Məhkəmə qərarları › İş №2(102)-595/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-595/2024

30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-595/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh XXXna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh XXXna qarşı yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5090/2023 nömrəli, 18 oktyabr 2023-cü iltarixli qətnaməsindən cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2480/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X2 İddiaçı xeyrinə 80000 (səksən min) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, icra mərhələsində borclu X5 ünvan 1 ünvanında istifadəsində olan 535 kv.m. torpaq sahəsində inşa edilmiş 2 ədəd bir mərtəbəli fərdi yaşayış evini, yəni biri 175,2 kv.m. tikili, digəri isə 141,5 kv.m. yarımtikilini İddiaçı təhvil vermişdir. Borclunun arvadı olan cavabdeh XXX yazılı ərizə verərək buna öz razılığını bildirmişdir.

2. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsini n 2(003)- 2480/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.

3. X10 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh XXXna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək XXXnın icra məmurunun xx.xx.2021-ci tarixli aktı əsasında borc əvəzinə iddiaçıya verilmiş ünvan 1 ünvanında yerləşən sahəsi 175,2 kv.m. və 141,5 kv.m. olan yaşayış sahələrindən, habelə 535 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahələrin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ildə ona məxsus “Mercedes Benz” markalı avtomobili nəvəsinin kirvəsi, mərhum X4 30.000 (otuz min) manata satmış, l akin həmin avtomobilin əvəzinə natura qaydasında istifadəsində olan ünvan 1 ünvanında yerləşən həyətinin bir hissəsini, 0,25 ha torpaq sahəsini və 1 ədəd yarımçıq tikilini vermişdir. X1 müəyyən problemləri olduğuna görə xx.xx.2017-ci il tarixdə 30.000 (otuz min) manat, xx.xx.2018-ci il tarixdə 50.000 (əlli min) manat hissə-hissə borc pul almış, xx.xx.2018-ci il tarixədək borcu qaytaracağına söz vermişdir. Bundan sonra X2 avtomobilin əvəzinə aldığı 0,25 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə rəsmiləşdirmiş, Z.Hacıyev həmin ərizədə ünvan 1 ünvanında yerləşən həyətinin bir hissəsi, 0,25 ha torpaq sahəsini istifadəsinə verdiyini və gələcəkdə heç bir iddiasının olmayacağını bildirmişdir. Həmçinin, borc olaraq aldığı 80.000 (səksən min) manatı qayta ra bilmədiyinə görə tərəfindən borc tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmə iclasında X5 iddia tələbini qəbul etmiş və maddi çətinliyi olduğu üçün borcu qaytarmaq imkanı olmadığını bildirmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2480/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək X2 80.000 (səksən min) manat pul vəsaitinin xeyrinə tutulması qət edilmişdir (hakim Ramilə Xəzri). Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi əsasında Xəzər rayon icra şöbəsində müvafiq qaydada icraata başlanılmış (icra məmuru Elmir Məmmədov), borcluya verilmiş könüllü icra müddətində o, borc əvəzinə ünvan 1 ünvanında istifadəsində olan 535 kv.m torpaq sahəsində inşa edilmiş 2 ədəd bir mərtəbəli fərdi yaşayış evini, yəni biri 175,2 kv.m tiki li, digəri isə 141,5 kv.m. yarımtikilini iddiaçıya təhvil vermişdir. Bu barədə icra məmurlarının, hal şahidlərinin və borclu X3 iştirakı ilə xx.xx.2021-ci il tarixdə müvafiq akt tərtib olunmuş, sonuncu həmin evlə bağlı heç bir iddiasının olmayacağını bildirmiş və iddiası da olmamışdır. Borclu təhvil-təslimdən sonra fərdi yaşayış evlərinin, həyətə giriş qapısının açarlarını da iddiaçıya təhvil vermişdir. Zakir Hacıyev həmin ünvanda həyat yoldaşı ilə yaşamışdır. Hətta ev təhvil verilən zaman Zakir Hacıyev arvadı Xatirə Həsənovanın evlərin və torpaq sahəsinin borc əvəzinə ona (iddiaçıya) verilməsinə etirazının olmaması barədə ərizəni də təqdim etmişdir. X5 iddiaçının nəvəsinin kirvəsi olduğuna və başqa yerdə özünə ev inşa etdirdiyinə görə müvəqqəti olaraq (təxminən bir il) həmin evlərdən biri ndə yaşamağı xahiş etmiş, iddiaçı isə dərin ailəvi münasibətlər olduğuna görə razılıq vermişdir. Buna baxmayaraq, iddiaçı da həmin yaşayış sahələrində məskunlaşmış, hər iki evə iddiaçıya məxsus məişət avadanlıqları, geyim və s. əşyalarını yerləşdirmiş, istənilən vaxt həmin evlərə daxil olmuşdur. Hazırda da hər iki evdə ona məxsus məişət avadanlıqları, geyim və s. əşyalar vardır. O, həmin yaşayış sahələrinə məskunlaşdıqdan sonra yarımçıq tikilini tamamlamış və tam yaşayış sahəsi vəziyyətinə gətirmişdir. xx.xx.2022-ci il tarixdə X5 qəflətən öldükdən sonra onun arvadı XXX borc əvəzinə iddiaçıya verilmiş fərdi yaşayış evlərinə və torpaq sahəsinə daxil olmağına mane olmuş, giriş qapılarının açarlarını dəyişmiş və hazırda da iddiaçını həmin yaşayış sahələrinə buraxmır, bununla da onun mülkiyyə t hüquqlarını kobud şəkildə pozur. Mübahisəli yaşayış sahəsinin qazlaşdırılması, həmin ünvanda qaz sayğacının quraşdırılması üçün xx.xx.2019-cu il tarixdə onunla "xxxx" QSC arasında müqavilə bağlanmış və tərəfindən 262 manat xidmət haqqı ödənilmişdir. Həmçinin, bildirir ki, o, hazırda ünvan 2 ünvanında pasport qeydiyyatındadır.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2626/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia rədd edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının mübahisəsini etdiyi mənzilə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158, 146.3, 180, 337.4, 394, 528, 529.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) 2(103)-5090/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması və cavabdeh XXXnın ünvan 1 ünvanında 535 kv.m torpaq sahəsində yerləşən sahəsi 175,2 kv.m. və 141,5 kv.m. olan tikililərdən (evdən) çıxarılması və həmin sahələrin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

12. Apellyasiya baxışı zamanı icra işinin sənədlərinin surətləri Xəzər Rayon İcra Şöbəsindən tələb edilib öyrənilmiş və müəyyən edilmişdir ki, sözügedən icra sənədi əsasında X5 borc əvəzinə ünvan 4 ünvanında istifadəsində olan 535 kv.m torpaq sahəsində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evini, yəni biri 175,2 kv.m olan tikili, digəri 141,5 kv.m olan yarımtikilini iddiaçıya təhvil vermişdir. Bu barədə akt tərtib edilmiş və həmin əmlaklar ona təhvil verilmiş, borclu və tələbkar icra icraatına xitam verilməsini xahiş etmişlər. Xəzər Rayon İcra şöbəsinin icra məmuru Elmir Məmmədovun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi icra olunduğundan icra sənədinin icraatına xitam verilmişdir.

13. Hazırda iddiaçı həmin tikilidən borclunun arvadı XXXnın çıxarılmasını tələb edir.

14. Cavabdeh isə mübahisəli yaşayış və torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığına, həmin yaşayış və torpaq sahəsinin mərhum əri X3 atasına məxsus olduğuna, əri ilə birlikdə həmin yaşayış sahəsində yaşadığına, ərinin ölümündən sonra mübahisəli əmlakın cavabdehin və mərhumun qardaşı X6 və onun ailə üzvlərinin sahibliyində və istifadəsində olduğuna istinad etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd edilən tikililər daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmasa da, onlar faktiki olaraq mövcuddur və tərəflərin mübahisələndirmədiyi hal kimi cavabdehin ərinin istifadəsində olmuş, məhkəmə qətnaməsinin icrası mərhələsində sözügedən əmlaklar sonuncu tərəfindən borc əvəzi kimi iddiaçıya verilmiş, icra icraatına icra sənədi icra olunduğundan xitam verilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, ləğv edilməmişdir və hazırda qüvvədədir. Bu baxımdan, iddiaçının həmin tikililər üzərində əmlak hüquqları vardır və ona görə də həmin tikililərə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq “əmlak” kimi yanaşılmalı və qiymət verilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı məhkəməyə göndərilsə də, məhkəmə hər hansı pozuntu müəyyən etmədiyindən qərarı ləğv etməmişdir. Ən azından qərarın bu günədək qüvvədə olması və heç kim tərəfindən mübahisələndirilməməsi məhkəmə kollegiyasına bu qənaətə gəlmək üçün əsas verir. Bu baxımdan icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın qüvvədə olmasına baxmayaraq hazırkı iş üzrə iddianın birinci instansiya məhkəməsi tərəfindən rədd olunması anlaşılan deyil.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının öz əmlak hüquqlarının müdafiəsi ilə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və birinci instansiya məhkəməsinin belə bir hüququn olmaması əsası ilə iddianı rədd etməsi qanunsuzdur.

18. Apellyasiya instans iyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli tikilidə qalmağı, oradan çıxmamağı iddiaçının bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını həyata keçirməsinə mane olur, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 394, 146.3, 152.5, 180.1, 180.2, 337.4, 528, 529.8-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh XXX kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın ona məxsus olmasını iddia edərək, cavabdehin oradan çıxarılmasını tələb etsə də, iddiaçı hə min daşınmaz əmlakın qanuni sahibliyində olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı qeyd olunan hal öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranma əsaslarına dair qanunvericilk normalarının tələblərini pozmaqla, mübahisəli əmlakın iddiaçıya məxsus olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilən qətnaməni çıxararkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, iş üzrə obyektiv məhkəmə araşdırması aparmamış, sübutlara və tərəflərin izahatlarına obyektiv hüquqi qiymət verməmiş, nəticədə bu qanunsuz qətnamənin çıxarılması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

24. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmla k barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

28. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığ ı andan etibarsızdır.

29. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

30. Maddə 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əs asları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5090/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar