Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5954/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh-yə qarşı “icarə haqqının tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)8443/2021 nömrəli qərardadından cavabdeh t ərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(005)482/2021 nömrəli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia təmin edilmiş, Cavabdeh-dən 04 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən 15400 manat məbləğində icarə haqqı məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-8443/2021 nömrəli qərardadı ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdan ibarət tərk ibdə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(005)-482/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-8443/2021 nömrəli qərardadının ləğv edilməsi və işin apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti işin fakti hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Məh kəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və nümayəndələri məhkəməyə gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi mübahis ələndirilən qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etmədiyi əsasları, eləcə də, hansı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini ümumiyyətlə göstərməmiş, sadəcə 3 aylıq icarə haqqı borcunu ödəməli olduqlarını qeyd edərək qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməli dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (mübahisələndirilən qərardad qəbul edilərkən qüvvədə olan redaksiyada) 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayət verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. MPM-in 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətində iddiaçı ilə bankın “Uğur” filialının yalnız 3 ay fəaliyyətdə olmaqla, həmin müddət üçün icarə haqqı ödənilməli olduqları ilə əsaslandırılmış, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması, həmin məhkəmənin qətnaməsinin düzgün hesab edilmədiyi üçün əsaslara istinad olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 361.1.4-cü maddəsinə istinad etməklə, apellyasiyanı qeyri-mümkün hesab etməklə, prosessual hüquq normalarının pozutusuna yol verməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(103)-8443/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5954/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5954/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver