Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5948/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mehti oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Mehti oğlunun cavabdeh "xxxx" QSC-yə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1285/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Mehti oğlu xx.xx.1998-ci il tarixdə "xxxx" QSC-nin 25 mart 1998-ci il tarixli 100/QK saylı əmri ilə metropolitendə növbə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə xəstəliyi ilə əlaqədar öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinə əsasən işdən azad edilmişdir.
2. İddiaçı 2001-ci ilin fevral ayında tüklərin tökülmsəi, dırnaq sədəflərinin kövrəkləşməsi və ovxalanıb tökülməsi xəstəliyinə düçar olmuş, ona "xxxx" diaqnozu müəyyən edilmişdir.
3. İddiaçı onun xəstəliyinin peşə xəstəliyi olmasını iddia edib və 2015-ci ildə cavabdeh "xxxx" QSC-yə qarşı tutulmuş olduğu xəstəliyin peşə xəstəliyi olmasının müəyyən edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2001-ci il tarixdən başlayaraq ona vurulmuş zərərin əvəzi kimi metropolitendə növbə rəisi vəzifəsində işlədiyi vaxt aldığı əmək haqqının artırılmaları nəzərər alınaraq hər ay 400 manat məbləğində pul vəsaitinin "xxxx" QSC-dən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi rədd edilmiş, həmin iş üzrə apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-1367 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-4107 saylı qərarı ilə təmin olunmamışdır.
5. Həmin i ş üzrə birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş 389MEŞ saylı, xx.xx.2015-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyində İddiaçı 2001-ci ildən rəy verilənədək "xxxx" xəstəliyindən əziyyət çəkdiyi, İddiaçı peşə fəaliyyətində əmək funksiyalarını yerinə yetirərkən "xxxx" xəstəliyinə dücar olduğu qeyd olunmuşdur.
6. Həmin iş üzrə apelyasiya instansiyası məhkəməsi əlavə məhkəmə-tibbi ekspertizası təyin etmiş və əlavə məhkəmə-tibbi ekspertizasının 69KEŞ saylı, xx.xx.2016cı il tarixli rəyində göstərilmişdir ki, İddiaçı 1998-ci il tarixdən başlayaraq metropolitendə sahə rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 2001-ci ilin fevral ayında növbə rəisi kimi işdə olarkən tüklərin tökülməsi, dırnaq sədəflərinin kövrəkləşməsi və ovxalanıb tökülməsi xəstəliyinə düçar olmuş və əziyy ət çəkdiyi "xxxx" xəstəliyi diaqnozu ilə əlaqədar mütəmadi olaraq tibbi müayinə və müalicələr almışdır. İddiaçı əziyyət çəkdiyi "xxxx" xəstəliyi Nazirlər Kabinetinin 1993-cü il 16 mart tarixli 146 №-li, 2002-ci il 14 yanvar tarixli 7 №-li qərarları ilə təsdiq edilmiş «Peşə xəstəlikləri siyahısı”nda peşə xəstəliyi kimi qeydiyyata alınmamışdır və bu xəstəlik peşə xəstəliyi hesab edilmir. "xxxx" xəstəliyinin peşə xəstəliyi olmaması və həmin xəstəliyin etiopatomorfologiyası İddiaçı işlədiyi dövrdə düçar olduğu bu xəstəliyin onun peşə fəaliyyəti nəticəsində və ya əmək funksiyalarını yerinə yetirərkən baş verməsinin inkar edilməsinə əsas verir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli müayinə məlumatına gör ə, İddiaçı “Qaraciyərin sklerozu ilə birgə qaraciyər fibrozu. Qara ciyər hüceyrə çatışmamazlığı.Xroniki durğunluq splenomeqaliyası. Xroniki durğunluq splenomeqaliyası» diaqnozu təyin edilmiş və ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi isə “Ümumi xəstəlik” qeyd olunub. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Mehti oğlu cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh QSC-də işlədiyi müddətdə düçar olduğu "xxxx" xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərmanlar nəticəsində onda əmələ gəlmiş “qara ciyərin serozu” xəstəliyi ilə bağlı əmək qabiliyyətini tamamilə itirdiyinə görə və həmin xəstəliyin adı Azərbaycan Respublikasının Nazirlər Kab inetinin “peşə xəstəlikləri” siyahısında olduğunu nəzərə alaraq, düçar olduğu “qara ciyərin serozu” xəstəliyi peşə xəstəliyi hesab edilməklə, xx.xx.2001-ci il tarixdən başlanmaqla, vurulmuş zərərin əvəzi kimi növbə rəisi vəzifəsində işlədiyi vaxt aldığı əmək haqqının (artırmalar nəzərə alınaraq) mövcud qanunvericiliyə uyğun olaraq pul vəsaiti şəklində hər ay iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılıb ki, iddiaçı 2001-ci ilin fevral ayında metropolitenin “Sahil” stansiyasında növbə rəisi kimi işdə olarkən, başının arxa hissəsinin tükləri qəfildən tökülmüşdür. İddiaçı güclü həyəcan və stress keçirərək həkimə müraciət etmiş, xx.xx.2001-ci il tarixdə həkimin müayinəsindən so nra ona "xxxx" diaqnozu qoyulmuş və uzun müddətli müalicəyə zərurət yaranmışdır. Bundan sonra iddiaçının başının və qaşlarının bütün tükləri tökülməyə başlamışdır. Həmin vaxtdan etibarən iddiaçı müxtəlif müalicə müəssisələrində müalicə almağa başlamış, qısa müddət ərzində müalicənin müsbət nəticəsi olsa da, sonradan əmələ gələn tüklər bədəninin bütün yerlərində tam tökülərək sona çatmış, müalicənin 1-2 ayında ayaqları ağrımağa başlamışdır. Bu diaqnozun müalicəsi üçün bütün dərmanlar hormonal dərmanlar olduğu üçün nəticədə qara ciyəri, mədəaltı vəzi və ürəyi ağrımağa başlamışdır. 2001-ci ilin fevralından indiyə kimi iddiaçı müalicə alır, həkimlər tərəfindən yazılmış reseptlər əsasında dərmanlar qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1-Təcrübi v ə Tədris Birliyinin xx.xx.2015-ci il tarixli 389MEŞ saylı ekspert rəyində qeyd edilmişdir: “İddiaçı peşə fəaliyyətində əmək funksiyalarını yerinə yetirərkən "xxxx" xəstəliyinə düçar olmuşdur”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi barədə xx.xx.2019-cu il tarixli tibbi arayışına əsasən iddiaçıya qaraciyərin serozu diaqnozu ilə 2-ci dərəcəli əlillik verilmişdir. İddiaçı həm də müharibə veteranıdır. İddiaçının səhhətindəki problemlər iş yerində olduğu zaman baş vermiş zəlzələdən sonra yaranmış, zəlzələ vaxtı iddiaçı işlədiyi qapalı mühitdə, yer səthində istifadə edilən maddələrin və elektromaqnit sahəsinin tamlığının pozulması, bu pozuntunun işlədiyi mühitdə naməlum təsirinin nəticəsi ndə xəstəliyinin əmələ gəlməsi sürətlənmiş və fəsadları özünü daha aşkar surətdə büruzə vermişdir. İddiaçının xəstəliyi peşə xəstəlikləri siyahısına daxil deyil, lakin xəstəliyinin etiopatogenizi də bu günədək bəlli deyil. Cavabdeh QSC iddiaçıda yaranmış xəstəliyin Metropolitendə işlədiyi dövrdə meydana gəldiyini etiraf etməsinə baxmayaraq, xəstəliyinin yaranma səbəbinin müəyyən edilməsinin mümkün olmadığını bildirmiş, metropolitendən təqaüdə çıxması ilə bağlı hüquqlarının reallaşdırılması üçün digər dövlət orqanlarına müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh QSC-də işlədiyi müddət ərzində əmək qabiliyyətinin itirilməsinə gətirib çıxaran xəstəliyinin əmələ gəlməsi, inkişafı və ağırlaşmasında zərərli, toksiki maddələrin rolunun müəyyən olunmasına köməklik göstərilməsi ilə əlaqədar bir s ıra yüksək instansiya orqanlarına müraciət etmiş, lakin müsbət nəticəsi olmamışdır.
10. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi bildirmişdir ki, 2015-ci ildə iddiaçının "xxxx" xəstəliyinin peşə xəstəliyi hesab edilməsi barədə tələbi olmuş və iddia tələbi rədd edilmiş, məhkəmə aktı apellyasiya və kassasiya instansiya məhkəmələrində qüvvədə qalmışdır. Bu xəstəlik peşə xəstəliyi hesab olunmadığına və xəstəlik metropolitenin təqsiri ucbatından yaranmadığına görə, iddiaçıda indi yaranmış xəstəlik Metropolitenin təqsiri üzündən yaranmamışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)5208/2021 saylı qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən iddiaçının bundan əvvəl cavabdehə qarş ı iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktına və Azərbaycan Respublikası MPM-nin 82.3 və 233-cü maddələrinə istinadən qeyd etmişdir ki, iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
13. İddiaçı hal-hazırda “qara ciyərin serrozu” xəstəliyinin peşə xəstəliyi olmasına istinad etsədə bunun yaranma səbəbi kimi "xxxx" xəstəliyindən əziyyət çəkdiyi müddətdə qəbul etmiş olduğu dərmanlar olmasına istinad etmişdir. Lakin, digər məhkəmə proseslərində iddiaçının "xxxx" xəstəliyinin yaranmasına səbəb kimi əvvəlki iş yerinin olmaması məhkəmə ekspertizalarının rəyləri ilə müəyyən edilmiş və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bu xəstəliyin yaranmasında təqsirinin olmadığı müəyyən edilərək hüquqi qiymət verilmişdir
14. Məhkəmə hesab etmişdi r ki, iddiaçının hazırki iddia tələbinin kökündə də sırf "xxxx" xəstəliyi dayandığından və maddi tələbi ondan irəli gəldiyindən iddia tələbi təmin edilə bilməz.
15. Məhkəmə gəldiyi nəticəni MPM-in 14.2, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qə tnamə qəbul etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1285/22 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması b arədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti də iddia ərizəsi və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı "xxxx" xəstəliyinə məhz metropolitendə işlədiyi vaxtda düçar olmuş, daha sonra isə həmin xəstəliyin müalicəsi ilə əlaqədar olaraq qəbul etdiyi hormonal dərmanlar səbəbindən “qaraciyərin serrozu” xəstəliyinə düçar olmuşdur (hansı ki, bu xəstəlik peşə xəstəlikləri siyahısında vardır) və öncə qeyd olunanlar iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən öz iddia tələbini sübut etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi yenə də birinci instansiya məhkəməsi kimi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırda iddiaçının "xxxx" xəs təliyinə düçar olması səbəbinin cavabdeh QSC-nin təqsiri nəticəsində baş verdiyi birmənalı şəkildə müəyyən olunur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi məhkəməyə təqdim edilən sübutlara əsasən müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəməyə təqdim edilən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq lazımi hüquqi qiymət verilmədən xx.xx.2022-ci il tarixli qanunsuz qətnamə qəbul edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdiril mədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 239, 1-ci hissə. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
25. Maddə 239, 3-cü hissə. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
32. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə e də bilməzlər.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılm alıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Ali Məhkəmənin Mülki Kol legiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, iddiaçı cavabdeh müəssisədə işlədiyi müddətdə düçar olduğu "xxxx" xəstəliyinin müalicə olunması üçün qəbul etdiyi dərmanların təsirindən onda “qara ciyərin serrozu” xəstəliyi yaranması səbəbindən əmək qabiliyyətini tamamilə itirdiyinə görə cavabdeh müəssisədən zərərin ödənilməsini tələb edir. İddiaçı qeyd edir ki, "xxxx" x əstəliyinin adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “peşə xəstəlikləri” Siyahısında olmasa da, düçar olduğu “qara ciyərin serozu” xəstəliyi, Siyahıda peşə xəstəliyi hesab edilir.
40. Nəzərə alınmalıdır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
41. Bu baxımdan tərəflər arasında yaranmış hüquq münasibətləri istehsalatda baş vermiş peşə xəstəliyində təqsirli olan işəgötürənin işçiyə vurulan zərərə görə maddi məsuliyyəti ilə bağlı yaranan mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
42. Əmək Məcəlləsi ilə istehsalatda baş vermiş peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə dəymiş zərərə görə müvafiq ödənclər ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 191-ci mad dəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
43. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
44. Həmin maddənin 2 -ci hissəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
45. Mülki Məcəllənin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.
46. Həmin Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
47. Əmək Məcəlləsinin 239-cu maddəsinin 3-cü bəndində göstərilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
48. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən işçilərə verilməli ödənclərin verilmə qaydaları, şərtləri və məbləği, iddiaçının işlədiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” ilə tənzimlənirdi.
49. Həmin Qaydaların 1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağla mlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.
50. Sözügedən qaydaların 1.2-ci bəndinə əsasən, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri... ilə əlaqədar işçilərin səhhətinin pozulması təhqiq edilməlidir.
51. İşçinin peşə xəstəliyi ni təsdiq edən sənəd Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarıdır.
52. Baxılan iddianın düzgün həlli üşün ardıcıl olaraq: iddiaçının tutulduğu "xxxx" xəstəliyinin peşə xəstəliyi sayılması; həmin xəstəliyin iddiaçının cavabdeh müəssisədə əmək fəaliyyəti ilə əlaqədar yaranması; bu xəstəliyin müalicəsi ilə iddiaçıda “qara ciyərin serozu” xəstəliyi yaranması arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir. Bu hallardan birinin müəyyən edilməməsi, iddianın rədd olunması üçün əsasdır.
53. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də iddiaçının düçar olduğu "xxxx" xəstəliyinin peşə xəstəliyi olub olmamasını və cavabdeh müəssisədə işləməsi ilə əlaqəsini araşdırmış və tərəflər arasında əvvəllər olmuş məhkəmə mübahisəsində müəyyən olunmuş halları mübahisəsiz hal kimi qəbul edərək, iddianı rədd etmişdir.
54. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Çünki peşə xəstəliklərinin siyahısı qanunverciliklə, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin il 16 mart 1993-cü il tarixli 146 №-li və 14 yanvar 2002-ci il tarixli 7 №-li qərarı ilə müəyyən edilir. Həmin siyahıda "xxxx" xəstəliyi peşə xəstəliyi kimi müəyyən olunmamışdır. 55. "xxxx" xəstəliyi peşə xəstəliyi olmadığına görə iddia tələbi üzrə əlavə araşdırma aparılmasına zərurət qalmır.
56. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanu n pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1285/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.