Məhkəmə qərarları › İş №2(102)-5937/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5937/2019

23.09.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5937/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, VXyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, vəkili X iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 mart 2019-cu il tarixli qərardadından İddiaçı X qızının və onun vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ünvan X4 Cavabdeh2 və qeyrilərinə qarşı «torpaq sahəsinin qeydə alınmış koordinatlarının etibarsız hesab edilməsi» tələbinə dair i ddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində ünvan bağ sahəsi kimi qeydiyyata alınmış torpaq sahəsinə verilmiş koordinatların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan saylı bağ sahəsinin Daşınmız Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışda göstərilmiş koordinatlar çərçivəsində boşaldılması, sahənin girişində quraşdırılmış dəmir darvazanın çıxarılması və onun 6 daş hündürlüyündə hörülmüş hasarının üzərində tikilmiş əlavə daşların sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(003)157/2018 saylı qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) ilk id dia təmin edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrX 31 yanvar 2017-ci il tarixli çıxarışı ilə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış ünvan saylı bağ sahəsi ilə bağlı ünvan X2 istifadəsində olan dəmir yolunun mühafizə zolağında əsaslı tikinti aparılmadan bağ-bostan becərilməsi üçün ayrılmış 0,125 ha torpaq sahəsinə verilmiş koordinatların etibarsız hesab edilməsi, Cavabdeh2 10 manat məbləğində dövlət rüsumunun ünvan X2 xeyrinə tutulması, iş üzrə 50 manat məbləğində ekspertiza xərcinin Cavabdeh2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 06 mart 2019 -cu il tarixli qərardadı ilə (sədrlik edən R.Eyvazov, hakimlər Z.Xyev və F.Talışinski, İş № 2(103)-343/2019) Apellyasiya şikayəti qismən təmin olunaraq iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(003)-157/2018 saylı qətnaməsi qismən, yəni ilk iddianın təmin olunması hissəsində (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrX 31 yanvar 2017-ci il tarixli çıxarışı ilə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış ünvan saylı bağ sahəsi ilə bağlı ünvan X2 istifadəsində olan dəmir yolunun mühafizə zolağında əsaslı tikinti aparılmadan bağ-bostan becərilməsi üçün ayrılmış 0,125 ha torpaq sahəsinə verilmiş koordinatların etibarsız hesab edilməsi) ləğv edilməsi, mülki iş üzrə icraata həmin hissədə (ilk iddiaya dair hissədə) xitam verilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ünvan X2 etibarnamə üzrə nümayəndəsi və vəkili X oğlu Bakı Apellyasiya Məhkəməsinin 06.03.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının yalnış tətbiq edilməsi ilə qəbul edilmişdir və bu səbəbdən də ləğv edilmXdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 və vəkili X kassasiya şikayətinin dXllərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkə mə kollegiyası, Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dXllərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 06 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılm alıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi icraata xitam verilməsi barədə qərardadını aşağıda qeyd edilənlərlə əsaslandırmışdır ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrX 31 yanvar 2017-ci il tarixli çıxarışının surətindən görünür ki, ünvan saylı bağ sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsündə müvafiq koordinatlar göstərilmişdir. İlk iddia üzrə iddiaçı inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən daşı nmaz əmlakın koordinatlarının düzgün qeydə alınmamasını mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçının tələbi mübahisə predmeti olan daşınmaz əmlaka dair çıxarış verilərkən koordinatların düzgün qeyd olunmaması ilə əlaqədar səlahiyyətli inzibati orqanın faktiki xarakterli hərəkətinə qarşı yönəlmiş, fiziki şəxslərə qarşı konkret hər hansı mülki-hüquqi tələb irX sürülməmiş, əşya hüquqları ilə bağlı hər hansı əqd mübahisələndirilməmişdir. İşdən (qanuni qüvvəyə minmiş məhkəmə qərarları, əqdlər və s.) görünür ki, mübahisX torpaq sahəsi ilkin olaraq Cavabdeh3 adına özəlləşdirilmiş, sonuncu 08 may 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini Cavabdeh1 satmış, sonuncu isə 30 dekabr 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən əmlakı Cavabdeh2 bağışlamışdır. İşdə olan qanuni qüvvəsini almış çoxsaylı məhkəmə qərarlarından görünür ki, ünvan X4 müxtXf tələblər irX sürməklə mübahisX bağ sahəsinə dair inzibati orqanlar tərəfindən verilmiş sənədləri, eləcə də əmlakın özgəninikləşdirilməsi ilə bağlı əqdi mübahisələndirmiş, lakin iddiaları əsassız hesab edilərək təmin olunmamışdır (həmçinin, inzibati icraat qaydasında iddiası mümkün sayılmamışdır). Məhkəmələr tərəfindən ünvan X2 ümumiyyətlə iddiaları qaldırmaqda subyektiv (tələb) hüquqlarının olmaması müəyyən edilmişdir. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı hazırki iddia tələbinin əsası kimi göstərmişdir ki, qüvvədə olan məhkəmə qərarlarında mübahisX torpaq sahələrinin üst-üstə düşmədiyi təsbit edilsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi ona ünvanladığı məktubunda onun faktiki istifadəsində olan torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olmasını göstərmiş, bu səbəbdən də onun torpaq sahəsi üzərində olan hüquqlarının dövlət qeydiyyatından imtina edilmişdir. Onun iddia tələbi X bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı ilə bağlı deyil, X bağ sahəsinin döngə nöqtələrinin koordinatları kimi kadastr baza (xəritə) məlumatlarında əks edilmiş koordinatların etibarsız sayılmasıdır. Göründüyü kimi, hazırki iddianın mahiyyətində məhz inzibati orqan tərəfindən mübah isX bağ sahəsinin döngə nöqtələrinin koordinatları kimi kadastr baza (xəritə) məlumatlarında əks edilmiş koordinatların əsassızlığı durur. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, lakin müraciətindən imtina olunmuşdur. Belə olan halda isə, iddiaçı inzibati-iqtisadi məhkəmədə müvafiq iddia qaldırmaq əvəzinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə hazırki inzibati xarakterli iddia ilə müraciət etmişdir. İddiaçı qeyd edilən inzibati orqana qarşı ümumi məhkəmədə iddia tələbi irX sürməklə məhkəmə aidiyyətini pozmuş, birinci instansiya məhkəməsi isə həmin iddia tələbinin mahiyyətini dəqiq müəyyən etmədən yekun məhkəmə aktı qəbul etmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquqi normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati-iqtisadi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irX sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüquq una malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfind ən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin ş ərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülmXdir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilmXdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri ola n mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrX Qərarı ilə t əsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifata əsasən DƏDRX və onun ərazi idarələri inzibati orqan hesab edilir. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irX sürərək müvafiq düzXşin edilməsinə nail ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irX gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilmXdir ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsi qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.2-ci mad). Bu səbəbdən də şəxslər məhkəməyə müraciət etməmişdən əvvəl, müvafiq hərəkəti (öhdXyi) yerinə yetirmX olan səlahiyyətli inzibati orqana müraciət etmXdirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Pros essual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq e dir. «İnzibati və mülki hüquq münasibətlərindən irX gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrX Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, M PM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilmX, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçı kassasiya şikayətində işin faktiki hallarını qeyd edərək hazırki mübahisənin predmeti ilə bağlı coxsaylı məhkəmə qərarlarına istinad etsə də, apellyasiya məhkəməsinin qərardadının qanunsuz və əsassızlığının nədən ibarət olmasını əsaslandırmamış, həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən qanun pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin kassasiya şikayətinin məzmununun nədən ibarət olmasını tənzimləyən MPM-nin 407.1.4-cü maddəsinin tələbinə görə şikayət ver ən şəxsin tələbi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmXdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dXllərini formal mülahizələr kimi qiymətləndirir və həmin dXlləri qərardadın ləğvi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi aidiyyət qaydaların pozulması səbəbindən qətnaməni qismən ləğv edib həmin hissədə icraata xitam verməklə, gəldiyi nəticə əsaslı və həmin nə ticəyə tətbiq edilmiş maddi hüquq normaları düzgün olmuşdur. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 06 mart 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar