Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5958/2019 26.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil iştirakı ilə, Cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-459 2/2019 nömrəli iş üzrə 15 aprel 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Emin Mehdiyev) 2(006)-7101/2018 saylı işi üzrə 12.12.2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə Ləğv prosesində olan Cavabdeh ASC-nin 27 avqust 2018-ci il tarixli, 271132 saylı əmrinin ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Fuad Talışinski sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rəfael Eyvazov) 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12.12.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “işdən azad edilmə barədə əmrin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, Cavabdeh ASC-nin Salyan filialının baş mühasibi vəzifəsindən azad edilməsinə dair 27 avqust 2018-ci il tarixli, 271132 nömrəli əmrin ləğv edilməsi və onun Ləğv prosesində olan Cavabdeh ASC-də işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, Cavabdeh ASC-nin Salyan fi lialının baş mühasibi vəzifəsindən azad edilməsinə dair olan 27 avqust 2018ci il tarixli, 271132 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 09 mart 2016-cı il tarixdən Cavabdeh ASC-nin Salyan filalının baş mühasibi vəzifəsində işləmişdir. Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 27 avqust 2018-ci il tarixli, 271132 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İşdən azad edilməsi barədə verilən 27 avqust 2018-ci il tarixli, 271132 nömrəli əmr tamamilə əsassız və qanunsuzdur. Belə ki, qeyd olunan əmrdə işdən azad edilmə əsası kimi ləğv prosesində olan Cavabdeh ASC-nin Salyan filialının kredit portfelinin və kassanın 01 avqust 2017-ci il tarixdən 01 avqust 2018-ci il tarixədək fəaliyyətinin yoxlanması və vəziyyətin qiymətləndirilməsinə dair 24 avqust 2018-ci il tarixli akt göstərilmişdir. Həmin aktda göstərilən nöqsanlara görə onun vəzifəsinə uyğun heç bir təqsiri yoxdur. Əksinə o, 30.07.2018-ci il tarixdə inkossasiya zamanı kassanı saymış və kassada 2386 manat 90 qəpik məbləğində kəsir aşkarlanmışdır. Bununla bağlı o, dərhal akt tərtib etmiş və həmin aktı Cavabdeh ASC-nin Salyan filialının müdir-xəzinədarı Ə6 da imzalatdıraraq, bu barədə Cavabdeh ASC-nin rəhbərliyinə məlumat vermişdir. Bundan bir müddət sonra Cavabdeh ASC-nin Salyan filialının fəaliyyətinin yoxlanılması başlanmış və yoxlanmanın nəticələrinə dair 24 avqust 2018-ci il ta rixli akt tərtib edilmişdir. Qeyd olunan aktda onun əmək vəzifələrinə aidiyyatı olmayan pozuntular əsas gətirilərək vəzifəsindən qanunsuz azad edilməsinə dair 27 avqust 2018-ci il tarixli 271132 nömrəli əmr verilmişdir. Halbuki göstərilən nöqsanlar onun vəzifəsinə aid deyil, onun qeyd edilənlərdə heç bir təqsiri yoxdur və əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməmişdir. Əksinə həmin nöqsanları o aşkar edərək, Cavabdeh ASC-nin rəhbərliyinə bu barədə məlumat vermişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ləğvedic isi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh ASC üzrə 20 avqust 2014-cü il tarixli, 23/90 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 21 avqust 2014-cü il tarixdən bankın “Salyan” filialının mühasibat uçotu və əməliyyat şöbəsinə baş iqtisadçı vəzifəsinə keçirilmiş və müvə qqəti olaraq baş mühasib vəzifəsinin icrası ona həvalə edilmişdir. Cavabdeh ASC üzrə 03 mart 2016-cı il tarixli, 25/29 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 03 mart 2016-cı il tarixdən bankın “Salyan” filialının baş mühasibi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 23 fevral 2016- cı il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh ASC-nin “Salyan” filialının baş mühasibi İddiaçı 12 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankında attestasiyadan keçmiş və müsbət rəy almışdır. Ləğv prosesində olan Cavabdeh ASC-nin 27 avqust 2018-ci il tarixli, 271132 saylı əmrinin surətindən görünür ki, İddiaçı-27 avqust 2018-ci il tarixindən LPO Cavabdeh ASC-nin “Salyan” filialının baş mühasibi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci madəsinin “e” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) tutduğu vəzifədən azad edilmişdir. Əsas: LPO “xxxx” ASC-nin “Salyan” filialının kredit portfelinin və kassanın 01 avqust 2017-ci il tarixindən 01 avqust 2018-ci il tarixinədək fəaliyyətinin yoxlanılması və vəziyyətinin qiymətləndirilməsinə dair 24 avqust 2018-ci il tarixli akt. Ləğv prosesində olan "Cavabdeh" ASC-nin Salyan filialının kredit portfelinin və kassa ilə bağlı 01.08.2017-ci il tarixdən 01.08.2018-ci il tarixədək fəaliyyətinin yoxlanılması və vəziyyətin qiymətləndirilməsinə dair 24.08.2018-ci il tarixli aktın surətinə əsasən, 13.08.2018, 17.08.2018-ci il və 20.08.2018-22.08.2018-c i il tarixlərində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorun vəzifəsini icra edən Vüqar Abdullayevin əmrinə əsasən ləğv prosesində olan QSC "Bank Standard" KB-nin Daxili audit departamentinin direktoru X7, Əmanətiərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin aparıcı mütəxəssisi X5, ləğv prosesində olan "Cavabdeh" ASC-nin Kreditlərin idarə edilməsi departamentinin direktoru Əbdüləzimov Ramin Arif oğlu kredit portfelinin və kassa ilə bağlı 01,08.2017-ci il tarixdən 01.08.2018-ci il tarixədək fəaliyyətinin yoxlanılması və vəziyyətin qiymətləndirilməsi üçün işçi qrupu yaradılmışdır. "Cavabdeh" ASC Salyan filialının kassası üzrə aşağıdakı çatışmazlıqlar və faktlar aşkar edilmişdir: Ləğv prosesində olan "Cavabdeh" ASC-nin Salyan filialının kassasında 13.08.20 18-ci il tarixində saat 14:00 işçi qrupunun iştirakı ilə inventarizasiya həyata keçirilmişdir. Kassada olan nağd pul və digər qiymətlilər sayılaraq balans və digər uçot məlumatları ilə üzləşdirilmiş və 5965,90 manat əskiklik aşkar edilmişdir. 01,06.2017-ci il tarixli Vəzifə təlimatına əsasən xəzinədara aid səlahiyyətlər filialın müdiri X6 verilmişdir. Əskiklik barədə filialın müdiri X2 izahat alınmışdır. İzahatda əksiklikin səbəbi filialda saxlanılan borcalanlara aid pensiya kartları olan müştərilərin nağd vəsait mədaxil edilmədən bank proqram təminatına mədaxil kimi əks olunduğu qeyd edilir. Əlavə olaraq izahatda hər ay inkasasiya zamanı yaranan kassa məbləğini nağd pul şəkilində ödədiklərini qeyd edilmişdir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, ay ərzində nağd pul mədaxil edil mədən bank proqram təminatına suni oiaraq müştərilərin hesabına mədaxil kimi əks olunur və sonra ay ərzində nağd vəsait kassaya qoyulur. 20.08.2018-ci il tarixində saat 16:45 Ləğv prosesində olan "Cavabdeh" ASC-nin Salyan filialının kassasında işçi qrupunun iştirakı ilə yenidən inventarizasiya həyata keçirilmişdir. Kassada olan nağd pul və digər qiymətlilər sayılaraq balans və digər uçot məlumatları ilə üzləşdirilmiş və daha artıq 9125 manat əskiklik aşkar edilmişdir. Əskik gəlmənin səbəbini soruşanda filialın müdiri X8 bunu bir neçə müştəriyə nağd pul mədaxil etmədən bank proqram təminatına suni olaraq müştərilərin hesabına mədaxil kimi əks olunduğu bildirmişdir. Əlavə olaraq qeyd etmək olar ki, kassa kitabını yalnız filialın müdiri X8 imzalayır, filialın mühasibi İddiaçı imzası ilə kassa qalıqlarını təsdiq etmir. Bunun səbəbini soruşanda mühasib kassa qalıqlarını real vəasait olmadığına görə imzalamadığını bildirmişdir. 30.07.2018-ci il tarixli Ləğv prosesində olan "Cavabdeh" ASC- nin Salyan filialımn müdir-xəzinədarı X8, mühasibi İddiaçı tərəfindən imzalanmış akta əsasən, 30 iyul 2018-ci il tarixdə inkossasiya zamanı LPO "Cavabdeh" ASC Salyan filialının kassasını saymış və kassada 2386,90 kəsir aşkarlanmışdır. Bu səbəbdən akt tərtib etmiş və kassa kitabını imzası ilə təsdiq etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötü rən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsi nin zəruriliyi əsaslandırılmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələbinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Birinci instansiya məhkəməs i qeyd etmişdir ki, məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi İddiaçı işdən azad edilməsi barədə 27 avqust 2018-ci il tarixli, 271132 saylı əmrdə əsas göstərilmiş nöqsanların onun əmək vəzifələrinə aid olmasını, həmin nöqsanlara aidiyyəti və bunda təqsirli olmasını əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia tələbi əsaslı sayılaraq təmin edilməli və İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə Ləğv prosesində olan Cavabdeh ASC-nin 271132 saylı 27 avqust 2018-ci il tarixli əmri ləğv olunmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı apellyasiya qaydasında yoxlayan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yeti rilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hal lara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul etmişdir. Hazırki əmək mübahisəsi üzrə işəgötürən (təmsilçisi) əmək qanunvericiliyi ilə müəyyən edilməyən müddəa (Əmək Məcəlləsinin 72 maddəsinin “e” bəndi) əsasında əmək münasibətlərinə xitam vermiş və iddiaçının kassa üzrə vəzifəsi, təqsiri, maddi məsul şəxs olması, araşdırma dosyesini və sair bu kimi əsaslar (sübutlar) təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, tələbdə işə bərpa olması qeyd edilməsə də, əmrin ləğvi şəxsin əmək və ondan irəli gələn bütün hüquqlarının bərpasını müəyyə n edir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4592/2019 nömrəli iş üzrə 15 aprel 2019-c u il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-5958/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5958/2019
26.08.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver