Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5951/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X2 oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X4, vəkili X2 qızının, 3-cü şəxs X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)-3012/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim L.Talıbova) 22.11.2018-ci il tarixli, 2(011)7617/2018 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “hərrac protokolunun, alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında dövlət reyestri tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, Ş.Məhərrəmova, X.Sarıyev) 25.04.2019-cu il tarixli, 2(103)-3012/2019 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli, 2(011)-7617/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 28.08.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Ticarət və Xidmət Departamentinin Nizami rayon Qapalı Təşkilatının təminatı bazasının balansında olan qeyriyaşayış sahəsinin özəlləşdirilməsinə dair 04.07.2017-ci il tarixli 23/01 saylı hərrac protokolunun, 05.07.2017-ci il tarixli 3470 saylı müəssisənin alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili X2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə cavabdeh arasında olan icra müqaviləsinin ləğv edilməsinə dair sərəncamın qüvvədə olmasının və iddiaçının həmin sərəncamdan şikayət etmədiyini göstərmişdir. Lakin idd iaçı apellyasiya şikayətində də bildirmişdir ki, həmin sərəncamın qəbul edilməsi nəticəsində qeyri-yaşayış sahəsinin hərraca çıxarılmasını iddiaçı onun hüquqlarının pozulması kimi qəbul etməmişdir. İddiaçının əsas narazılığı həmin qeyri-yaşayış sahəsinin hərraca çıxarılan zaman bu barədə ona məlumat verilməməsi və ilkin olaraq qeyri-yaşayış sahəsinin ona təklif edilməməsidir. Məhkəmə qətnamə qəbul edərkən “Dövlət Əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərini pozmuş, qanunvericiliyi düzgün tətbiq etməmişdir. Həmçinin məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsində iddiaçının həmin qeyri-yaşayış sahəsini özəlləşdirməkdə üstünlük hüququnun göstərilmədiyini əsas götürmüşdür. Lakin qeyd edilən qanunvericilik normasında həm in məhdudiyyət göstərilməmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)-3012/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçı və vəkili X2 oğlu məhkəməyə kassasiya şikayətinə əlavə ünvanlayaraq göstərmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ona icarəyə verilməsi ilə bağlı cavabdeh orqan ilə aralarında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair sərəncamın ona təqdim edilib-edilməməsi və ümumiyyətlə, onun sərəncam barədə xəbərinin olub-olmadığı məhkəmələr tərəfindən araşdırılmamışdır. Bir halda ki, həmin sərəncam onun maraqlarına toxunduğu üçün mütləq şəkildə sərəncamın bir nüsxəsi ona təqdim edilməli idi. O, sərəncam barədə xəbəri olmadığını bildirsə də, məhkəmə bunu düzgün hüquqi qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulub-pozulmadığını yoxlamalı olduğu halda bunu etməmişdir. Eyni zamanda məhkəmələr tərəfindən onun qeyri-yaşayış sahəsini hansı müddətə qədər istifadə etməsinə də aydınlıq gətirilməmiş və bu məsələyə də hüquqi qiymət verilməmişdir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)-3012/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. La kin İddiaçı oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X2 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilmədsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X7 və vəkili X2 qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)-3012/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. 3-cü şəxs X3 məhkəmə icl asında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarında olan Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyəverilməsi haqqında 04 dekabr 2006-cı il, 01 noyabr 2007-ci il, 25 avqust 2008-ci il və 02 aprel 2009-cu il tarixli icarə müqavilələrindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 70 kv.m. ol an Bakı şəhəri İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin Nizami rayon X2 bazasının balansında olan qeyriyaşayış sahəsinin xidmət məqsədi ilə İddiaçı istifadəsinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 03 may 2017-ci il tarixli Sərəncamından və ona əlavədən görünür ki, İddiaçı ilə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi barəsində bağlanmış icarə müqaviləsi Azərbaycan Respublikası MM-in 689.1-ci maddəsinə əsasən (kirayə müqaviləsinin müddəti bitdiyi üçün) ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib olunmuş 04 iyul 2017-ci il tarixli, 23/01 saylı Hərrac protokoluna əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentinin Nizami rayon X2 Bazası hərraca çıxarılmış və X3 tərəfindən 85000 manata alınmışdır. İş materiallarında olan satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və alıcı, əmək kollektivi tərəfindən vəkil olunmuş şəxs X3 arasında bağlanmış 05 iyul 2017-ci il tarixli, 3470 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin surətinə görə alıcı ƏMDK-nin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 04 iyul 2017-ci il tarixdə keçirilən hərracda 23/01 No-li protokola əsasən ünvan 3 ünvanında yerləşən Nizami rayon X2 Bazasını 85000 manata alınmışdır. Apellyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətinə gələrək göstərmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində dövlət əmlakının özəlləşdirilməsinin ü sulları göstərilmişdir ki, onlara özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı (16.1.1-ci maddə), hərraclar vasitəsilə satışı (16.1.4-cü maddə) və icarəyə verilmiş dövlət əmlakının satışı (16.1.6-cı maddə) aid edilmişdir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. Həmin Qanunun 17.2.1-ci maddəsinə əsasən özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışında g üzəştlər əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə aid edilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 4.1-ci maddəsinə əsasən, özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı Dövlət əmlakının özəlləşdirilməsinin üsullarından biridir. İİ Dövlət Proqramının 4.6.1-ci maddəsinə əsasən, İİ Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydaları İİ Dövlət Proqramı və digər normativ hüquqi aktlarla müəyyən edilir. İcarəyə verilmiş dövlət əmlakının satışı tərəflər arasın da bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. Məhkəmə kollegiyası ilk olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində də göstərildiyi kimi, iddiaçı ilə cavabdeh olan Əmlak Məsələləri Dövlət Komitəsi arasında qeyri-yaşayış sahəsi barəsində bağlanmış icarə müqaviləsi Komitənin 03 may 2017-ci il tarixli Sərəncamı ilə müqavilə müddətinin bitməsi əsası ilə ləğv edilmiş və həmin Sərəncam aidiyyəti üzrə mübahisələndirilməyərək, hazırda qüvvədədir. Bu nöqtəyi nəzərdən hərrac keçirilən zaman iddiaçı artıq qeyri-yaşayış sahəsinin icarəçisi olmamış və onunla əlaqədar hər hansı müstəsna hüquqlara malik olmamışdır. Bundan əlavə, iş materiallarında olan X5 ilə Azərbaycan Respublikas ı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (hazırda Əmlak Məsələləri Dövlət Komitəsi) arasında bağlanmış icarə müqavilələrinin 7.1-ci maddəsinə əsasən bu müqavilə icarəçiyə icarə götürdüyü sahəni özəlləşdirmək hüququ yaratmır. Odur ki, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin qüvvədə qalmasını qəbul etsək də belə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1 və İİ Dövlət Proqramının 4.6.1-ci maddəsinə əsasən iddiaçıya satınalmada üstunluk hüququ olmamışdır. Həmçinin iş materiallarından müəyyən olunmuşdur ki, mübahisələndirilən qeyri-yaşayış sahəsi hərracda satılarkən əmək kollektivinin adından X3 tərəfindən yuxarıda qeyd olunan Qanunun 17.1 və İİ Dövlət Proqramının 4.1-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əldə edilmişdir. Beləli klə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər keçirilmiş hərracın etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri isə əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynmilik təşkil etmiş, apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan maddi hquq normaları əsasında iddia tələbinin təmin edilə bilməmə sinin əsaslarını düzgün müəyyən etmiş və qəbul etdiyi qətnaməni düzgün əsaslandırmışdır. Odur ki, kassasiya şikayətində göstərilən hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayət i təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli, 2(103)3012/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5951/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5951/2019
26.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver