Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5959/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, onun vəkili Cəfərov Nəsimi Abbas oğlunun, Cavabdeh1 vəkili Yolçiyev Mübariz Xalid oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxx” İK Bankının vəkili Bədirli Rüfət Mirrafiq oğlunun iştirakları ilə, İddiaçı, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiy a şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, Cavabdeh1 ödədiyi 5300 (beş min üç yaz) manatın, Cavabdeh2 əvəzinə, onun xeyrinə Nikoyl banka ödədiyi 1118 ABŞ dollarının tutulub ona ödənilməsi; hüquqi xidmətlərə görə ödədiyi 500 (beş yüz) manatın və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi; mütəxəssisin cəlbinə görə ödəniləcək 100 manat pulun ona aid hissəsinin ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apelyas iya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Həsənov, iş 2(010)-132/2018) iddia qismən təmin edilmiş, Cavabdeh1 mübahisəli Seat Toledo markalı, ** TE *** dövlət nömrə nişanlı maşının iddiaçıya verilməsinə görə ona iddiaçı tərəfindən ilkin olaraq ödənilmiş 5300 (beş min üç yüz) manat pulun və hazırki mülki işə görə hüquqi xidmət haqqı ilə bağlı iddiaçı tərəfindən çəkilmiş xərcin yarı məbləği - 250 (iki yüz əlli) manat məbləğində pul olmaqla, cəmi 5550 (beş min beş yüz əlli) manat məbləğind ə pulun tutulması, bunun qarşılığında İddiaçı Seat Toledo markalı, ** TE *** dövlət nömrə nişanlı maşının alınaraq Cavabdeh1 verilməsi, Cavabdeh2 isə iddiaçının onun əvəzinə Nikoil banka cəmi ödədiyi 1118 ABŞ dolları məbləğində pulun (ödəniş-qaytırılma gününə manat məzənnəsinə uyğun olaraq) və hüquqi xidmət haqqı üçün iddiaçı tərəfindən çəkilmiş xərcin yarısı - 250 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsümuna görə çəkilmiş xərc - 31 manat pulun cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), S.Hacıyevvə R.Eyvazov, iş № 2(103)-826 2/2018) Cavabdeh2, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxxx” İKB-nin apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-132/2018 saylı işi üzrə 16 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxxx” İKB) qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadiyev, iş № 2(102)-8325/2018) İddiaçıkassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2018-ci il tarixli qətnaməsi ləğv ed ilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Şamayevvə X.Sarıyev, iş № 2(103)-3173/2019) cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxxx” İKB-nin apellyasiya şikayətləri qismən təmin edilmiş,Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 2(010)132/2018 nömrəli qətnaməsi Cavabdeh1 5300 manat pulun tutulması və cəmi məbləğin müəyyən edilməsi hissəsində, həmçinin Cavabdeh2 1118 ABŞ dolları pulun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 5000 (beş min) manat pulun, cəmi 5250 (beş min iki yüz əlli) manat məbləğində pulun tutulmasının müəyyən olunması, Ca vabdeh2 İddiaçı xeyrinə 368 ABŞ dolları (ödəniş-qaytarılma gününə manat məzənnəsinə uyğun olaraq) pulun tutulmasının müəyyən olunması, qətnamənin İddiaçı Seat Toledo markalı, ** TE *** dövlət - nömrə nişanlı avtomaşının alınaraq Cavabdeh1 verilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, mütəxəssis tədqiqatına görə 100 manat xərcin İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq mütəxəssisin bank hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsinin qism ən ləğv edilməsini, Cavabdeh1 ödədiyi 5300 (beş min üç yaz) manatın, Cavabdeh2 əvəzinə, onun xeyrinə "xxxxx" banka ödədiyi 1118 ABŞ dollarının tutulub ona ödənilməsi; hüquqi xidmətlərə görə ödədiyi 500 (beş yüz) manatın və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi; mütəxəssisin cəlbinə görə ödəniləcək 100 manat pulun ona aid hissəsinin ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Cəfərov Nəsimi Abbas oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili Yolçiyev Mübariz Xalid oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətb iq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxx” İK Bankının vəkili Bədirli Rüfət Mirrafiq oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını x ahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları d üzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən avtomobilin mülkiyyətçisi X8 olmuş, sonuncunun “xxxxx” Bankın 10 saylı filialı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kredit məbləğinə görə hə min avtomobili ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. İddiaçı ilə cavabdeh arasında avtomobilin alqı-satqısı barədə şifahi razılıq əldə olunmuş, iddiaçı avtomobilə görə ödənilmiş 5300 manat pulu Cavabdeh1 nağd olaraq vermiş (cavabdeh 5000 məbləğdə vəsaiti qəbul etdiyini inkar etmir), özü isə avtomobili mülkiyyətçi Cavabdeh2 adından verilmiş etibarnamə əsasında idarə etmiş və sonuncunun yerinə banka 1118 ABŞ dolları məbləğində kredit borcunu ödəmişdir. Tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatdan müəyyən olunmuşur ki, sözügedən avtomobil 2016-cıilin oktyabr ayından 2017-ci ilin iyul ayına qədər onun sahiblik və istifadəsində olmuş, 2017-ci ilin iyul ayında həmin sahiblik başa çatmış, avtomobil Dövlət Yol Polisi əməkdaşları tərəfindən ondan təhvil alınmış və hazırda avtomobil banka qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1097.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı və Cavabdeh1kassasiya şikayətlərində apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsələr də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun konkret nədən ibarət olmasını göstərməmişdilər. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5959/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5959/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver