vurulması, sonuncunun hərəkətlərinin qanunazidd olması və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Cavabdeh tərəf vurulmuş ziyanın miqdarı ilə bağlı etiraz bildirməmişdir. Ona görə də iddia 8.954 manat məbləğdə təmin edilməlidir.

27. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1097-ci maddələrinə, İXM-in 338.5.1, 338.5.5-ci maddələrinə, habelə MPM-in 77-ci maddəsinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

28. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Azərbaycan Re spublikası Ali Məhkəməsi Mülki kollegiyasının 22 may 2023-cü il tarixli, 2(102)-2094/2023 saylı qərarı ilə (hakimlər A.Q.Hüseynov (məruzəçi), Ə.G.Nurməmmədov və Z.B.Babayev) kassasiya şikayəti təmin edilmiş, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

30. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilib-törədilmədiyinin müəyyən olunması mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin vəzifəsidir. Həmçinin törədilməsi müəyyən edilən mülki hüquq pozuntusunun eyni zamanda c inayət və ya inzibati xəta tərkibi yaratması da istisna deyil. Lakin, mülki icraat qaydasında işə baxan məhkəmənin cinayət-mühakimə icraatı və ya inzibati xətaya dair icraat qaydasında qəbul edilmiş müvafiq məhkəmə aktı olmadan şəxsin hər hansı cinayət əməli və ya inzibati xəta törətməsi barədə nəticəyə gəlinməsi MPM-in 81-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddəyə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələbinə zidd olaraq cavabdehin əməlinin İXM-in 338.5.1, 338.5.5-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olduğu barədə qənaətə gəlmişdir.

31. Kassasiya instansiyası məhkəmə si qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə mövqeyini cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərarı və Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə əsaslandırmışdır. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərarı da Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2021-ci il tarixli rəyinə istinadla əsaslandırılmışdır. Eyni ekspert (Hikmət İbişov) tərəfindən verilmiş hər iki rəy oxşar məzmunlu olmuş, rəylərin nəticə hissəsində iddiaçının hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum olmadığı göstərilmişdir. İkinci rəydə isə əlavə olaraq qeyd edilmişdir ki, heyvanları ötürənlə rin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyil.

32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübut qismində istinad olunmuş rəyin nəticə hissəsində qoyulan sualların tədqiq olunmasına zərurət olmadığı və ekspertin səlahiyyətinə aid olmadığı qeyd edilmiş, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 26-cı maddəsinin tələblərinə uyğun hər hansı nəticə ifadə edilməmişdir. Rəyin nəticə hissəsində qeyd olunanlar istinad edilən Qanunun 12-ci maddəsinə əsasən əslində ekspertin rəy verməkdən imtina etdiyi barədə qənaətə gəlmək üçün əsas verir. Buna baxmayaraq apellyasiya baxışı zamanı dindirilmiş ekspert rəydən kənara çıxaraq, ekspert qarşısında qoyulmuş suallara mahiyyəti üzrə cavab vermişdir. Halbuki, MPM-in 205.1-ci maddəsinə əsasən, ekspertə suallar onun rəyini ay dınlaşdırmaq və tamamlamaq üçün verilə bilərdi. Ekspert rəy verməkdən imtina etdiyi halda isə ekspertin dindirilməsinin məqsədi qeyri-müəyyəndir.

33. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad olunan hüquq normalarına zidd olaraq ekspertin mahiyyətcə rəy vermək dən imtina edilməsi barədə mövqeyi mötəbər sübut kimi qiymətləndirilmiş və həmin sübut əsasında işin hallarını müəyyən etmişdir.

34. Qeyd olunanlarla yanaşı, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, hadisə ilə bağlı inzibati xətaya dair məsuliyyətə cəlb olunmayıb, hadisənin baş verdiyi yerdə heyvanların keçidi üçün yol qoyulmayıb və bu səbəbdən də bütün kənd sakinləri məcbur olaraq həmin yol vasitəsilə heyvanları örüşə aparır və bu vəziyyəti bütün sürücülər nəzərə alır. Yolun hadisə baş verən hissəsində piyada və heyvan keçidi yol nişanları var, həmin ərazidə hərəkət sürəti 60 km/saatdan çox ola bilməz. Cavabdeh etirazını təsdiq etmək üçün məhkəməyə fotoşəkillər, sxemlər təqdim etmişdir. Lakin işə baxmış apellya siya instansiyası məhkəməsi cavabdehin dəlillərinə, onun təqdim etdiyi sübutlara qiymət verməmişdir. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

35. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinə və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1, 12 və 26-cı maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Təkrar icraat zamanı keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2023cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunmuş məlumatlara görə, iddiaçının hərəkəti üçün təhlükəni keçmə müddəti hətta onun avtomobilinin tormoz sisteminin işə düşməsi üçün lazım olan vaxtdan kiçik olduğundan, avtomobilin sürücüsü kimi iddiaçının hadisənin qarşısını alması ilə əlaqədar digər texniki hesablamalarla tədqiqat aparmağa lüzum yoxdur, mövcud vəziyyətdə iddiaçının hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə zidd uyğunsuzluq olmamışdır. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, mülki i ş materialına əlavə edilmiş vərəq 48-50-də və vərəq 134-də olan fotoşəkillərdə və sxemlərdə qeyd olunan şəraitdə hadisə yerində icazə verilən maksimum sürət həddi 90 km/saat olmuşdur. Hadisə yerinə çatmamış 1.24 “mal-qara keçidi”, daha sonra 1.20 “piyada keçidi” yol nişanlarının olması mülki iş materialına əlavə edilmiş vərəq 48-50-də və vərəq 134-də olan fotoşəkillərdə və sxemlərdə olan məlumatlardır. Lakin, hadisə yerində həmin yol nişanlarının olub-olmamasının müəyyən edilməsi ekspertin səlahiyyətinə aid deyil.

37. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 27 sentyabr 2023-cü il tarixli məktubuna əsasən, Ucar-Zərdab-Ağcabədi respublika əhəmiyyətli avtomobil yolu yenidən qurularaq 2021-ci ilin fevralında istismara verilmiş və bu səbəbdən də yol yenidən qurulduğu üçün yol nişanları ilə təchiz olunmuşdur. Hazırda sözügedən avtomobil yolunun Ağcabədi-Zərdab istiqaməti üzrə 23-cü km sahəsində inşa olunmuş yeraltı heyvan keçidi üçün yol üzərində heyvanların keçidi nişanı mövcuddur. Yolun həmin sahəsi yaşayış sahəsini əhatə etmədiyini və orada avtobus dayanacağı yerləşmədiyini nəzərə alaraq piyada keçidi üçün yol nişanı quraşdırılmamışdır. Məktuba əlavə olunmuş fotoşəkillərdə yeraltı heyvan keçidi və üzərindəki yolda heyvan keçidi nişanı göstərilmişdir.

38. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(106)-1232/2023 saylı qətnaməsi ilə (hakimlər Z.M.Allahyarov (sədrlik edən və məruzəçi), C.F.İmanov və S.F.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(017)-181/2022 say lı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin delikt normaları çərçivəsində məsuliyyət daşıması üçün tələb olunan zəruri şərtlərdən biri səbəbli əlaqədir. Hazırkı işdə iddiaçıya maddi zərər dəyməsində cavabdehin təqsirli olması öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi müəyyən olunmur. Belə ki, onun cinayət əməli və ya inzibati xəta törətməsi barədə məhkəmə qərarı yoxdur.

40. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh də iddiaya etirazında göstərmişdir ki, hadisə ilə bağlı inzibati xətaya dair məsuliyyətə cəlb olunmayıb, hadisənin baş verdiyi yerdə heyvan keçidi üçün yol qoyulmayıb və bu səbəbdən də bütün kənd sakinləri məcbur olaraq həmin yol vasi təsilə heyvanları örüşə aparır və bu vəziyyəti bütün sürücülər nəzərə alır. Yolun hadisə baş verən hissəsində piyada və heyvan keçidi yol nişanları vardır, həmin ərazidə hərəkət sürəti 60 km/saatdan çox ola bilməz. Cavabdeh etirazını təsdiq etmək üçün məhkəməyə fotoşəkillər, sxemlər təqdim etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, cavabdehin hərəkətlərində iddiaçıya maddi ziyan vurulması ilə nəticələnən təqsirlilik, mülki qanunvericili yin tələblərini kobud şəkildə pozan əməl açıq aşkar göründüyü halda, eyni zamanda məhkəmədə həmin əməlin müəyyən edilməsi səlahiyyətinin və mümkünlüyünün mövcud olması halında apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1096-cı maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin cavabdehin əməlində İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.5.5-ci maddələrinin tərkibi olmuş, lakin istintaq orqanı cavabdehin məsuliyyətə cəlb edilməsi üçün hər hansı tədbir görməmiş, yekunda iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına şərait yaradan və iddia tələbinin rədd edilməsi üçün əsas verən hərəkətlər etmişdir. Qətnamə məhz inzibati xətanın müəyyən edilməməsi, cavabdehin qərəzli hərəkətlər etməsi və delikt törətməsinin müəyyən edilməməsi səbəbindən qəbul edilmişdir. Halbuki, MPM- in 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hüquq norması dedikdə həm maddi, həm də prosessual hüquq norması başa düşülür. Belə olan halda məhkəmə qeyd edilən prosessual hüquq normalarına istinad etməklə cavabdehin, eyni zamanda təhqiqatçının əməlinə qiymət verilməsi üçün xüsusi qərardad qəbul etməklə prokurora məlumat verə biləcəyi halda, xüsusi qərardad qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Re spublikasının Mülki Məcəlləsi

44. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

45. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

46. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

47. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

50. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izah atları ilə müəyyən edilir.

51. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

56. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, hazırkı mülki mübahisəyə tətbiq edilməli olan qanunu tətbiq etməməklə maddi hüquq normalarının tələblərini pozub. Bu isə, Mülki Prosessual Məcəllənin 417.1.4, 417.2-ci maddələrinin tələblər inə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və işin müəyyən edilmiş halları və sübutlar əsasında yeni qərar çıxarılması üçün əsasdır.

57. Belə ki, işin mübahisə olunmayan hallarına görə, 22 yun 2018-ci il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən, 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xüsusi mülkiyyətindədir. 21 may 2021-ci il tarixdə, saat 22:00 radələrində iddiaçı həmin avtomobillə Ağcabədi-Zərdab yolunda Zərdab rayonu istiqamətində hərəkətdə olarkən, yolun 23-cü kilometrliyində, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, həmin kənd sakini olan cavabdehə məxsus heyvanlar yola, yəni avtomobilin hərəkət istiqamətinə çıxıb və bu zaman avtomobil idarəetməsini itirərək, öz hərəkət zolağında iki baş heyvanı vurub və nəticədə iddiaçıya məxsus avtomobilə maddi zərər dəyib.

58. Həmçinin işin müəyyən edilmiş digər hallarına görə, yol-nəqliyyat hadisəsi baş verərkən sözügedən avtomobil 90 km/saat sürətlə hərəkətdə olub, iddiaçının hərəkətləri “Yol hərəkəti haqqında” Qanunun tələbləri ilə ziddiyyət təşkil etməyib. Belə ki, iddiaçının idarə etdiyi avtomobilin qarşısına 20 metr məsafədə heyvanlar çıxıb və avtomobillə heyvanlar arasında 20 metr məsafə olduğu üçün 90 km/saat sürətlə hərəkətdə olan avtomobilin 20 metr məsafədə dayandırılması mümkün olmayıb.

59. Göründüyü kimi, hazırkı halda iddiaçının yol hərəkəti qaydalarını pozması, başqa sözlə yol-nəqliyyat hadisəsində onun təqsiri müəyyən olunmur və onun avtomobili sax lamağa texniki cəhətdən imkanı olmayıb.

60. Cavabdeh birinci instansiya məhkəməsindəki izahatında iddiaçının yol hərəkəti qaydalarını pozaraq, yol nişanlarına məhəl qoymadan avtomobili yüksək sürətlə idarə etdiyini, nəticədə yol-nəqliyyat hadisəsi baş verdiyini, sonuncunun ona məxsus 2 baş heyvanı vurub öldürməklə ona maddi ziyan vurduğunu, özünə məxsus heyvanları örüşdən evinə gətirmək üçün müəyyən olunmuş yerdən keçirdiyini, hadisədə onun heç bir təqsirinin olmadığını bildirsə də, işin hallarından cavabdehin heyvanları müəyyən edilmiş yerdən keçirməsi müəyyən olunmur.

61. Əksinə, işin hallarına görə, cavabdeh sözügedən heyvanları əslində respublika əhəmiyyətli yola nəzarətsiz buraxıb, yəni heyvanları günün qaranlıq vaxtı və ya məhdud görmə şəraitində yolun bu məqsəd üçün xüsusi olaraq ay rılmayan yerindən keçirib.

62. Göründüyü kimi, cavabdehin heyvanları yolun bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerindən keçirməsi, yəni əslində heyvanları respublika əhəmiyyətli yola nəzarətsiz buraxması, heyvanları asfalt və sement-beton örtüklü yolla ötürməsi mülki iş materialları ilə istisna edilmir.

63. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, işin hallarına görə cavabdehin təqsiri açıq-aşkar olduğundan, onun cinayət və ya inzibati məsuliyyətə cəlb edilməməsi və bu barədə müvafiq məhkəmə aktının və ya istintaq orqanının qərarının olmaması, cavabdehin mülki məsuliyyətə cəlb edilməsinə və onun iddiaçıya vurduğu maddi zərəri ödəməsinə mane ola bilməz.

64. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması il ə razılaşmır və hesab edir ki, cavabdehin hərəkətlərində açıq-aşkar Mülki Məcəllənin 1110-cu maddəsində nəzərdə tutulun normanın dispozitiv əlamətləri vardır. Ona görə də hazırkı işin obyektiv həlli üçün ilk növbədə həmin normanın dispozitiv əlamətləri ilə Mülki Məcəllənin 21, 1096, 1097, 1115-ci maddələrinin dispozitiv əlamətləri qarşılıqlı şəkildə təhlil edilməlidir.

65. Əvvəla, qanuna zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunan, yaxud icazə verilən hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmayan, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər dəyir.

66. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilən və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

67. Hazırkı halda da iddiaçının cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlir.

68. Mülki Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şə xsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

69. Göründüyü kimi, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin eyni vaxtda mövcud olması zəruridir. Yəni, üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl, mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: birincisi, törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; ikincisi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; üçüncüsü, ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması.

70. Mülki Məcəllənin 1097.1-ci maddə sinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə də qoyula bilər.

71. Eyni zamanda həmin Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.

72. Normanın mənasına görə, heyvan, sahibinin nəzarətindən çıxmış olsa belə, heyvan sahibi heyvanın vurduğu zərərin əvəzini ödəməlidir. Bu onunla izah olunur ki, heyvan sahibi heyvanın öz nəzarəti altında saxlanlmasını təmin etməli, itmiş və ya qaçmış heyvanın tapılaraq öz nəzarəti altına alınmasına nail olmalıdır. Heyvanın sahibi heyvanın vurduğu zərərin əvəzini ödəməkdən yalnız o, halda azad oluna bilər ki, o üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüş olsun. Yəni, itmiş və ya qaçmış heyvanı öz nəzarəti altına almaq üçün təxirəsalınmaz hərəkətlər etmiş olsun; heyvanı yolun xüsusi ayrılmış hissəsindən keçirmiş olsun və sair.

73. Hazırkı işdə, cavabdehin hərəkətləri sadalanan normaların dispozitiv əlamətləri ilə uzlaşmır. Belə ki, o sahibliyində olan iri buynuzlu heyvanları günün qaranlıq vaxtı və ya məhdud görmə şəraitində respublika əhəmiyyətli yolun heyvanlar üçün xüsusi ayrılmay an yerindən keçirib və faktiki olaraq heyvanları nəzarətsiz buraxıb, həmin heyvanlar isə iddiaçıya məxsus avtomobillə toqquşub və nəticədə avtomobilə maddi zərər dəyib.

74. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı mülki mübahisəyə tətbiq edilməli olan normanı, yəni Mülki Məcəllənin 1110-ci maddəsini tətbiq etməməklə MPM-in 386, 418.1-ci maddələrinin tələblərini pozub. Bu isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

75. Halbuki, işə əlavə edilmiş çoxsaylı sübutlarla, fotoşəkillərlə, aidiyyəti qurumların arayışları ilə müəyyən olunur ki, Ucar-Zərdab-Ağcabədi yolu, respublika əhəmiyyətli avtomobil yolu olmaqla yenidən qurulub və 2021-ci ilin fevral ayından istismara verilib. Həmin avtomobil yolunun Ağcabədi-Zərdab is tiqaməti üzrə 23-cü km sahəsində yeraltı heyvan keçidi inşa edilib və yolun üzərinə mal-qara keçidi nişanı qoyulub.

76. Göründüyü kimi, sözügedən yolun üzərində heyvanların keçidi üçün yol nişanı olmasına baxmayaraq, cavabdeh sahibliyində olan heyvanları həmin yolda xüsusi inşa edilmiş yeraltı heyvan keçidindən deyil, günün qaranlıq vaxtı və ya məhdud görmə şəraitində xüsusi ayrılmayan yerindən keçirməklə Mülki Məcəllənin 1110-cu maddəsində nəzərdə tutulan mülki hüquq pozuntusuna yol verib.

77. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh, sözügedən heyvanların sahibi kimi həmin heyvanların iddiaçıya məxsus avtomobilə vurduqları zərərin əvəzini ödəməyə borcludur.

78. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normanın tələblərini pozaraq, cavabdehin açıq-aşkar iddiaçıya qarşı Mülki Məcəllənin 1110-cu maddəsində nəzərdə tutulun mülki hüquq pozuntusuna yol verdiyini, onun törətdiyi əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində iddiaçıya ziyan vurulduğunu, iddiaçıya vurulmuş ziyanla cavabdehin hüquqa zidd əməli (hərəkəti və ya hərəkətsizliyi) arasında səbəbli əlaqənin olduğunu nəzərə almayıb.

79. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının avtomobilinə dəymiş maddi ziyana görə cavabdehin təqsirli olması, sonuncunun iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi mülki iş materialları ilə istisna edilmədiyinə görə, o heyvanların vurduğu zərərin əvəzini iddiaçıya ödəməyə borcludur.

80. Digər tərəfdən, kassasiya şikayətinin dəlillərindən, habelə işə əlavə edilmiş digər sübutlardan görünür ki, məhz iddiaçının şikayətinə əsasən, Ağcabədi rayon məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 6(017)-9/2023 saylı qərarı ilə Ağcabədi rayon X3 Bölməsinin HK-1/1418 saylı material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 iyul 2021-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilib və material üzrə araşdırmanın qanuni və obyektiv aparılması Ağcabədi Rayon Prokuroruna həvalə edilib. Hazırda bu barədə yekun qərar yoxdur.

81. Daha sonra, işə əlavə edilmiş mötəbər sübutlardan, o cümlədən ekspert rəyindən görünür ki, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Hyundai Sonata” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8.954 manat təşkil edir.

82. Mülki Məcəllənin 21-ci maddəsində gö stərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

83. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

84. Beləliklə, sözügedən normalarda nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir və Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yarana n maddi zərərin əvəzinin ödənilməsini nəzərdə tutur.

85. Həmçinin, Mülki Məcəllənin 1115-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

86. Normanın mənasına görə, məhkəmə zərər vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq həm də vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.

87. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehdən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə vurduğu ziyana görə sonuncunun xeyrinə 8.954 manat pul tutulm alıdır.

88. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

89. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassas iya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməli, cavabdehdən yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş ziyana görə 8.954 manat məbləğində pul tutularaq iddiaçıya verilməli və qalan hissədə iddia rədd olunmalıdır.

90. Habelə ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 170 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(106)-1232/2023 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul olunsun. İddia qismən təmin edilsin, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş ziyana görə 8.954 manat pul tutularaq İddiaçı Şəmsəddin oğluna verilsin və qalan hissədə iddia rədd olunsun. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 170 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar