Məhkəmə qərarları › İş №2(102)-5944/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5944/2022

15.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5944/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Orujova Kiamalenin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi 15.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, İddiaçı Orujova Kiamalenin Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6674/2022 nömrəli iş üzrə 13 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 n oyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Orujova Kiamale Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.

2. Cavabdeh məhkəmə aidiyyətinin dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçıya məxsus mənzili həqiqətən də Bahadur adlı şəxsin vasitəçiliyi ilə (maklerin) şifahi razılıq əsasında cavabdehə kirayəyə verildiyini, cavabdeh və onun ailə üzvləri ilə iddiaçı arasında heç bir müqavilə bağlanmadığını, yalnız şifahi razılıq əsasında müəyyən haqq müqabilində həmin mənzildə qalmalarına icazə verilməsini, cavabdehlə ailə üzvü və qohumlu q əlaqələrinin olmamasını göstərdiyi hissədə düz danışsa da, qalan hissədə yalan danışır. Belə ki, 2016-cı ilin oktyabr ayında Nizami rayonunda maklerlik fəaliyyəti ilə məşğul olan Vəli adlı maklerlə telefon vasitəsi ilə 20 (iyirmi) ildən artıq müddət ərzində yaxından tanıyıb çox yaxşı münasibət saxladığı, etibarına zərrə qədər şübhə etmədiyi, qaynanasının blok qonşusu olan Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Bahadur adlı (əslində isə X4) digər maklerlə iki nəfər şahidin yanında hazırda yaşadığı mənzilin əşyasız vəziyyətdə, ən azı 8 (səkkiz) il müddətinə, aylıq kirayə haqqının 450 (dörd yüz əlli) manat məbləğində qabaqcadan ödənilməsi, hər iki maklerin hər birinə bir dəfəyə qabaqcadan 300 (üç yüz) manat, depozit şəklində 2000 (iki min) manat, mənzildə kondisioner və çıl-çıraqların quraşdı rılmasının makler X2, lazım olan digər əşyaların alınması və quraşdırılması xərclərinin isə onun üzərinə qoyulması və bu xərclərin mənzilin təhvil verilməsi müddətinin sonuna 2 (iki) il 6 (altı) ay qalmış, lakin 15 (on beş) min manatdan artıq olmamaq və həmin əşyaların mənzili təhvil verərkən mənzildə qalması şərti ilə şifahi olaraq kirayə müqaviləsi bağladı. Həmin vaxtdan 2021-ci ilin sentyabr ayınadək olan müddətdə 450 (dörd yüz əlli) manat məbləğində aylıq kirayə haqqlarını o, özü, bir çox hallarda isə etibar etdiyi digər şəxslərin vasitəsi ilə vaxtı-vaxtında şəxsən makler X3 ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi mənzildə kondisionerlərin quraşdırılmasını müqavilə şərtlərinə əsasən makler X4 öz üzərinə götürüb balaca otaqların ikisinə quraşdırsa da, istifadə etdiyi böyük otağa quraşdırmı rdı. 2021-ci ilin yay ayları çox isti keçdiyi üçün o, həmin ilin avqust ayının əvvəllərində aylıq kirayə haqqını Bahaddinə ödədikdən sonra, ondan böyük otağa da kondisioner quraşdirmasını xahiş etdi. O, mənzilin sahibi ilə danışıb bunu edəcəyini bildirsə də, hər il olduğu kimi bunu etməkdən yayındı və ona dedi ki, imkan varsa həmin otağa kondisioneri o, öz pulu ilə quraşdırsın və çəkdiyi xərcin pulu qədər kirayə haqqına hesablansın. O, onun dediyi kimi də edib təzə qiyməti 3500 (üç min beş yüz) manatdan artıq olan, lakin işlənmiş olsa da saz vəziyyətdə olan 1700 (min yeddi yüz) manat məbləğində kondisioner quraşdırdı və sentyabr ayından başlayaraq kirayə haqqlarını ödəməkdən imtina edib, mənzilə aldığı və quraşdırdığı əşyaların dəyəri başa çatanadək, bu təqribən 2 (iki) il 6 (altı) aydan b ir az müddət təşkil edir. Göründüyü kimi iddiaçı sahib olduğu mənzili kirayə verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olub hər ay 450 (dörd yüz əlli) manat məbləğində gəlir əldə etmiş və bununla da cavabdeh kimi onun arasında kommersiya münasibətləri yaranmışdır. Lakin iddiaçı bunlara diqqət yetirməyib hazırkı iddiası ilə məhkəmə aidiyyəti qaydalarına düzgün əməl etməmiş və iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə təqdim etməli olduğu halda, səhvən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişdir.

3. Cavabdeh mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 06 dekabr 2021-ci il tarixli 2(007)- 4416/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir.

5. Birinci inst ansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş üzrə tələb “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” olduğundan iddiaçının tələbinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 21 yanvar 2021-ci il tarixli 2(007)-4416/2021 saylı qərardadı ilə həmin məhkmənin 06 dekabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmamış, şikayət işlə birlikdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Cavabdeh şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(007)-4416/2021 nömrəli qərardadının ləğv edilib işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, İkram Şirinov və Vahid Sadıqov) xx.xx.2022-ci il tarixli 2(103)-2071/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(007)- 4416/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək MPM-də nəzərdə tutulmuş tələblərə riayət edilməklə kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün mülki işlə birlikdə Nizami Rayon Məhkəməsinə qaytarılmışdır.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 01 aprel 2022-ci il tarixli 2(007)- 317/2022 saylı qərardadı ilə iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər Əhməd Əhmədov sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İlqar Dadaşov) 27 aprel 2022-ci il tarixli 2(102)-3138/2022 nömrəli qərarı ilə Cavabdeh şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(007)-4416/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Kassasiya kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əsasən 11 avqust 2020-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə, ev 72 F, 72 D, 72 E, 148 saylı mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, onun sözügedən mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsini iddia edir. Göründüyü kimi tərəflər fiziki şəxs olmaqla onların fərdi sahibkar statusları yoxdur. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 13 may 2022-ci il tarixli 2(007)- 317/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

13. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı iddianın predmetindən və işin hallarından göründüyü kimi, hazırkı işdə iddiaçının üzərində ona ödə diyi kirayə haqqı üzrə əldə etdiyi gəlirlərdən və tərəfindən alınmış və quraşdırılmış, dəyəri ümumilikdə 15.000 manatdan artıq olan mənzili təhvil verən zaman mənzildə saxlayacağı əşyaların dəyərindən dövlət büdcəsinə Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi öhdəlikləri yaranmış, lakin bu günədək onun tərəfindən guya ki, iddiaçıya heç bir manat da kirayə haqqının ödənilmədiyi bəhanə gətirilərək üzərinə düşən vergi öhdəliklərini ödəməmişdir. Göründüyü kimi, bu işdə dövlət büdcəsinə ödənilməli olan vergilər üzrə hüquq münasibətləri yaranmış və iddiaçı üzərinə düşən vergi öhdəliklərini ödəməkdən yayınmaq məqsədilə hazırkı iş üzrə iddiasını qəsdən, bilərəkdən aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə deyil, rayon məhkəməsinə təqdim etmişdir. Buna görə də, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 28 iyun 2022-ci il tarixli 2(007)- 317/2022 saylı qərardadı ilə Cavabdeh mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasinin İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddia tələbinin predmeti iddiaçının özünə məxsus mənzildən cavabdehin çıxarılması və mənzilin boşaldılması olduğundan iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilmiş və məhkəmə tərəfindən mülki işin məhkəmə icraatı mümkün hesab edilərək iş icraata qəbul edilmişdir.

16. Bundan başqa tərəflər arasında inzibati hüquq münasibəti mövcud deyil və mübahisə hər hansı inzibati orqanın qərarından yaxud hərəkət və hərəkətsizliyindən irəli gəlmir. Hazırkı işin məhkəmə aidiyyəti daha əvvəl də cavabdeh tərəfindən mübahisələndirilmiş, cavabdehin hazırkı mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.

17. Cavabdeh şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(007)-317/2022 saylı qərardadının ləğv edilərək işin baxılması üçün Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov (sədrlik edən və məru zəçi), Mehparə Əhmədova və Ələsgər Əliyev) 09 avqust 2022-ci il tarixli 2(102)-4807/2022 nömrəli qərardadı ilə Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilərək geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 407.4 və 408.1.3-cü maddələrinə istinadən qeyd etmişdir ki, kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş və şikayətə vəkilin orderi əlavə edilməmişdir.

20. Əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə aidiyyətlə bağlı məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən zəruri mövqe bildirilm işdir. Bu halda, kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilsəydi belə, mümkün hesab edilərək icraata qəbul edilə bilməzdi.

21. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 22 avqust 2022-ci il tarixli 2(007)-317/2022 saylı qərardadı ilə Cavabdeh Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(007)-317/2022 saylı qərardadından verdiyi şikayət geri qaytarılmışdır.

22. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 269.1, 269.2, 269.3-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur, şikayətin dəlilləri isə əsassızdır.

23. Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Ülkər Yusifova) 22 avqust 2022-ci il tarixli 2(007) -317/2022 saylı qərardadından şikayət verərək işin hallarını və iş üzrə qəbul edilmiş məhkəmə aktlarını xronoloji ardıcıllıqla sadalamış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-317/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) 13 sentyabr 2022ci il tarixli 2(103)-6674/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-317/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilərək mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmışdır.

25. Apellyasiya instansiyası məh kəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilməli olan apellyasiya şikayətində Mülki Prosessual Məcəlləsinin Əlavə 2-də göstərilmiş Formasına (məzmunun tamlığına, məğzinə və ardıcıllığına) riayət edilməmişdir. Belə ki, apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktına münasibətdə şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; Şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar göstərilməli olduğu halda yalnız işin halları və Mülki Prosessual Məcəllənin maddələri təkrar olaraq sadala nmış, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə; Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına; Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə; Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə; Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərə aid qrafaların məzmununu müəyyən edən əsaslar təsbit edilməmişdır.

26. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 361.1, 361.2, 361.3, 361.4, 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və şikayətin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-317/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilmişdir. Lakin məhkəmə şikayətə deyil özünün qərardadını apellyasiya şikayətinin qeyri-mümkünlüyü ilə əsaslandırmışdır. Bu isə məhkəmə tərəfindən prosessual hüquq normalarının pozulmasıdır. Məhkəmə həmin işə baxarkən qərardada münasibətdə məsələni mahiyyəti üzrə düzgün həll etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 29. 120-ci ma ddəsinə görə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir 30. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 31. 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən ap ellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 32. 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 33. 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 34. 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 35. 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 36. 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 37. 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret f akt və hallar, habelə onları təsdiq edən sübutlar; 38. 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 39. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 40. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 41. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərind ən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin kassasiya şikayətinə əsasən tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində cavabdehin şikayətinin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, şikayəti qanunla müəyyən olunmuş formaya uyğun tərtib edilməmişdir.

45. Belə ki, iş materiallarında olan şikayətdən müəyyən olunur ki, həmin şikayət tərtib olunarkən MPM-də nəzərdə tutulan forma tələblərinə əməl edilməmişdir.

46. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

47. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilmə si, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

48. Mülki Prosessual Məcəlləyə apellyasiya şikayətinin formasını müəyyən edən 2 saylı Əlavə və kassasiya şikayətinin formasını müəyyən edən 3 saylı Əlavə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanunu ilə daxil edilmiş, həmin Qanun 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmişdir. 49. 2 saylı əlavənin 4-cü bəndində barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumatların göstərilməsi qeyd edilir. Göstərilən lər isə qərardaddan verilən şikayətin istinad olunan formada tərtib olunmasını şərtləndirir.

50. Göründüyü kimi, istinad olunan normada proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu ilə bağlı qaydalar müəyyən edilmiş, bu qaydalar bütün sənədlərə, o cümlədən qərardadlardan verilən şikayətlərə də aid edilir.

51. Hazırkı işin halları baxımından isə qeyd edilməlidir ki, mübahisələndirilən qərardaddan verilən şikayət tərtib olunarkən, göndərilərkən və çatdırılarkən həmin qaydalara əməl edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq şikayətin müəyyən olunmuş formada və qaydada verilmədiyi nəticəsinə gəlmişdir.

52. Şikayətlərin vahid formada və qaydada tərtib edilərək məhkəmələrə təqdim edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş məhkəməyə müraciət etmək hüququnun, eyni zamanda hər kəsin qanun və məhkəmə qarşısında bərabərlik və çəkişmə prinsiplərinin təmin edilməsinə xidmət edir. Qanunvericilik məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və kassasiya şikayəti verən şəxsləri qanunda nəzərdə tutulmuş bütün məlumatların, o cümlədən şikayət verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyini, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının verilməsi üçün intizamlandırır və bu son nəticədə şikayətin məhkəmələr tərəfindən daha hərtərəfli və ədalətli araşdırmaya xidmət edir. Eyni zamanda şikayətdə tərəflərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanların göstərilməsi onlara məhkəmə bildir işlərinin, qəbul edilən məhkəmə aktlarının və digər sənədlərin çatdırılmasının təmin olunması üçün göstərilməlidir. Qanun müəyyən olunmuş formaya uyğun olmayan, formal şikayətlərin verilməsinin qarşısını alır, məhkəmələrin belə şikayətlərlə yüklənməsinə yol vermir.

53. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

54. Kollegiya qeyd edir ki, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətdiyindən onun tərəfindən iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş əsassız şikayətlərə görə birinci instansiya məhkəməsi dəfələrlə məhkəmə iclası keçirmiş, qərarlar tərtib etmiş, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin üç nəfərdən ibarət hakimi dəfələrlə məhkəmə iclası keçirərək qərarlar qəbul etmiş, kassasiya instansiyası məhkəməsi qərar qəbul etmiş, həmin iclaslarla bağlı icraat hərəkətlərinin rəsmiləşdirilməsinə vaxt və iş gücü sərf edilmiş, dövlət vəsaiti xərclənmiş, eyni zamanda həmin hə rəkətlər məhkəmələrdə iş yükünün süni surətdə artmasına, iş vaxtının əsassız itirilməsinə səbəb olmuşdur.

56. Görünür ki, cavabdeh bu hərəkətlərini davam etdirməkdədir və bu baxımdan işin hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr bu hala diqqət yetirməli və Mülki Prosesual Məcəlləsinin 120-ci maddəsinin tətbiqi mümkünlüyünü müzakirə etmək hüquqlarına malikdirlər.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(103)-6674/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar