Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-594/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Məmmədov Yusif və vəkili Məmmədov Fəridin iştirakı ilə, Cavabdeh1 vəkili və vəkili Kazımov Əbülfəz Xəlil oğlunun, Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9114/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddi açı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs “xxxx” MMC-yə qarşı “kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək xx.xx.2015-ci il tarixli **********58715/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti 23 ünvanında yerləşən binanın zirzəmisində ümumi sahəsi 53,9 kv.m təşkil edən qeyriyaşayış sahəsinə (bundan sonra “1-ci Əmlak”), xx.xx.2015-ci il tarixli **********58715/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 qızma məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30,7 kv.m təşkil edən 41 nömrəli mənzilə (bundan s onra “2-ci Əmlak”) və xx.xx.2015-ci il tarixli **********58715/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanında, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 29,5 kv.m, yardımçı sahəsi 13,0 kv.m təşkil edən, 2 otaqlı 81 nömrəli mənzilə (bundan sonra “3-cü Əmlak”) tutmanın yönəldilməsi və xx.xx.2015-ci il tarixli **********58715 №-li Kredit xətti müqaviləsi üzrə borc alan “xxxx” MMC-nin iddiaçı ASC “xxxx” Bankı qarşısında 120.000 ABŞ dolları məbləğində əsas borc, kreditin verilməsi müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 22.229,67 ABŞ dolları məbləğində adi faizlər, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il ta rixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 9.033,33 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 27.100 ABŞ dolları məbləğində penya, cəmi 200.043 ABŞ dolları və xx.xx.2019-cu il tarixindən başlayaraq, iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% dərəcəsiilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 90 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 66 manat məbləğində çəkilmiş xərclər ipoteka p redmetlərinin dəyərindən İddiaçı ASC xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetlərinin ilkin satış qiyməti məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi, 2-ci Əmlak satıldıqdan sonra həmin mənzildə yaşayan Cavabdeh2, onun ailə üzvləri və digər şəxslər, 3-cü Əmlak satıldıqdan sonra həmin mənzildə yaşayan Cavabdeh1, onun ailə üzvləri və digər şəxslər yaşayış sahələrini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər müvafiq mənzillərdən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “xxx x” Bankı ilə “xxxx” MMC (Borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58715 №-li Kredit xətti müqaviləsinə müvafiq olaraq, iddiaçı tərəfindən Borc alana 24 ay müddətinə, illik 16% ödəmək şərtilə 120 000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə borc alan “xxxx” MMC-nin öhdəliklərinin lazımı qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “xxxx” Bankı ilə cavabdehlər 1)Cavabdeh3 arasında sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti 23 ünvanında yerləşən binanın zirzəmisində ümumi sahəsi 53,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin (bundan sonra “1-ci Əmlak”) ipoteka qoyulması barədə xx.xx.2015-cİ il tarixli **********58715/İM-l №-li; 2)Cavabdeh2 arasında sonuncuya məxsus ünvan 2 ünvanında yerl əşən ümumi sahəsi 30,7 kv.m təşkil edən 41 nömrəli mənzilin (bundan sonra “2-ci Əmlak”) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********58715/İM-2 №-li; 3)Cavabdeh1 arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanında, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 29,5 kv.m, yardımçı sahəsi 13,0 kv.m təşkil edən, 2 otaqlı 81 nömrəli mənzilin (bundan sonra ‘‘3-cü Əmlak”) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********58715/1М-3 saylı İpoteka müqavilələri (bundan sonra birlikdə - ‘‘İpoteka müqavilələri”) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetlərinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “xxxx” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən 1ci Əmlak üz rə xx.xx.2015-ci il tarixli RX seriyalı ******* №-li, 2-ci üzrə xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı və 3-cü əmlak üzrə isə xx.xx.2015-ci il li RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında X2 Reyestrindən Çıxarışlar verilmişdir. Kredit xətti müqaviləsinin 2.7-ci bəndinə əsasən borc alan ‘‘xxxx” MMC kredit xətti faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ssuda hesabı üzrə borcunun yarandığı aydan başlamaqla və hər ayın 30dan gec olmamaqla, Banka ödənilməsini, əsas borc məbləğinin isə kredit xətti müqaviləsinin 2.8-ci bəndinə əsasən kredit xəttinin verilməsi müddətinin bitdiyi zaman qaytarılmasını öz üzərinə öhdəlik olaraq, götürmüşdür. Lakin Borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni xx.xx. 2017-ci il tarixinə kredit üzrə əsas borc məbləğini tam şəkildə Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə Borc alanın Kreditor qarşısında gecikdirilmiş ümumi borcu 142.229,67 ABŞ dolları olmuşdur ki, bunun da 120.000 ABŞ dolları əsas borc məbləğini, 22.229,67 ABŞ dolları isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Kreditin verilməsi müddətinin bitdiyi tarixdən (xx.xx.2017-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2017-ci il) olan dövr ərzində Borc alan tərəfindən Banka heç bir ödəniş həyata keçirilməmişdir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin qaytarılmasının gecikdirilməsi ilə əlaqədar olaraq, Banka Kredit xətti müqaviləsinin 6.2-ci bəndinə əsasə n vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2017-ci il tarixinə bu məbləğ 250 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq, iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasınm xx xxxxx 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak obyektləri hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq, cavabdehlər Cavabdeh3 xx.xx.2017-ci il tarixli 695 №-li, Cavabdeh2 xx.xx.2017-ci il tarixli 694 №-li və Cavabdeh1 İsmayil oğluna xx.xx.2017-ci il tarixli 696 №-li ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəld ilməsi haqqında bildirişlər göndərilmiş və iddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak obyektləri hesabına ödənilməsi üçün müvafiq ipoteka predmetlərinin 30 gün müddətindən gec olmayaraq, satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında xx.xx.2017-ci il tarixli və 696 №-li bildirişlərin qeydiyyata alınması barədə xx.xx.2017-ci il tarixli müvafiq olaraq, 712 saylı, 711 №-li və 710 №-li Ərizələrlə Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İpoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında yuxarıda qeyd edilən bildirişlərin qeydə alınması barədə Banka Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X idmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli müvafiq olaraq, **********41 №-li, **********42 №-li və **********040 №-li məktub vasitəsilə məlumat verilmişdir, iddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetlərinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır, iddiaçı ilə borc alan “xxxx” MMC arasında bağlanmış Kredit xətti müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı idd ia əıizəsinə iddiaçı tərəfindən son 2 il ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, istehlak məqsədləri üçün bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 17% təşkil edir. Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi tarixə kimi, habelə öz tələblərinin faktiki təmin edıdməsi tarixinə faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin verilməsi müddətinin bitdiyi tarixdən (xx.xx.2017-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2017-ci il) olan dövr üçün müvafiq məbləğ 283,33 dolları təşkil edir. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, borc alan “xxxx” MMC tərəfindən Kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit xətti müqaviləsinin 6.2-ci maddəsinə əsasən illik 15% dərəcəsi ilə penya ödənilməlidir. İddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2017-cü il tarixdən etibarən idiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 17% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15% dərəcəsi ilə hesablanan penyanın ipoteka predmetlərinin dəyərindən iddiaçının xeyrinə tu tulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləri əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. “'İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, qərarda ipoteka predmetinin ilkin satışı qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Onların halında İpoteka müqavilələrinin bağlanmasından keçən 2 il müddət ərzində daşınmaz əmlak bazarında əmlak obyektlərinin cari tarixə likvid dəyərində kəskin dəyişikliklər baş vermişdir. Hesab edirlər ki, Bankla cav abdehlər arasında ipoteka predmetlərinın ilkin satış qiyməti barədə hər hansı razılaşma olmadığından məhkəmə tərəfindən qiymətləndirmənin təyin edilməsinə və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə qətnamədə müstəqil qiymətləndiricinin rəyinə müvafiq olaraq, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsinə zərurət yaranmışdır. İpoteka predmeti olan mənzil satıldıqdan sonra “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş mənzili 1 aydan gec olmayaraq tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənz ildən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq hesab edirlər ki, məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə Kredit xətti müqaviləsi üzrə İddiaçının (Kredilorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan yaşayış sahələrinə tutmanın yönəldilməsi ilə yanaşı, mənzillərin satışından həmin mənzillərdə yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxlərin 1 ay ərzində mənzillərdən çıxmadıqları halda onların, məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. İpoteka predmeti olan 2-ci əmlakda Cavabdeh2nm yaşaması faktı AR Bakı Yasamal Rayon İcra Hakimiyyəti MKTB 56 saylı MKİS tərəfində verilmiş xx.xx.2015-ci il 281 saylı arayışı (Forma № 2) ilə, 3-cü əmlakda Cavabdeh1 yaşaması faktı isə Bank əməkdaşlarının apardıqları monitorinq ilə təsdiq olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-71/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbi qismən təmin edilərək xx.xx.2015-ci il tarixli **********58715/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti 23 ünvanında yerləşən binanın zirzəmisində ümumi sahəsi 53,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə, xx.xx.2015-ci il tarixli **********58715/İM-2 №li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30,7 kv.m təşkil edən 41 nömrəli m ənzilə, xx.xx.2015-ci il tarixli **********58715/İM-3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanında, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 29,5 kv.m, yardımçı sahəsi 13,0 kv.m təşkil edən, 2 otaqlı 81 nömrəli mənzilə tutma yönəldilsin və ipoteka predmetlərinin satışından əldə olunan vəsaitlər hesabına, xx.xx.2015-ci il tarixli **********58715 №-li Kredit xətti müqaviləsi üzrə borc alan “xxxx” MMC-nin iddiaçı ASC “xxxx” Bankı qarşısında 119892,65 ABŞ məbləğində əsas borc, 22 229,67 ABŞ dolları məbləğində adi faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 9033,33 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə 200 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 151355,65 ABŞ dolları məbləğində pul (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq tutulması), ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 90 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 66 manat məbləğində çəkilmiş xərclər ASC «xxxx» Bankının xeyrinə tutulması, Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 48.000 manat, ünvan 2 ünvanında yerləşən 41 nömrəli mənzilin ilkin satış qiymətinin 50 000 manat, Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən 81 nömrəli mənzilin ilkin satış qiymətinin 95 000 manat müə yyən edilərək, açıq hərracda satılması, ipoteka predmetləri satıldıqdan ən geci 1 ay ərzində boşaldılması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən üçüncü şəxs “xxxx” MMC apellyasiya şikayəti verərək onun ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9114/2019 nömrəli qətnaməsi ilə (hakimlər F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) üçüncü şəxs “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-71/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9114/2019 nömrəli qətnaməsindan Cavabdeh1 və vəkili Kazımov Əbülfəz Xəlil oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili Kazımov Əbülfəz Xəlil oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9114/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bağlanmış kredit müqaviləsi və ipoteka müqavilələri X1 tərəfindən imzalanmış, lakin həmin şəxsin “xxxx” MMC-nin təmsil etmək hüququ olmamışdır. Belə ki, Kommersiya hüquqi şəxs lərin Reyestrində MMC-nin qanuni təmsilçisi kimi X1 göstərilsə də, həmin şəxs saxta sənədlər əsasında qeydiyyatdan keçmiş, daha sonra bankdan kredit götürülmüş və mənimsənilmişdir. Bu məsələ ilə bağlı isə prokurorluqda araşdırma aparılır. Bu səbəbdən iş üzrə icraat dayandırılmalı idi. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Məmədov Yusif və vəkili Məmmədov Fərid kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Kazımov Əbülfəz Xəlil oğlu kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Digər Cavabdeh2 və üçüncü şəxs “xxxx” MMC işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbə rdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-71/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsini Cavabdeh1 münasibətdə dəyişdirmədən saxlayarkən haqlı olmuş, həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ASC «xxxx» Bankı (Kreditor) ilə üçüncü şəxs “xxxx” MMC (Borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58715 №-li Kredit xətti müqaviləsinə əsasən bank tərəfinfən kredit alana 24 ay müddətinə, illik 16% ödəmək şərtilə 120.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinin təminatı olaraq, ASC “xxxx” Bankı ilə, Cavabdeh3 arasında sonuncuya məxsus Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti 23 ünvanında yerləşən binanın zirzəmisində ümumi sahəsi 53,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin ipoteka qoyulması barədə xx.xx.2015-cİ il tarixli **********58715/İM-l №-li; Cavabdeh2 arasında sonu ncuya məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30,7 kv.m təşkil edən 41 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********58715/İM-2 №-li; Cavabdeh1 arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanında, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 42,5 kv.m, yaşayış sahəsi 29,5 kv.m, yardımçı sahəsi 13,0 kv.m təşkil edən, 2 otaqlı 81 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********58715/1М-3 saylı İpoteka müqavilələri bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 23376 saylı məhkəmə - mühasibatlıq ekspertizasının rəyi ilə xx.xx.2015-ci il tarixli **********58715 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin “xxxx” Bank ASC-yə olan borcu, müqavilə müddəti bitən tarixə, yəni xx xxxxxxxx 2017 -ci il tarixə əsas borc üzrə 119.892,65 ABŞ dolları, faiz borcu üzrə 22.306,23 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X4 prospekti 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki bazar qiyməti 48.000 manat; ünvan 2 ünvanında yerləşən 41 nömrəli mənzilin hazırki bazar qiyməti 50 000 manat; Bakı şəhəri, Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən 81 nömrəli mənzilin hazırki bazar qiyməti 95.000 manat təşkil edir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi kassatora münasibətdə iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi nin: 5-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər 385-ci maddəsinə əsasən hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipoteka ya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, «MPM-in 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət v ə ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.» MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bu kontekstdə iş materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin həlli “xxxx” MMC-nin vəzfəli şəxsləri barəsində istintaq orqanında aparılan araşdırmalardan asılı deyil. Apellyatorun “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində məhkəmə haqlı olmamışdır” arqumentinə gəldikdə isə apelyasiya instansiyası qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyin yuxarıda qeyd edilən göstərişi imperativ xarakterli olma qla birinci instansiya məhkəməsi haqlı olaraq ipoteka predmetinin ilkin satış qiymətini müvafiq rəylərə uyğun müəyyən etmiş və əksi ilə bağlı sübut təqdim olunmamışdır. “xxxx” MMC-nin apellyasiya şikayətində qeyd etdiyi “iddiaçı tərəfindən kredit borcu üzrə faiz və dəbbə pulunun şişirdilməsi və ekspert rəyində bu məsələyə aydınlıq gətirilməməsi” ilə bağlı arqumenti ilə bağlı apellyasiya kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk növbədə kredit borcunun düzgün hesablanıb-hesablanması məsələsinə aydınlıq gətirilməsi üçün ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, 23376 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2015-ci il tarixli **********58715 saylı kredit müqaviləsi üzrə “xxxx” MMC-nin “xxxx” B ank ASC-yə olan borcu, müqavilə müddəti bitən tarixə, yəni xx xxxxxxxx 2017-ci il tarixə əsas borc üzrə 119.892,65 ABŞ dolları, faiz borcu üzrə 22.306,23 ABŞ dolları təşkil etdiyi müəyyən edilmiş, habelə, iddia tələbi cərimənin qalan hissəsinə münasibətdə təmin edilməmişdir. Əksini təsdiq edəcək - daha az borcun olması barədə heç bir sübut təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası icraatın dayandırılmaması ilə bağlı apellyasiya instanisyası məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir. Kassasiya kollegiyası əlavə olaraq qeyd edir ki, sonradan istinad edilən faktlar üzrə hökmün çıxarılması gələcəkdə hazırki iş üzrə qərarın yeni açılmış hal üzrə ləğvini əsasını təşkil edə bilər. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilmə sin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9114/2019 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-594/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-594/2020
27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver