Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5931/2022 12.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1, iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı iş üzrə İş № 2(102)-5931/2022 (Açar sözlər: fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi” tələbinə və iddiaçılar Cavabdeh1 və X1 cavabdehlər İddiaçı1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsı z hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3754/2022 nömrəli, 6 iyul 2022-ci il tarixli qətnaməsindən ikinci iddia üzrə İddiaçı2 Əlisəfa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri 12 saylı Notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ünvan 1vanında yerləşən, ümumi sahəsi 1781,9 kv metr olan fərid yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 347 kv metr (B tikilisi) sahəni 520000 manata İddiaçı1 satmış, müqavilənin şərtinə əsasən İddiaçı1 520000 manat vəsaiti notariusun b ankda açılan depozit hesabı vasitəsilə ödəyir. Satıcı Cavabdeh1 müqavilənin şərtinə əsasən xx.xx.2021-ci tarixədək mənzili boşaldaraq alıcı İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı1 tərəfindən mənzilin müəyyən edilmiş 520000 manat dəyəri tam şəkildə satıcı Cavabdeh1 ödənilməsi üçün notariusun depozit hesabına ödənilmişdir.
2. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 ünvan 1vanında yerləşən B tikilisinə mülkiyyət hüququ **********44-10301 reyestr nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
3. İddiaçı1 xx.xx.2021-ci il tarixdə Cavabdeh1 xəbərdarlıq məktubu ünvanlanaraq 3 iş günü ərzində ünvan 1vanında yerləşən, ümumi sahəsi 1781,9 kv metr olan fərid ya şayış evinin paylı mülkiyyət üzrə ona məxsus 347 kv metr (B tikilisi) sahənin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələb olunmuşdur.
4. Əmlak Qiymətləndirmə Mərkəzi MMC-nin xx.xx.2020-ci il tarixli rəyinə əsasən ünvan 1vanında yerləşən 1kv metr manat olmaqla ümumilikdə 347 kv. sahənin dəyəri ******* manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1781,9 kv metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə İddiaçı1 məxsus 347 kv metr (B tikilisi) sahəsinin Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılması və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1vanında yerləşən, ümumi sahəsi 1781,9 kv metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə Cavabdeh1 məxsus 347 kv metr (B tikilisi) sahəni xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında sonuncudan 520000 manata almış, bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********44-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasan, cavabdeh xx.xx.2021-ci il tarixinədək fərdi yaşayış evini boşaldıb onun faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lakin 2 aydan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən fərdi yaşayış evinin ona təhv il verilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən sahənin ona təhvil verilməməsi mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Onun tərəfindən xx.xx.2021- ci il tarixdə cavabdehə xəbərdarlıq məktubu ünvanlanmış, həmin xəbərdarlıq məktubuna cavabdeh tərəfindən münasibət bildirilməmişdir.
6. İddiaçılar Cavabdeh1 və X2 cavabdehlər İddiaçı1 və Cavabdeh2 iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair Bakı şəhəri 12 saylı notariat kontorunda bağlanmış xx.xx.2021-ci il tarixli AV-1N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin aldatma və hakimiyyətdən sui-istifadə yolu ilə bağlandığından etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçılar işin yuxarıda qey d edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı2 Əlisəfa oğlu Cavabdeh2 iş təklifi alaraq 2009-cu ildən 2015-ci ilə qədər olan müddətdə Bakı və Abşeron rayonu ərazilərində ******* manatlıq tikinti işləri həyata keçirmiş, lakin, Cavabdeh2 onun faktiki başa çatdırdığı həmin tikinti-avadanlıq işlərinə görə xərclədiyi pullardan, yalnız ******* manatını ödəmiş, qalan 2 milyon manat pulu ödəməmək məqsədi ilə o zaman Azərbaycan Respublikası Prezident Administrasiyasında tutduğu mühüm vəzifədən sui-istifadə edərək onu, həm kriminal aləmin nümayəndələrini cəlb etməklə qorxutmuş, həm də məhkəmələrə öz həyat yoldaşı Südabə Xəlilovanı iddiaçı qismində cəlb etməklə, ağlabatmayan dəlillərlə və hansısa qaranlıq yollarla ondan 500000 manat pul vəsaiti almaq barədə yek un qərar çıxarılmasına nail olmuşdur. Belə ki, Cavabdeh2 gördüyü işlərə görə 2 milyon manat külli miqdarda pulunu ödəmədiyinə görə, dəfələrlə bu pulları tələb etdiyini görərək, bunun qarşısını almaq məqsədi ilə, əvvəlcə iş ofisinə şübhəli bir nəfər kriminal şəxs göndərmiş, daha sonra isə 7 nəfərlə evinə basqın təşkil etdirmişdir. Basqınçılar onu Hikmətdən pul tələb ediyi hallarda cəzalandıracaqları ilə hədələmişlər. Həmin basqınçıları görən ailə üzvləri bərk qorxuya düşmüşlər. Bunun ardınca isə, o zamanlar hələ sağ olan məşhur kriminal aləm rəhbəri Lotu Qulinin adından bir nəfərin rəhbərliyi ilə quldur dəstəsi yaşadığı evin qabağına gələrək, ona zəng etmiş və yanına çağırmışdır. O, həmin adamı onu Cavabdeh2 pul istəyəcəyi halda, oğlunu öldürməklə hədələmiş və özünün Lotu Quli adından gəldi yini bildirmişdir. Özü də, sarsılmış, anlaqsız halda Cavabdeh2 axtararaq tapmış və onun boğazından yapışaraq, olmuş hadisələri ona xatırlatmış, pullarını-heç olmasa 500000 manatını təcili verməyi tələb etmişdir. Hikmət bu dəfə ona 500000 manat vermiş, o da dərhal həmin məbləği borclu olduqlarına çatdırmışdır. Bu hadisələrdən sonra, Cavabdeh2 quldur hücumlarını dayandıraraq, ona qarşı məhkəmə çəkişmələri ilə hücumlar etmişdir. Həyat yoldaşı Südabə Xəlilovanın adına rəsmiləşdirilən, lakin onunla hesablaşmaları özünün apardığı Abşeron rayonu, Qobu qəsəbəsində 5,97 ha. sahədə ona sifariş edərək tikdirdiyi Az DekoPanel adlanan zavodun tikintisi başa çatandan sonra onların həmin zavoda çəkdikləri xərcləri ödəməmək naminə, onlara qarşı Abşeron Rayon Məhkəməsində həyat yoldaşı adından iddia qaldır ılaraq, zavodun qeyri-qanuni tikilməsi ilə bağlı mübahisələndirmə açmışdırlar. Əlində Südabə xanımın onun emailinə öz elektron poçtundan göndərdiyi sənəddə onların məlum zavodun tikintisindən işin ən əvvəlindən tam məlumatlı olmaları kimi təkzibolunmaz sübutlar, zavodun inşasında işləyən şahidlər, həmçinin, Cavabdeh2 özünün onun şikayəti əsasında 2016-cı ildə Nərimanov Rayon Polis İdarəsində verdiyi izahatında tikinti materialları zavodunun tikintisinə görə ona şəxsən tapşırıq verdiyi barədə aşkar qeydi olmasına baxmayaraq, mülki məhkəmə prosesi, hər iki tərəfin iddiaları ilə bütün məhkəmə instansiyalarından keçəndən sonra, kassasiya mərhələsində, guya onun onlar aldadaraq xəlvət olaraq həmin zavodu tikməyi ilə əlaqədar, Cavabdeh2 həyat yoldaşının xeyrinə olaraq ondan 500000 manat pul tutu lması və zavodun qeyri-qanuni tikili kimi sökülməsi kimi onun əleyhinə yönəlmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2019-cu il tarixli 2(105)-329/2019 saylı qətnaməsini təsdiq edən qərar qəbul olundu. Onun da Hikmətə görə əvvəldən tanıdığı, onun işçisi, həm də "xxxx" MMC-nin rəhbəri olan hazırkı halda cavabdeh İddiaçı1 onu, təxminən 18-20 aprel 2021-ci il tarixdə Bayraq meydanındakı ofisinə dəvət etmiş, o da o vaxtlar sürücüsü işləyən Həmid Abdullayevlə birlikdə həmin ünvana getmişdir. İddiaçı1 iş otağında söhbətdə Həmid Abdullayev də şahidlik etmişdir. Söhbət zamanı İddiaçı1 onu bildirmişdir ki, Cavabdeh2 onun pulunu ödəmək istəyir, amma bir şərti vardır. Şərt ondan ibarətdir ki, gərək o, əvvəlcə məhkəmə qərarının icrası üçün tələb olunan 500000 manatı ödəsin. Yalnız bundan sonr a, bir həftə ərzində öz haqq-hesablarını təkrar hesablayacaqlar. Hikmətin ona nə qədər borcu qalıbsa, ordaca ödəyəcək". O, pul və əmlakı olmadığını İddiaçı1 bildirdikdə, o qızının adına olan evini İlhamın öz adına keçirməklə, bu məsələnin həll ola biləcəyini bildirmişdir. Onların söhbətlərı zamanı Cavabdeh2 İddiaçı1la daim zəng əlaqəsi saxlamış, İlham ona söhbətin gedişi barədə məlumat vermişdir. O, qızı Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda yerləşən 1781,9 kv metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 347 kv metr sahəsinin satışdan cəmi bir həftə sonra Cavabdeh2 2 milyon manatadək pulunu ala biləcəyi pozitiv şərti ilə satılmasının lazım olduğunu ona bildirdikdə, atası olduğu səbəbindən razılaşmışdır. Nəticədə, rəsmi qiymətləndirici cəlb etmişdirlər. Qiymətləndirici 1.450000 manat qiymət müəyyənləşdirərək, rəsmi sənəd vermişdir. Arada 500000 manatdan əlavə onlara çatası 950000 manat qaldığını İddiaçı1 bildirdikdə, o demişdir ki, "onsuz da, evin satışından bir həftə sonra Cavabdeh2la görüşürəcəklər, bu 950000 manat fərqi də həmin görüş zamanı hesablaşmalarında nəzərə alarlar". İddiaçı1, Cavabdeh2 adından, həmçinin bildirmişdir ki, 35000 manat icra şöbəsinin 7 faizlik rüsüm pulunu da Hikmətin hesabından özləri ödəyəcəklər. Beləliklə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 12 saylı notarial kontorunda Cavabdeh1 ilə İddiaçı1 arasında qiyməti, əslində ******* manat razılaşdırılmış məlum ünvanlı evin alqı-satqısı, pozitiv şərt altında 520000 manat məbləğ (notarial və vergi xərcləri ilə birlikdə) kimi həyata keçirilmişdir. Cavabdeh2 ssenarisi əsasında 500000 manat pulun Süd abə Xəlilovaya, guya çatdırılması tamaşası təmin edilmişdir. Əslində İddiaçı1 ev almamışdı, həmin notariusda depozitə qoyulan 520000 manat da elə Cavabdeh2 öz pulu idi. Şərtlərinə uyğun olaraq, qızı Cavabdeh1, Cavabdeh2la alqı-satqıdan bir həftə sonrakı görüşədək evdə yaşamağa davam etməli idi. Lakin, Cavabdeh2 görüşdən qaçdığından, təbii ki, Cavabdeh1 evdə yaşamağa davam edirdi. 06 iyul 2021-ci il tarixdə Cavabdeh1 adına İddiaçı1, evin boşaldılması ilə bağlı xəbərdarlıq məktubu daxil olduqdan sonra onlar aldadılma yolu ilə Cavabdeh1 əmlakının ələ keçirildiyini başa düşmüşdürlər.
8. Daha sonra, iddiaçılar Cavabdeh1 və İddiaçı2 Əlisəfa oğlu məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair Bakı şəhəri 12 saylı njotariat kont orunda bağlanmış xx.xx.2021-ci il tarixli AV-1N ******* nömrəli daşınnmaz əmlakın alqı-satqı müqaviləsinin aldatma və hakimiyyətdən suiistifadə yolu ilə bağlandığından etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)5395/2021 nömrəli qərardadı ilə 2(004)-5395/2021 nömrəli mülki iş 2(004)-5088/2021 nömrəli mülki işə birləşdirilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya – məhkəməsi) 18 yanvar 2022-ci il tarixli 2(004)-171/2022 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı “fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1781,9 kv metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə İddiaçı1 məxsus 347 kv metr (B tikilisi) sahəsinin Cavabdeh1 tərəfindən öz vəsaiti hesabına boşaldılaraq İddiaçı1 təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı1 aid edilməsi, birləşdirilmiş mülki iş üzrə iddiaçılar Cavabdeh1 və İddiaçı2 Əlisəfa oğlunun cavabdehlər İddiaçı1 və Cavabdeh2 David oğluna qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı2 Əlisəfa oğluna aid edilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil birinci iddia üzrə iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 mülkiyyətçi kimi keçmiş mülkiyyətçi olan Cavabdeh1 onun mülkiyyətindəki fərdi yaşayış sahəsini öz vəsaiti hesabına boşaldılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlıdır. Birləşdirilmiş iş üzrə iddia ərizəsində götərilənlər iddiaçıların şəxsi mülahizələri və qənaətləri olmaqla, heç bir mötəbər yazılı sübuta söykənmir və məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar yoxdur.
13. Məhkəmə öz m övqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1, 152.4, 152.5, 157.1, 157.2, 157.4, 157.5, 324, 339, 394, 405.1, 567, 597.1, 646.1, 646.2 və 648.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İkinci iddia üzrə İddiaçı2 Əlisəfa oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qızının evini o şərtlə məlum məhkəmə ödənişinə yönəltməyə razılıq vermişdir ki, alqı-satqı müqaviləsindən bir həftə sonra Cavabdeh2 ona olan 2 milyon manat borcunu ödəyəcəkdir. Cavabdeh2 da şərtə əməl etmədiyi üçün pozitiv şərt, yəni qızının evinin İddiaçı1 satılması ilə bağlı alqı-satqı müqaviləsi etibarsız hesab edilməli idi.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-3754/2022 nömrəli iş üzrə 6 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzil birinci iddia üzrə iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanun suz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili cavabdehlərin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Cavabdeh1 hərəkətləri əmlakın mülkiyyətçisi olan İddiaçı1 mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır.
18. Apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinə aid hissədə qeyd etmişdir ki, məhkəmənin qənaəti düzgün olmuşdur, belə ki, müqavilənin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilməmiş, iddiaçılar Cavabdeh1 və İddiaçı2 isə istinad etdikləri halları sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 20. ikinci idda üzrə İddiaçı2 Əlisəfa oğlu Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
19. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə
20. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
21. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.
27. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ikinci idda üzrə iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddiaçının kassasiya şikayəti əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq p rosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İkinci iddia üzrə İddiaçı2 Əlisəfa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3754/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxl