Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-596/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh Cavabdeh2 oğlunun və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim Arif İsmayılov) 18 sentyabr 2018-ci il tarixli 2(033)-915/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddia çı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin cavabdehin hesabına boşaldılması və təmizlənməsi tələbinə dаir iddiası təmin edilərək, Ünvan kəndində yerləşən iddiaçılar İddiaçı1,İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 paylı mülkiyyətində olan 0,5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh hesabına həmin torpaq sahəsinin 150 kv.m hissəsinə yerləşdirilmiş avtomaşınların xarab olmuş kuzaları, odun materiallarının götürülməsi, zibil quyusunun təmizlənməsi və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi, İddiaçı1 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, ekspertiza xərci olan 60 (altmış) manatın Cavabdeh tutularaq, Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yan ında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bank hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(107)-368/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli 2(033)-915/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(107)-368/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(102)-4024/19 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli 2(107)-368/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən apelyasiya qaydasında baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2019-cu il tarixli, 2(107)-2608/2019 saylı qətnaməsi ilə (hakimlər R.R.Rəfiyev sədrlik edən və məruzəçi, G.Q.Abbasov və M.R.Hüseynov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Zaqatala Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli 2(033)-915/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onların paylı mülkiyyətlərində Ünvan kəndində yerləşən 0.5008 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsi zəbt olunaraq istifadə olunur. Belə ki, cavabdeh həmin torpaq sahəsində avtomaşınların xarab olmuş kuzalarını və odun materiallarını qoymuş, 3 metr enində 6 metr uzununda betonlar basdıraraq zibil quyusu yaratmış, torpağın qalan hissəsindən isə yol kimi istifadə edir. Cavabdehdən həmin torpaq sahəsini boşaltmasını və oradan çıxmasını dəfələrlə tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək torpaqdan çıxmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Cavabdeh2 oğlu və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi müvafiq ekspertiza təyin etmədən yalnız rəylə kifayətlənmiş və iş üzrə ekspertizanın keçirilməsini təmin etməmişdir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən maddi və prosessual hüquq normalarının pozulması, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur və qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(107)-2608/2019 saylı qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan b axılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)2608/2019 nömrəli 12 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası təqdim edilmiş sənədlərin tədqiqatı və iş üzrə tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, Ünvan kəndində yerləşən 0,5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı2 payı 1/7 hissə, İddiaçı3 payı 1/7 hissə, İddiaçı4 payı 1/7 hissə, İddiaçı5 payı 1/7 hissə və İddiaçı1 payı 3/7 hissə olmaqla, onların paylı mülkiyyətindədir. Cavabdeh isə həmin torpaq sahəsində payı yoxdur. Buna baxmayaraq, cavabdeh iddiaçıların paylı mülkiyyətində olan 0,5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək, oradan könüllü çıxmaq istəmir, iddiaçılara torpaq sahəsinin sərhəddinin hasarla bağlanmasına, ona faktiki sahiblik və ondan istifadə etmələrinə maneçilik yaradır. İddiaçı1 və Cavabdeh iştirakı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi cəlb edilməklə, Ünvan kəndində yerləşən barəsində mübahisə gedən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən təqdim olunmuş 21.08.2018-ci il tarixli ŞM-047 nömrəli mütəxəssis rəyi əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Ünvan kəndində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 paylı mülkiyyətində olan 0,5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmin torpaq sahəsinin naturada ölçüləri orada göstərilmiş və bununla bağlı sxem rəyə əlavə edilmişdir. Mütəxəssis rəyi ilə həmçinin müəyyən edilmişdir ki, baza məlumatlarına əsasən, Cavabdeh iddiaçılara məxsus 0.5008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 150 kv.m. hissəsinə Cavabdeh Xoğlu odun tökmüş və xarab olmuş avtomaşınların kuzalarını yerləşdirməklə həmin 150 kv.m. torpaq sahəsindən istifadə edir. Cavabdeh apelyаsiyа şikаyətində istifadə etdiyi torpaq sahəsinin babasından qaldığını göstərərək, məhkəmənin əsassız nəticəyə gəldiyini qeyd etmişdir. Apellyasiya qaydasında işə baxan kollegiya onun bu dəlillərinə qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdeh bununla bağlı heç bir sübut təqdim etmədiyindən apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlm iş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin məcəllənin 111-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanu nunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi müvafiq ekspertiza təyin etmədən yalnız rəylə kifayətlənmiş və iş üzrə ekspertizanın keçirilməsini təmin etməmişdir. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfin iddiasının əsası və cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad edilən hallar üzrə torpaq sahəsinə yerində müayinə keçirilmiş, mütəxəssis rəyi alınaraq huquqi qiymət verməklə həm həmin rəyə, həm işin faktiki hallarına, həm tərəflərin qarşılıqlı münasibətinə, həm də mülki işin materiallarına istinad edərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlil lərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh2 oğlunun kassasiya şikayəti təmin edilmə sin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-596/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-596/2020
03.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver