Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-596/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3244/2023 nömrəli 2 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə məxsus gözəllik salonunda işləmiş, cavabdeh iddiaçının müəyyən məbləğdə pulunu qanuni və müqavilə əsası olmadan özündə saxlamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.740 ABŞ dolları pul vəsaitinin, 7.740 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə 1.548 ABŞ dolları əldən çıxmış faydanın, 110 manat vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1313/2022 nömrəli iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia qismən təmin edilərək, cavabdehdən 4.000 manat borcun, 110 manat vəkil xərcinin əvəz i və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 35,40 manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddia tələbi xarici valyuta olan ABŞ dollarında olmasına baxmayaraq, cavabdeh tərəfindən etiraf edilən və sübutlarnan əksini tapan məbləğ manat ilə ifadə edilmiş, bu səbəbdən iddia həmin hissədə xarici valyutada deyil, 4000 manat məbləğində və milli valyutada təmin edilməsini daha məqbul hesab edir.” b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
5. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5179/2022 nömrəli iş üzrə 3 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, cavabdehdən 7.740,0 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və hüquqi xidmətə görə 107,40 manatın iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Beləliklə, cavabdehin iddiaçı ilə birlikdə işlədikləri “X1” Salonda birgə qazanc əldə etmək üçün iddiaçının cavabdehə cəmi 7.740 ABŞ dolları pul vəsaitini verməsi, lakin həmin pulları aldıqdan sonra cavabdehin iddiaçıya hər hansı qazanc verməməsi, nə də 7.740 ABŞ dolları pulu geri qaytarmaması məhkəmə kollegiyasının iclasında yuxarıda sadalanan sübutlarla müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin olunmalıdır.” c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-678/2023 nömrəli iş üzrə 9 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.Xıdırov (məruzəçi), E.Vəliyeva, E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
10. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “İddiaçının nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsində icraatda məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, səs yazısı və disk olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin yuxarıda göstərilən vəsatətini işdə iştirak edən digər şəxslərin fikirləri dinləməklə həll etməli olduğu halda həll etməmiş, sübutları araşdıraraq onlara qiymət vermək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi də bunu nəzərə almamışdır. İş üzrə iddiaçı birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırmanın nəticəsi barədə qəbul edilmiş cinayət işinin rədd edilməsi haqqında qərarın, alınmış izahatların, iş üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Lakin məhkə mələr tərəfindən həmin materiallar müvafiq orqandan əldə edilərək iş materiallarına əlavə edilməmiş və araşdırlmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə halların tam, hərtərəfli və obyektiv araşdırılması məqəsdilə iddiaçının vəsatəti əhəmiyyətli olmuş, lakin məhkəmələr prosessual hüquq normalarının tələblərinə lazımi qaydada əməl etməmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən prosessual hüquq normalarının pozuntusu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bilən pozuntu xarakterlidir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3244/2023 nömrəli iş üzrə 2 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), F.Abdiyev, F.Qasımov)apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən 4.000 manat və əldən çıxmış faydaya görə 400 manatln tutulması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iddiaçı ilə cavabdeh arasında birgə fəaliyyət barədə hər hansı bir razılaşmanın mövcudluğu heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından, həmçinin cavabdehin iddiaçının pulunu saxlanması üçün götürdüyü öz təsdiqini tapmadığından, kollegiya hesab edir ki, hazırkı mübahisənin qanuni əsası əsassız varlanmadan irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı olmuşdur. Belə ki, işin tədqiq edilmiş halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehin işlədiyi yerdə ona köməklik göstərmiş, cav abdeh iddiaçının müəyyən məbləğdə pulunu qanuni və müqavilə əsası olmadan özündə saxlayaraq əsassız varlanmışdır....... qeyd olunan xüsusatları ümumiləşdirərək, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehin etiraf etdiyi qaydada ondan iddiaçının xeyrinə 4000 manat məbləğində pul tutulmalıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlillərinə görə, vəkil xərci 110 manat deyil, 330 manatdır. Belə ki, 2 dəfə apellyasiya instansiyasında iştirak üçün order və bir dəfə rayon məhkəməsində olmaqla 3 orderə g örə iddiaçı tərəfindən 330 manat pul ödənilmişdir ki, məhkəmə həmin hissədə də düzgün qətnamə qəbul etməmiş, yalnız 110 manatın 107 manatını cavabdehdən tutmuşdur. Məhkəmə sübutlara obyektiv qiymət verməmiş, qərəzli, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, şikayətdə də qeyd etdiyi kimi 2020-ci ildə tərəflərin əmək münasibəti ilə yaranmış borcuna inanmayan və bu halı 2022-ci ildə polisə şikayətlə başlayan mübahisədəki pul vəsaitinə şamil edən məhkəmə pulun tam ödənildiyini qeyd etsə də, sonradan pul verilməsinə və borclu qalmasına dair heç bir sübut olmadığı halda 4.000 manat pul tutmuşdur ki, bütün bu hallar da məhkəmənin nə qədər əsassız, qərəzli, maraq xətrinə qətnamə qəbul etdiyini sübut edir. Çünki, tərəflər arasında 2020-ci ildə əmək haqqı ilə bağlı problem olduğu və hə min pulun elə həmin vaxt ödəndiyi sübutu ilə 7.740 dolların qaytarılmasına istinad edilirsə və cavabdeh özü də iddiaçını əmək haqqı müqabilində işlətdiyini bildirdiyi və onunla əmək müqaviləsini belə bağlamadığı halda məhkəmənin əmək haqqı probleminə inanmaması yenə də şəxsi qənaətdən başqa bir şey deyil. Bununla yanaşı, CD diskdəki səs yazıda əvvəlcə cavabdehin barəsində nə qədər neqativ fikirlər irəli sürdüyü halda sonradan onun təklifi ilə ziddiyətli ifadələr verməsi də məhkəmənin daxili inamında heç bir şübhə yaratmadığı halda "iddiaçının istinad etdiyi 21 iyul 2021-ci il tarixli yazışmada qeyd olunmuş “7240+500=7740 məndə pulun var” yazısını məhkəmə mötəbər sübut kimi qəbul etməməklə cavabdehin həmin yazını iddiaçının özü tərəfindən yazıldığına dair izahatını iş üzrə tədqiq edilmiş di gər sübutlarla birlikdə qiymət verməklə daha inandırıcı hesab edir" qənaəti də məhkəmənin hansı halda hansı hissə sərf edirsə onu mötəbər sübut saydığını, hansı hissə sərf etmirsə onu mötəbər sübut saymadığını göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsi nin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, cavabdeh iddia təmin olunan hissə ilə razılaşıb şikayət vermədiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı iddia rədd edilən hissədə şikayətdə irəli sürülən dəlillər üzrə yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
26. İlk olaraq, hüquqi həqiqət prinsipinə görə sübutların toplanmas ı və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlan ılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
27. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli dir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
28. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şik ayətin vəkil xərcinin 330 manat olmasının məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlil əsaslı deyil. Belə ki, iddiaçı həmin məbləği təsdiq edən sənədləri apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyini irəli sürmür.
29. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §19).
30. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3244/2023 nömrəli 2 avqust 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçının kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi an