Məhkəmə qərarları › İş №2(102)-5945/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5945/2022

19.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5945/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq mübahisəsi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması, ekspert rəyi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sökülmüş çəpərin bərpa edilməsi, torpağın əvvəlki vəziyyətə gətirilməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarma tələbinə dair mülki iş üzrə Şir van Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1205/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli, 27 nömrəli qərarı ilə X1 və onun ailə üzvlərinə 0.20 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi (bundan sonra - mübahisəli torpaq sahəsi) ayrılmış və Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 222A nömrəli (kod ********) şəhadətnamə tərtib edilmişdir.

2. Masallı Rayon Məhkəməsinin 2-317/2006 nömrəli, 21 iyul 2006-cı il tarixli qətanməsi ilə mübahisəli torpaq sahəsinin və orada yerləşən fərdi yaşayış evinin miras əmlak kimi İddiaçı (bundan sonra - iddiaçı) tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və həmin əmlaka tam şəkildə idiaçının mülkiyyət hüququ tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia və iddianın həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli torpaq sahəsində qanunsuz qoyduğu dəmir darvazanın cavabdehlərin hesabına sökülərək götürülməsi, cavabdehlərin inşa etdikləri tikilinin iddiaçının mübahisəli torpaq sahəsinə düşən hissəsinin cavabdehlərin hesabına sökülərək mübahisəli torpağın əvvəlki vəziyyətə gətirilməsi, sökülmüş çəpərin cavabdehlərin hesabına əvvəlki yerinə bərpa edilməsi və cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 300 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 DƏDRX-nin 8 saylı Cəlilabad İdarəsinin əməkdaşlarına həyətdə ölçü işlərinin aparılmasına maneçilik törətdiyindən Masallı Rayon Məhkəməsinin 21 iyul 2006-cı il tarixli qətnaməsinin icrası mümkün olmamışdır. Cavabdeh1 ona və ailə üzvlərinə qarşı etdiyi xuliqanlıq hərəkətlərinə görə bir neçə dəfə məsuliyyətə cəlb edilmişdir. Buna baxmayaraq aralarında olan çəpəri sökmüş, mübahisəli torpaq sahəsində dəmir qapı qoyaraq həmin torpağın bir hissəsini zəbt etmiş, həmçinin torpaqda qazıntı işləri aparmışdır. Cavabdeh1 həmin hərəkətlərinə dəfələrlə iradını bildirsə də, nəticəsi olmamışdır. Masallı Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddianın təmin tədbiri kimi mübahisəli torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması Cavabdeh1 qadağan edilməsinə baxmayaraq, mübahisəli torpaq sahəsində tikinti işləri aparılmışdır. Bununla bağlı Cavabdeh1 iradını bildirdikdə isə o, tikintinin onun tərəfindən deyil, digər ailə üzvləri tərəfindən aparıldığını ona bildirərək məsuliyyətdən kənara çəkilmək istəmişdir. Bu səbəbdən Cavabdeh1 digər ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 da cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman mübahisəli fərdi yaşayış evi tikilmiş vəziyyətdə olmamış, yalnız bünövrəsi qazılmışdır. Daha sonra tikinti işləri başlanaraq surətlə tikilmişd ir. Ona görə də sonradan iddia tələbinin həcmini artıraraq tikintinin ona məxsus torpaq sahəsinə düşən hissəsinin də sökülməsini xahiş etmişdir. İş üzrə mütəxəssis rəyinin alınması və dövlət rüsumunun ödənilməsi ilə bağlı da xərcləri yaranmışdır ki, həmin məbləğlərin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdehlərin mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədləri yoxdur. Ümumilikdə mübahisəli torpaq sahəsi 0.20 hektar olmasına baxmayaraq hazırda o, həmin sahənin faktiki olaraq yarıdan az hissəsini istifadə edir. Mübahisəli torpağın müəyyən hissəsi süni şəkildə yaradılmış gedişgəliş yolunun, qalan hissəsi isə cavabdehlərin inşa etdikləri fərdi yaşayış evinin altındakı torpaq sahəsinə düşür.

5. Cavabdeh1 iddiaya qa rşı yazılı etiraz verərək göstərmişdir ki, babasının 19 sot torpaq sahəsi olmuş, sovet vaxtından həmin torpaq sahəsindən ailəvi olaraq istifadə etmişlər. Atası ilə məsləhətləşdikdən sonra boş torpaq sahəsində ev tikmək qərarına gəlmişdir. Bu məqsədlə qazıntı işləri apararaq torpağa beton tökmüşdür, həmin işləri görən vaxt qonşusu olan iddiaçı qardaşı Əlizaminin qonşuluqda yerləşən evinə gediş-gəliş yolunu zəbt etdiyindən aralarında narazılıqları düşmüşdü. Həmin vaxt yolu bu vəziyyətə qoyduğuna görə atası ilə birlikdə iddiaçıya söz deyəndə iddiaçının acığına gəlmiş və buna görə ona qarşı hazırkı iddianı qaldırmışdır. Onun torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə heç vaxt qonşu olmayıb, iddiaçı ilə qardaşı Əlizamin qonşudur. O isə Əlizaminlə qonşudur, digər hissədə isə onun torpağı ilə i ddiaçının torpağını maşın yolu (qardaşı Əlizamin və onlara gedən yol) ayırır. O və ailə üzvləri iddiaçının torpaq sahəsini heç vaxt zəbt etməmiş və tikinti işləri aparmamışlar. Onlara məxsus torpaq sahəsinin sovet dövründə verilən texniki pasportu və ölçüləri vardır. Həmin torpağa şəhadətnamə və çıxarış alınmadığından onlara məxsus torpaq Bələdiyyə mülkiyyətində saxlanılmışdır. İddiaçı hazırda onların torpağının şəhadətnaməsinin olmamasından istifadə edərək torpaqlarını əllərindən almaq istəyir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 16 iyul 2020-ci il tarixli, 10/271 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 10 iy un 2020-ci il tarixli, C-106 saylı mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan Masallı şəhəri Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialının yerə uyğun yerləşmə vəziyyətinə görə qazılıb beton bünövrə tökülmüş mərz (hasar altı) xətti, qoyulması nəzərdə tutulan dəmir darvazanın yola çıxışı və mübahisəli yarımçıq tikili yerləşməyən boş torpaq sahəsi hissəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-222A nömrəli Şəhadətnamənin cizgisi daxilindədir. Masallı şəhəri Nizami adına təsərrüfatın kompleks yerquruluşu layihəsi baza materialının yerə uyğun yerləşmə vəziyyətinə görə qazılıb beton bünövrə tökülmüş mərz (hasar altı) xəttinin ərazisi də daxil olmaqla cənub-qərb istiqamətində cavabdehin istifadəsində olan boş həyətyanı torpaq sahəsinin 47.3 kv.metrlik (eninə - 2. 6 m və 3.0 m, uzununa-18.1 m və 17.4 m) hissəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-222A nömrəli Şəhadətnamənin cizgisinin hissəsi ilə üst-üstə düşür. Mübahisəli yarımçıq tikinti yerləşməyən boş torpaq sahəsi hissəsində cavabdehin istifadəsində olan 17.4 m X 0.4 m ölçülü qazılıb beton bünövrə tökülmüş mərz (hasar altı) xəttinin sahəsi 7.0 kv.metrdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 22 fevral 2021-ci il tarixli, 10/449 saylı ekspert rəyində qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş 21 yanvar 2022-ci il tarixli, 028/Mİ/21 saylı mütəxəssis rəyinə əsasən İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi 0.076 hektardır - 760 kv.metrdir. Cavabdeh1 mübahisəli ərazidə qoyduğu dəmir darvaza və inşa etdiyi tikilinin 100 kv.metr hissəsi, X1 JN 222A saylı sənədlə ayrılmış 0.20 ha torpaq sahəsinə düşür. Cavabdeh1 mübahisəli ərazidə inşa etdiyi tikili 0.03 ha torpaq sahəsində yerləşir. Tikili altı sahə 130 kv.metr təşkil edir. Cavabdeh1 mübahisəli ərazidə qoyduğu dəmir darvaza və inşa etdiyi tikilinin 100 kv.metr hissəsi, X1 JN 222A saylı sənədlə ayrılmış 0.20 ha torpaq sahəsinə düşür. 8. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 24 fevral 2022-ci il tarixli məktubla 028/Mİ/21 saylı rəyin 8-ci səhifəsinə “Cavabdeh1 0.03 ha torpaq sahəsində yerləşən tikilinin 100 kv.m hissəsi (10 metr x 10 metr) X1 ayrılmış 0.20 ha torpaq sahəsində yerləşir” mətninə dəqiqləşmə edilmişdir.

9. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 fevral 2022-ci il tarixli, 2(050)-16/2022 say lı qətnaməsi ilə (sədrlik edən A.Səlimov) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN-222A KOD 80501018 saylı şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Masallı şəhəri, Seybətin kəndində yerləşən torpaq sahəsində qanunsuz qoyulmuş dəmir darvazanın cavabdehlərin vəsaiti hesabına sökülərək oradan götürülməsi, cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (fərdi yaşayış evi) iddiaçı və ailə üzvlərinə məxsus həmin torpaq sahəsinə düşən 100 kv.metr hissəsinin (10 metr eni və 10 metr uzunu) cavabdehlərin vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehlərin həmin 100 kv.metr torpaq sahəsindən çıxarılmaları, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğ ində dövlət rüsumunun və 300 manat məbləğində mütəxəssis rəyinin alınması üçün ödənilmiş pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi, cavabdehlərdən müştərək qaydada iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə cəmi 100 manat pulun Məhkəmə Ekspertiza Mərkəzinin və mütəxəssis rəyinin dəyərinə görə 250.51 manat pulun Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli, C-106 saylı mütəxəssis rəyi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfində n məhkəməyə təqdim edilmiş 16 iyul 2020-ci il tarixli, 10/271 saylı ekspert rəyi əsaslı deyildir. Belə ki, qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş mülki iş üzrə mübahisəli həyətyanı torpaq sahəsinin sxem Planının ölçüləri və forması JN – 222A, KOD 80501018 saylı şəhadətnamədə olan həmin torpaq sahəsinin sxem planının ölçü və formasına uyğun gəlməməklə açıq şəkildə fərqlənir. Belə olan halda mütəxəssis rəyinin əsl olmayan ölçü və formaya uyğun verilməsi mülki iş üzrə mövcud mübahisənin həllində əsaslı olmayan qərarın qəbul edilməsi ilə nəticələnmiş olar. Odur ki, qeyd olunan səbəb 16 iyul 2020-ci il tarixli, 10/271 saylı ekspert rəyinin dəqiqliyinə əsaslı şübhələr yaratdığından məhkəmə həmin rəyi mümkün sübutetmə vasitəsi kimi qəbul etmir.

11. Məhkəmə iddianın cavabdehlər tərəfindən idd iaçıya məxsus torpaq sahəsinə qanunsuz qoyulmuş “dəmir darvazanın cavabdehlərin hesabına sökülərək oradan götürülməsi” tələbinə münasibətdə hesab etmişdir ki, iş üzrə mümkün sübutetmə vasitəsi kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 22 fevral 2021-ci il tarixli, 10/449 saylı ekspert rəyində həmin dəmir darvazanın iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində quraşdırılmış olması öz təsdiqini tapdığından iddia qeyd olunan hissədə əsaslıdır və təmin edilməlidir.

12. Məhkəmə iddiaçının cavabdehlər tərəfindən inşa edilmiş tikilinin ona məxsus torpaq sahəsinə düşən hissəsinin “cavabdehlərin hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və cavabdehlərin həmin hissədən çıxarılmaları” tələbinə münasibətdə qeyd etmişdir ki, eyni tarixli rəy ilə müəyyən olunur ki, cavabdehlər tərəfindən inşa edilən tikili (fərdi yaşayış evi) 130 kv.metr tikili altı torpaq sahəsini əhatə edir. Həmin tikilinin yerləşdiyi mübahisəli 100 kv.metr (10 metr en və 10 metr uzununa) hissə isə iddiaçı və onun ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinə düşür.

13. Məhkəmə iddianın “sökülmüş çəpərin cavabdehlərin hesabına əvvəlki yerinə bərpa edilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan çəpərin vaxtı ilə mövcud olması, həmçinin həmin çəpərin cavabdehlər tərəfindən məhv edilmiş olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6, 152.1, 157.2, 170.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbay can Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəylərində ekspert Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən və "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəylərində qeyd edilənləri eyni ilə öz rəyinə köçürərək rəyi vermiş, mütəxəssis rəyləri arasında olan ziddiyyətləri nəzərə almamışdır. Məhkəmədə öz növbəsində həmin rəylər arasında olan ziddiyyətləri aradan qaldırmaq üçün əlavə tədbirlər görməmiş, iş üzrə daha dolğun araşdırma aparmamışdır.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1205/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə əsasən dəy işdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassızdır.

19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 ekspert rəyi arasında ziddiyyətin nədən ibarət olması, həmin rəylərin bir tərəfli olması, təkrar ekspertiza təyin edilməsinin zəruri olması barədə dəlillərini əsaslandırmamış və bu barədə sübut təqdim etməmişdir.

20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6, 152.1, 157.2, 170.2-ci, Torpaq Məcəlləsinin 111-ci, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 məxsus torpaq sahəsinin harada yerləşməsini və onun torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini aydınlaşdırmamış, bununla da işin obyektiv həllinə nail olmam ışdır.

23. Cavabdeh3 apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş iclaslar barədə lazımı qaydada məlumatlandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi

27. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulm ası (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

32. Maddə 99.2. Ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər.

33. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.

34. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

36. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

37. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd e dildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

39. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

40. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

41. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxə ssisin məsləhəti və şərhini dinləyir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən a sılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:...418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa...

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətlərində qətnamə Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Baxılan iş üzrə kassasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə kassatora məlumat verilməmişdir.

50. İş materiallarından görünür ki, i ş apellyasiya instansiya məhkəməsinə daxil olmuş, xx.xx.2022-ci il tarixli qərardadla mümkün hesab edilmiş, işin məhkəmə baxışı xx.xx.2022-ci il tarixinə təyin edilmiş və həmin iclasda tərəflərin iştirakı olmadan işə baxılmışdır.

51. Mülki işin materiallarında apellyasiya baxışı iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsi, hətta bildirişin onlara göndərilməsi haqqında hər hansı sübut (poçt reyestri, xəbərnamə, qəbz və s) yoxdur. Bu hal kassatorun qeyd olunan dəlilinin əsaslı olduğu barədə qənaətə gəlməyə imkan verir.

52. MPM-in 418.4.5-ci maddəsinə əsasən bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

53. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi kassasiya şikayətinin dəlillərindən asılı olmayar aq ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

54. İşə yenidən baxılarkən, həmçinin nəzərə alınmalıdır ki, iş üzrə iki ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti hər hansı tədqiqat aparmadan xx.xx.2020-ci il tarixli rəyində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyini, xx.xx.2021-ci il tarixli rəyində isə "xxxx" MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyi tədqiqatın nəticə hissəsinə köçürməklə, iki biri-birindən tamamilə fərqlənən rəy vermişdir.

55. Məhkəmələr Məhkəmə Ekspertiza Mərkəzinin ikinci rəyini mötəbər sübut kimi qəbul edərək, həmin rəyə əsasən iddianı qismən təmin etmişlər.

56. Halbuki mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxıla rkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).

57. MPM-in 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Həmin məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir.

58. İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPMin 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.

60. Əgər ekspert rəyində anlaşılmazlıqlar və qeyri-müəyyənliklər varsa, yaxud iş üzrə verilmiş rəylər arasında ziddiyyətlər yaranarsa MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rə yini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur.

61. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.

62. Lakin baxılan iş üzrə məhkəmələr tərəfindən sadalanan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, tərəflərin rəylərin mötəbərliyi ilə bağlı etiraz, dəlil və vəsatətlərinə əsaslandırılmış cavab verilməmişdir.

63. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1205/2022 nömrəli mülki iş üzrə 2 6 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar