Məhkəmə qərarları › İş №2(102)-5948/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5948/2021

27.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5948/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5948/21 (Açar sözlər: evə köçürülmə, tələbin hüquqi əsasının olmaması ) Bakı şəhəri, 27 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabeh Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh və X4 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-1477/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları 21 iyun 2009-cu il təvəllüdlü X9 və 04 may 2011-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Ə.H.Qarayev küçəsi 8/48-də yerləşən, hazırda cehiz əmlaklarının yerləşdiyi fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehlə 15 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olub, birgə nikahdan 21 iyun 2009-cu il təvəllüdlü Ayxan və 04 may 2011-ci il təvəllüdlü Röya adlı uşaqları var. Cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edib.

3. İddiaçı ailə qurarkən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48-də yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, burada birgə təsərrüfat aparmışlar. İddiaçı sözügedən evə gəlin gələrkən ev tam hazır olmamış, cavabdehlə birlikdə yaşadıqları müddətdə evdə əlavə təmir-tikinti işləri aparmış, həmçinin mətbəx və hamam tikmişlər. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(003)-3575/2018 saylı qətnaməsi ilə də təsdiq edilir ki, iddiaçı orada uşaqları ilə birlikdə yaşamışdır.

4. Cavabdeh 11 fevral 2020-ci il tarixdə iddiaçını uşaqları ilə birlikdə həmin evdən çıxarmış, qapıya qıfıl salmışdır. Hazırkı tarixədək iddiaçının bütü n cehiz əmlakları həmin ünvandadır. Hazırda iddiaçının yaşamaq üçün başqa yaşayış yeri yoxdur və uşaqları ilə birlikdə valideynlərinin evində qalır.

5. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 27, 180.1 və 180.2-ci maddələrinə istinad edib.

6. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti ilə ünvan 2-də yaşayan X5 cavabdeh qismində işə cəlb etmişdir.

7. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, ünvan 1 evin mülkiyyətçisi onun atası olmuşdur. Atası mübahisəli evi qardaşıxxx bağışlayıb. Evdə yenidənqurma işlərini atası ilə qardaşı edib.

8. Cavabdeh X6 iddiaya etirazını onunla əsaslandırıb ki, ünvan 1 ev onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evidir. Evin əvvəlki ünvanı iddia ərizəsində göstərildiyi kimi olmu şdur. Evdə yenidənqurma və təmir işlərini atası ilə özü edib.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1247/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Ramilə Xəzri)

10. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Əzizbəyov Rayon Xalq Deputatlarının icraiyyə komitəsinin 27 oktyabr 1988-ci il tarixli 15 saylı qərarı ilə X1 Şüvəlan qəsəbəsi Ə.H.Qarayev küçəsi 8/48 ünvanında 0.06 ha torpaq sahəsi ayrılmışdır. Mübahisədə adı keçən ünvan 1 ev, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi X2 adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. ünvan 1 ünvanla X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 48H saylı to rpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi eyni əmlakdır.

11. İddiaçı 2008-ciildə Cavabdeh ilə rəsmi nikaha daxil olandan sonra ünvan 1 evə (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi) gəlin köçərək orada yaşamağa başlamış, cavabdehlərlə ümumi təsərrüfat aparmışdır. Lakin sonradan ailə münasibətlərinin kəskinləşməsi nəticəsində 2020-ci il tarixdə İddiaçı mübahisəli evi tərk etmiş və Cavabdeh ilə boşanmışdır.

12. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı cavabdehlə 2008-ci ildə nikaha daxil olduğu üçün onların arasında olan mübahisə 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməlidir.

13. Birinci instansiya məhkəm əsi Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə istinadən qeyd edib ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur və bu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27 may2008-ci il tarixli qərarında da öz əksini tapmışdır.

14. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin qeyd olunan qərardakı hüquqi mövqeyini hazırki işin müəyyən edilmiş halları baxımından nəzərə alaraq qeyd edib ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəla n küçəsi, 16 saylı fərdi yaşayış evindən (Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ə.H.Qarayev küçəsi, 8/48) istifadə hüququ barədə onunla həmin mənzilin sahibi X7 arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, iddiaçının həmin evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla da iddiaçının mübahisəli evdən istifadə hüququ və onun həmin evə köçürülməsi üçün əsaslar mövcud deyil.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.1, 228.2-ci Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri: - i ddiaçı uşaqları ilə birlikdə sözügedən özbaşına tikili evdə yaşayış hüququ əldə etməsinə, uzun müddət orada yaşamasına və cehiz əşyalarının da hazırda orada olmasına baxmayaraq, məhkəmə onun iddiasını təmin etməmişdir; - məhkəmə ünvan 2 ünvanı ilə X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi 16 saylı fərdi yaşayış evinin eyni əmlak olduğunu əsaslandırmamışdır. Bu əmlakların eyni olması ilə bağlı heç bir sübut yoxdur; - 2008-ci ildən 2020-ci ilə kimi mübahisəli evdə yaşamaqla istifadə hüquq əldə edib. Evə mülkiyyət sənədləri sonradan alınıb.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1477/2021 nömrəli, 16 mart 2021-ci il t arixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(003)-1247/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi) Aida Hüseyn, Elşən Kazımov )

19. Apellyasiya instansiyası məhkəməsi sorğu nəticəsində aldığı sənədlərə əsasən müəyyən etmişdir ki, iddia tələbində göstərilən ünvan 1 ünvanla X3 xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsi və onun üzərində yerləşən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi eyni əmlakdır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəf öz tələblərinin əsası kimi is tinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçı ünvan 1 ünvanda yerləşən özbaşına tikilidən istifadə hüququ əldə etdiyini bildirsə də, istinad etdiyi məhkəmə qətnaməsində yalnız Cavabdeh həmin ünvanda yerləşən torpaq sahəsindən istifadə hüququ tanınmışdır. Bundan başqa, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsində 16 saylı fərdi yaşayış evindən savayı, başqa ev olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, X1 ünvan 3 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən başqa torpaq sahəsi verilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sübutlara əsasən, həmin torpaq sahəsində yerləşən 16 saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı ilə yaxın qohumluq əlaqəsi olmayan xxx

22. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərara qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırlıb. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçı larının izahatları

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştirak etdiyi üçün MPMnin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, digər cavabdeh K.Alimentov məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdeh xxxiştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə mal ikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilm əsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkli edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət veri lib.

33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

34. İddia tələbi evə köçürülmə barədədir. İddiaçı tələbini əsası kimi həmin evə gələrkən evin tam hazır olmaması, orada əlavə təmir-tikinti işləri aparmasına, 2020-ci ilə qədər evdə yaşamaqla oradan istifadə hüququ əldə etməsinə istinad etmişdir. Belə olan halda, iddianın təmin edilməsini əsas şərti iddiaçının evdən istifadə hüququnun yaranması təşkil edir.

35. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları isə ondan ibarət olub ki, Əzizbəyov Rayon Xalq Deputatlarının icraiyyə komitəsinin 27 oktyabr 1988-ci il tarixli 15 saylı qərarı ilə X1 Şüvəlan qəsəbəsi Ə.H.Qarayev küçəsi 8/48 ünvanında 0.06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının köçmək istədiyi evə istifadə hüququ yaranmayıb, evin onun keçmiş ə ri Cavabdehla ilə heç bir hüquqi bağlılığı yoxdur. Belə ki, ünvan 1 ev, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 21-ci Şüvəlan küçəsi, 16 saylı fərdi yaşayış evi X2 adına qeydiyyatdan keçmişdir və həmin evlər də eyni əmlakdır.

36. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 48H saylı torpaq sahəsində 16 saylı fərdi yaşayış evindən savayı, başqa evin olmasını işə mahiyyəti üzrə baxan məhkəmə instansiyalarında sübut edə bilməyib.

37. İşin müəyyən edilmiş halları iddianın təmin edilməsini istisna etdiyi üçün apellyasiya məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.

38. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi həmin dəlillər apellyasiya şi kayətinin dəlilləri ilə eyni olub və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə DƏDRX-ə verdiyi sorğunun nəticələrinə əsasən qiymət verib. (hazırki qərarın 19-cu bəndi)

39. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini əsasız sayır.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qzının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1477/2021 nömrəli 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar