Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5949/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası: hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)8354/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ünvan 1 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 16 dekabr 2005-ci il tarixdə JN-16086H saylı, 00900003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahəsinin 0,015 hektar hissəsini İddiaçı 28 iyul 2019-cu il tarixli ilkin müqavilə əsasında Cavabdeh 60247,5 manata satmış, əsas müqavilənin bağlanmasının bir il müddətinə başa çatdırılması şərti ilə, Cavabdeh daşınmaz əmlakın razılaşdırılmış qiymətinin 28115,5 manatını notariat kontorunun depozit hesabına qoyaraq iddiaçıya ödəmişdir, qalan 32132 manatını isə əsas müqavilə üzrə ödəyəcəyini öhdəsinə götürmüşdür, həmçinin müqavilə şərtlərinin yerinə yetirilmə məsi barədə üzərinə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın əvəzi olaraq 100200 manat məbləğində pul vəsaitinin, 500 manat ekspertiza xərcinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1539/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia tələbi qismən təmin edilərək, Şərifli küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil v erilməsi qət edilmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ilkin müqavilədən irəli gələn əsas müqavilənin onun bağlanmalı olduğu müddət qurtaranadək bağlanmadığı vəziyyətində ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verildiyindən, hazırda bu barədə tələb irəli sürülmədən fərdi yaşayış evinin boşaldılması barədə iddianın təmin edilməsinə yolverilməzlik yoxdur. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Cavabdeh məhkəmə iclaslarında etibarnaməsi əsasında nümayəndəsi (qardaşı) vasitəsi ilə təmsil olunmuş, lakin qanunla müəyyən edilmiş qaydada iddia ərizəsinə dair etiraz və mülahizə və ya qarşılıqlı iddia verilməmiş, iddia tələbinin əsassızlığına dair hər hansı qanuni dəlil irəli sürməmiş, etirazının əsasını təşkil edəcək sübutlarını təqdim etməmişdir.
5. Məhkəm ə qeyd etmişdir ki, iddiaçının 28 iyul 2009-cu il tarixli müqaviləni bağlamaqda niyyəti ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0,02 hektar torpaq sahəsindən 0,015 hektar torpaq sahəsini Cavabdeh satmaq olmuşdur, sonrakı məhkəmə mübahisələrinin predmeti də üzərində fərdi yaşayış evi inşa edilmiş torpağın alğı-satqısına dair ilkin müqavilədən yaranmış borc pulun, vurulmuş maddi (pulun infilyasiyası baxımından) və mənəvi zərərin ödənilməsi”, bundan başqa “torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ilkin müqavilə üzrə ödənilməmiş qalan pulun tutulması” olmuşdur. İddiaçı həmin iddialarında heç vaxt iddia etməmişdir ki, əmlakı kirayə vermək niyyətində olmuşdur. 2014-cü ildə sonuncu məhkəmə mübahisəsindən sonra tərəflərin heç biri bir-birinə qarşı hər hansı predmet lə bağlı iddia qaldırmamışlar. Məhkəmə təkrar olaraq xatırladır ki, ilkin müqavilənin özündən, eləcə də məhkəmə mübahisələrinə dair qətnamələrdən də aydın olur ki, iddiaçının niyyəti məhz əmlakı satmaq olub, o, həmin əmlakı kirayə vermək məqsədilə tikməsi, kirayəyə vermə ilə məşğul olması və sair bu kimi sübutlarını təqdim etməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 178, 402.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş edilmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamədə dəyişiklik edilərək Fridun Mustafayev Məmmədəli oğlu tərəfindən cavabdehə 350.000 manat məbləğində kompensasiya ödəməklə cavabdehin bu evdən çıxarılmağı barədə və ya iddiaçı tərəfindən evə dair çıxarışı cavabdehə təqdim etməklə müqavilə üzrə qalan borcunu ödəmək üçün bir ay müddətində vaxt verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-8354/2021 saylı qərardadı ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1539/2021 saylı 25 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətlərinin geri qaytarılması üçün mülki işin materiallarının Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından aydın olur ki, qətnamənin tərəflərə göndərilməsinə dair məktubun surətinə iddiaçının nümayəndəsi X1 10.00.2021 tarixi qeyd etməklə imza etmişdir və həmin məktub da 27 may 2021-ci il tarixlidir. Belə olan halda iddiaçı tərəfindən qətnamənin təhvil alınma tarixini 27 may 2021-ci il hesab etsək, o, bir aylıq prosessual müddəti ötürməklə apellyasiya şikayəti vermişdir. Belə ki, iddiaçının apellyasiya şikayəti 14 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur.
11. Apell yasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə də hesab etmişdir ki, şikayət vermə müddəti ötürülmüşdür. Belə ki, qətnamənin tərəflərə göndərilməsinə dair məktubun surətindən göründüyü kimi cavabdehin nümayəndəsi Nümayəndə1 11 iyun 2021-ci il tarixdə qətnaməni təhvil almış, cavabdehin apellyasiya şikayəti isə 14 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim olunmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı və Cavabdeh apellyasiya şikayətlərini geri qaytarmalı olduğu halda, onları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək apellyas iya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. 14.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, cavabdeh tərəfindən apellyasiya şikayəti 09.07.2021-ci il tarixində poçt şöbəsinə təhvil verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin bu halına fikir verilməmiş və cavabdeh tərəfindən apellyasiya şikayətinin nə vaxt poçt şöbəsinə təhvil verilməsi müəyyən edilməmişdir. Bir halda ki, cavabdehin apellyasiya şikayətinin yerləşdiyi poçt zərfinə baxıldıqda həmin poçt zərfinin üzərində bu məktubu qəbul edən poçt şöbəsinin möhüründə ərizənin qəbul edilməsi tarixi açıq-aydın görünür. Cavabdeh apellyasiya şikayətinin 09.07.2021-ci il tarixində poçt şöbəsinə təqdim etdi yi üçün cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddəti ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
129. Prosessual mü ddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müdd ət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə
360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsirəsmi qaydada verildiyigündən 1 ay müddətində verilə bilər. Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı h allarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkün sayılmaması üçün zəruri olan bütün hallar araşdırılmamışdır. Bu baxımdan qərardad cavabdehə aid hissədə ləğv edilməli və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi Cavabdeh 11 iyun 2021-ci il tarixdə çatdırılmış, onun apellyasiya şikayəti isə məhkəməyə 14 iyul 2021-ci il tarixdə təqdim olunmuşdir.
25. Həqiqətən də mülki iş materiallarından (səh. 171) görünür ki, cavabdehin apellyasiya şikayəti məhkəmədə 14.07.2021-ci il tarixdə qeydiyya ta alınmışdır. Apellyasiya şikayətinin poçt vasitəsilə göndərilməsini təsdiq edən zərf iş materiallarında yoxdur. Lakin cavabdehin kassasiya şikayətinə əlavə etdiyi, poçt müəssisəsinin verdiyi 09.07.2021-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən həmin gün Nizami Rayon Məhkəməsinə poçt vasitəsi ilə məktub göndərilmişdir.
26. Cavabdeh bu qəbzdə göstərilən göndərişin məhz hazırki iş üzrə verilmiş apellyasiya şikayəti olduğunu bildirir. Cavabdehin bu dəlilinin araşdırılması mümkün deyildir. Belə ki, “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 124-cü bəndinə görə zərflər açılarkən onların bütövlüyü və içindəki sənədlərin mövcudluğu yoxlanılır. Sənədi göndərənin ünvanını və ya sənədin göndərilmə, alınma tarixini ancaq zərfə görə müəyyən etməy in mümkün olduğu hallarda həmin zərflərin saxlanılması zəruridir.
27. Təlimatın 197-ci bəndinə əsasən, məhkəməyə daxil olmuş apellyasiya şikayəti və apellyasiya protestinin üzərində onu qəbul edən şəxs tərəfindən daxil olma tarixi göstərilməlidir. Poçt rabitəsi vasitəsilə alınan şikayət və ya protestin verilmə müddətini müəyyən etmək üçün içərisində şikayət və ya protest göndərilmiş zərf şikayətə və protestə əlavə edilməlidir.
28. Mülki iş materiallarında cavabdehin apellyasiya şikayətinin göndərildiyi zərf olmadığına görə onun poçt vasitəsilə göndərməsini müəyyən etmək mümkün deyildir və kassasiya instansiyası məhkəməsində bu cür araşdırma aparılması yolverilməzdir.
29. Lakin ədalətli araşdırma hüququ və Konstitusiyada təminat verilən məhkəmə müdafiəsi hüququ, mövcud vəziyyətə aydınlıq gə tirilməsini, cavabdehin apellyasiya şikayətini həqiqətən də poçt vasitəsilə verdiyini, təqdim etdiyi poçt qəbzinin həqiqətən də daxil olmuş apellyasiya şikayətinin göndərilməsinə aid olub-olmamasını müəyyən etməyi tələb edir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhk əmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Baxılan şikayət məhkəmə müdafiəsi hüququ ilə bağlıdır və məhkəmə hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi baxımından apellyasiya şikayətinin mümkün sayılmaması zamanı bunun qanunla müəyyən olunmuş əsasları hər hansı şübhə yeri saxlanmadan yoxlanılmalıdır.
30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Cavabdeh qıznın apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə aid hissədə ləğv edilməli və mülki iş həmin məsələyə yenid ən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)8354/2021 saylı qərardadı cavabdehə aid hissədə ləğv edilsin və mülki iş bu hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.