Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5943/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5943/2*22 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Bakı şəhəri 21 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Vəliyeva Elşanə Raqiq qızının sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Ağcabədi Bələdiyəsinin Cavabdeh qarşı qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-15*2/2*22 nömrəli, 19 iyul 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ağcabədi rayon Məhkəməsinin 28 aprel 2*21-ci il tarixli, 1(*17)-72/2*21 saylı hökmü ilə Cavabdeh (bundan sonra- cavabdeh) qanunsuz torpaq zəbt etdiyinə görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. a) iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz olaraq zəbt etdiyi Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyalı perespektiv-inkişaf fonduna aid olan 3,65 ha torpaq sahəsindən çıxarılması xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsi təzə məhəllədə yerləşən prespektiv – inkişaf fonduna aid yaşayış məntəqələri torpaqları kateqoriyalı 3,65 ha torpaq sahəsini qanunsuz olaraq istifadə edir. İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, qanunsuz hərəkətlərindən əl çəkməmiş və zəbt etdiyi bələdiyyə torpağından çıxmamışdır. İddiaçının müraciəti əsasında cavabdehin qanunsuz hərəkətləri barəsində Ağcabədi rayon Polis şöbəsində araşdırılma aparılmış və Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət işi başlanmış, AR CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinərək, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilm işdir.
4. Ağcəbədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 13 aprel 2*22-ci il tarixli qətnaməsi ilə (hakim S.Ləzimov) iddi tələbi təmin edilmiş, cavabdehin qanunsuz olaraq zəbt etdiyi Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyalı perespektiv-inkişaf fonduna aid olan 3,65 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mülkiyyət, istifadə və icarə hüququ olmadan üç ildən artıq müddətdə İddiaçı mülkiyyətində olan 3,65 ha torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə etməsi mülkiyyətçinin əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum etdiyindən, qanunsuz zəbt etmə qanuni qüvvəyə minmiş məhk əmənin hökmü ilə müəyyən edildiyindən və həmin xüsusat üzrə hər hansı bir əlavə araşdırılmanın aparılması istisna edildiyindən Cavabdeh İddiaçı qanunsuz olaraq zəbt etdiyi Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyalı perespektiv-inkişaf fonduna aid olan 3,65 ha torpaq sahəsindən çıxarılmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 6*-cı maddələrinə, Mülki Məcəlləsinin 19, 719.1, 157-ci, Torpaq Məcəlləsinin 66.2, 67.1, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərərk qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*6)-15*2/2*22 nömrəli, 19 iyul 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və Z.Zeynalov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə etməsini mübahisələndirmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə etməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi il ə təqsirli bilinərək, məhkum edilmişdir. Həmin hökm apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, cavabdehin təqsirliliyinə dair gəlinən nəticə dəyişdirilmədən saxlanılmışdır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gədiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Belə ki, hal-hazırda cavabdehin pambıq əkib becərdiyi torpaq saəsi keçmiş “Nərimanov” kolxozunun ərazisi olub, M.Ə.Rəsulzadə küçəsi adlanır. Məhkəmə təqdim edilmiş sübutlara obyektiv hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
16. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi
18. Maddə 5.1 Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət lövləri mövcuddurl Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
19. Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılar kən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Qanun un tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instan siyası məhkəməsi tərəfindəniddianıntəmin edilmiş hissəsi üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin eyni dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və cinayət işində müvafiq ekspertiza təyin edilrərk ekspert rəyi alınmışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*6)-15*2/2*22 nömrəli, 19 iyul 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.