Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5944/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh oğluna qarşı “zərərin əvəzinin və borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin və debitor borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6701/2020 nömrəli iş üzrə 15 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları ünvan 1 ünvanında yerləşən yaşayış evi Cavabdeh Loğlunun istifadə və sahibliyindədir. 22.12.2017-ci il tarixdə onunla “Azəriqaz” İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış, bununla belə o, 2010-cu il tarixindən etibarən təbii qazı istehlak etmişdir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 21.10.2016-cı il tarixdə ******* saylı; 15.02.2017-ci il tarixdə ******* saylı, 30.03.2017-ci il tarixdə ******* saylı, 04.12.2017-ci il tarixdə ******* saylı; 24.01.2018-ci il tarixdə ******* saylı; 09.02.2018-ci il tarixdə ******* saylı; 15.03.2018-ci il tarixdə ******* saylı; 19.04.2018-ci il tarixdə ******* saylı; 16.05.2018ci il tarixdə ******* saylı; 28.06. 2018-ci il tarixdə ******* saylı; 30.11.2018-ci il tarixdə ******* saylı; 28.12.2018-ci il tarixdə ******* saylı; 31.01.2019-cu il tarixdə ******* saylı; 28.02.2018-ci il tarixdə ******* saylı; 29.03.2019-cu il tarixdə ******* saylı; 30.04.2019-cu il tarixdə ******* saylı; 30.05.2019-cu il tarixdə ******* saylı; 29.11.2019-cu il tarixdə ******* saylı; 30.12.2019-cu il tarixdə ******* saylı; 30.01.2020-ci il tarixdə ******* saylı; 28.02.2020-ci il tarixdə ******* saylı; 30.03.2020-ci il tarixdə ******* saylı aktlar tərtib olunaraq həmin aktlarda Cavabdeh qazdan sayğacdan kənar istifadə etdiyi göstərilmiş və ona ümumilikdə 4942,50 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Abonent saldosundan aydın olur ki, cavabdehin barəsində 21.10.2016-cı il tarixdə ******* saylı akt tərtib edilənə və onunla qazdan istifadəyə görə müqavilə bağlanana qədər də o, təbii qazı istehlak etmiş, 21.10.2016-cı il tarixinə kimi sayğac göstəriciləri əsasında onun 936,60 manat borcu yaranmış, yuxarıda qeyd edildiyi kimi bu xüsusat cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmin abonent saldosundan həmçinin aydın olur ki, cavabdehin yaşadığı evə 27.04.2020-ci il tarixdə sayğac quraşdırılmış, 21.10.2016-cı il tarixdən 27.04.2020-ci il tarixinə qədər o, qazdan istifadəyə görə ümumiyyətlə ödəniş həyata keçirməmiş, sayğacın quraşdırıldığı tarixdən sonrakı ay ərzində 121 m3 qaz istehlak etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nə vurdu ğu 4942,50 manat zərərin əvəzinin, 936,60 manat debitor borcun və 30 manat dövlət rüsumunun, yəni cəmi 5909,10 manatın ondan “Azəriqaz” İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslanmışdır ki, cavabdehlə 22.12.2017-ci il tarixdə T/17123 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış, “Azəriqaz” İB cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh qazdan qeyri-qanuni istifadə etdiyindən Birliyin əməkdaşları tərəfindən 21.10.2016-cı il tarixli ******* saylı akt əsasında 172,10 manat, 15.02.2017-ci il tarixli ******* saylı akt əsasında 583,20 manat, 30.03.2017ci il tarixli ******* saylı akt əsasında 278,80 manat, 04.12.2017-ci il tarixli ******* saylı akt əsasında 360,60 manat, 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 816,60 manat, 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 151,60 manat, 15.03.2018-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat, 19.04.2018-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, 16.05.2018-ci il tarixli ******* saylı akt əsasında 61,40 manat, 28.06.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 140,40 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat, 31.01.2019- cu il tarixli ******* saylı akt əsasında 131,40 manat, 28.02.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 165,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat olmaqla cəmi 4942,50 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmış, eyni zamanda onun 2016cı ilin oktyabr ayına qədər istifadə etdiyi qaza görə ödəmədiyi 936,60 manat borcu qalmışdır. Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xət anı törətməsi MN №0486083 nömrəli 07.03.2020-ci il tarixli protokolla və MN № ******* nömrəli 10.03.2020-ci il tarixli qərardadla sübuta yetirilmişdir və buna görə də ümumilikdə 5879,10 manat olan borc məbləği, həmçinin dövlət rüsumunun əvəzi ondan tutulmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Əşir Səmədov) 08 oktyabr 2020ci il tarixli qətnaməsi ilə “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı iddiası qismən təmin olunmuş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 21.10.2016-cı il tarixli ******* saylı akta əsasən 172,10 manat dəymiş zərərin və 936,60 manat qalıq borcun, həmçinin 30 manat dövlət rüsumunun, yəni cəmi 1138,70 manatın “Azəriqaz” İB-nin xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir k i, 21.10.2016-cı il tarixli akt istisna olmaqla, digər aktlar əsasında cavabdehin qaz sayğacından kənar qazdan qeyri-qanuni istifadə etməsi sübuta yetirilməmişdir. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4, 13, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 4.8, 6.1.2, 6.1.7, 6.5, 6.7-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı “Azəriqaz” İB apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayəti məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, hüququn tətbiqində səhvə yol verdiyi, maddi hüquq normasını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 15 iyul 2021-ci il tarixli, 2(103)6701/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Sbunçu Rayon Məhkəməsinin 2(008)-7512/2020 nömrəli mülki iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh təbii qazdan 2010-cu ildən etibarən istifadə etsə də, onunla müqavilə 22.10.2017-ci il tarixdə bağlanmış, 21.10.2016-cı il tarixdə onun qazdan sayğacdan kə nar istifadə etdiyi və bu tarixədək 936,60 manat borcunun yarandığı müəyyənləşdirilmiş, 27.04.2020-ci il tarixinə qədər onun evinə sayğac quraşdırılmamış, qazdan sayğacdan kənar istifadə etdiyi məlum olduğu halda hər ay onun barəsində formal aktlar tərtib edilmiş, beləliklə də qazdan sayğacsız istifadə etməsinə bilavasitə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən şərait yaradılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fizik i şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə görə isə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, müvafiq dövrdə Cavabdeh qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti “Azəriqaz” İB-nin öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olunmalıdır və məhkəmənin, yalnız ilk akta görə hesablanmış ödəniş məbləğinin ondan tutulmalı o lması qənaəti həm qanunvericiliyə, həm də işgüzar adətlərə uyğundur. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “X1”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, kollegiyanın qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünki adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləş dirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Bənzər münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və y a uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, aktlara görə (birinci akt istisna olmaqla) hesablayıb tələb etdiyi məbləğlər baxımından iddiaçı bunu sübut edə bilməmişdir və istinad etdiyi aktlar cavabdehin v ə hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.07.2021-ci il tarixli, 2( 103)-6701/2021 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və iddia tələbinin təmin olunmamış hissəsində yenidən baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə cavabdeh barəsində İXM-nin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair 07.03.2020-ci il tarixli, MN ******* nömrəli protokol, iş materiallarında olan fotoşəkillər və cavabdehin adına qeydiyyata alınmış mexaniki və smart qaz sayğacı üzrə abonent saldoları sübut kimi qiymətləndirilməmiş, 2011-2020-ci illr ərzində cavabdehin cəmi 20 manat ödəniş etməsi, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmayan qətnamə qəbul etmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilmədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birb aşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbə kədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehl akçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməs i hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi xahiş edilsə də, iddiaçının təmin edilməyən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edi r ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi iddianın təmin edilməmiş hissəsində qətnaməni qanuni hesab edərkən cavabdehin qazdan qış mövsümündə bir dəfə qanunsuz istifadə etməsi barədə etirafını, qış mövsümünün bir aydan ibarət olmadığını, oxşar faktla bağlı pozuntuların 2020-ci ildə də davam etməsinin Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN №0486083 nömrəli 07.03.2020-ci il tarixli protokolla və MN № ******* nömrəli 10.03.2020- ci il tarixli qərardadla sübuta yetirildiyini, qanunsuz qoşulma faktının sayğacla bağlı qüsur olmadığını və cavabdehin bu müddət ərzində qazdan istifadəyə görə ödənişlərinin cüzi olmasını nəzərə almamı ş, itirilmiş qaza görə vurulmuş ziyanın ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilərini araşdırmamış, onlara müvafiq qiymət verməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1nın təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 4.8-ci, 5.2 və 18.6-cı bəndinə istinadı düzgün olmamışdır. Belə ki, hazırki mübahisə istehlakçıda quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə olub-olmaması ilə bağlı olmamışdır. Həmçinin apellyasiya məhkəməsi iş materiallarında olan 15.10.2012-ci ildən sayğac quraşdırılmasını təsdiq edən iş materiallarına, cümlədən müqavilə və abonent saldolarına zidd olaraq 27.04.2020-ci il tarixinə qədər cavabdehin evinə sayğac quraşdırılmaması, qazdan sayğac sız istifadə etməsinə bilavasitə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən şərait yaradılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasının Qaydalarda təsdiq edilməsi, həmçinin qaz təchizatçısının ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli olması heç də, həmin sayğaclara qəsdən, bilərəkdən müdaxilə edilməsi, habelə qazdan qanunsuz istifadə məqsədilə qaz xəttinə müdaxilə edilməsi zamanı istehlakçını məsuliyyətdən azad edən norma kimi başa düşülməməlidir. Həmçinin, X1nda konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə müddəa nəzərdə tutulmasa da, Mülki Məcəllən in 1096 və 1097-ci maddələrinə əsasən həmin ziyan məbləği zərər vurandan tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, aktda göstərilən və foto şəkillərdə əks olunan pozuntunun cavabdehin ünvanına aid olub-olmamasını yoxlanılması üçün müvafiq yerli baxış və ya ekspertiza keçirilməklə araşdırılması mümkün olsa da, məhkəmələr tərəfindən buna cəhd edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyy ən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla b ilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)6701/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.